II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
168
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
т.к. глутамат может оказывать повреждающее влияние на нейроны и вызвать клеточную гибель при нарушениях,
вызванных воздействием пренатальной гипоксии. Выявлена степень постгипоксических изменений глутаминазной
активности в различных структурах мозга крыс в зависимости от пренатального периода воздействия гипоксии.
Показано, что нарушения глутаматного синтеза в различных структурах мозга сохраняются и у взрослых
животных, подвергнутых воздействию пренатальной гипоксии.
Полученные результаты исследований значительно расширяют знания о роли глутаминазы, фермента синтеза
нейротрансмиттерного глутамата, а также глутаматдегидрогеназы в мозге животных перенесших гипоксию на
ранней стадии пренатального онтогенеза. Выявленные изменения показывают ключевую роль глутаминазной и
глутаматдегидрогеназной реакции в метаболизме глутамата в мозге, что имеет существенное значение в поиске
способов уменьшения последствий постнатальных дисфункций после перенесенной гипоксии в пренатальный
период.
ЗАЩИТА ЭКСТРАКТАМИ ШАЛФЕЯ, СОЛОДКИ, DANAE RACEMOSA L.,
ПРОРОСТКОВ ПШЕНИЦЫ,
ПОДВЕРГНУТЫХ ДЕЙСТВИЮ ИОНОВ ЦИНКА
Севиндж АТАКИШИЕВА, Севиль ДАДАШЕВА, Инна КУРБАНОВА
Институт Ботаники Национальной Академии Наук
SevincAtakisiyeva@gmail.com
Стрессы окружающей среды, как известно, связаны с образованием реактивных форм кислорода (РФК),
вызывающих окисление клеточных компонентов и в дальнейшем разрушение клеток в растениях. В этом случае
нами используются антиокислители, содержащиеся в ряде растений флоры Азербайджана. В работе проведен
скрининг спиртовых экстрактов ряда растений: аптечного шалфея (FoliaSalviaofficinalis) c преобладанием
сапонинов (урсоловая, олеаноловая кислоты), каротина и витамина С; корней солодки (Radixglycyrrhizae) c
преобладанием сапонина – глицирризина; и с преобладанием каротиноидов в реликтовом растенииDanae racemosa
стабилизирующего хлорофилл-белковые комплексы при фотоингибировании (Дадашева С.Б., Курбанова И.М. и
др., 1990).
Тушение свободных радикалов определяли по наличию хлорофиллового пула в 7-дневных проростках
пшеницы в условиях, обработки ионами Zn
2+
(10
-3
М)в течении 24 часовпри различных pH среды. Тушение
свободных радикалов определяли по модели стабильного радикала DPPH. Окислительную способность образца
рассчитовали по компьютерной программе PerellaScientificIns., Amherst, USA.
Показано, что наибольшими антиокислительными свойствами обладают экстракты листьев шалфея и корней
солодки. Так как, по сравнению со стабильным радикалом- тролоксом, у которого получена концентрация
ингибирования (İC50%), равно 17,1µг/мл, экстракты, приготовленные из листьев шалфея и корней солодки İC50%
равно 11,9µг/мл. Danaeracemosa содержащие каротиноиды слабо активны и их İC50%=55,4µг/мл. Выбранная нами
модель для анализа антиокислительной и антирадикальной активностей дает возможность определения ее по
отношению к стабильному радикалу DPPH. Полученные данные свидетельствуют о высокой антиокислительной
активности природных флавоноидов и сапонинов, особенно из растений шалфея и солодки по отношению к
радикалам в реакции DPPH.
Анализы спектров поглощения нативных форм Хл, приведенные к единице, показали, что при контроле pH 4,5
содержание Хл b при 440нм равно 1,2, а Хл а – 0,97. Воздействие в течение 24 ч ионов Zn
2+
при pH 4,5 подавляет
содержание Хл b до 0,96; а на Хл а не действует. Добавление экстракта шалфея в кислую среду защищает Хл b-при
440нм до 1,41, при 645нм до 1,25; а Хл а при 663нм до1,41; при 680нм до 1,69. Кислая среда с экстрактом корня
солодки и Danaeracemosa не обладают защитными свойствами хлорофиллового пула. Полученные результаты в
условиях pH 6,8 показали, что все экстракты имеют защитные свойства по отношению к форме Хл а при 680нм.
Содержание Хл а при 680нм в контроле равно 0,84. При добавлении тяжелого металла процесс подавляется.
Показатели защиты равны для шалфея – 1,14; корней солодки – 1,15; Danae racemosa – 1,1.
В щелочной среде защита хлорофилла незначительна как в отношении Хл a, так и Хл b.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
169
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
18-19, April 2014, Baku, Azerbaijan
PROCEEDINGS
SECTION II
PHILOLOGICAL SCIENCES
Philology
Pedagogy
Translation
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
170
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
171
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
18-19, April 2014, Baku, Azerbaijan
PROCEEDINGS
SECTION II
PHILOLOGICAL SCIENCES
PHILOLOGY
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
172
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
GÖYÇAY ƏRAZİSİNDƏKİ BƏZİ MƏHƏLLƏ ADLARININ
LİNQVİSTİK XÜSUSİYYƏTLƏR
Aygün XƏLİLOVA
Qafqaz Universiteti
aygun_xelilova@mail.ru
Azərbaycan dilinə mənsub onomastik vahidlər, o cümlədən toponimlər dilimizin daxili qayda-qanunları əsasında
yaranır və formalaşır. Toponimlərin bir qolunu təşkil edən urbononimlər də bu cəhətdən maraqlıdır.
Bəzi tədqiqatçılar ( T.Əhmədov, Q.Məşədiyev və b.) toponimlərin əmələ gəlməsində yalnız sintaktik üsulu qəbul
edirlər. Bir çox dilçilərin qəbul etdiyi bölgüyə əsasən və əldə olunan materiallara görə toponimlərin üç üsulla əmələ
gəldiyini söyləmək olar:
1) leksik üsulla yaranan urbononimlər;
2) morfoloji üsulla yaranan urbononimlər;
3) sintaktik üsulla yaranan urbononimlər.
Leksik üsulla yaranan urbononimlərə cəmi bir neçə adda təsadüf olunur: Hücrə, Şlanpa, Şoran.
Morfoloji üsulla yaranan urbononimlərdə - lı şəkilçisi fəal iştirak edir. Bu sözdüzəldici şəkilçi olsa da, toponim
yaradıcılığında mənsubluq, çoxluq, aidlik mənalarını ifadə edir. Əsasən şəxs, tayfa, peşə, coğrafi obyekt bildirən sözlərə
birləşərək müxtəlif mənalı urbononimlər əmələ gətirir:
a) sadə və mürəkkəb şəxs adlarına qoşularaq həmin şəxsin adını daşıyan antropotoponimlər əmələ gətirir: Sarxanlı,
Hacısalmanlı, Qəfərli, Adgözəlli, Üsublu, Qaranəbili və s.;
b) tayfa adları bildirən sözlərə birləşərək etnotoponimlər əmələ gətirir: Qaramazlı;
c) peşə-sənət bildirən sözlərə birləşərək yaranan urbononimlər: Çöpçülülər, Pinəçili, Dəlləkli və s.;
ç) şəhər adı bildirən sözlərə birləşərək yarananlar: İrəvanlı, Şamıxlı;
d) digər sözlərə qoşularaq yaranan urbononimlər: Qaracanlı, Koxallı, Çuxurlu, Kahyalı, Sofnurullu, Baballı və s..
- lar şəkilçili toponimlər də mənsubluq, aidlik bildirir. Əsasən şəxs ( Sofular, Əzizlilər, Aydəmirlilər, Balaşlılar və s.), peşə-
sənət ( Dəlləklər) və digər sözlərə ( Bambılılar) artırılaraq urbononimlər əmələ gətirir.
- ha və - i formantlarına da təsadüf olunur: Haçərkəzli, Haislamlı, Qaraşili, Nöləli və s..
Sintaktik üsulla yaranan urbononimlər birinci və ikinci növ təyini söz birləşməsi modeli əsasında yaranmışdır.
Birinci növ təyini söz birləşməli urbononimləri nitq hissələrinə görə belə təsnif etmək olar:
a) " isim + digər nitq hissəsi ": Baş ara, Sağsağan çərlədən və s.;
b) " sifət + isim " modelli birləşmələr: Orta ara, Çökək məhəllə, Təzə məhəllə və s.;
c) " zərf + isim " qurluşlu urbononimlər: Aşağı məhəllə, Aşağı baş, Yuxarı dərişdi, Yuxarı masırlı, Aşağı ara və s..
İkinci növ təyini söz birləşməli orbononimlər " isim + isim " modelinə uyğun gəlir: Osman uşağı, Alı uşağı, Qurban
uşağı və s..
Bəzi urbononimlər mahiyyət etibarilə eyni anlamı ifadə etsə də forma etibarilə xeyli dəyişikliyə ugramışdır. Qaracanlı
urbononimi sözün etimologiyasına müraciət etdikdə qarıncanlı ( çox yeyib içdiklərinə görə ) , Koxallı toponimi " kövrək
xallı "( qorxaq cəsarətsiz) Şamıxlı urbononimi Şamaxılı Şamaxı rayonundan köçüb gəliblər Şlampa urbononimi isə şlaqban
sözündən yaranmışdır.
MÜXTƏLİF SİSTEMLİ DİLLƏRDƏ SİFƏTİN ÇOXMƏNALILIĞI VƏ
OMONİMLİYİNİN MÜQAYİSƏLİ LİNQVİSTİK TƏHLİLİ
(İngilis Və Azərbaycan Dillərinin Materialları Əsasında)
Aygün MAHMUDOVA
Bakı Slavyan Universiteti
aygun.vahidqizi@box.az
Müxtəlifsistemli dillərin materialları əsasında sifətlərin çoxmənalılığının öyrənilməsi aktualdır. Sifətlərin çoxməna-
lılığı onların təyin etdikləri obyektə nəzərən aydınlaşır. Sözün çoxmənalılığı araşdırılarkən onun qeyd olunmuş mənalar
toplusu tam şəkildə nəzərdən keçirilməli, mənanı açıqlayan kontekstlərdən istifadə olunmalıdır. Bu zaman kontekstin daha
böyük həcmə malikliyi əsas götürülür, müəyyən ətrafda işlənmiş söz böyük kontekstin tərkibinə daxil edilir. Məsələn; “qara
kağız” birləşməsində “qara” sözünün konkret dörd mənadan birində (surətçıxarma kağızı, yazılı kağız, çirkli kağız, ölüm
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
173
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
haqqında kağız) işlənməsini dəqiqləşdirmək üçün əlavə kontekstə ehtiyac olur: “Həsrət qara kağızları toplayıb tulladı, sonra
stolun gözündən bir topa ağ kağız və qələm çıxarıb əvvəlcə divanın üstünə qoydu”.
Müxtəlifsistemli dillərin, konkret olaraq Azərbaycan və ingilis dillərinin materialları əsasında sifətlərin
çoxmənalılığının müqayisəli şəkildə öyrənilməsi üçün bir sıra çoxmənalı sözlərin Azərbaycan və ingilis dillərində
işlənməsinə aid nümunələri təhlil edək.
Azərbaycan dilində “təmiz” sözü aşağıdakı mənalarda işlənir: 1) təmizlənmiş, yuyulmuş, silinmiş – təmiz paltar; 2)
qırxılmış, taraşlanmış – təmiz üz; 3) iltihabı, çirki olmayan – təmiz yara; 4) təmizlənmiş, arınmış – təmiz düyü; 5) tutqun
olmayan, buludsuz, açıq – təmiz səma; 6) yazılmamış, istifadə olunmamış – təmiz dəftər; 7) nəfəsalma, orqanizm üçün
zərərli qarışıqları olmayan – təmiz hava; 8) tərkibində qarışığı olmayan, xalis – təmiz yun; 9) ləhcə, dialekt ünsürləri
olmayan, ədəbi dil normasına uyğun – təmiz nitq; 10) yalan, kələk olmayan – təmiz hesab; 11) tələb olunan səviyyədə
görülmüş, qüsursuz – təmiz iş; 12) qəbul olunmuş qaydalara əsasən vaxtından əvvəl qazanılmış – təmiz qələbə; 13) ləkəsiz,
pak – təmiz vicdan; 14) namuslu, əxlaqlı – təmiz qız.
Azərbaycan dilində “təmiz” sifətinin qeyd olunan mənalarının ingilis dilində necə və hansı sözlərlə ifadə olunmasını
nəzərdən keçirək. Belə ki, ”təmiz” sözü “çirklənməmiş, yuyulmuş, silinmiş” mənalarını özündə birləşdirən ingilis dilindəki
“clean” sözünün əsas mənası ilə adekvatdır. Məsələn; təmiz əllər – clean hands; təmiz otaq – clean room; təmiz nimçə -
clean plate. Təbii ki, bu kimi birləşmələr də adekvat tərcüməyə uyğun gəlir. Bu nümunələrdə “təmiz” sözünün ifadə etdiyi
keyfiyyət və əlamətdə məna fərqləri vardır. Ən incə məna çalarlarını nəzərə almasaq, verilmiş birləşmələrdə “təmiz”
sözünün məna fərqinə görə aşağıdakı kimi ayrılması aparıla bilər:1) çirkli olmayan, yuyulmuş mənası: təmiz paltar – clean
dress; təmiz əllər – clean hands; 2) Yığışdırılmış, səliqəli mənası: clean room – təmiz otaq; clean street – təmiz küçə və s.
Suyun bulanıq və ya şəffaf olması anlamı Azərbaycan dilində “təmiz su” birləşməsi ilə ifadə edilir. İngilis dilində isə
həmin mənanın verilməsi üçün “clear” sifəti işlənir: Clear water (təmiz su). Clear water of the lake – gölün təmiz (şəffaf)
suyu. “Təmiz şüşə” və ona adekvat götürülən “şəffaf şüşə” birləşmələrindəki məna da ingilis dilində “clear” sifəti ilə
ifadəsini tapır: clear glass. “Qarışıq, xalis” məna dilimizdə “təmiz” sözü ilə ifadə olunur: təmiz qızıl, təmiz gümüş. Bu
birləşmələrdə “təmiz” sözünün daşıdığı məna ingilis dilində “clean” sifəti ilə verilir: clean gold, clean silver. Azərbaycan
dilində “aydın, işıqlı, buludsuz” mənasında işlənən “təmiz səma, təmiz gün” ifadələri ingilis dilində “clear sky, clear day”
kimi işlənir. Qeyd edək ki, Azərbaycan dilində həmin anlamı, yəni həmin mənanı “təmiz” sözü ilə sinonim olan “aydın”
sifəti ifadə edir: aydın səma, aydın gün. Azərbaycan dilində “yaxşı yerinə yetirilmiş, düzgün vurulmuş” mənası da “təmiz”
sifəti ilə ifadə olunur. Məsələn; təmiz zərbə. Bu birləşmə ingilis dilində də vardır: clean stroke, clean blow
İngilis dilində qeyd olunan sifətlər başqa mənalarda da işlənir: 1) Radioaktiv və qarışığı olmayan; clean bomb; 2)
bütöv, tam kəsmə; clean cutting; 3) hamar, düz; clean coast – düz, hamar sahil.
Omonimlik sözlərin çoxmənalılığı ilə yaxın olub, bir çox hallarda çoxmənalılığın aradan qalxmasının nəticəsi kimi üzə
çıxır. Omonimlik leksik, morfoloji, leksik-qrammatik olmaqla üç yerə bölünür. Leksik omonimlər eyni nitq hissəsinə aid
olan, yazılışları fərqlənməyən, lakin mənaca tam müxtəlif sözləri əhatə edir. Bu cür sifətlər azlıq təşkil edir. Araşdırmalar
göstərir ki, dilin qədim dövrlərinə aid sözlərdə sifətlərin leksik omonimliyi müasir dilə nəzərən çoxdur. Məsələn:
Azərbaycan dilindəki “qara” sözü vaxtilə “böyük, hündür, geniş” mənasında, bu gün isə rəng mənasında işlənir. Sifətlərdə
morfoloji omonimlik leksik omonimliyə nəzərən daha çoxdur. Məsələn; qızıl (metal), qızıl (qırmızı); göy (rəng), göy
(səma);candid (ürəyiaçıq), candid (açıq, aşkar); blithe (şən, şad), blithe (qayğısız). Leksik-qrammatik omonimlər konversiya
nəticəsində meydana çıxmaqla yanaşı, substanstivləşmə hadisəsinin nəticəsi kimi özünü göstərir. Bu cür omonimlər ingilis
dilində daha çoxdur. Məsələn; bitter (acı), bitterness (acılıq); bestial (vəhşi, kobud), bestiality (vəhşilik, kobudluq); ample
(kifayət qədər, kafi), amplification (gücləndirmə, gücünü artırma) və s.
Sifətlərin çoxmənalılığı sahəsində apardığımız araşdırmalardan belə nəticəyə gəldik ki, Azərbaycan dilində “təmiz”,
ingilis dilində “clean” sözləri müəyyən cüzi fərqləri nəzərə almasaq, demək olar ki, eyni mənaları ifadə edir. Sifətlərin
omonimliyindən bəhs edərkən qeyd edək ki, hər iki dildə morfoloji omonimlər üstünlük təşkil edir. Leksik-qrammatik
omonimlər isə ingilis dilində daha çoxdur.
M.KAŞĞARİNİN “DİVANİ LÜĞƏT-İT-TÜRK”ƏSƏRİNDƏ FELİN ƏMR FORMASI
Aynur XƏLİLOVA
Azərbaycan Dövlət Pedoqoji Universiteti
nigar_abbasova@bk.ru
Əmr forması əmr, məsləhət, xahiş, rica, nəsihət, çağırış, istək və s. məna çalarlıqlarını bildirir. Felin bu formasının
özünəməxsus morfoloji göstəricisi yoxdur. Prof. B.Xəlilov əmr formasının morfoloji strukturunu belə göstərmişdir: felin
kökü + şəxs sonluğu + əmr intonasiyası. Məsələn: mən yazım, biz oxuyaq, siz gəlin və s. H.Mirzəzadə də felin əmr
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
174
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
formasının əmr, xahiş, rica və s. məzmunları ifadə etdiyini, xüsusi morfoloji əlaməti olmadığını, işin icrasının nisbətən
gələcək zamanda olduğuna və şəxsə görə dəyişdiyini bildirmişdir.
Qədim zamanlarda əmr formasının şəxsə görə ifadə edilməsində bəzi şəkli əlamətlər nəzərə çarpır ki, o əlamətlər
müasir ədəbi dilimizdə arxaik hesab edilir. XVIII əsrin əvvəllərinədək bir qayda olaraq, əmr formasının ikinci şəxsin
təkində -gil, -ğıl şəkilçisi artırılmışdır. Məsələn: Bəri gəlgil başım baxtı, evim taxtı (Kitabi-Dədə-Qorqud). Gəl, ey yanə,
manə qılgil şəfaət (Fədai). (3-139)
Bu misallardan aydın olur ki, felin əmr formasının sonuna gələn -gil, -ğıl şəkilçisi əsasən, damaq ahənginə tabe olaraq
iki şəkildə işlənmişdir. -gilən, -ginən, -qınan, -gil, -ğıl şəkilçisinin mürəkkəb şəkli olan -gilən, -ginən şəkilçisi təxminən
XVII əsrin ikinci yarısından sonra yazı dilində işlənmişdir. Bunlar hələ bu dövrdə bir müddət -gil, -ğıl şəkilçisi ilə paralel
işlənmişdir. XVIII əsrdən başlayaraq -gil, -ğıl yazı dilində tamamilə zəifləyib itir, canlı danışıq dilində olduğu kimi, yazı
dilində -gilən forması normallaşır. XIX əsrin bəzi şairlərinin dilində rast gəldiyimiz -gil, -ğıl şəkilçisi öz dövrünün ədəbi
dilində normal hal sayılır. -gilən şəkilçisinin əsas tərkibində geriyə assimlyasiya nəticəsində aldığı -ginən şəkli danışıq
dilində, xüsusən şərq qrupu dialektlərində geniş yayılması halları yerinə görə XIX əsr şairlərinin dilinə də təsir etmişdir.
Məs: Açginən şahbaze bir şəhər. Etginən cami eşqi malamal (Nəbati).
Bu xüsusiyyət Bakı dialektində müşahidə edilir: Atova diginən uni gözləyirəm. (3-139)
“Kəlsə kişi, atma anqar örtər külə”
Bakkıl anqar edhgülügün ağzın külə”
Yanına bir adam gəlsə, üzünə yanar kül atma,
Ağzın gülərək ona yaxşılıqla bax. (2-DLT, I, 186).
İlk sən barğıl = əvvəlcə sən get (2-DLT, I, 116).
Kılğıl anqar oğurlık, Artut alqı anınğıl = Sən qılginən ehtiram, Hədiyyə al, hazırla (2-DLT, I, 175).
“Divani lüğət-it-türk əsərindən gətirilən nümunələrdə felin əmr formasının morfoloji əlaməti olaraq -ğıl; -gil; -ginən; -
kıl variantlarına da rast gəlinir. Qalın ahəngli sözlərdə, qalın saitli morfoloji əlamətlər, incə ahəngli sözlərdə incə saitli
morfoloji əlamətlərdən istifadə edilir. Bu fakt türk dillərinin ta qədimdən qrammatik qayda-qanunlarını qoruyub saxladığını
sübuta yetirir və M.Kaşğari bunu əsərdə xüsusilə qeyd etmişdir.
Bu bölmədə felin əmr şəkli iki hərfdən ibarətdir. Ona görə biz “iki hərfli” dedik. “bar”, “kəl” deyilir, “get və “gəl”
deməkdir. Türklərin çoxu tərkibində ka olan qalın ahəngli sözlərdə əmr şəklində tək halda sözə -ğıl, sonunda - ğ olan
sözlərdə - kıl şəkilçisi əlavə edirlər. Sözə incə ahəngli olaraq [-gil] şəkilçisi əlavə edilir. “tağka ağkıl”, “əwgə kirgil”,
“yarmak tərgil” (2-DLT, II, 66).
Felin əmr formasının şəkilçisi kimi işlənənlərdən biri də -əlim, alım şəkilçisidir. XX əsrin əvvəllərinə kimi yazı
dillində işlənən -alım, -əlim şəkilçiləri ardıcıl bir inkişaf xətti keçirməmişdir. Materiallar bu şəkilçilərin bütün dövrlərdə bir
səviyyədə işləndiyini göstərmir. Müasir canlı danışıq dili də birinci ümumxalq dilinə nüfuz etmədiyini göstərir. Bu şəkilçi
əsasən, iş və ya hərəkətin iki və daha çox şəxs tərəfindən birlikdə görüldüyünü bildirir. Bu şəkilçiyə həm orta əsr yazılı
nümunələrdə, həm də “Divani lüğət-it-türk” əsərində də rast gəlinir.
Sənin gövdənin yükünü xaçanadək çəkəlim və günilik şərbəti olalım (Vaqif), (3-140).
Eyliyəlim cümləmiz tərki-ticarət gərək (Babayi-Əmir) (3-140).
“Tünlə bilə köçəlim, Yamar suwın keçəlim, Tərk- qük suwın içəlim, Yawğa yağı uwılsun = Gecə ikən köçəlim,
Yamar çayın keçəlim, Bulaq suyu içəlim, Yuxa yağı əzilsin” (2-DLT, II, 35).
Əmr formasının morfoloji əlaməti olaraq işlənən - ğıl, -gil, -ginən, -kıl, -alım,-əlim şəkilçiləri müasir Azərbaycan
dilində demək olar ki, işlənmir.
Müasir Azərbaycan dilində felin əmr forması heç bir morfoloji əlaməti olmayan təsriflənən forması kimi göstərilir.
Felin əmr formasının aşağıdakı xüsusiyyətlərinə diqqət yetirək.
1) Əmr forması şəxslər üzrə aşağıdakı qaydada dəyişir:
Tək Cəm
I –ım
4
-aq
2
II – -ın
4
III – sın
4
-sınlar
4
“İlk sən barğıl = əvvəlcə sən get” (2-DLT, I, 116).
Yuxarıda qeyd etdiyimiz bu nümunə əsərdə -ğıl morfoloji əlamətindən istifadə olunaraq işlənmiş, lakin Müasir
Azərbaycan dilindəki variantı heç bir şəkilçi qəbul etmədən işlənmişdir.
Katğu yağı yuwılsın = Qatı yağı yumşalsın (2-DLT, I, 430).
Küçi anınq kəwilsün = Gücü onun azalsın (2-DLT, II, 42).
Barsun naru kadhğura, Sattı məninq ayımı = Satdı mənim ayımı, Getsin hara istəsə (2-DLT, II, 204).
Əsərin dilindən gətirilən nümunələrdə göstərildiyi kimi III şəxsin təkində müasir Azərbaycan dili ilə müqayisədə heç
bir dəyişiklik yoxdur, çünki eyniylə -sın
4
şəkilçisindən istifadə olunaraq felin əmr forması III şəxsin təkində formalaşaraq
işlənmişdir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
175
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Otuz içıp kıkralım,
Yakar kopup səgrəlim,
Arslan layu kökrəlim,
Kaçtı sakınç, səwnəlüm
Üç dəfə içib qışqıraq,
Yuxarı tullanaq,
Aslan kimi kükrəyək,
Qaçdı kədər, sevinək (2-DLT, I, 198).
Yigitlərig işlətü,
Yığac, yemiş yığatu,
Kulan, keyik awlatu,
Bədhrəm kılqı awnalım
İgidləri işlədək,
Ağac, meyvə silkədək
Qulan, geyik ovladaq
Bayram edib ovunaq (2-DLT, I, 293).
I şəxsin cəminə dair işlədilən nümunələrdə orta əsr yazılı nümunələrində işlənən -alım, -əlim şəkilçisindən və
Dostları ilə paylaş: |