Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə43/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   39   40   41   42   43   44   45   46   ...   144

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

189 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

slayd, biznes, marketinq, start, test, standart, lider, konqresmen, barel, park, film, mitinq, sammit,  dollar, blokada, 

kompyuter kimi sözlərdir. Həmin sözlərin işlənmə  fəallıq səviyyəsi də yüksəkdir. Bəzən bir söz qəzetin müxtəlif 

səhifələrində  dəfələrlə təkrarlanır. Bu da onu göstərir ki, belə sözlər sadə  məişət dilində hamı tərəfindən işlədilir və başa 

düşülür. 

Qeyd olunan qəzetdən ingilis alınmalara aid bir neçə cümləni də nümunə kimi vermək olar. “Sonra monitorinqin 

nəticələri təqdim olundu.” “Fevralın 23-də Fransanın Nitsa şəhərindəki “Akroplis” konfrans sarayında 2016-cı ildə 

keçiriləcək  futbol üzrə  çempionatının  seçmə  mərhələlərinin püşkatma mərasimi olmuşdur.” “Azərbaycanda  internet 

şlyüzlərinin genişləndirilməsi planlaşdırılır.” “Çünki Azərbaycan bu məsələdə informasiya blokadasını yarıb, bütün dünya 

da artıq başa düşür ki, həqiqətən də belə bir faciə soyqırım baş verib.” “Ali təhsil müəssisələrinin bakalvriat və magistratura 

səviyyələrində kredit sistemi ilə  tədrisin təşkili Qaydaları” Azərbaycannın qnunvericiliyinə  və Avropa Kredit Transfer 

Sisteminə uyğun hazırlanıb.” (“İki sahil” 25 fevral.2014. 34.(6065) 

Bundan başqa, bəzi kütləvi informasiya vasitələrinin adlarının əksəriyyəti ingilis dili vasitəsilə gələn yeni sözlərdir və 

onların ədəbi dilimizin lüğət tərkibinə keçməsi heç də dil vasitəçiliyindən asılı deyil. Onlar bir qayda olaraq tərcümədən, ya 

da həmin sözləri işlədən müəllifdən, mətbuat orqanından asılı olur. Kütləvi informasiya vasitələrinin adları “Space”, 

“Biznesmen”, “Lider”, “Palitra”, “Tok-Şou”, “Super Marked”, “Ekstra krossvord”, “Eksklüziv”, İmpuls”, “İnterpolis” və s. 

kimi adlar son illərin ictimai-siyasi prosesləri nəticəsində meydana gəlmişdir və heç şübhəsiz, gəlmə termin-söz və söz 

birləşməsi kimi daha da aktuallaşmış, bəzən isə yeni məzmun  və məna kəsb etmişdir. 

Beləliklə, müasir dövrü mətbuatın istifadə etdiyi bu kimi termin-sözlər artıq kütləvi informasiya vasitələri üçün 

məqbul sayılır. 

 

 

 



“TALEH VƏ HƏQİQƏT” DASTANINDA QƏDİM TOPONİMLƏR VƏ ONLARIN 

STRUKTUR-SEMANTİK XÜSUSİYYƏTLƏRİ 

 

Günel BALAKİŞİYEVA 

Azərbaycan Dillər Universiteti 

merry_life@mail.ru 

 

“Taleh və Həqiqət” dastanında qədim toponimlər və onların struktur-semantik  xüsusiyyətləri 

Türk xalqlarının yaradıcılığı nəhəng bir dəryanı xatırladır.  Bu gün mübaliğəsiz demək olar ki, tarixdə türklər qədər 

dastan yaradan ikinci bir xalq olmamışdır. Bu da onunla bağlıdır ki, türklərin  həyatındakı  qədimlik, türk tayfalarının 

çoxluğu, onların yayıldıqları coğrafi  ərazinin genişliyi yüzlərlə  dastana mövzu olmuşdur. Onlardan istifadə etməklə 

Azərbaycan onomastikasının bir sıra problemlərini əsaslı və ətraflı öyrənmək olar.  

Onomastik mənbə kimi məhəbbət dastanları olduqca faydalıdır.Azərbaycan folklorşünaslığında məhəbbət dastanlarına 

müxtəlif aspektlərdən yanaşılmışdır.Sayca  qəhrəmanlıq dastanlarından çox olsa da, əslində qəhrəmanlıq dastanlarının çoxu 

məhəbbət üzərində qurulmuşdur. Ona görə Sədnik Paşa Pirsultanlının “Noruz və Qəndab”, “ Səyyad və Səadət”, “Abdullah 

və Cahan”, “Məsim və Diləfruz” dastanlarını qəhrəmanlığın hüdudlarında dayanan məhəbbət dastanları adlandırması yeni 

fikir kimi maraq doğurur. “Şah  İsmayıl” dastanını da bu siyahıya daxil etməklə demək olar ki, əslində  qəhrəmanlıq və 

məhəbbət mövzusu bu dastanlar arasında sərhəd qoymaqdan çox onları bir-birinə bağlamağa imkan verir.Biz isə məhəbbət 

dastanlarından biri olan “Taleh və  Həqiqət” dastanındakı toponimləri , onların mənşəyini, quruluşunu tədqiqata cəlb 

edəcəyik.  

Dərbənd Azərbaycanın qədim  şəhərlərindən biridir. Fars dilində olan Dərbənd sözü “dər” və “bənd” kəlmələrinin 

birləşməsindən əmələ gəlmişdir ki, bu da darvazalı sədd, keçid, bənd deməkdir. Ərəblər Dərbəndə Bab, Bab əl-Hədid, Bab 

əl-Əbvab, türklər Dəmir qapı Dərbənd, monqollar Kahulqa, Kahalqa, ermənilər isə Bah demişlər.Rəvayətə görə bu şəhəri 

İsgəndər  Zülqərneyn  bina edib. Və məşhur “ Səddi İsgəndər” ilə  şimaldan gələn axından cənubu mühafizə etmişdir.Eyni 

zamanda səddin Xosrov Nuşirəvan tərəfindən  çəkildiyi və şəhərin də onun zamanında inşa olunduğu da deyilir.  Dərbəndin 

adı Azərbaycan türklərinin eləcə  də bütün türk dünyasının nəhəng  ədəbi abidəsi olan Kitabi-Dədə Qorqud dastanında da 

çəkilir. Alman səyyahı Adam Oleari (XVII əsr) və türk səyyahı Övliya Çələbi Dədə Qorqudun məzarının Dərbənddə 

olduğunu qeyd edirlər. Bu haqqda Dərbəndnamədə də məlumat verilir 

Dastanda olan Muğan toponimi öz qədimliyi ilə seçilir. Muğan adını təhlil etmək üçün ilk öncə sözün kökünə nəzər 

yetirək. Sözün kökü “Muğ” dur. Heradot Midiya dövlətinin 6 tayfa birləşməsi əsasında yarandığını və onlardan birinin maq 

adlandığını qeyd etmişdir.Afad Qurbanov göstərir ki, sonrakı tarixi dövrlərdə bu tayfa Maq və Muğ adı altında 

tanınmışdır.Məhz Maq və ya Muğ tayfasını ofsunçuluqla məşğul olması bir sıra xalqlarda qədim ibtidai icma dillərindən biri 

olmuş ovsunçuluğun “maqiya” adı ilə adlandırılmasına səbəb olmuşdur. Muğların müəyyən ovsunları musiqi ilə müşayiət 

etmələri çox ehtimal ki, dilimizdəki mağar (toyxana), muğam (mahnı), müğənni sözlərinin yaranmasını şərtləndirmişdir. Bir 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

190 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

sıra tədqiqatçılar Muğan toponimini məhz muğ toponimindən və fars dilindəki məkan və cəm bildirən “an” şəkilçisindən 

ibarət olduğunu söyləyirlər. Maq etnoniminin etimologiyası indiyədək tam aydınlaşmamışdır. Görkəmli professor Budaq 

Budaqov Türkmənistanda Muğanla bağlı cəmi iki toponim-Muqal və Muqalbala olduğu halda, Azərbaycanda onların sayı 

18 olduğunu göstərmişdir və Muqal və ya Muğan etnoniminin Azərbaycanda çox yaranmasının səbəbini Muqal tayfa 

nümayəndələrinin Azərbaycana miqrasiyası, həm də Şərqin işğalçı ordularının tərkibində etnik qrupların çoxluğu ilə bağlı 

olduğunu qeyd etmişdir . Deməli, bu fikirlərdən belə nəticə çıxartmaq olar ki, Muğan adı Muq tayfa adından yaranmışdır. 

Qazax Azərbaycanın qədim yaşyış  məskənidir. Z.Bünyadov strukturasına görə sadə olan  bu adın  əvvəl ölkə, sonra 

şəhər adı kimi işləndiyini göstərmişdir.  Ə.Əliyev Qazaxın  əsasının Mərvan ibn  Məhəmməd tərəfindən  qoyulduğunu və 

əvvəl Kasal adlandığını qeyd etmişdir. Ərəb mənbələrində də bu böyük yaşayış məntəqəsinin hələ VIII əsrdə  mövcudluğu 

haqda məlumat  verilmişdir. Tofiq Əhmədov isə Qazax toponimininQasak-Qazak şəklində yazıldığını göstərmişdir. 

Ümumiyyətlə,  bu toponimözündə qazax etnik birliyinin adını əks etdirir. M.Vəliyev də qazax sözünün qıpçaq mənşəli tayfa 

adnı bildirdiyini qeyd edir. Bu tayfa da əvvəl Şimali Qafqazda, “ Dəşti-Qıpçaq” adlı yerdə  yaşamışlar. M.Baharlı onların 

Azərbaycana XI əsrdə köçdüyü haqda məlumat verir. 

Abdal-gülablı toponimi. Qubadlı rayonunun Mahrızlı  kəndində Gülablı bağı, keçən  əsrdə  Ağdam rayonunda Abdal-

Gülablı, XIX əsrdə İrəvan quberniyasının Üçkilsə  qəzasında azərbaycanlılar yaşayan Gülablı  kəndinin qeydə alınması bu 

adın etnotoponim olmasından xəbər verir. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində Abdal haqqında belə qeyd 

edilir: “ Abdal -Ağdam rayonunun Gülablı inzibati ərazi vahidində kənd adıdır. Oykonim abdal tayfasının adı ilə bağlıdı . 

Gülablı adının isə yerli əhali əkinə verilən ikinci suyun xalq arasındakı adı olan “gülab”la əlaqələndirir . Əslində, oykonim 

yaxınlığındakı Gülablı dağının adı ilə bağlı olub, etnotoponimdir . 

Təhlil etdiyimiz toponimlərdən başqa dastanda Gəncə, Şirvan, Qarabağ, Mil, Şəki, Təbriz kimi qədim toponimlərin də 

adı çəkilir. 

 

 



 

 

AZƏRBAYCAN DİLİNDƏ AY ADLARI 



 

Gülxanım İSMIXANOVA 

Bakı Slavyan Universiteti 



gulxanim_ismixanova@hotmail.com 

 

 Azərbaycan dilində zaman mənalı sözlər kateqoriyasına daxil olan leksik vahidlər sırasına ay adları da daxildir. 

Məlum olduğu üzrə, hər biri üç aydan ibarət olmaqla, il dörd fəslə bölünür. Dekabr, yanvar, fevral qış, mart, aprel, may yaz, 

iyun, iyul, avqust yay, sentyabr, oktyabr, noyabr isə payız aylarıdır. Ay adları semantik və sözdüzəltmə baxımından bir-

birindən təcrid olunmuş sözlərdir, onların hansı əsaslarla sıralanması haqqında tarixdə bilgi yoxdur, sadəcə olaraq, Roma 

allahlarının, ilahələrinin və imperatorlarının şərəfinə bu cür adlandırılması söylənilməkdədir. 

Ay adlarının mənşəyini və türk dillərindəki formalarını göstərmək üçün hər birini ayrı-ayrılıqda incələyək: 



Yanvar ilin birinci ayının adıdır və latın dilindəki “Januarius” sözündən götürülmüşdür. Roma allahı Janusun şərəfinə 

belə adlandırılmışdır. Türkiyə türkcəsində “ocak” şəklində işlənir ki, bu da “atəş”, “atəş olan yer” anlamındadır. 



Fevral sözü latın dilindən keçmə olub, hərfi mənası “təmizlənmə ayı” deməkdir. Qriqori təqviminə görə, fevral ikinci 

aydır. Bu ay iyirmi səkkiz gündən ibarətdir. Uzun illərdə isə bu ay iyirmi doqquz gündən ibarət olur. Bu, dörd ildən bir baş 

verir. Fevral ayının adı Favn allahının adının  şərəfinə bu cür adlandırılmışdır. Türkiyə türkcəsində fevral ayını  “şubat” 

adlandırırlar ki, bu da qədim süryani dilindən gəlmədir. 



Mart sözü latın dilindən götürülüb. Otuz bir gündən ibarət  olan  bu  ay  qədim Roma allahı Marsın  şərəfinə belə 

adlandırılmışdır. Diğər oğuz qrupu türk dillərində də eyni şəkildə işlənməkdədir. 



Aprel  sözü latın dilindəki “aprelus” sözündən götürülüb. Qriqori təqviminə  əsasən aprel ayı dördüncü aydır. Bu ay 

otuz gündən ibarətdir. Türkiyə türkcəsində “aprel” ayı “nisan” adlanır [3; 5]. 



May leksik vahidi latın dilindəki “marius” sözündən götürülüb. Qriqori təqviminə əsasən, may ayı beşinci aydır. Bu ay 

Roma ilahəsi Mayanın  şərəfinə belə adlandırılmışdır. Türkiyə türkcəsində may ayı “mayıs”  şəklində ifadə olunur ki, 

Azərbaycan dilindəkindən fonetik variantı ilə fərqlənir. 

İyun Qriqori təqviminə əsasən ilin altıncı ayıdır və latın dilindəki “junius” sözündən götürülüb. Bu ay otuz gündən 

ibarətdir.  İyun ayının bu cür adlandırılması  qədim Roma ilahəsi Yunonanın  şərəfinədir. Türkiyə türkcəsində iyun ayı 

“haziran” adlanır ki, ərəb dilindən gəlmə olub,  “isti” mənasındadır. 

İyul  latın dilindəki “helius” sözündən götürülüb. Bu ay Qriqori təqviminə  əsasən ilin yeddinci ayıdır və otuz bir 

gündən ibarətdir. Bu ayın iyul adlandırılması Roma sərkərdəsi Yuli Sezarın  şərəfinədir. Türkiyə türkcəsində iyul ayı 

“temmuz” şəklində işlədilir ki, bu da qədim şumer dilində alınma olub, “bəy, əfəndi” deməkdir. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

191 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Avqust  sözü latın dilindən götürülüb. Qriqori təqviminə  əsasən avqust ayı ilin səkkizinci ayıdır və otuz gündən 

ibarətdir. Avqust ayı Roma imperatoru Oktavian Avqustun şərəfinə belə adlandırılmışdır. Türkiyə türkcəsində avqust ayı 

“ağustos” şəklində işlənir. 

Sentyabr  latın dilindəki “septem” sözündən götürülüb, mənası “yeddi” deməkdir. Qriqori təqviminə  əsasən, ilin 

doqquzuncu ayıdır və otuz bir gündən ibarətdir. Qədim Roma və  qədim Rusiyada sentyabr ayı ilin yeddinci ayı hesab 

olunurdu. Türkiyə türkcəsində sentyabr ayı “eylül” adlanır ki, bu da qədim süryani dilindən gəlmədir, “üzüm ayı” 

anlamındadır. Türkmən  və qaqauz dillərində fərq yalnız fonetik cəhətdəndir.  



Oktyabr  latın dilindəki “octo” sözündən götürülüb. Oktyabr ilin onuncu ayıdır və otuz gündən ibarətdir. Yuli 

təqviminə  əsasən oktyabr ilin səkkizinci ayı hesab olunurdu. Türkiyə türkcəsində oktyabr ayı “ekim” adlanır ki, bu da 

“tarlaların əkildiyi yer” anlamındadır. 

Noyabr latın dilindəki “novem” sözündən götürülüb, mənası doqquz deməkdir. Yuli təqviminə  əsasən ilin 

doqquzuncu ayı, Qriqori təqviminə əsasən ilin on birinci ayıdır. Otuz bir gündən ibarətdir. Türkiyə türkcəsində noyabr ayı 

“kasım” adlanır ki, o da ərəb dilindən götürülmüş və mənası “ayıran, bölən” deməkdir. 

Dekabr sözü latın dilindən götürülüb. “December” sözündən götürülmüşdür və mənası “on” deməkdir. Yuli təqviminə 

əsasən, dekabr ilin onuncu ayıdır. Qriqori təqviminə  əsasən, otuz bir gündən ibarətdir və ilin on ikinci ayıdır. Türkiyə 

türkcəsində bu ay “aralık” adlandırılır ki, “iki şey arasındakı böşluq” mənasına gəlir. 

    İstər Azərbaycan, istərsə digər oğuz qrupu türk dillərinin ədəbi dilindəki ay adlarından savayı, dialektlərdə də ayın 

bütöv bir dövrünün, ya da konkret bir neçə gününün adına rast gəlmək mümkündür. Bunlardan aşağıdakıları örnək olaraq 

göstərə bilərik:  alaçolpa – Ucar rayonunda qışın son otuz gününü bildirmək üçün istifadə olunan leksik vahid, bozay – 

Qazax, Naxçıvan, Tərtər, Şəmkir, Tovuz regionlarında qışın son ayını bildirən leksik vahid, cəmlə - Zəngilanda qışın son 

ayını bildirmək üçün istifadə olunan leksik vahid, çömçəqurutmaz – Ağdam rayonunda payızın son ayını bildirən leksik 

vahid, danaqıran – Göyçayda yazın ilk üç gününü bildirən leksik vahid, darğan – Dərbənddə qışın son on gününü bildirən 

leksik vahid, düburğun – Dərbənddə  qışın son on gününü bildirən leksik vahidkeçiqıran – Qazax, Tovuz bölgəsində 

yazın  əvvəlini, martın sonu və aprelin əvvəlini bildirən zaman mənalı leksik vahid, oxlaqqıran – Ordubad bölgəsində 

payızın son ayın bildirən leksik vahid və s.  

 

 

MÜRƏKKƏB SİNTAKTİK BÜTÖV VƏ CÜMLƏ 

 

GünayƏLİYEVA 

Bakı Slavyan Universiteti 



gunay.eliyeva89@inbox.ru

 

 



Bildiyimiz kimi, mətn dilçiliyi yaranmamışdan qabaq, cümlə dilin ən böyük və bitmiş fikir ifadə edən sintaktik vahidi 

hesab olunurdu. Lakin, mətn dilçiliyinin yaranması ilə bu fikir təkzib edildi. Ünsiyyətin əsas vahidi olan cümlə bitmiş fikir 

ifadə etsə də, onun ifadə etdiyi fikir bitkinliyi nisbi xarakter daşıyır. 

 

 



 

 

 



 

Mətn bir sıra komponentlərin, cümlələr birliyinin qarşılıqlı  əlaqəsindən yaranır. Mətn dedikdə, mətnin tərkibindəki 

cümlələrin əmələ gətirdiyi və bitmiş bir fikir ifadə edən sintaktik vahidlər nəzərdə tutulur. K.Abdullayevin qeyd etdiyi kimi, 

“mətn elə bir sintaktik kompleksdir ki, başqa sintaktik kompleksin, yəni cümlənin onun məna nöqteyi-nəzərindən nisbi 

qeyri-bitkinliyini, müəyyən semantik naqisliyini aradan götürür. Mətnin özü, mütləq məna bitkinliyini nümayiş etdirir. 

Mətn dilçiliyinin yaranması ilə dilçilikdə böyük irəliləyişlər baş verdi. Belə ki, bu vaxta kimi cümlənin bitmiş bir fikir 

ifadə etdiyi qeyd edilirdisə, mətn dilçiliyinin yaranması ilə müasir dilçilik cümlənin deyil, cümlələr birliyinin, daha doğrusu, 

mürəkkəb sintaktik bütövün bitmiş bir fikir ifadə etdiyini irəli sürdü. Bununla da, demək olar ki, sintaktik yarusda ən böyük 

vahid cümlələr birliyindən ibarət olan mürəkkəb sintaktik bütövdür. Mürəkkəb sintaktik bütöv – məna ümumiliyi və xüsusi 

sintaktik əlaqələrlə birləşmiş konteksdən nisbətən asılı olmayaraq məna birlikləri yaradan cümlə birləşməsidir. Mürəkkəb 

sintaktik bütövün xüsusi sintaktik vahid kimi götürülməsinə baxmayaraq, əslində yalnız mətndə müxtəlif  əlaqə vasitəsilə 

birləşmiş bir sıra cümlələrin birləşməsi kimi öyrənilir. Mətn dilçiliyi sahəsinin ilk tədqiqatçılarından olan N.S.Pospelovun 

qeyd etdiyi kimi, “əlaqəli nitqin həqiqi sintaktik vahidi sadə  və mürəkkəb cümlə deyil, məhz  əlaqəli nitq kontekstindən 

çıxarılarkən öz sintaktik bitkinliyini və müstəqilliyini saxlayan mürəkkəb sintaktik bütövdür”. Müxtəlif strukturlu 

cümlələrin birliyi olan mürəkkəb cümlə artıq  ənənəvi olaraq cümlə anlayışına cavab vermir və bir çox dilçilik 

tədqiqatlarında belə birliklər mətn və yaxud mürəkkəb sintaktik bütöv termini ilə adlandırılır. Lakin, bu fikirlərlə hamı 

razılaşmırdı. Bəzi tədqiqatçılar cümlədən yüksək vahidin olduğunu qəbul etmirdilər. Cümlədən artıq böyük vahidlərin 

ayrılması  əleyhidarları öz fikirlərini müxtəlif cür əsaslandırırlar. Belə ki, E.Benvenist yazır ki, “cümlə başqa tip vahidlər 

üçün inteqrant ola bilməz. Bu hər  şeydən  əvvəl, yalnız cümləyə xas olan və onu bütün başqa vahidlərdən fərqləndirən 

xüsusiyyətlə, yəni predikativliklə izah edilir. Bunun əsasında E.Benvenist belə bir nəticəyə  gəlir ki, cümlələr qrupu 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

192 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

cümlənin səviyyəsinə münasibətdə daha yüksək səviyyəli vahid əmələ  gətirmir və cümlənin səviyyəsindən yüksəkdə 

yerləşən dil səviyyəsi mövcud deyildir. R.Yakobson da cümləni dilin ən yüksək vahidi hesab edir və qeyd edirdi ki, “cümlə 

dilin ən ali vahididir və eyni zamanda kodlu vahid olmayan sərbəst nitq birləşmələrinin komponentidir”.     

 

A.Potebnya sözün və nitqin qarşılıqlı əlaqəsini öyrənərək göstərirdi ki, “Təcrid olunmuş söz mövcud deyildir. Yalnız 



nitq mövcuddur. Sözün mənası isə yalnız nitqdə aydınlaşır. Nitqdən qoparılmış söz cansızdır və fəaliyyət göstərmir”. Eynilə 

bu fikri cümlə və mətnə də aid etmək olar. Çünki, əsl bitkin fikir sinaktik bütövlər vasitəsilə ifadə olunur. Biz fikirlərimizi 

bir-birindən təcrid olunmuş ayrı-ayrı cümlələrlə deyil, sintaktik bütövlərlə tamamlamış oluruq. Belə ki, cümlə yalnız mətn 

çərçivəsində konkret hadisə ilə bağlı öz mənasını əldə 

edir. 

     


Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, mətn onu yaradan cümlələr toplusundan ibarətdir və bu cümlələr 

toplusundan fərqli olaraq mətn özünəməxsus bir bütün təşkil edir. Əgər biz cümləni mətndən kənarda təhlil etsək, o 

tamamilə başqa bir məna verecəkdir, lakin mətnin tərkibində cümlə həmin mətnə xas olan ümumi bir məna ifadə edəcəkdir. 

Buradan da çıxış edərək demək olar ki, cümlə mətnin mənalı toplusudur. 

  

Lakin, onu da qeyd etmək lazımdır ki, bu sahədə araşdırmalar hələ də davam edir. Mürəkkəb sintaktik bütöv bir çox 



istiqamətlərdə  tədqiq edilib, ancaq onun tam şəkildə  tədqiqi hələ başa çatmayıb, bəzi məsələlər var ki, hələ də öz həllini 

gözləyir.  

 

 

 



MÜASİR AZƏRBAYCAN DİLİNDƏ YENİ TERMİNLƏRİN  LÜĞƏTLƏRDƏ 

 ƏKS OLUNMA PROBLEMLƏRİ 

 

Günel PAŞAYEVA 

Sumqayıt Dövlət Universiteti 

p.gunel@hotmail.com 

 

Cəmiyyətdə baş verən siyasi,iqtisadi,ictimai dəyişikliklər,elmi texniki tərəqqi, mədəni həyatda baş verən inkişaf və 



yeniləşmələr dil və onun qanunlarına mütləq şəkildə təsir etməkdədir. Yeniliyin və  inkişafın geniş vüsət aldığı dövrdə yeni 

sözlərin yaranması zəruri hadisəyə çevrilir. Bu sözlər ya dilin öz daxili imkanları əsasında və ya başqa dillərdən alınır. Dilin 

lüğət tərkibini araşdırsaq məlum olur ki,alınmaların lüğət fondunun zənginləşməsində rolu çox böyükdür. Bu gün dünyada 

baş verən qlobal dəyişikliklər,elmin sürətli inkişafı yeni məvhumların yaranması və onların adlandırılmasını zəruriləşdirir. 

Bəzən dilin daxili imkanları,adlandırma zamanı aciz qalır və başqa dillərdən söz almağa məcbur olur. Ümümiyyətlə, 

dünyada tamamilə öz sözlərindən ibarət bir dil yoxdur. Bu baxımdan Azərbaycan ədəbi dilinin lüğət tərkibi də alınmaların 

hesabına günbəgün zənginləşir. Bu proses özünü terminologiya sahəsində daha qabarıq  şəkildə göstərir.Termin yaratma 

dilin öz imkanları daxilində və ya alınmalar sayəsində yeni terminlərin yaranma prosesidir və terminoloji sistemdə mühüm 

rol oynayır. Deməli “Azərbaycan dilində  də terminlər həm daxili imkanları  əsasında,həm də başqa dillərdən söz almaqla 

yaranır. Bu da dilin bütövlükdə leksik sisteminin zənginləşmə qanunauyğunluqları ilə eyniyyət təşkil edir” [1;119] Son 

dövrdə Avropa mənşəli alınmaların sayı durmadan artır. Səbəb kimi ölkəmizin inkişafı, yeniliklərə açıq olması, yaranmış 

yeni elmi, texniki, mədəni hadisələrə biganə qalmamasını göstərmək olar. Əlbəttə, yeniliklərə, yeni yaranmış bütün 

vasitələri  ölkəyə qəbul ediriksə, yaranmış yeni anlayışın adının  da dilin leksik vahidləri sırasına düşməsi labüd hal alır. 

Lakin, baxaq görək, bu adlar, adlandırmalar Azərbaycan dilinin lüğət tərkibində alınma söz kimi, ümumiyyətlə,  leksik 

vahid kimi özünə yer  tuta  bilirmi?  

Lüğət (Sözlük) — Müəyyən üslubla düzülən, mənası  və ya tərcüməsi verilən və  tələffüzü göstərilən sözlərin 

toplusudur. [2] Ümumiyyətlə, lüğətlərsiz  Azərbaycan dilini təsəvvür etmək qeyri mümkündür və hal – hazırda müxtəlif 

məzmunlu lüğətlər mövcuddur. Yeni anlayışların adlandırılması,elm və texnikanın ayrı – ayrı sahələrinə aid terminlərin 

sistemə salınmasında terminoloji lüğətlərin rolu əvəzsizdir. Bu lüğətlər dilin leksikasını, sözlərin leksik – semantik mənasını 

təsvir edir. Və  məhz bu lüğətlər filoloji eyni zamanda izaahlı lüğətlərinin  əsas bazasını  təşkil edir. Terminoloji lüğətlər 

əsasən iki prinsip üzrə tərtib olunur: 1. Əlifba prinsipi ilə 2. Əlifba – yuva prinsipi ilə [ 1;310] Birinci halda terminlər əlifba 

sırası ilə verilir, ikinci prinsipdə isə bir kökdən əmələ gəlmiş eyni köklü müxtəlif mənalı sözlərin hamısı bir “yuvada”, bir 

söz altında izah edilir. Bu prinsipin üstünlüyü ondan ibarətdir ki, lüğətdə eyni kökdən yaranmış sözlərin müxtəlif mənaları 

faktiki ortaya çıxarır və onların  əsas mənayla sıx bağlı olduğu diqqətə çatdırlır. Və bununla da, yeni yaranan istənilən 

anlayışın o adla bağlılığını müəyyən edərək, təsvirini və yaxud işləklik prinsipini təxmin edə bilərik. Lakin Azərbaycan 

dilində  indiyədək bu prinsipdə lüğət tərtib olunmamışdır. 

Azərbaycan dilində müxtəlif məzmunlu terminoloji lüğətlər tərtib olunmuşdur. Bu elmlərin sürətli inkişafı, tərcümə 

olunan elmi - ədəbiyyatın Azərbaycan dilinə  tərcüməsi ilə bağlı yeni yaranan terminlərin yaradılması olə  əlaqədardır.  

Yaranmış bu lüğətlər qarşıya qoyulan məqsəddən asılı olaraq bir neçə növə bölünür. məs: ikidilli, çoxdilli və izahlı 

terminoloji lüğətlər . Təkcə 1990 – 2000 – ci illərdə 11 terminoloji lüğət tərtib olunmuşdur. Hal – hazırda da yeni lüğətlər 



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin