MEŞƏ SİÇANININ(APODEMUS SYLVATICUS L. 1758) BƏZİ MORFOEKOLOJU
XÜSUSİYYƏTLƏRİ
Qumru Hüseynova
Azərbaycan Tibb Universiteti
canbaxish@gmail.com
Azərbaycanda müstəqillik əldə olunduqdan sonra bir çox mütərəqqi dəyişilmələr baş verir. İlk növbədə urbanizasiya ilə
əlaqədar olaraq regionllarda yeni-yeni yaşayış massivləri, istirahət və məişət obyekləri, idman qurğuları tikilir, yollar və
komunukasiya xətləri salınır, idman yarışları keçirilir, dünya səviyyəsində mədəni kütləvi forumlar keçirilir. Digər tərəfdən isə
respublikamıza hər il güclü turist axını müşayət olunur. Bütün bunlara uyğun olaraq istər yerli əhalinin və istərsədə turistlərin
sağlamlıgını qorumaq üçün həmin ərazilərdə yaşayan və bir çox xəstəliklərin daşıyıcısı olan gəmiricilərin hərtərəfli öyrənilməsi
zərurəti meydana çıxır. Əhalinin nisbətətn sıx olan və turistlərin daha çox meyl göstərdiyi regionlardan biri də
respublikamızın Şimali qərb bölgəsidir. Buranın həm təbii iqlim şəraiti, həmdə flora və faunası çox zəngindir. Yuxarıda
göstərilənləri nəzərə alaraq Azərbaycanın Böyük qafqaz dağlarının cənub ətəklərində geniş yayılan meşə siçanlarının
bioekoloji və morfoloji xüsusiyyətlərini öyrənməyi qarşıya məqsəd qoyduq. Tədqiqat obyektimiz olan meşə siçanı Balakən
rayonundan başlayaraq Qobustanadək geniş bir ərazidə yayılıbdır. İnsanlarla və onlarla daimi təmasda olan digər vəhşi
heyvanlarla eyni biotopda yaşadığından bir çox xəstəliklərin yayılmasında, dolayısı yolla insanlara yoluxmasında mühümm rol
oynadığından öyrənilməsi vacibdir və günün tələbinə müvafiq olduğundan daha aktualdır.
Meşə siçanı Respublnkamızın faunasının əsas və daimi nümayəndəsi olmasına baxmayaraq onun morfoekoloji xüsu-
siyyətləri hələ lazımi səviyyədə öyrənilməyib. Xüsusi qeyd etməliyik ki, meşə siçanın bəzi bioloji xüsusiyyətləri ötən əsrin
ikinci yarısında vətən alimləri X.M.Ələkbərov S.N. Erofoyeva və Ş.B.Əliyeva (1965,1966,1975) tərəfindən öyrənilib. Bu
tədqiqatlardan artıq 40-50 il kecib, ona görə də növün yenidən təftiş olunması zərurəti meydana çıxır. Bütün bunları nəzərə
alaraq biz respublikamızın Şimali-şərq bölgəsində meşə siçanının morfoekoloji xüsusiyyətlərini öyrənməyi qarşıya məqsəd
qoyduq. Bunun üçün həmin bölgəyə 2012-2013-cü illərdə ekspedisiyalar təşkil etdik və 42 ədəd meşə sicanı tutduq. Siçanlar
“Qero” tipli tələlrlə tutlaraq 5% formalində fiksə olunub, daha sonra isə onlar üzərində laboratorya şəraitində morfometrik
analizlər aparılıb. Növün təyinində indikator rolunu oynayan bədənin, quyruğun, kəllənin, ətrafların və digər xarakter ölçülər
kötürülüb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, respublikamızın Şimsli-qərb bolgəsində rast gəlinən meşə siçanlarının
ümumi bədən uzunluğu 71-107 mm (M=93,8), quyruq uzunluğu isə 65- 110 mm (M=91,2), arxa ətrafın uzunluğu 13,9-25,1
mm (M=22,6), ön ətrafın uzunluğu 11,2-20,5 mm (M=19,3), kəllənin ümumi uzunluğu 24,4-29,1mm (M=26,2), qulaqların
hündürlüyü 12,1-16,5 mm (M=15,6) arasında dəyişir, kütləsi isə 15,8- 30,6 (M=21) qram arasında dəyişir. Böyük qafqaz
dağlarının cənub ətəklərində meşə siçanın yayılması şaqulu vertiqallığa tabedir, populyasiyada say dinamikasının dəyişməsi isə
dəniz səviyyəsindən yüksəkliyə qalxdıqca azalma istiqamətində gedir. Bu ilk növbədə meşə zolağının alp və subalp çəmənlik
massivinə keçməsi, qida mənbəyinin azalması və temperaturanın aşağı düşməsi ilə əlaqədardır. Lakin, bu gəmiricilərin saynın
artıb-azalmasına onların təbii düşmənlərinin qidalanmasından,başqa sözlə sıxlığından və qış fəslinin şaxtalı olmasından da
asılıdır. Son illər meşə siçanları insanlar məskunlaşan dağətəyi yaşayış məntəqələrinin əhatəsində və istirahət və iayişə
obyektləri ətrafında daha çox rast gəlinir. Buna qida faktoru öz təsirini göstərir. Meşə siçanın düzənlik, dağətəyi və yüksək
dağlıq qurşaqlarından toplanmış fərdlərinin ayrı-ayrı morfometrik ölçüləri heç də üst-üstə düşmür, yəni müəyyən qədər
kənarlanmalar müşayət olunur. Fikrimizcə buna səbəb həmin heyvanların müxtəlif biotoplarda yaşaması, biosenozun qida
zəncirindəki aktivlik dərəcəsi və mühitə uyğunlaşmaları ilə əlaqədar olar. Meşə siçanının xəzinin rəngi, tutulduğu ərazinin
mühit rəngi ilə müsbət korrelyativ əlaqədardır, döş nahiyyəsində olan tünd ləkə isə heç də hamısında rast gəlinmir, burada həm
cinsi dimorfizm, həm də heyvanın yaşı əhəmiyyət kəsb edir.
ULTRABƏNÖVŞƏYİ-B ŞÜALARININ VƏ TEMPERATURUN
LOBYA TOXUMLARININ MORFOFİZİOLOJİ GÖSTƏRİCİLƏRİNƏ TƏSİRİ
Lalə KAZIMOVA
Bakı Dövlət Universiteti
k.l91@mail.ru
Biosferə antropogen təsir bir sıra ekoloji dəyişikliklərə, xüsusilə, stratosferin ozon qatının zəifləməsinə və
ultrabənövşəyi –B ( UB-B) – şüalarının səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Son illərdə UB-B şüalarının canlı
orqanizmlərə, o cümlədən bitkilərə təsiri geniş tədqiq olunur. Bitkilərin yüksək temperatur stresinə qarşı cavab reaksiyası
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
156
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
kimi onlarda baş verən əsas fizioloji dəyişiliklər barədə ədəbiyyatda geniş məlumat vardır. Təbiətdə ətraf mühitin qeyri
əlverişli amilləri bitkilərə eyni zamanda təsir göstərir və onların bu amillərin birlikdə təsirinə qarşı cavab reaksiyası
ayrılıqda baş verən təsir effektindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Lakin, ədəbiyyatda müxtəlif amillərin birlikdə
bitkilərə təsirinin öyrənilməsinə aid işlər azdır. Bunları nəzərə alaraq UB-B şüalarının və temperaturun lobya toxumlarına
ayrılıqda və birlikdə təsirinin tədqiqi aktualdır.
Quru lobya toxumlarının UB-B şüalandırılması zamanı suyu udma qabiliyyəti dozadan asılı olaraq dəyişir. Belə ki,
UB-B şüalarının 1,5x10
4
erq/mm
2
dozası ilə şüalanmış toxumların suyu udma qabiliyyəti kontrola nisbətən artır. Lakin UB-
B şüalarının dozası artdıqca (2,2-4,5x10
4
erq/mm
2
) toxumun suyu udma qabiliyyəti azalır.
Temperaturun (30
o
C-60
o
C) quru lobya toxumlarına təsirindən sonra (təsir müddəti 30 dəqiqə) suyu udma qabiliyyəti
dəyişir. Belə ki, 30
o
C-45
o
C temperaturda udulan suyun midarı kontrolla muqayisədə bir qədər azaldığı halda, 50
o
C-55
o
C
temperaturda nisbətən artır.
UB-B şüaların (1,5-4,5x10
4
erq/mm
2
) və temperaturun (40
o
C) birlikdə quru lobya toxumlarına təsiri zamanı toxumların
suyu udma qabiliyyəti UB-B şüalarının dozasından(1,5-4,5x10
4
erq/mm
2
) asılı olaraq dəyişir və bütün dozalarda kontroldan
yüksəkdir. UB-B –nin, 3x10
4
erq/mm
2
dozası ilə şüalanmış toxumlardaudulan suyun miqdarı kontrolla nisbətən 1,5 dəfə artır.
Əsas kökün uzunluğu UB-B şüalarının 1,5-2,2x10
4
erq/mm
2
dozalarında kontrolla müqayisədə 2,5 dəfə, 3,7x10
4
erq/mm
2
dozada isə 2 dəfə artır. Bu zaman əlavə köklərin sayı UB-B şüalarının istifadə olunan dozaların (3x10
4
erq/mm
2
dozasından
başqa) təsirindən sonra artır. Şişmənin III fazasında əsas kökün uzunluğu kontrola nisbətən qısadır, əlavə köklər isə əmələ
gəlmir.
30
o
C-45
o
C temperaturun quru lobya toxumlarına təsirindən sonra əsas kökün uzunluğu 2 dəfə artır, 50
o
C-55
o
C
temperaturda isə iki dəfə azalır. Əlavə köklərin sayı isə 45
o
C temperatura qədər 2 dəfə artır, 50
o
C -55
0
C-də azalır.
Şişmənin III fazasında isə temperaturun (30
o
C-45
o
C) təsirinə məruz qalmış lobya toxumlarında əsas kökün uzunluğu 1,1
dəfə artır 50
o
C - 55
0
C-də isə toxumun inkişafı dayanır. Əlavə köklərin sayı isə 30
o
C-40
o
C 2,5 dəfə artmış, 50
o
C-55
o
C isə
ümumiyyətlə əmələ gəlməmişdır.
Alınmış nəticələr göstərir ki, quru və şişmənin III fazasında aşağı temperaturun (30
o
C-45
o
C) təsirinə məruz qalmış
toxumlarda kontrolla müqayısədə əsas kökün uzunluğu və əlavə köklərin sayı stimulə olunur, yüksək temperaturda (50
o
C-
55
o
C ) isə kəskin azalır.
UB-B şüaların və temperaturun (40
o
C) birlikdə quru lobya toxumlarına təsiri zamanı toxumlarda 3 x10
4
erq/mm
2
dozasının təsiri nəticəsində əsas kökün uzunluğu kontrola nisbətən 2 dəfə artmış, 4,5x10
4
erq/mm
2
isə 0,8 dəfə azalmışdır.
əlavə köklər isə inkişaf etməmişdır. Şişmənin III fazasında əsas kökün uzunluğu 3,7 x10
4
erq/mm
2
dozasında 2,1 dəfə artır,
4,5x10
4
erq/mm
2
isə 0,1 dəfə azalmışdır. Əlavə köklərin sayı isə UB –B şüalanmanın dozasından asılı olaraq artır, yüksək
dozalarda isə nisbətən azalır.
Aparılmış tədqiqat nəticəsində müəyyən olmuşdur ki, UB-B şüalarının kiçik dozaları (1,5-2,2x10
4
erq/mm
2
) lobya
toxumlarını – quru və şişmənin III fazasında temperaturun zədələyici təsirindən qoruyur.
Müəyyən olunmuşdur ki, şişmədən əvvəl şüalandırılmış toxumlar UB-B şüaların və temperaturun ayrılıqda və birlikdə
təsirə qarşı daha davamlıdır. Toxumların morfofizioloji göstəricilərinə stimuləedici təsir UB-B şüalarının kiçik dozalarında
(1,5-2,2x10
4
erq/mm
2
) və 40
o
C temperaturda müsahidə olunur. Alınmış nəticələrə və ədəbiyyat məlumatına əsasən güman
etmək olar ki, UB-B şüalarının qeyd olunan dozasının və temperaturun lobya toxumlarına stimuləedici təsiri zamanı sərbəst
–radikal reaksiyalarının tənzimləyicisi olan antioksidantların miqdarının və fəallığının yüksəlməsi ilə əlaqədardır.
Məlumdur ki, şişmənin III fazasında hüceyrədə oksidləşdirici stress mümkündür. Bu zaman membran quruluşunun
yenidən qurulması başa çatır və metobolizm kəskin aktivləşır. Mitoxontri, endoplazmatik şəbəkə və digər hüceyrə sistemləri
tərəfindən oksigenin aktiv formaları (OAF) generasiya səviyyəsi, hüceyrənin antioksidant aparatının imkanlarını üstələyə
bilər. OAF ifrat çoxluğu toxumun rüşeym oxunun zədələnməsinə səbəb ola bilər və nəticədə morfoloji defekti olan
cücərtilər əmələ gəlir. Aydındır ki, bu rüşeym oxu hüceyrələrinin bölünməsinin pozulması nəticəsində baş verə bilər.
FOTOSİNTEZ VƏ ONUN FOTOİNGİBİRLƏŞMƏSİ
Pərvin ƏLİYEVA, Zaman MAHMUDOV
Bakı Dövlət Universiteti
pervin1992_aliyeva@inbox.ru, zamanmahmudov@gmail.com
Fotosintez prosesi Yer kürəsində işıq enerjisini kimyəvi enerjiyə çevirən yeganə prosesdir. Yaşıl bitkilər
tərəfindən kimyəvi rabitələrdə toplanan bu kosmik enerji bütün canlıların həyat fəaliyyətinin əsasını təşkil edir.
Fotosintez zamanı suyun fotooksidləşməsi nəticəsində xaric olan oksigen bütün canlıların tənəffüsündə istifadə
edilir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
157
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Fotosintez prosesində qeyri-üzvi maddələrdən üzvi maddələrin əmələ gəlməsi Yer üzərində baş verən ən
möhtəşəm, nadir və mürəkkəb bir proses olmaqla həyatın mövcudluğu üçün zəruridir. Hazırda dünyanın bir çox
ölkələrində minlərlə alim bu unikal prosesin ayrı-ayrı aspektlərinin tədqiqi ilə məşğuldur.
Fotosintez prosesində onu təmin edən işıqdan daha çox intensiv olan işıq fotosintezin fotoingibirləşməsinə gətirib
çixarır.Fotoingibirləşmə əvvəllər, ifrat işığın təsirindən fotosintezin ingibirləşməsi kimi təyin olunurdu. Bitkinin işığı
effektiv şəkildə istifadə etmək qabiliyyəti həddini aşan bu işıqlanmanın fotosintetik aparatın fotodestruksiyası yolu ilə
fotosintetik aktivliyin azalmasına gətirib çıxardığı iddia olunurdu. Ancaq hal-hazırda fotoingibirləşmə termini daha geniş
mənada istifadə olunur. Belə ki, fotosintetik aparatın zədələnməsi - fotosintezin həyata keçirilməsi üçün udulan işığın
natamam istifadə olunması və qismən geri dönən, işığı quru material və bitkinin inkişafı üçün çevirə bilmək qabiliyyətini
itirməyə gətirib çıxara bilən bir proses kimi nəzərdən keçirilir. Bitkilərin təkamülü onlarda işığın effektiv mənimsənilməsi
qabiliyyətinin artmasına və fotosintetik aparatın ifrat işığın təsirindən zədələnməsinin azalmasına kömək etmişdir. İşıq
təbiətin digər iqlim amillərindən fərqli olaraq amplituda və onun dəyişmə sürəti ilə səciyyələnir. Bitki gün ərzində kəmiyyət
və keyfiyyət baxımından kəskin dəyişən işıq radiasiyasının təsirinə məruz qalır. Bitkilər işığı fotosintez məhsuluna çevirə
bilmək qabiliyyətlərini azaltmadan fotosintez aparatlarının incə və dəqiq adaptasiya mexanizmləri vasitəsilə bu
dəyişikliklərə cavab verməyə hazır olmalıdırlar. İşıq intensivliyi artan zaman və ya hər hansı bir başqa hədd amillərinin
(ətraf mühitin yüksək və ya aşağı temperaturu, mineral qidalanma defisiti və s.) təsirindən bitkinin artan işıqlanmaya
adaptasiya etməyə qadir olmadığı hallarda fotosintetik aparat fotoingibirləşmə vasitəsi ilə zədələnməyə məruz qala bilər.
Bitkilər təbiətdə işıq rejiminin dəyişməsinə qarşı işıqlanma şəraitindəki dəyişikliklərə cavab vermək qabiliyyətindən
başlamış fotosintetik aparatın zədələnməsinə qədər olmaqla fərqli cavab verə bilərlər. Bu cavab işıq fluktasiyalarının
müvəqqəti şkalasından asılıdır. Aşağı intensivlikdə (1000 µmol m
-2
s
-1
az olmaqla) udulmuş işığın 80%-dən çoxu oksigen
xaric etmə kvant çıxımı üzrə nəticələrə uyğun olaraq bitkilər tərəfindən fotosintez prosesinə sərf oluna bilər. Yüksək
intensivlikli işıqlanma (1000 µmol m
-2
s
-1
) zamanı bitkilər tərəfindən udulmuş kvantların 25% -dən azı istifadə olunur.
Lakin tam günəş işığında sərfiyyat 10% -ə enir. Bitkilər artan işıq rejiminə uyğunlaşmaq qabiliyyətinə malik
deyillərsə, onda fotosintetik reaksiyaların fotoingibirləşməsi baş verir. Düşən işıq enerjisinin intensivliyinin
artırılması zamanı fotosintezin səviyyəsinin enməsini təyin etmək üçün bir neçə termin təklif olunmuşdur. Bunlara
“fotoingibirləşmə”, “fotooksidləşmə”, “fotohissiyyat”, “solyarizasiya” və “fotodinamik reaksiya” kimi terminlər aiddir.
Tədqiqatlar göstərmişdir ki, bu fenomenin tədqiq edildiyi müddət ərzində “fotoingibirləşmə” termini daha çox istifadə
olunmuşdur. Həmçinin fotosistem II-nin zədələnməsi zamanı da həmin terminə müraciət olunur.
Fotoingibirləşmə anlayışı təcrübədə aşağıdakıları ifadə edir: CO
2
udulması və CO
2
xaric olunması üçün maksimal kvant
effektivliyi səviyyəsinin aşağı düşməsi; FSII-nin fotokimyəvi aktivliyinin azalması (F
v
/F
m
xlorofil a flüoressensiyasının
nisbəti) və uzun müddətli işıqlanma zamanı ifrat işığın təsirindən fotosintezin maksimal sürətinin zəifləməsi.
Aydın oldu ki, fotoingibirləşmə FSII-nin hər hansı zədələnmə forması qədər enerjinin istilik dissipasiyasının artması ilə
əlaqədar ola bilər, hansı ki, zədələnmə dərəcəsini yox, müdafiə effektinin dərəcəsini əks etdirir. Fotosintezin sürətinin və
xlorofilin flüoressensiyasının (dəyişən flüoressensiyanın FSII-də flüoressensiyanın maksimal çıxımına nisbəti, F
v
/F
m
)
ölçülməsi əsasında fərz etmək olar ki, fotoingibirləşmə hüceyrədə güclü işığın təsiri altında hər hansı zədələnmənin nəticəsi
ola bilər. O, yalnız istilik enerjisinin dissipasiyasının artması effekti ilə əlaqədar deyil. Fotoingibirləşmənin mexanizmi in
vivo və in vitro tədqiqatlar əsasında nəzərdən keçirilmişdir.
Fotoingibirləşmə avtotrof orqanizmlərin fotosintezi haqqında bizim təsəvvürlərimizi və onun fotosintetik mexanizmini
başa düşmək üçün vacibliyinə görə ən əsas məsələlərdəndir. Müasir təsəvvürlərə görə, intensiv işığın təsiri nəticəsində ilkin
fotozədələnmə FSII ətrafında müşahidə olunur. Fotoingibirləşmə əsasən aşağıdakı mexanizmlərlə izah olunur: manqan
mexanizmi, akseptor mexanizmi və donor mexanizmi. Manqan mexanizmi Mn-klasterin quruluş və funksiyasında baş verən
dəyişikliklərlə əlaqədardır.Fotoingibirləşmənin akseptor mexanizminə görə Q
A
vəQ
B
xinon akseptorları arasında tarazlıq
pozulduğundan elektron nəqlinin sürəti azalır. Oksigen ayıran kompleksin funksiyasının pozulması fotoingibirləşmənin
donor mexanizminin əsasını təşkil edir.
Zədələnmiş FSII-nin bərpası mürəkkəb çoxmərhələli prosesdir ki, bu prosesə zülal subvahidlərinin yığımı, kofaktor-
ların əlaqələnməsi, elektron nəqlinin aktivləşməsi və FSII-nin tamam fotoaktivləşməsi daxildir. Stromal tilakoidlərdə
FSII kompleksinin hissə-hissə dağılmasının ardınca zədələnmiş zülallar(xüsusən D
1
zülalı) dağılır və yeni sintez
olunmuş zülallarla qarışır.
Stromal lamellalarda D
1
zülalının de novo sintezi, FSII kompleksinin mərkəzi zülallarının, OAK periferik
zülallarının təkrar yığılması və FSII kompleksinin fotoaktivləşməsi baş verir. Yeni yığılmış FSII kompleksi
əksinə qrana membranına miqrasiya edir ki, orada da qalan digər kompanentlər yığılır və sonda FSII funksional
dimeri formalaşır.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
158
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
XƏZƏRNAZİKBARMAQGEKKONU ABŞERON YARIMADASININ
MÜASIR EKOLOJİ ŞƏRAİTİNDƏ
Ramin HƏŞİMOV
Azərbaycan Tibb Universiteti
raminhesimov@mail.ru
Əvvəlcə özünü təbiətdən qorumağa çalışan, sonra təbiət üzərində qələbə çalıb onu istədiyi kimi dəyişən insan, Abşeron
yarımadasında özünü ən güclü ekoloji amil kimi göstərir. Abşeron yarımadasında antropogen amillərin təsirinin nəticəsi
olaraq ekoloji şərait mütəmadi olaraq dəyişir. Xəzər nazikbarmaqgekkonu-Cyrtopodion caspius (Eichwald, 1831) təbii
şəraitdə yarımsəhralıqda olan qayalıqlarda, gizlənmək üçün yeri olan biotoplarda yayılmışdır. Abşeron yarımadasında xəzər
nazikbarmaqgekkonu hemisinantrop növdür. Bu növ yarımadada yeni tikilmiş binaların üzərində, köhnə binaların divarla-
rında olan çatlarda, üzəri örtülü damlarda, toyuq hinlərinin içində, tövlələrdə, hasarların üzərində olan çatlarda, daş yığınları
arasında, kanalizasiya çuxurlarında, quyuların içində, tülkü yuvalarında, köhnə qəbir daşlarının arasında, çardağlarda rast
gəlinir. Yarımadada C.c.caspius (Eichwald, 1831) yarımnövü yayılıb. Hal-hazırda bu kərtənkələyə yalnız böyük şəhərlərin
(Bakı və Sumqayıt) mərkəzlərində rast gəlinmir. Xəzər dənizində olan adalarda C.c. insularis yarımnövü də yaşayır.
Xəzər nazikbarmaqgekkonunun aylar üzrə aktivliyini müəyyən etmək üçün 2008-2012-ci illərdə ekspedisiyalar zamanı
müşahidə edilmiş 679 baş və müəllifin 2012-ci ildə daim müşahidə edə bildiyi 2 stasianarda olan 16 baş (I stasianarda 7 baş,
II stasianarda 9 baş) gekkonun saatlar üzrə sığınacaqdan kənarda rast gəlinmə vaxtları araşdırılmışdır. Mart ayında havanın
hələ də soyuq olması ilə əlaqədar olaraq yalnız günün isti vaxtında müşahidə edilir. Aprel ayının I yarısında havaların
hələdə soyuq olduğu üçün yalnız günorta vaxtı müşahidə olunur. Aprel ayının II yarısından etibarən axşamlar da
sığınacaqdan kənarda müşahidə edilməyə başlayır. Əgər gekkon bu ayda axşam ov edibsə səhər gün günəş altında qızınır.
Xəzər nazikbarmaqgekkonunun ən aktiv olduğu vaxtlar may ayının sonu və iyun ayında olur. Bu aylardan başlayaraq onlar
axşamlar sığınacaqları daha intensiv tərk edirlər. İyul ayından etibarən, təbii şəraitdə, xəzər nazikbarmaqgekkonuna
axşamlar rast gəlmək olur. Sentyabr ayından etibarən onlar sığınacaqlarını daha az tərk edirlər və qış yuxusuna getməyə
hazırlaşırlar. Oktyabr ayında çox nadir hallarda görsənirlər.
Xəzər nazikbarmaqgekkonunun təbii düşmənləri Şneyder uzunayaqlısı, levantiya irigürzəsi, çökəksifət kələzilanı,
zeytuni yastıbaştəlxə, iri vəhşi quşlar, ev toyuqları, pişiklərdir. Təbii düşmənlərdən qorunmaq və qida rəqabətini azaltmaq
üçün əsasən gecə vaxtlarında fəal olmaq uyğunlaşması qazanıblar. Abşeron yarımadasında autotomiyalı gekkonlar nisbətən
çox rast gəlinir. Belə ki, müşahidə edilmiş hər 8/9-cu baş gekkonun quyruğu ya qopmuş ya da qopub autotomiya etmiş
vəziyyətdə olur. Autotomiya etmiş quyruq əvvəlki quyruqdan kiçik amma nisbətən qalın olur. Ölmüş 7 ədəd xəzər
nazikbarmaqgekkonun quyruğunu dartıb qoparmağa çalışılmışdır. Amma quyruğun çox çətinliklə qırıldığı müşahidə
edilmişdir. Buradan nəticəyə gəlmək olur ki, autotomiya hadisəsi quyruqda müəyyən ağrı baş verdikdə və güclü
həyəcanlanma zamanı baş verir.
Hal hazırda xəzər nazikbarmaqgekkonun ərazisinin genişlənməyinə baxmayaraq müəyyən sahə vahidində olan sıxlığı
artmamış, hətta azalmışdır. Qayalıqlar üzərində olan sıxlığı 10 m
2
-da 12-15 baş göstərilirdisə, eyni biotopda müəllifin
müşahidələri zamanı 10 m
2
sahədə üç dəfə az 4-5 baş gekkon qeyd edilmişdir. Antropogen ərazilərdə hər 100 m
2
sahədə 5-6
baş məskunlaşır.
BİTKİ MƏNŞƏLİ MADDƏLƏRİN
ANTİOKSİDANT XÜSUSİYYƏTLƏRİNİN TƏDQİQİ
Sara ƏLƏKBƏRLİ, S.R. ÇIRAQOVA
Bakı Dövlət Universiteti
saraalakbarli@yahoo.com
Sərbəst radikallar və reaksiyaya daxil ola bilən oksigenli birləşmələrin mövzusu elmi cəmiyyət tərəfindən böyük diqqət
çəkməyə davam edir. Antioksidantlar – hüceyrəni (daha dəqiq desək hüceyrə membranını), orqanizmdə ifrat oksidləşmə
yarada bilən zərərli effekt və ya reaksiyalardan qoruyan birləşmələrdir. Bizim planetimizdə demək olar ki, həmişə
parçalanma prosesləri Oksigenin iştirakı ilə, oksidləşmə yolu ilə gedir. Dəmirin paslanması, insanın xəstəliyə tutulması,
qocalması oksidləşmə prosesinin nəticəsidir. Qidanın tərkibindəki antioksidant birləşmələri sağlamlığı qoruyan maddələr
kimi mühüm rol oynayır. Təbii şəraitdə sərbəst radikalların miqdarı azdır və onların hüceyrəyə təsiri xaricdən qida ilə qəbul
olunan antioksidantlarla təmamilə yatırılır. Istənilən qida məhsulunun antioksidant aktivliyi çox vacib amildir, belə ki, bu
göstərici sərbəst radikalların ifrat dərəcəsini neytrallaşdıran, orqanizmin hüceyrə və toxumalarını zədələyən oksidləşmə
|