Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə44/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   40   41   42   43   44   45   46   47   ...   144

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

193 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

nəşr olunmaqdadır. Lakin bu lüğətlərdə uyğunsuzluq olduğundan bəzi məqamlarda çaşqınlıq yaranır. Nümunə üçün, AMEA 

– nın  2012- ci il nəşri olan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” ndə menyu, kompyuter  kimi verilən söz  “İngiliscə - 

Azərbaycanca izahlı kompüter terminləri lüğəti”ndə  (tərtibçi Rafiq Məmmədli) menü, kompüter  kimi verilmişdir. Hər il 

texniki, mədəni inkişafın sayəsində dilə onlarla termin daxil olur. Bu baxımdan ilbəil yeni sözlərin orfoqrafik – orfoepik 

lüğəti, eyni zamanda terminoloji sözlüklər  nəşr olunmalıdır. Lüğətləri araşdırarkən məlum olur ki, dilə daxil olan bir çox 

sözlər vardır ki, onlar dilin lüğət tərkibində yer almayıb. Bu gün dildə aktual olan skaner, printer, blutuz, kartric, costik, 

android, netbuk, planşet, tablet, sensor kimi sözlər  “Azərbaycan dilinin izahlı lüğəti”, “Azərbaycan dilinin orfoqrafiya 

lüğətlərində”  yer almayıb. Lüğətlərin 2011 və 2012 ci illərdə nəşr olunduğunu nəzərə alsaq belə nəticəyə gəlmək olar ki, bu 

lüğətlərin yenidən nəşr olunması  və yeni terminlərin bir daha nəzərdən keçirilməsi mütləq lazımdır. Bu gün dilçilərin, 

terminşünasların ayrı – ayrı  şəxslərin nitqində, o cümlədən, sosial şəbəkələrdə yeni terminlərin orfoepik və orfoqrafik 

qaydalara əməl olunmadan tələffüzü və yazılışı haqqında çıxışlarına şahid oluruq. Lakin unutmaq olmaz ki, belə sözlərin 

lüğətlərdə əks olunmaması, müəyyən nizama salınmaması bu problemlərin baş verməsinin əsas səbəbidir. Əlbəttə, inkişafın 

sürətini nəzərə alsaq, yeni anlayışları bu tezliklə dilin öz imkanları əsasında adlandırmaq   qeyri mümkündür.  Ancaq bu cür 

sözlərin reseptor dil qanunlarına uyğun olaraq müəyyən qrafik dəyişikliklərlə lüğətlərdə əks olunmasını təmin etmək olar. 

Bu baş verməzsə dildə qarışıqlıq, xaos yaranar. Bu baxımdan, Azərbaycan dilində lüğət və lüğətçilik problemi aktual və 

nəzərdən keçirilməli məsələlərdəndir.  

 

 



   

 

 



 

 

 



 

 

 



DÜNYANIN RƏNG SİMVOLİKASI 

 

Həmid KƏRİMOV 

Bakı Slavyan Universiteti 



hkerimov90@mail.ru 

 

Rənglər nəsnə  və olayların mahiyyətini, insanların xarakterlərini, emosiyalarını müəyyənləşdirən, hətta təyin edən 



simvola çevrilmişdir. Misal üçün demək olar ki, bütün dünya insanları ağ rəngi işıq,uğur, xoşbəxtlik, bəzən də Tanrı rəngi 

hesab etdikləri halda, başqa rənglərə baxışda seçilirlər.Belə ki, bir çox xalqlarda sarı rəng fəallıq, mərhəmət, şəfqət; qırmızı 

rəng – toplaşma, cəmləşmə; göy(mavi) rəng – qəzəb, hirs, həyəcanlı etiraz simvolu bilinirsə,  əksər türk xalqlarında, o 

sıradan Azərbaycan türklərində sarı  rəng – quraqlığın, qıtlığın, xəbisliyin, paxılllığın; qırmızı  rəng – dava-dalaşın, 

müharibənin, dəliliyin ( dilimizdə “Dəli qırmızı sevər” deyimi vardır), yaşıl rəng – bollluğun, bar-bərəkətin; mavi rəng – 

sevincin , şadlığın, xoşxəbərin simvolu sayılır.  

Bəzi hallarda hətta ailə tərkibinin özü rənglərlə müəyyənləşib ki, bu da “ata-rəng”, “ana-rəng”, “oğul-rəng”, “xidmətçi-

rəng” təsəvvvürünün formalaşmasına səbəb olur. Bu təsəvvürdə atanı simvollaşdıran yeddi rəng vardır: açıq göy(mavi), 

tünd göy, yaşıl, qırmızı, al- qırmızı, narıncı, sarı. Ananın rəngi ağdır. Oğulun rəngi ata-anan rənglərinin qarışması, 

birləşməsidir.Xidmətçinin rəngi ataya aid rənglərlə qara rəngin qarışığı deməkdir. 

İnsanların ilin fəsillərinə, özlərinin yaş dövrlərinə uyğun olaraq məxsusi rəngli geyimlər seçməsi də, sössüz ki, hamıya 

bəllidir. Mərhələlər boyu irəliləyən bəşəriyyət nəinki makro və mikro kosmosdakı xatırladığımız ayrı-ayrı varlıqları, 

nəsnələri, olayları, ümumiyyətlə, mövcudluğu,  dünyanı rənglər mühitindən qıraqda təsəvvür etməmişlər. Belə ki, mifoloji 

duyuma görə dünya yarandığı zamandan bu vaxtadək dörd dövr yol keçmişdir. Ağ, sarı, qırmızı, qara olmaqla, bu dövrlərin 

hər biri yalnız və yalnız həmin rənglərlə simvolizə olunmuşdur. Dünyanın yaşadığımız indiki dövrü qara rənglidir.  

Dünyada rəng və rəng çalarlarının adı,sayı çox olsa da onların sırasından, əsasən,  beşi qabardılır: ağ, qara, qırmızı, 

göy(mavi,yaşıl), sarı. Bu qabardılanlardan da birinci üçünün - ağ , qara,qırmızı-primitiv cəmiyyət çağında kainat modelinin 

universal üçlük sistemindəsimvolik  səciyyə daşımasına üstünlük verilmişdir. 

Etnik  ənənələrdən çıxış edən qaynaqlarda Mərkəzi Asiya və onlarla qonşuluqda yaşayanların, istərsə  də atlı türk və 

türk mədəniyyətindən həvəslə  təsirlənən, çox hallarda türklərlə qaynayıb qarışan monqollarıın dünya səmtlərini rənglərlə 

işarələmələri belə qeyd olunmuşdur: şimal – qara rəng, cənub – qırmızı rəng, şərq – mavi rəng, qərb – ağ rəng, mərkəz – 

sarı rəng Monqolların rənglərə simvolik baxışının başqa bir söykənəcək nöqtəsi də vardır. Bu da Çingiz xanın oğlu Cuçiyə 

məxsus  ərazidə XIII yüzilliyin 40-cı illlərində iki müstəqil  Ağ Orda (sağ qanad), Göy Orda(sol qanad) dövlətlərinin 

yaranması ilə bağlıdır.  

Rəng simvolikasında  əski hind (Hindistan) baxışı monqol və türklərinkindən seçilir. Burada rəng simvolikasının 

təsəvvürə verdiyi anons belədir: şimal – yaşıl, cənub – sarı, şərq – mavi, qərb – qırmızı, mərkəz – ağ. Fikir verilirsə burada, 

ümumiyyətlə, qara rəng təsəvvürü yoxdur. 

Rənglərin simvolik semantikası oğuz etnik ənənəsində də daşlaşmış aspektdədir. Oğuz xan da dövlət strukturunu və 

strukturun – idarəetmə-təşkilat sistemini rənglərin ifadə etdiyi cəhətlərə uyğun qurmuşdur. Ənənənin oğuzlara elə hunlardan 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

194 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

gəlməsi fikri də var. Olsun ki,  bu fikir Mete ilə Oğuzu eyni kimsə bilmə ehtimalından doğmuşdur. Amma bu da var ki, 

həmin ehtimalı az qala hökm səviyyəsinə qaldıran çox nüfuzlu araşdırmaçılar olmuşlar. Misal üçün, tanınmış etnoqraf  N.Y. 

Biçurin tədqiqatının yekunu kimi belə bir qərara gəlmişdir ki, Mete ilə Oğuz xan ayrı-ayrı kimsə yox , elə bir adamdır.  

Dünyanın formalaşdırdığı bəşərli cəmiyyətdə  fərqli-fərqli etnoslar olduğu tək, bu fərqli etnosların elə fərqli-fərqli də 

təkamül tərzi, mədəniyyət aspektləri olmuşdur. Hər bir etnos mikro və makro kosmosun özüdaşınan və daşınmayan 

varlıqlarına mədəniyyətdaxili münasibətdə olmuşdur. Etnosun mədəniyyətdaxili etnik şüurunda bu münasibət çox-çox 

hallarda fərdin ümumini qabaqlaması ilə  səciyyələnmişdir. Törəyiş miflərində  də bu deyilənlərin qorunmasının  şahidi 

oluruq. Məsələn, dünyanın yaranması elə dünyanın yaranmasıdır. Amma bu haqda olan miflər cürbəcürdür. Bu da 

etnosdaxili etnik şüurda məsələnin ayrı-ayrı şəkildə qavranılması, başqa sözlə, təsəvvür, dünyagörüşün təfavütlü olması ilə 

bağlıdır. Deməli, hər hansı bir nəsnə  və olayın etnik şüura təsiri, qavranılması seçimli olur və bu seçim, sözsüz olaraq, 

rənglərdən də uzaq deyil. Bu o deməkdir ki, hətta hamı  tərəfindən eyni adla söynlənilən bir rəng ayrı-ayrı etnosun etnik 

mədəniyyətində fərqli assosiasiya yarada bilir. Ümumiyyətlə, rənglər etnik mədəniyyətin estetik fikri kimi simvollaşır. 

 

 

 

 

MÜRƏKKƏB  SİNTAKTİK  BÜTÖVLƏRİN SƏRHƏDLƏRİNİN 

PROBLEMLƏRİNƏ DAİR 

 

Jalə XƏLİLLİ 

Bakı Slavyan Universiteti   



xelillij@mail.ru 

 

Mətn dilçiliyi dilçilik sahələri arasında  ən gənc olanıdır. Bu sahənin tədqiqi XX yüzilin ikinci yarısından sonraya 



aiddir. Bundan əvvəlki dövür dilçiliyində  ən böyük sintaktik vahid kimi cümlə götürülürdü. Praqa funksional dilçilik 

məktəbi nümayəndələri cümlədən böyük mürəkkəb sintaktik bütövlərin olduğunu müəyyənləşdirmişlər.  

1980-ci ildən etibarən isə mətn dilçiliyi, qrammatikası, quruluşu və sintaksisi və ya mətinin həm fonetik-fonoloji və 

morfoloji, həm də qrammatik-leksik, leksik-leksikoqrafik və frazeoloji-semantik və funksional özəllikləri mətn-diskurs, 

intertekstual və interdiskursiv kontekstlərdə bir bütün olaraq araşdırılmaqdadır.  

Dilçilikdə  mətn sintaksisi termininin müəyyənləşdirilməsi mübahisəli olmuşdur. Bu terminlə paralel “mürəkkəb 

sintaktik bütöv”, “cümlədən böyük və ya frazadan böyük vahidlər” işlədilmişdir.  

Mətn- ərəb mənşəli olub, rusca текст, yunanca texstum-birləşmə sözünə uyğundur-möhkəm daxili struktur-semantik 

əlaqələri olan cümlələr birliyi deməkdir.  

Türk dilçiliyində XX yüzilin 60-cı illərində Kazan Universitetinin professoru M.Z. Zəkiyev ilk dəfə  mətn sintaksisi 

sahəsində  uğur qazanmış türkoloqdur. Onun “Синтаксическии  строй  татарского  языка” (1963) bu sahədə fundamental 

əsərdir.  

Türk  ədəbi dillərində  mətn tədqiqatları  əsasən mətnin qrammatikası  və semantikası, mətn və üslubiyyat 

istiqamətlərində olmuşdur.  

Azərbaycan dilçiliyində mətn sintaksisinin geniş tədqiqi Kamal Abdullayevin adı ilə bağlıdır. Onun “Azərbaycan dili 

sintaksisinin nəzəri problemləri”, “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər”(toplu) kimi dərsliklərin müəllifidir.  

Mətn mikro və makro mətnlərə ayrılır. Makro mətn dedikdə tədqiqat üçün seçilmiş bütün yazılı mətnləri başa düşürük. 

Mikro mətn dedikdə isə makromətnlərin içəriindən seçilmiş, bitkin mənalı, mətnlərə bölünə bilməyən  ən kiçik mənalı 

parçası başa düşülür.  

Mikro mətn termini ilə yanaşı və həmin terminə sinonim kimi sintaktik bütövlər, mürəkkəb sintaktik bütövlər, period, 

abzas, diskurs, frazafövqi vahid, prozaik bəndlər, tekst və.s terminlərindən istifadə edirlər. Lakin bunlar arasında sintaktik 

bütövlər termini geniş istifadə olunur. Sintaktik bütövlərin sintaktik məkanda müəyyənləşdirilməsi üçün onların sərhədlərini 

bilmək lazım gəlir. Sintaktik bütövlərin sərhədləri müxtəlif prinsiplər üzrə aparılır. Yekdil olaraq türk dilçiliyində sintaktik 

bütövlərin başlanğıc və son nöqtəsini göstərən bir düstur yoxdur.  

Sintaktik bütövlərin sərhədləri göstərilən zaman onların semiotik, quruluş  və üslubi bütövlüyünə diqqət yetirilir. 

Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı dilçilər müxtəlif fikirlər söyləmişlər. Bəzi dilçilər mətnin sərhədlərini abzasla 

eyniləşdirirlər. Digərləri mətnin sərhədlərini mətndəki son cümlənin uzunluğu ilə müəyyən edirlər. Başqaları isə fonoloji 

meyarla eyniləşdirirlər. Fonolji meyar kimi pauzaları qeyd edirlər. Azərbaycan türk dilçiliyində sintaktik bütövlərin 

sərhədləri ilə bağlı ilk fikir Ə.Xəlilova aiddir. 

Kamal Abdullayev mətnin sərhədlərini müəyyənləşdirərkən propozisyon üsuldan istifadə etməyi  əsas götürmüşdür. 

Onun fikrincə Azərbaycan türk dilində cümlənin vacib struktur sərhədlərinindən biri ondakı  tərkib vahidlərinin dəqiq 

ardıcıllığıdır.  



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

195 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

“Azərbaycan türk dilində cümlə yaratmaq üçün o cümləni leksik şəkildə başlamaq və onu bitirmək üçün bu başlanğıca 

artıq qrammatik (morfoloji) cəhətdən qayıtmaq lazımdır. Biz indi məhz bu çərçivəli xarakterini nəzərdə tuturuq.” 

(K.Abdullayev, Azərbaycan dili sintaksisinin nəzəri problemləri. B., 1998, səh.200). Azərbaycan türk dilinin çərçivəlilik 

özünü cümlənin sonunda şəxs sonluqlarının olması ilə  əks etdirir. Cümlənin  əvvəlindəki subyekt sonda şəxs sonluğu 

vasitsilə təkrar nəticəsində çərçivə yaradır.  

Cümlə sonunda verilən şəxs sonluqları tarixən inkişaf edib bu hala düşmüşdür.  

Məsələn: Mən gedirəm. 

Mən gedir mən.(bax. yene orda) 

Mətn də cümlə kimi sintaktik kateqoriya olduğuna görə bu xüsusiyyətlər eyni ilə onda da özünü göstərməlidir. 

Beleliklə sintaktik bütöüvün sərhədi təkrarla eyniləşir.  

Sintaktik bütövlərin sərhədləri məsələsi öz həllini tapmamış və bununla bağlı araşdırmalar aparılmalıdır.  



 

 

 

YUNAN MƏNŞƏLİ SÖZLƏR VƏ ONLARIN QISA TƏSNİFATI 

 

Milana ABBASOVA 

Xəzər Universiteti 

abbasovamilana@yandex.ru 

 

Məqalə yunan mənşəli sözlər və onların qısa təsnifatına həsr edilmişdir. Qırx min illik tarixi olan Yunan dili Hind-



Avropa dil ailəsinin Qreko-Qrabar qoluna aiddir.  

Hazırda dünyada on üç milyondan çox insan bu dildə danışır. Yunan dilində danışanların sayının o qədər də çox 

olmaması onun zənginliyinə heç də təsir etməmişdir. Bu dil Sokratın, Platonun, Aristotelin, Homerin dilidir və əsrlər boyu 

digər dillərin zənginləşmasinə  də  təkan vermişdir. Elə bir dil yoxdur ki, orada yunan mənşəli söz olmasın. Yunan 

mədəniyyəti, tarixi, fəlsəfəsi daim alimlərin diqqət mərkəzində olub, onlar dəfələrlə  fəlsəfəsinin, yunan dilinin 

araşdırılmasına təkrar olaraq müraciət ediblər. Ta qədimdən indiyənədək  ən  əsas elmi terminlər, gündəlik həyatda 

işlətdiyimiz sözlərin çoxu yunan və roma dillərindən götürülmüşdür. Zaman ötdükcə elmi terminlər beynəmilən sözlərə 

çevrilmişdir, adi məişətdə  işlətdiyimiz sözlər isə dilə o qədər hopmuşdur ki, hətta onun əcnəbi söz olduğu belə hiss 

olunmurdu.Məqalədə  bəzi yunan mənşəli sözlərin digər dillər tərəfindən mənimsənilməsi və hansı  dəyişikliklərə  məruz 

qalması haqqında məlumat verilmişdir.  

Yunan əlifbasının tərkibində həm sait həm də samit hərflərin toplandığı ilk əlifba olması, Avropada və Yaxın Şərqdə 

bir çox əlifbaların yunan əlifbasının təsirindən yaranması, yunan dilində xüsusi isimlərin digər xalqlar tərəfindən öz 

dillərinə uyğun  şəkildə  mənimsənilməsi, soy adlarının sonluqlarının dəyişdirilməsinin düzgün olub olmaması barədə  qısa 

araşdırmanın nəticəsi barədə  məlumat da öz əksini tapıb. Beləki, antologiya, avtobioqrafiya, dialektologiya, morfologiya, 

semasiologiya, orfoqrafiya, orfoepiya, xronologiya, semantika, arxeologiya, qrammatika və bir çox terminlər olduğu kimi 

digər dillərə  də ötürülmüşdür və bununla da etimologiya elmində  dərin kök salmışdır. Məqalədə tetrad, şkola, pedaqoq, 

kosmos, uksus, lampa, krovat kimi sözlərin etimoloji xüsusiyyətlərindən  əlavə onların tarixi haqqında da qısa məlumat 

verilib.  

Azərbaycan dilinə digər dillərin vasitəsi ilə keçən yunan mənşəli sözlərin az olmasına baxmayaraq onlar öz ilkin 

formasını itirmiş və dəyişikliklərə məruz qalmışdır.  

Yunan dilində xüsusi adları iki qrupa ayırmaq olar. Birinci qrupa əsatirlərlə bağlı olan antik dövrün adları – Afroditi, 

Pinelopi, Sofoklis, Odisseas, ikinci qrupa provaoslav təqviminə daxil olan adları – Qeorqios, Vasilios və digərinin aid etmək 

olar. Digər dillər tərəfindən mənimsənilmiş  şəxs adları  və onların sonluqlarının (kişi cinsi üçün - os, us, as; (qadın cinsi 

üçün-a, e)  assimiliyasiyaya uğraması da son zaman böyük maraq doğurur. Məqalədə bu məsələ barədə  də açıqlama 

verilmişdir.  

Konfransda məruzə olunacaq bu tezisdəki problemin ortaya qoyulması  və onun qismən də olsa incəliklərlə  təsnif 

olunması, yunan mənşəli sözlər haqda və cəmi on üç milyon insanın danışdığı bu dilin zənginliyi haqda təssəvvür yaradacaq 

və yeni –yeni sözlərin araşdırılmasına təkan verəcək.  Əslində  məhz alınma sözlər dilin zənginləşməsi üçün ən yaxşı 

vasitədir.  

Bu fikirlə bağlı Səməd Vurğun haqlı olaraq qeyd etmişdir ki, “... heç bir dil yalnız öz xəzinəsi hesabına yaşaya bilməz. 

Təbiətdə heç bir dil saf, təmiz bir dil deyildir, çünki bütün xalqlar arasında iqtisadi, ictimai, siyasi əlaqələr olduğundan dillər 

bir–birinə təsir edir. Burada bir nazik məsələyə toxunmaq istəyirəm. Heç bir vaxt xarici sözlərin dilimizdə işlədilməyi bu 

dili sıxışdıra bilməz. Əksinə olaraq, dil zənginləşə bilər”.   

Həqiqətə qaldıqda isə bütün dillərdə alınma sözlər var və müasir dövrün, texnologiyanın, iqtisadiyyatın, elmin, və bir 

çox sahələrin inkişaf etdiyi bir dövrdə bu prosses daha da sürətlə davam edir və edəcəkdir. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

196 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ALINMA SİNONİMLƏRİN AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNƏ İNTEQRASİYASI 

 

Mirvari QASIMOVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

qasimovamirvari@gmail.com 

 

Dilin lüğət tərkibinin zənginləşməsinin birinci və əsas mənbəyini onun daxili imkanı  təşkil edir. Ümumxalq danışıq 



dili və onun müxtəlif sözdüzəltmə vasitələri istər dilin tarixi inkişaf prosesində  və istərsə  də onun müasir dövründə yeni 

sözlərin yaranmasında həlledici olmuşdur [7, 84]. 

Qey etməliyik ki, dilin lüğət tərkibi daxili imkanlarla yanaşı bir sıra başqa yollar  və üsullarla da zənginləşir. Başqa 

dillərdən bu və ya digər təlabatla əlaqədar olaraq alınan sözlər və ya alınmalar da bunlardan biri kimi qəbul edilir. 

Sivilizasiyanın müasir inkişaf mərhələsində, millətlərarası inteqrasiyanın insan həyatının bütün sahələrinə- iqtisadi, 

siyasi, elmi-texniki, mədəni və s. nüfüz etdiyi müasir zəmanədə “saf,  təmiz ” dil tapmaq çətindir. 

Qeyd edilən bu və ya başqa səbələrdən dünyanın bütün inkişaf etmiş dilləri bir-birilə söz mübadiləsi aparmış, biri 

digərindən söz almışdır. Dilə yeni gələn və ya gətirilən və dil daşıyıcıları  tərəfindən qəbul edilən belə sölərə alınma, 

“əcnəbi” [2, 92] sözlər deyilir. 

Dilə  məxsus olmayan, “ yad” vahidlərin hər hansı bir dilə daxil olması müxtəlif dillərdə  fərqli səbəblərdən 

qaynaqlansa da, oxşar və ya ümumi səbəblərdən də  məhrum deyillər. Bunlardan həmin xalqın tarixi istilalara məruz 

qalması, qonşu dövlətlərlə dostluq münasibətində olub, ticari və  mədəni  əlaqələr yaratması, coğrafi baxımdan  əlverişli 

mövqeyə sahib olub başqa xalqları cəlb etməsi kimi səbəblər əksər dillərdə alınma sözlərin dilə nüfuzunun başlıca səbəbləri 

arasında göstərilir. Bu səbəbləri Azərbaycan və ingilis dillərinə də şamil etmək mümkündür. Belə ki, hər iki dilin mənsub 

olduğu dövlət, xalq həmin səbəbləri doğuran amillərə malikdir. 

Alınmalar dilin lüğət tərkibində göstərilən subyektiv səbəblərlə yanaşı  bəzi obyektiv səbəblərdə  də yer tuta bilirlər. 

Yəni bəzi hallarda dildə müəyyən bir məfhumu ifadə edən müvafiq lazımi söz olmadığından həmin sözün başqa bir dildən 

götürülməsi ehtiyacı yaranır. 

Dilə daxil olma yollarından asılı olmayaraq alınma sözlər əksər dilçilər tərəfindən müsbət hal kimi, dili zənginləşdirən, 

dildə seçim bolluğu yaradan amil kimi qiymətləndirilsə  də, həmin dilçilər bunun “özbaşına” yox, “möhkəm  əsaslarla” 

edilməsini vurğulayırlar. Ə.Dəmirçizadənin yazdığı kimi: “Belə əsaslar olmadıqda dilə hər cür əcnəbi sözü gətirmək lüğət 

tərkibini zibilləmək deməkdir” [2, 98]. 

Alınma sözlərin dildə sinonim vahidlərin əmələ gəlməsində də müəyyən rolu vardır. Həm Azərbaycan, həm də ingilis 

dilində dilçilərin sinonim sözlərin növlərindən bəhs edərkən onları mənşəyinə görə milli və alınma olmaqla qruplaşdırması 

fikrimizi təsdiqləyir [6, 307-309; 1, 31-32;] 

Həm tarixin müxtəlif dövrlərində, həm də müasir zəmanəmizdə fərqli mənbələrdən dilimizə daxil olub “vətəndaşlıq” 

hüququ qazana bilən sözlər sinonim cərgələrin genişlənməsinə, müxtəlifliyinə də səbəb olurlar. Dilimizdə əsasən ərəb, fars, 

rus, qismən də latın,yunan və başqa Avropa dillərindən alınma sözlər mövcuddur. İngilis dilində isə latın, skandinav və 

fransız dilindən alınmalar üstünlük təşkil edir. Lakin burada başqa dillərdən- italyan, ispan, alman və digər Avropa 

dillərindən alınmalara da qismən təsadüf edilir. 

Qeyd edək ki, dilimizdəki alınmalar mənşəyinə görə ərəb, fars, rus, avropa, qafqaz olmaqla göstərilsə də, dilçilərimiz 

tərəfindən bu fərqli ardlcıllıqla verilir. Məsələn: Ə.Dəmirçizadə bu ardıcıllığı  ərəb, fars, rus, Avropa kimi [2, 92] S.Cəfərov 

qafqaz, fars, ərəb, rus, başqa dillər [1, 47-61] A.Qurbanov [6, 197-204] və B.Xəlilov [5, 40-60] isə ərəb, fars, rus, Avropa 

olmaqla verirlər. Göründüyü kimi, dilimizdəki alınmalarda ərəb və fars mənşəli sözlər üstünlük təşkil etdir. Təbii ki, bu fakt 

dilin sinonim sözlərində də özünü eynilə  bu cür göstərir. 

N.Seyidəliyev isə Azərbaycan dilində alınma sözlərin üslubi sinonimlər əmələ gətirməkdə rolunu qiymətləndirir və bu 

tipli sözlərin dilimizə klassik ədəbiyyatda işlədilən ərəb və fars dillərindən, müasir dilə isə XIX əsrin 40-cı illərindən rus 

dilindən və rus dili vasitəsilə latın, yunan və başqa Avropa dillərindən keçdiyini qeyd edir [10, 37]. 

Burada alınma sözlərin dilə inteqrasiyası ilə bağlı maraqlı  və diqqət yetirilməli məqamlardan biri də “alınma sözün 

sinonim olması üçün sinonimlik əlamətlərini kəsb etməsidir, yəni ümimiləşdirici bir əsas məna ilə daxil olduğu cərgədəki 

digər sinonim sözlərdən müəyyən əlavə məna çalarlığı ilə fərqlənməsidir” [8,145]. Bunun əksi olarsa, yəni dilə başqa dildən 

söz götürülən zaman sırf təkrardan qaçmaq məqsədi güdülərsə, “dil yersiz əcnəbi sözlərlə dolar və nəhayət, bir neçə lüğət 

tərkibi olan bir “dil” yaradılar ki, bu da nəticə etibarı ilə ünsiyyətə yaramaz, yəni dil olmaz” [2, 126]. 

Hər iki dildə alınma sözlər həm milli sözlərlə, həm də öz aralarında sinonimik münasibətdə ola bilirlər : 

a)milli mənşəli söz - alınma söz tipli sinonim cərgələr; məs: ağ - bəyaz (ərəb), qanacaq - mərifət (ərəb), çiçək – gül 

(fars), ürək - qəlb (ərəb) - könül (fars) və s. 

b)alınma söz - alınma söz tipli sinonim cərgələr, yəni sırf alınma sözlər hesabına yaranan sinonim cərgələr. Bu növdən 

olan sinonim cərgələr həm eyni bir dildən alınma sözlərlə, həm də  fərqli dillərdən alınma sözlərlə yaradıla bilirlər, məs: 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

197 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

hörmətli (ərəb) - möhtərəm (ərəb), sakitlik (ərəb)- sükunət (ərəb), nalə (fars)-fəryad (fars dilindəndir),eyvan (fars)-balkon 

(rus), güzəran (fars)- həyat (ərəb) və s. [9, 195]. 

Bu vəziyyət ingilis dilində də fərqli deyil. Alınma sözlərin ingilis dilində sinonim sözlər yaratmaqda məhsuldar rolu 

barədə  R.Ginzburq yazır: “Sinonim cərgələri yaradan sözlərin böyük bir qismi adətən ya latın, ya da fransız mənşəlidir. 

Məsələn, “görmək” mənalı sononim cərgəni yaradan 13 sözdən yalnız ilk ikisi (OE.sēon və behealdan) qədim ingilis dilinə 

məxsusdur, digərləri isə  mənşəcə ya fransız, ya da latın dilinə  məxsusdur: see-behold-descry-espy-view-survey-

contemplate-observe-notice-remark-note-discern-perceive” [12, 58] 

İngilis dilində də mənşəcə müxtəlifliyi ilə seçilən sinonimik cərgələrə rast gəlmək olur. Bunlardan ən geniş yayılanı 

ikili milli-alınma modelidir ki, buna isə əsasən aşağıdakı kombinasiyalarda təsadüf olunur: 

a) milli-latın ( bodily - corporal, brotherly - fraternal) 

b) milli-yunan və ya fransız (answer - reply, fiddle - violin) 

İngilis dilində ikili modellə yanaşı üçlü milli-alınma-alınma modeli də mövcuddur ki, bu da əsasən milli-fransız-latın 


Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin