II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
151
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ABŞERONDA MEYVƏ AĞACLARINDA FİTOPLAZMA XƏSTƏLİKLƏRİNİN
MOLEKULYAR İDENTİFİKASİYASI
Gülsəba KAMİLOVA, G.Ş. BALAKIŞIYEVA
Bakı Dövlət Universiteti
gulseba.kamilova.91@mail.ru
Fitoplazmalar hüceyrə divarı olmayan bakteriyalar olub bitkilərdə müxtəlif xəstəliklər törədirlər. Fitoplazma xəstəlik-
ləri iqtisadi cəhətdən əhəmiyyətli olan meyvə və tərəvəz bitkilərinin məhsuldarlığını ciddi surətdə zəiflədir və sonda bu
bitkilərin məhv olmasına gətirib çıxarır.
Təqdim edilən tezis fitoplazmaların aşkar olunması məqsədilə 2013-cü il sentyabr ayında Pirşağı qəsəbəsində aparılmış
monitorinqlərin nəticələrini əks etdirir. Monitorinqlər zamanı Pirşağı qəsəbəsində yerləşən tərəvəzçilik İnstitutunun meyvə
bağı, eləcə də bir neçə şəxsi bağ diqqətlə nəzərdən keçirilmiş, nəticədə saralma, soluxma, yarpaqların qızarması, xlorotik
burulması kimi fitoplazma xəstəliklərinin əlamətləri müşahidə olunmuşdur. Xəstəlik əlamətlərinə malik bitkilərdən yarpaq
nümunələri toplanmışdır. Xəstə bitkilərlə yanaşı neqativ kontrol kimi sağlam bitkilərdən də nümunələr götürülmüşdür.
Toplanmış bitki yarpaqlarının mərkəzi damarlarından nüvə DNT-si CTAB ekstraksiya metoduna uyğun olaraq ayrılmışdır.
Hər bir DNT ekstraktının 2 μl-i 50 μl reaksiya qarışığında fitoplazmalar üçün universal praymerlərlə (R16mF2 / R16mR1
xarici praymerlər və R16F2n / R16R2 daxili praymerlər) aparılan 16Sr Nested PZR metodu vasitəsilə yoxlanılmışdır.
Nested PZR məhsulların (7 μL) analizi 1X TBE buferi ilə 1% aqaroza gelində aparılan elektroforez vasitəsilə həyata
keçirilmişdir. Fitoplazmaları identifikasiya etmək üçün RFLP analizdən istifadə olunmuşdur. Nested PZR məhsulların 4 μl-i
RsaI fermenti ilə 20 μl reaksiya qarışığında 37 °C temperaturda gecə ərzində inkubasiya olunmaqla restriksiyaya məruz
qoyulmuşdur. RFLP-nin nəticələri 2%-li aqaroza gelində 65 V gərginlikdə elektroforetik analiz edilmişdir. Klassik CTAB
metoduyla ayrılmış DNT ekstraktlarının R16mF2 - R16mR1 və R16F2n - R16R2 universal praymerlərilə 16Sr Nested PZR-
in aqaroza gelində elektroforetik analizi nəticəsində alça və armud ağaclarında fitoplazma aşkar olunmuşdur.
Aşkarlan olunmuş fitoplazmalar əldə edilmiş 16Sr Nested PZR məhsulların RFLP analizi vasitəsi ilə növ səviyyəsində
identifikasiya edilmişdir. Rsa I endonukleazası ilə aparılmış restiksiyanın nəticələrinin 2 %-li aqaroza gelində analizi
göstərmişdir ki, alça-4 nümunəsindən ayrılmış DNT ekstraktından əldə edilmiş 16Sr Nested PZR məhsulu kontrol
fitoplazmalardan ‘Ca. P. prunorum’ növünün ESFY izolyatı ilə eyni RFLP profilinə malik olmuşdur. Xəstə armud ağaclarından
(armud-10 və armud-11) ayrılmış DNT ekstraktlarından amplifikasiya olunmuş 16Sr Nested PZR amplikonlarının RFLP
profilləri isə ‘Ca. P. pyri’ fitoplazma növünün PD izolyatının RFLP profili ilə identiklik təşkil etmişlər. Bu da alça ağacının
‘Ca. P. prunorum’, armud ağaclarının isə ‘Ca. P. pyri’ fitoplazma növü ilə yoluxduğunu göstərir.
ÜZGÜÇÜLÜKLƏ MƏŞĞUL OLAN İNSANLARIN ORQANİZMİNDƏ HİPOKSİYANİN
YARATDIĞI MORFO–FUNKSİONAL DƏYİŞİKLİKLƏR
Günel SADİQOVA
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
sadiqova.g90@mail.ru
Hipoksiya probleminin elmi aspektləri yüz ildən artıqdır ki, öyrənilir. Belə ki, uzunmüddətli hipoksiyanın insan və
heyvan orqanizminə təsirinin tədqiqi fiziologiya elmi və tibbin ən mühüm problemlərindən biri olaraq qalır. Bu problemin
xüsusi aktuallığı onunla əlaqədardır ki, hipoksiya halı bir çox xəstəliklər zamanı müşahidə edilir. (Войткевич,1973). Digər
tərəfdən də müxtəlif xəstəliklər zamanı oksidləşmə proseslərinin pozulması oksigen çatışmamazlığı problemini daha aktual
edir (Журавин И.А., Туманова Н.Л., Потанов Б.О., 2000; Александров М.В., Иванов А.О., Косенков Н.И., Луцык
М.А., 2001).Bu baxımdan, orqanizmin müxtəlif dərəcəli hipoksiyaya məruz qalması biologiya və təbabətin aktual
problemlərindəndir. Çünki hipoksiya bütün hallarda orqanizmin toxumalarına daşınan oksiqenin səviyyəsinin aşağı
düşməsinə gətirib çıxarır. Nəticə etibarı ilə orqanizm daxil olan oksigenin səviyyəsini funksional sistemlərin və ayrı-ayrı
hüceyrələrin struktur və metabolik xüsusiyyətlərinin normal vəziyyətdə saxlanması üçün kifayət etmir. Digər tərəfdən
müxtəlif xəstəliklər zamanı oksidləşmə proseslərinin pozulması oksigen çatışmamazlığı problemini daha aktual edir.
Bəllidir ki, orqanizimdə baş verən bütün oksidləşmə-reduksiya prosesləri əsasən oksigenin iştirakı ilə baş verir.
Orqanizimdə oksigen aclığının yaranması bu proseslərin pozulmasına səbəb olur ki, o da öz növbəsində funksional
sistemlərdə bir sıra potoloji proseslərin yaranmasına səbəb olur. Ümumiyyətlə, laboratoriyada əsasən hipoksiyanın
orqanizmin fizioloji və biometrik göstəricilərinə - çəki, boy, ürək- qan damar sisteminin vəziyyəti və digər fizioloji
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
152
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
funksiyalara bilavasitə təsiri öyrənilmişdir. Məlumdur ki, insan və heyvan orqanizmi müəyyən hallarda və şəraitlərdə
oksigen çatışmazlığına məruz qalır və bu kimi situasiyalarda onun homestatik vəziyyəti, həyat fəaliyyəti, davranışı, həyat
uğrunda mübarizə potensiyaları kəskin şəkildə pozulur. Qeyd olunduğu kimi, orqanizmin postembrional inkişaf dövrü,
xüsusi ilə də inkişafın böhran mərhələləri oksigenə çox yüksək həssaslıq və tələbat nümayiş etdirirlər. Bəzi tədqiqatçıların
göstərdiyinə görə azyaşlı insanların orqanizmi böyük yaşlı orqanizmə nəzərən bədən kütləsinin hər vahidi üzrə 1-2 dəfə çox
oksigen, deməli metabolik və funksional enerji tələb edir.Yüksək idman nailiyyətinin əldə olunması məşq metodlarının
təkmilləşməsini tələb edir. Ona görə də, idman fiziologiyası və idman biokimyasının ayrı-ayrı sahələrində əldə olunmuş
elmi dəlillərin idman məşqinə tətbiqi öz gözəl töhfəsini verməkdədir. Fiziki yüklərin icrasının xarakterindən asılı olaraq
orqanizimdə bir sıra fizioloji və biokimyəvi dəyişikliklər baş verir. Bir çox tədqiqatçılar məşq zamanı oksigenin maksimal
sərfinin ürək yığılmalarının sayını, bədən temperaturunu və tər ifrazı intensivliyini ölçməklə orqanizmin funksional
vəziyyəti haqqında qiymətli fikirlər irəli sürmüşlər. Yükün icrası zamanı əzələlərin və onların hüceyrələrinin üzərinə böyük
yük düşür, daha doğrusu tam orqanizimdə köklü dəyişikliklər baş verir. Ona görə də funksional yoxlamalardan, müxtəlif
sınaqlardan istifadə edərək yükün icrasından əvvəl və sonra bu göstəricilərin təyini böyük praktik əhəmiyyət daşıyır.
Tədqiqatlarımızda bir sıra instrumental - pülsotaxometriyadan, spriometriyadan, sfiqmometriyadan, antropometrik
üsullardan, eləcə də funksional tədqiqat üsullarından istifadə etmişik.
Aldığımız nəticələrə əsasən onu deyə bilərik ki, hipoksiyaya məruz qalmış üzgüçülərin ürək vurğularının sayı nəzərə
çarpacaq dərəcədə artmışdır. Nəticədə ürəyin həcmi böyüyür. Bunun üçün məşqçilər hər bir idmançıının fiziki hazırlığını
nəzərə alıb, onlara fərdi yanaşmalıdır. Üzgüçülük məşqləri ürək – damar sisteminin möhkəmlənməsinə müsbət təsir
göstərir. Üzgüçülükdə tənəffüs üzvləri də yaxşı inkişaf edir. Məşq keçmiş üzgüçülərin ağ ciyərlərinin hava tutumu yüksək
(5000m
3
-dən artıq), döş qəfəsinin ekskursiyası böyük, nəfəsalma qüvvəsi geniş, əzələ tonusu isə yüksək olur. Üzgüçülər
oksigen çatışmamazlığına daha dözümlü olur və bu üzmə zamanı idmançının hidrodinamik keyfiyyətlərindən, formasından,
bədən səthindən, üzmə qabiliyyətindən və müvazinətdən asılı olur. Üzgücülük orqanizmin hidrodinamik keyfiyyətlərinə
(boy, çəki, bədənin kütləsi) pozitiv təsir göstərərək orqanizmin fiziki inkişafına və sağlamlığının möhkəmlənməsinə
yünəlmiş idman sayılır. Üzgüçülərin uğuru isə ürək damar sisteminin və tənəffüsün funksional hazırlığı ilə müəyyən olunan
fiziki iş qabiliyyətinin səviyyəsi ilə sıx sürətdə əlaqədə olur.
GÖRMƏ ANALİZATORUNUN STRUKTURLARININ ELEKTROFİZİOLOJİ
GÖSTƏRİCİLƏRİNNİN HİPOTALAMİK TƏNZİMLƏNMƏSİNƏ
MONOAMİNERQİK SİSTEMİN TƏSİRİ
Xuraman MİRYUSUFOVA, A. N. NURULLAYEVA
AMEA, Fiziologiya İnstitutu
xuraman.miryusufova@mail.ru
İnsan orqanizmi ətrafda olan informasiyanın 90%-ni görmə analizatoru vasitəsi ilə qəbul edir. Bu orqanda baş verən hər
bir patoloji bəyişiklik insanın həm bioloji, həm də sosial varlıq kimi cəmiyyətdə fəaliyyətinə ciddi təsir göstərir. Görmə
analizatoru cox mürəkkəb bir funksiyanı yerinə yetirir və bu prosesin həyata keçirilməsində analizatorun bir sıra spesifik və
qeyri-spesifik strukturları iştirak edirlər. O cümlədən periferiyadan mərkəzə görmə siqnalının ötürülməsinin bir yolla baş
vermədiyi bir daha bu prosesin nə qədər mürəkkəb olduğundan xəbər verir. Ədəbiyyat mənbələrində serotoninin torlu
qişaya, görmə qabığı, hipotalamusun supraxiazmatik nüvələrinin neyronlarının aktivliyinə təsirinə dair məlumatlar
mövcuddur (Lui X, Chen C, 2004; Həsənov H. H, Məmmədov Z. H, Səmədova N.F., 1988). Laboratoriyamızda aparılan
təsqiqatlar nəticəsində müəyyən edilmişdir ki, hipotalamusun elektrik stimulyasiyası görmə analizatorunun strukturlarının
elektrofizioloji göstəricilərinə təsir göstərir. Əldə edilmiş məlumatlara əsasən bu effektlərin neyrotransmitter əsaslarının
tədqiqi üçün hipotalamik tənzimlənmənin monoaminerqik (MA-erqik) təsirinin öyrənilməsi xüsusi maraq kəsb edir.
Tədqiqatlar "şinşila" cinsindən olan yetkin dovşanlar üzərində xroniki eksperiment şəraitində aparılmışdır. Görmə
analizatorunun strukturlarında potensiallar heyvanın gözündən 25-30 sm məsafədə yerləşdirilmiş fotostimulyator
lampasından verilən işıq stimullarıilə yaradılmışdır. (1,4 C, 150 mks) Hipotalamusun supraxiazmatik nüvəsinin (SCN) və
monoaminoerqik sistemin nüvələrinin aktivləşdirilməsi üçün elektrik stimulyasiyası üsulundan istifadə edilmişdir. Bunun
ücün orta beynin şırım nüvəsi (nR), mavi ləkənin (LC) hipotalamusun elektrik stimulyasiya parametrləri hər bir heyvan
üçün fərdi olaraq seçilmişdir. (3,0-5,0 V; 150-200 Hs; 5 dəq). Tədqiqatlar zamanı SCN, nR, LC-un hər birinin ayrılıqda
görmə analızatorunun strukturlarının elektrofizioloji göstəricilərinə təsiri öyrənilib. Həmçinin nR-nın, LC-un stimulyasiyası
fonunda hipotalamusun təsiri araşdırılmışdır. Eksperimentlər zamanı görmə analizarorunun tədqiq edilən strukturlarından
(torlu qişa, dördtəpəli cismin yuxarı qabarları (DCYQ), görmə qabığından (GQ)) yaradılmış potensiallar (YP) ensefoloqra-
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
153
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
fın köməyi ilə kompyuterdə ekranından qeyd edilmiş və bu cavabların elektrofizioloji parametrlərində baş verən
dəyişikliklərə əsasən hipotalamusun təsirinin MA-erqik mexanizmlərini araşdırılmışdır. Torlu qişadan yaradılmış
potensiallar xüsusi bəbəkgenəldici ilə doldurulmuş kontakt linzanın köməyi ilə qeyd olunmuşdur. Əldə edilmış nəticələr
"Brainsys"proqram paketinin köməyi ilə kompyuterdə qeyd edilmiş və analizi aparılmışdır.
Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, SCN-nin elektrik stimulyasiyası torlu qişada və GQ-da
yaradılmış potensialların amplitud parametrlərinə pozitiv təsir göstərsə də, DCYQ-da cavabların amplitud parametrlərində
bunun əksi baş vermişdir. Bu təsir summar amplitud parametrlərində bir o qədər gözə çarpmasa da YP-ın ayrı-ayrı
elementlərində ("a"-dalğa, "b"-dalğa, və ya pozitiv, neqtiv dalğa) daha aydın görünür. Belə ki, SCN-nin stimulyasiyası
zamanı elektroretinoqrammanın (ERQ) “a”-dalğasının amplitudu azalır, “b”-dalğasının amplitudası isə artır. Ədəbiyyat
mənbələrinə əsasən belə hesab edilir ki, “b” dalğalar oyanma “a” dalğalar isə tormozlanma prosesləri ilə əlaqədardır.
(Granit R., P.O. Therman 1934,1935).
DCYQ-da isə neqativ dalğanın amplitudu azalır, pozitiv dalğanın amplitudu isə artır. GQ-da həm pozitiv, həm də
neqativ dalğaların amplitudları artır. Daha sonra nR-nın elektrik stimulyasiyası zamanı ERQ və GQ-da YP-in bütün
elementlərində artma müşahidə olunur. DCYQ-da elə bir ciddi dəyişiklik baş vermir. LC-un stimulyasiyası isə tədqiq edilən
strukturların YP-nın bütün elementlərinin amplitud parametrləri azalması ilə müşahidə olunur. Bundan fərqli olaraq nR-nın
stimulyasiyası fonunda hipotalamusun stimulyasiyasının təsir effekti SCN və nR-nın ayrılıqda göstərdikləri təsir effektlərinə
bənzəsə də, bu təsirdən daha effektli olur. LC-un aktivləşməsi fonunda SCN-nin stimulyasiyası zamanı görmə torlu qişa,
DCYQ, GQ-nın YP-nın amplıtud parametrlərində demək olar ki, heç bir dəyişiklik baş vermir.
Tədqiqatlar nəticəsində əldə etdiyimiz faktlara əsasən deyə bilərik ki, SCN-nın görmə funksiyasının tənzimlənməsində
müəyyən rolu var. Hipotalamusun görmə analizatorunun strukturlarının YP-nın elektrofizioloji göstəricilərinə belə təsir
effektləri isə çox ehtimal ki, MA-erqik sistemin torlu qişa səviyyəsində oyanma və tormozlanma mexanizmlərinin
modulyasiyası ilə bağlıdır
NATURAL PLANT COMPOUNDS AS PROTECTIVE SUBSTANCES
AT DIFFERENT STRESSES
Jeyhuna JAFAROVA, Sona BAYRAMOVA, Rena GANIYEVA
Institute of Botany, National Academy of Sciences
j.jafarova@yahoo.com
The different stresses are known to lead to changes of natural processes occurring in living organisms, in particular may
induce irreversible changes. The experience has shown, that using of natural compounds is most rational way for sustaining
of physiological state of cells under stress without secondary effects.
In the present study the results obtained during investigation the natural compounds and compositions on their
antiradical and antioxidants activities were presented.
The PS II is known to be very sensitive to action of stress factors (J. Barber, 2003; Vass and Aro 2007; J.R. Jafarova et
all., 2013). For control of activity in chloroplasts of cucumber and pumpkin the method of recombinational fluorescence of
chlorophyll a (Chl a) in millisecond time range (msec RF) has been used as a biological assay for stress factor action
determination. It is well known that different phases of msec RF reflects events both donor and acceptor side of reaction
center (RC) of PS II and its surrounding.
It is known that stress factors such as heavy metals, strong light in UV-range and herbicides sharply change the
behavior of PS II. It was established that under action of Cd
2+
and Co
2+
the ratio components of RF of Chl a dependent on
decreasing of fast component, connected with charge separation with formation of primary radical pair P680
*
Phe, as a
result of blocking primary electron acceptors reduction. Strong light and action of herbicide (methylviologen-MV) also
induced proper changes of msec RF of Chl a components. Under the action of MV a slow phase have been disappeared.
The effectiveness of investigated preparations “Hypporamine PL” from leaves of seabuckthorn (Hippophae rhamnoides
L.) was connected mainly with polyphenols. The effect of “Hypporamine PL” at alkaline medium action of Cd
2+
and Co
2+
is
occurring at site of recombination Mn
4
O
5
Ca-cluster with P680 Q
A
. It should be take into account, that protective effect of
“Hypporamine PL” occurs at site near to water-oxidation complex of chloroplasts, where the oxidative damage is connected
with formation of active oxygen forms.
The effect of BAC (biologically active composition), containing active compound of Plumbagin (2-methyl, 5-oxi, 1,4
naphtoquinone obtained from roots of Ceratostigma plumbaginoides), seeds of caraway (Carum carvi) and coriander
(Coriandrum sativum L ) was determined by comparison with standard antioxidant Na-ascorbate under action of stress
factors such as MV and strong light at visible range.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
154
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Na-Asc that is known to neutralized effectively formed superoxide anion radical and to maintain oxido-reduction balance
between photosystems and but BAC in contrast to it is not able fully neutralize superoxide radical (life time ~ 2 msec).
Taking into account that used compounds must proved antioxidant characteristics, the concluision was made that all
used stress factors – heavy metals, herbicides and strong light – lead to state when damaging factor are reactive oxygen
forms. Investigated compounds and compositions are active at different degree as in quenching of free radical states and in
suppressing of oxidative processes. The more active in protecting effect from ROS (reactive oxygen forms) is
“Hypporamine PL”. Biologically active composition (BAC) has demonstrated some free radical quenching ability.
QARĞIDALI BİTKİSİNİN PLASTİD GENOMUNDAN
NÜVƏYƏ TRANSFERLƏR
Kamran YUSİFLİ, İlham ŞAHMURADOV
Bakı Dövlət Universiteti, AMEA Botanika İnstitutu
yusiflik@gmail.com, ilham@pgenomics.org
Bitki genetik sistemləri nüvə genomundan və yarımavtonom mitoxondri və plastid genomlarından ibarətdir. Hazırda
belə hesab olunur ki, simbioz yolu ilə plastidlər sianobakteriyalardan, mitoxondrilər isə protobakteriyalardan yaranmışlar və
təkamülün gedişində bu orqanellaların əcdadlarında qədim endosimbiontların genlərinin əksəriyyəti nüvəyə köçürülmüşdür;
mitoxondri və plastidlərin biogenezi və funksiyaları üçün tələb olunan zülalların əksəriyyəri sitoplazmadan "idxal" olunur.
Nəticədə plastid və mitoxondrilərin genomları dəfələrlə kiçilsə də, bu proses sona qədər getməmişdir - müəyyən genlər
indiyədək öyrənilmiş bütün orqanellərdə saxlanılmışdır. Aparılmış tədqiqatlar göstərmişdir ki, belə itirlmə/transfer
hadisələri fotosintetik eukariotların ümumi əcdadında baş vermiş, sonralar isə bitkilərinin xloroplast genləri dəstində yalnız
cüzi dəyişikliklər olmuşdur. Məsələn, güman olunur ki, Arabidopsisdə nüvə genlərinin
18%-i (4500 gen) plastid mənşəli-
dir. Müxtəlif növlərin xloroplast genomlarında ən çoxu 210 zülal kodlaşdıran gen tapılmışdır. Örtülütoxumluların analiz
olunmuş plastid genomlarının hamısında eyni 74 zülal kodlaşdıran gen və bəzi növlərdə olmayan cəmi bir neçə gen vardır.
Funksiyaları üçün tələb olunan zülallardan 10%-indən azını kodlaşdıran mitoxondrilərdə də oxşar vəziyyət müşahidə olunur.
Bu günə kimi analiz olunmuş bütün ali bitkilərin nüvə genomunda (tütün, kəsəkotu, düyü, soya, şərab üzümü və b.) hər
iki organella DNT-sinin müxtəlif uzunluqda çoxlu sayda qəlpələri tapılmışdır. Bu təqdiqat işi qarğıdalı (Zea mays)
bitkisinin nüvə genomunda plastid DNT-sinin izərinin axtarışına həsr olunmuşdur.
Aşkar olunmuşdur ki, haploid nüvə genomunun uzunluğu təxminən 2,5×10
9
nc olan qarğıdalının nüvə xromosomunun
hər birində uzunluğu 140384 nc olan xloroplast DNT-sinin (xlDNT) çoxsaylı qəlpələri mövcuddur və həmin qəlpələr,
demək olar ki, bütöv plastid genomunu (onun 99,5%-ni) təmsil edir. Lakin xlDNT-nin bu fraqmentləri xromosomlar üzrə
qeyri-bərabər paylanmışdır: xlDNT qəlpələri ilə daha zəngin olan nüvə xromosomları 1-ci (369 fraqment; xlDNT-nin
~83%-i), 2-ci (222 fraqment; ~71%) və 5-ci (232 fraqment; ~79%) xromosomlardır. XlDNT-sinin ən az təmsil olunduğu
nüvə xromosu isə 8-ci xromosomdur (131 fraqment; ~32%). Həmin çoxsaylı insersiyalardan 12-si plastid genomunun
uzunluğu 10000 nc-dən çox olan nahiyyələrini əhatə edir: 1-ci və 5-ci xromosomların hər birində 3 (müvafiq surətdə, 31297
nc, 12593 nc və 10593 nc, 31729 nc, 15185 nc və 13809 nc), 2-ci və 7-ci xromosomların hər birində 2 (müvafiq surətdə,
34513 nc və 12453 nc, 11733 nc və 10009 nc), 3-cü və 10-cu xromosomların hər birində 1 (14577 nc və25385 nc) belə uzun
insersiya aşkar edilmişdir. xlDNT-nin 34513 nc-dən ibarət olan və plastid genomunun təxminən 1/4-ni əhatə edən ən böyük
insersiyası isə 2-ci xromosomda tapılmışdır.
Bu araştırmalar nəticəsində aşkar olunan digər maraqlı fakt odur ki, xlDNT-sinin ümumi uzunluğu ~90000 nc olan 26
fraqmenti eyni zamanda mitoxondri DNT-si (mtDNT) ilə də oxşardır. Hər iki orqanellərin DNT ardıcıllıqlarının “şərikli
nüvə limanı” kimi görünən həmin rayonlar 1-ci, 2-ci, 5-ci və 10-cu nüvə xromosumlarında daha çoxdur. Bizim araşdırmalar
və ədəbiyyat məlumatları əsasında güman edirik ki, təkamülün gedişində xlDNT-si təkcə nüvə genomuna deyil, həm də
mitoxondri genomuna transfer etmişdir - yəni mitoxondri genomunda da olan həmin 26 fraqment plastid mənşəlidir.
Bundan başqa, 8 nüvə xromosomunda (4-cü və 9-cu xromosomlar istisna olmaqla) 48 xloroplast geninin intakt
nüsxələri tapılmışdır və onlardan bəzilərinin (ndhK, ndhJ, ndhC, atpB, atpE, rps2, rps18, rps15, rps19, petA, petN, petL,
rpl20, rpl23, psaI, psbZ, psbM, psbF və s) nüvədə, ən azı, transkripsiya olunmasının kDNT təsdiqi vardır. Apardığımız
əlavə araşdırmalar göstərir ki, transkripsiya olunmasının kDNT təsdiqi olan xloroplast mənşəli rps2 və ndhK nüvə
genlərinin kodlaşdıra biləcəyi polipeptidlər NH2-sonluğundakı tranzit peptidinə görə, çox güman ki, müvafiq sürətdə
mitoxondri və xloroplast təyinatlıdırlar.
Əldə olunan nəticələr və ədəbiyyat məlumatları belə güman etməyə əsas verir ki, xloroplast genlərinin nüvəyə transferi
hazırda da davam edən prosesdir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
155
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
BÖYÜK QAFQAZIN CƏNUB ƏTƏKLƏRİNDƏ
Dostları ilə paylaş: |