MƏHƏMMƏD ƏFŞARIN " FƏNNİ - SƏRFİ - TÜRKİ " ƏSƏRİNDƏ DİLÇİLİK TERMİNLƏRİ
Rəxşanə BABAZADƏ
Qafqaz Universiteti
rbabazade@std.qu.edu.az
Azərbaycan dilçiliyi tarixində Xələfi Mirzə Məhəmməd Əfşarın "Fənni-sərfi-türki" əsəri xüsusi qeyd olunmalıdır. Bu
əsər təxminən XIX əsrin II yarısında Azərbaycan dili qrammatikasına aid azərbaycanca yazılmış ilk əsərlərdən biri kimi öz
zamanı üçün ən mükəmməl bir qrammatika dərsliyi olmuşdur. Lakin 90 əlyazması səhifəsindən ibarət olan bu əsər indiyə
qədər nəşr edilməmişdir.
"Fənni-sərfi-türki" əsərində işlənən dilçilik terminləri XIX əsrin II yarısında yazılan bütün qrammatika əsərlərində
olduğu kimi, əksərən ərəb mənşəlidir və onların bir çoxu sonradan dilimizdə yeniləri ilə əvəz olunmuşdur. Əsərdə ərəb
dilçilik ənənələri ilə bağlı olan dilçilik anlayışları üstünlük təşkil edir. Buna görə də, dilçilik terminləri içərisində ərəb
mənşəli sözlərə və izafət tərkiblərinə daha çox rastlanır. Əsərin məziyyətlərindən biri də budur ki, M.Əfşar Azərbaycan dili
qrammatikasına dair bilgiləri ərəb, fars dili və Osmanlı türkcəsi ilə müqayisəli şəkildə təqdim edir.
Əsər iki hissədən ibarətdir: sərf və nəhv. "Fənni-sərf" termini morfologiya, "fənni-nəhv" termini isə sintaksis
anlayışını bildirir. Hər hissə bir neçə bəhsə ayrılır. Birinci hissə "babül-hərf" ("babül-hüruf"), "babül-ism", "babül-fel" və
"babül-mübhəmat vəl-ədəvat" bölmələrindən ibarətdir. Qeyd edək ki, əsərdə "bab" termini "fəsil" terminlndən daha geniş
mənada başa düşülür. Belə ki, müəllif qeyd edir: "Fənni-nəhviyyəsi dəxi bir bab və neçə füsul (fəsillər-B.R.) üzrə xitam
bulur".
Hərf fəslində əlifbadakı bütün hərflər ümumilikdə "hürufi-heca" adlandırılır. Səs mənasında "sövt" termini işlənir.
Ondan əvvəl yazılmış əsərlərdən fərqli olaraq hərflər məxrəcinə görə üç yerə bölünür: 1) boğaz ("hürufi-həlq"); 2) dil
("hürufi-lisani"); 3) dodaq hərfləri ("hürufi-şəfəvi"). Bundan başqa, "hürufi-müttəsilə" və "hürufi-münfəsilə" adı ilə bitişik
və ayrı yazılan hərflər də fərqləndirilir. Belə ki, bir sıra hərflər vardır ki, özündən sonra gələn hərflərlə əsla birləşmir: ( ر ذ د ا
و ژ ز ). Müəllif saitlərdən bəhs edərkən də, sait səsləri bildirən hərflər və səslər, habelə, uzun və qısa saitlər bir-birindən
fərqləndirilir: "hürufi-musavvitə" (səsli hərflər) və ya "hürufi-imlai" adı ilə saitləri (adətən, uzun saitləri) göstərən hərflər,
"hərəkəi-musavvitə" ("səsli hərəkə") adı ilə sait səsi bildirən hərəkələr (diakritik işarələr). ["hərəkəi-musavvitə dəxi üçdür:
zəbər, zir, puş. Bunların hər birisi həmcinsi olan hərfin yarı sövtini verir; zəbər əlif’in, zir ya’nın və puş vav’ın həmcinsidir.
Bu əlamətlər ərəbcə "fəthə, kəsrə, zəmmə" adlanur"]. Məsələn, "zəbər sövti" dedikdə [ə] səsi nəzərdə tutulur. Onu da qeyd
etmək lazımdır ki, yalnız bu hərflərə (ﻩ ﯼ و ا) "hürufi-samitə" ("lal hərf") deyilir, çünki bu hərflər yerindən asılı olaraq
müxtəlif səsləri bildirir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
207
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
İsim fəslində cins, kəmiyyət və hal kateqoriyaları ərəb və fars dillərilə müqayisəli şəkildə izah edilir və isimlər iki əsas
qrupa ayrılır: "ismi-cins" (məs.: heyvan, daş, ağac) və "ismi-ələm" (şəxs adları: Ali, Həsən, Hüseyn). Maraqlıdır ki,
kəmiyyət anlayışı öz sözümüzlə ifadə edilir: "San ikidir: "müfrəd" (tək) və "cəm".
M.Əfşar da türk (Azərbaycan) dilində ismin yeddi halı olduğunu qeyd edir; "əhvali-ism": "mübtəda və münada",
"izafə", "məfuli-ileyh", "məfuli-bih", "məfuli-məəh", "məfuli-fih", "məfuli-minh" (müasir terminlərlə: adlıq, yiyəlik,
yönlük, təsirlik, birgəlik, yerlik, çıxışlıq hal). Bunlar müasir dilimizdə işlənən hallarla tərtibinə görə uyğun gəlir. Fərq
yalnız halların adlarında və birgəlik halın ("məfuli-məəh") müasir dilimizdə ismin bir halı kimi göstərilməməsindədir.
"İzafət" - bir şeyin bir ismə əlaqə və aidliyini göstərir, iki növü var: "izafəi-lamiyyə" (ağacıŋ barı, dostuŋ cəfası) və
"izafəi-bəyaniyyə" (qızıl yüzük, gümüş kasə). Bu birləşmələrdə birinci tərəf "müzafün ileyh" (təyin edən), ikinci tərəf isə
"müzaf" (təyin edilən) adlandırılır.
"İsmi-sifət" bəhsində sifətin tərifi verilir, sifətin aid olduğu isim "mövsuf" (vəsf olunmuş) adlandırılır və qeyd edilir
ki, "türk dilində sifət ilə mövsuf arasında mütabiqət (uzlaşma) yoxdur; nə sanda, nə cinsdə və nə başqa hallarda və həmişə
mövsufdan müqəddəm düşür, məsələn: yaxşı kişi/ kişilər/ kişilərin". Sifətin üç dərəcəsi göstərilir: "adi", "izafi" və "əla".
Maraqlıdır ki, -cıq//-cik; -cığaz//-cigəz (oğlancıq-oğlancığaz, övrətcik-övrətcigəz) və -ca//-cə (yaxşıca, ağca, gözəlcə)
şəkilçiləri ilə düzələn sözlər ayrıca, "ismi-təsğir" adı ilə, incə saitli və qalın saitli sözlər "xəfif" (yüngül) və "səqil" (ağır)
terminlərilə verilir.
"İsmi-mənsub"- bir şəxsin bir yerə və ya mütləq bir sifətə nisbətlənməyini ifadə edir, məs; şirvanlu, gəncəli, güclü.
"İsmi-ədəd"- say, miqdar göstərən kəlmələrdir. Bunlar da, öz növbəsində, üç yerə ayrılır: "əsli": 1."əhad" (təkliklər);
2."əşərat" (onluqlar); 3."miət" (yüzlüklər); 4."uluf" (minliklər), "tərtibi" (bir şeyin miqdarilə birgə mərtəbəsini (sırasını)
göstərir, məs; yeddinci, dördinci) və "kəsri". "İsmi-məkan" (çəmənlik, tikanlıq); Yaxına işarə edən "bu" və uzağa işarə edən
"o //ol" sözləri "ismi-işarə" adı ilə əvəzliklərdən ayrı verilir, lakin qeyd edilir ki, "o" işarə üçün olduğu kimi, həm də
"zəmiri-ğayib"dir (III şəxs əvəzliyi), məs; mən, sən, o; işarəylə göstərilən "müşarün ileyh" adlandırılır. Şəxs bildirən, şəxsə
nisbət verən bütün anlayışlar (şəxs əvəzlikləri ("zəmiri-münfəsil"), mənsubiyyət ("zəmiri-müttəsil"), şəxs ("zəmiri-rəbti")
və xəbərlik ("zəmiri-fel") kateqoriyaları) əvəzliyin növləri kimi "ismi-zəmir" adı altında birləşdirilir. Şəxs əvəzlikləri belə
qruplaşdırılır: "zəmiri-mütəkəllim" ("söyləyən": mən, biz // bizlər), "zəmiri-müxatəb" ("xitab olunan": sən, siz //sizlər) və
"zəmiri-ğayib" ("hazırda olmayan": o, olar //onlar).
ORXON-YENİSEY ABİDƏLƏRİNDƏKİ TOPONİMLƏRİN STRUKTUR
SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Ramilə XOSROVOVA
Bakı Slavyan Universiteti
ramila1987@bk.ru
Orxon-Yenisey abidələrinin xüsusi leksikasının mühüm bir hissəsini onomastik vahidlər təşkil edir. Abidədəki xüsusi
adlar müəyyən anlayışlarla bağlı meydana çıxmışdır. Ən qədim dövrlərdə şəhərə, böyük yaşayış məntəqələrinə, yaxud
sərkərdə və dövlət başçılarına ad verərkən böyüklük, alilik, müdriklik anlayışlarına müraciət edilmiş, bununla da şəhər və ya
şəxsin dövlətdəki, cəmiyyətdəki mövqeyi adla ehtiva olunmuşdur.
Onomastikanın yer adlarını öyrənən sahəsi toponimikadır. Öz obyektinin çoxtərəfliyi, və zənginliyi ilə əlaqədar olaraq
toponimika müxtəlif yer adlarını öyrənir. Orxon- Yenisey abidələrində işlənmiş toponimlər öz rəngarəngliyi leksik-
semantik xüsusiyyətləri ilə seçilir. Orxon- Yenisey abidələrində həm etnosun adı, həm də coğrafi obyektin adı çox vaxt bir
onomastik vahidlə ifadə olunurdu. Məs: Tabğac, Bök eli, Kasar və s.
Orxon-Yenisey abidələrindəki toponimləri aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Oronimik səciyyəli yer adları-
Orxon-Yenisey abidələrindəki onomastik leksikanın toponimik layının xeyli hissəsini oronimik toponimlər təşkil edir.
Buraya dağ, dərə, təpə, düz yer adları daxildir. “Tağ”- həm müstəqil, həm də toponimlərin tərkibində çıxış edir. Məs: Ek
tağ, Kögmen tağ, Tüngər tağ və s. Tərkibində kapığ və şan coğrafi terminli toponimlər: Temir kapığ, Altun şan və s.
Tərkibində kuz, çöl, yazı oronim nomenli toponimlər: Çuğay kuz, Yarış yazı, Tün yazı və s.
2. Etnonimik səciyyəli yer adları- tayfa, qəbilə adlarının əsasında yaranmış toponimlər onomastik sistemdə
etnotoponimlər adlanır. Bu toponimlərə abidədəki Kasar, Kara buluk kimi sözləri göstərmək olar. 3. Hidronimik səciyyəli
yer adları- təbii və süni su obyektlərinin adıdır. Hidronimlər əsasında yaranan toponimlər onomastik sistemdə
hidrotoponimlər adlanır. Məs: Kara göl, Yaşıl ügüz, Yar ügüz, Ertis, Yabaş, Tayğan göl, Yula köl, Tayğan köl və s. “Baş”
nomenli hidronomik toponimlərə Tezbaşı, Keyebaşı və s. daxildir.
4. Oykonimik səciyyəli yer adları- Orxon-Yenisey abidələrindəki yaşayış məntəqələrinin adını bildirir. “Balık”
nomenli oykonimik toponimlər- Orkun balık, Suğçu balık, Toğu balık və s. Bu söz Orxon- Yenisey abidələrində yalnız “
şəhər” mənasını ifadə edib. “Kurğan” nomenli toponimlərə- Amğa Kurğanı aid etmək olar.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
208
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Toponimlərin quruluşu barədə olan fikirlər isə bir qədər mübahisəlidir. Bəzi tədqiqatçılar toponimlərin sadə quruluşlu
olmadığını söyləmişlər. Onların fikrincə, sadə toponimlər kimi səciyyələnən adlar əslində sintaktik yolla düzəlmiş adlardır.
Ancaq sadə toponimləri sintaktik yolla düzəlmiş adlar hesab etmək olmaz. Sadə toponimlər- leksik yolla yaranan
toponimlərdir. Məs: Orkun, Tün, Çuğay, Kazan, Yit, Kem, Arkuy və s.
Düzəltmə toponimlər isə morfoloji yolla yaranır. Məs: Kazluk köl, Tukuş, Kögmen, Boluçu, Sakış və s.
Sintaktik yolla yaranan toponimlərə isə Altun Kapar, Altu Şan, Yaşıl ügüz, Yer Bayırku, Ər Kamış, Erkük Katun və s.
aid etmək olar.
Mürəkkəb toponimlər bir neçə yolla yaranır: 1) I tərəfi “ kara” komponentindən törəyən mürəkkəb toponimlər: Kara
Buluk, Kara Sənir və s. 2) I tərəfi “ak” komponentindən törəyən mürəkkəb toponimlər: Ak Tərməl . 3) I tərəfi “ altun”
komponentindən törəyən mürəkkəb toponimlər: Altun Kapar . 4) I tərəfi saylardan törəyən mürəkkəb toponimlər: Beş
Keçin, Tokuz Ərsin, Üç Birgü və s. 5) Təyini söz birləşmələrindən törəyən mürəkkəb toponimlər: Ər Karmış, Amğa
Kurğan, Keyrə Başı, Çuş Başı və s.
Bu möhtəşəm yazı nümunəsində bir çox məqamlar araşdırılsa belə açılmamış sirlər hələ də qalmaqdadır və öz
tədqiqini gözləyir. Elə bu səbəbdən türkü ən böyük və ən qədim abidəsi olan Orxon-Yenisey abidəsi öz aktuallığını,
önəmini bugünə kimi saxlamış və bundan sonra da saxlayacaqdır.
AZƏRBAYCAN DİLİNDƏ QAN QOHUMLUĞU TERMİNLƏRİ
Rəna MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
rena.memmedova.1991@mail.ru
Qohumluq terminləri lüğətin ən çox işlənmiş sahələrindən olsa da onların təsnifi indiyə qədər lazımınca yerinə
yetirilməmişdir. Qohumluq terminlərinin aşağıdakı növləri vardır:
1. Bioloji-sosioloji qohumluq bildirən sözlər. Bunlar bioloji-sosioloji qan və nigah qohumluğu münasibətində olan
şəxsləri (qohumları) bildirir. Məsələn: ata, ana, qardaş, bacı, ər, arvad. Tədqiqatçılar qohumluq terminlərindən
danışarkən bir qayda olaraq belə sözləri nəzərdə tuturlar.
2. Bioloji yox, sosioloji mənada qohumluq bildirən sözlər. Bunlar aralarında qan qohumluğu olmayan şəxslərin
hüquqi qohumluğunu ifadə edirlər. Başqa sözlə desək, belə sözlər ögey qohumluğu bildirirlər.
3. Qohumluq bildirən sözlər. Bunlar Azərbaycan dilində birinci bölgüdəki terminlərdən -lıq
⁴ şəkilçisi ilə düzəlir.
Atalıq, analıq, oğulluq, qızlıq və s. Bunlar semantik və qrammatik cəhətdən qohumluq sözünün analoqudur.
4. Qohumluğa yaxın münasibətlər bildirən sözlər. ərgən, evli, dul, sonsuz və s.
Qohumluq əlaqələri bildirən sözlərin hamısı bütün dialekt və şivələrimizdə bəzən eyni mənada olmur. Məsələn, bibi
Qazax dialektində büvü formasında əmi və ya dayının arvadı mənasında işlənir.
Qohumluq əlaqələrini bildirən sözlərin bir qisminin isə işlənmə dairəsi o qədər daralmışdır ki, bunların mənasını indi
artıq gənclərimiz bilmir və belə sözlərin mənası ancaq təsviri yolla ifadə olunur. Məsələn, Bacanax – iki bacının ərləri;
Yeznə - bacının əri.
Bu sözlərin daha qədimiliyi bir də bununla izah olunur ki, bunların şəkilçiləri (məs.:-anax, -ti, -gə və s.) artıq
məhsuldar deyil.
Bioloji-sosioloji qohumluq terminlərinin iki kateqoriyası vardır:
1. Qan qohumluğu terminləri;
2. Nigah qohumluğu terminləri.
Bunlar müstəqil mikrosistemlər əmələ gətirir. Həmin mikrosistemlərdən birinə mənsub olan termin müvafiq
mikrosistem içərisində başqa terminlərlə semantik əlaqəyə girə bilir.
Qan qohumluğu dedikdə həm ata, həm də ana tərəfindən olan qohumluq nəzərdə tutulur. Qohumluq hüququnda
insanlar arasındakı qan əlaqəsi; qanun bununla əlaqədar hüquq və vəzifələrinin yaranmasını, dəyişilməsini və ya xitam
edilməsini əlaqələndirir. Qan qohumluğu münasibətlərində ümumi əcdadın olmasına əsaslanır.
Qan qohumluğu terminləri qohumluğun bir dikinə və iki köndələn xətti üzrə qohumluq münasibətləri bildirir. Qan
qohumluğu terminləri arasında semantik münasibətlər iki şəkildə özünü göstərir: birinci, eyni kiçik mikrosistemə mənsub
olan sözlər arasında; ikincisi, müxtəlif mikrosistemlərə mənsub olan sözlər arasında.
Qan qohumluğu terminlərinin mənsub olduqları tematik qruplar içərisində məxsusi semantik başlanğıclar vardır. Qan
qohumluğunun dikinə xətti terminləri silsiləsində yüksələn istiqamətdə semantik başlanğıc ata//ana, alçalan istiqamətdə isə
oğul//qız terminləridir. Birinci və ikinci köndələn xətlərdə qardaş, bacı, əmi, bibi, dayı və xala terminləri müvafiq
sözdüzəltmə sıralarının semantik başlanğıclarıdır. Beləliklə, qan qohumluğu terminləri aşağıdakı terminlərlə təmsil olunmuş
mikrosistemləri əmələ gətirir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
209
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Qan qohumluğunun dikinə xətti üzrə; a) yüksələn istiqamətdə: (ata/ana, baba/nənə, ulu baba/ulu nənə); b) alçalan
istiqamətdə: (oğul/nəvə, nəticə, kötücə, yadıca, ötücə, yeddiarxadönən). Qan qohumluğunun birinci köndələn xətti üzrə: a)
qardaş, qardaşqızı/qardaşoğlu, qardaşnəvəsi; b) bacı, bacıoğlu/bacıqızı, bacınəvəsi.Qan qohumluğunun ikinci köndələn xətti
üzrə: a) əmi, əmioğlu/əmiqızı, əminəvəsi, əmizadə; b) bibi, bibioğlu, bibiqızı, bibinəvəsi; c) dayı, dayıoğlu/dayıqızı,
dayınəvəsi, dayızadə; d) xala, xalaqızı/xalaoğlu, xalanəvəsi.
Qeyd etmək lazımdır ki, həmin mirosistemlər bir-birindən keçilməz arakəsmələrlə ayrılmamışdır. Ayrı-ayrı
mikrosistemlər içərisində sözdüzəltmə və semantik ardıcıllıq münasibətləri hökm sürürsə mikrosistemlər arasında qarşılıqlı-
şərikli semantik əkslik münasibəti özünü göstərir. Bu isə konkret sözlərin münasibətlərində təzahür edir.
Qohumluq əlaqələrini bildirən elə sözlərə də təsadüf edirik ki, bunların etimologiyasını türk dilləri materialları ilə izah
etmək qeyri-mümkündür. Belə halda Qafqaz-iber dilləri materialı köməyə gəlir. Bir sıra dialekt və şivələrimiz Qafqaz-iber
dilləri əhatəsində olduğundan təbii bu dillərin təsiri də xüsusən lüğət sahəsində özünü göstərməmiş deyildir.
AZƏRBAYCAN DİLİNİN TERMİNOLOJİ SİSTEMİNDƏ PSİXOLOGİYA TERMİNLƏRİ
Ramil BAYRAMOV
Azərbaycan Dillər Universiteti
rbayramov924@gmail.com
Terminologiya dilçiliyin xüsusi bir sahəsi olaraq elmi anlayışları ifadə və ya təyin edən termin-sözləri və termin-söz
birləşmələrini, bütövlükdə dilin terminoloji sistemini öyrənir. Tarixən ayrı-ayrı elm sahələri artan templə inkişaf etmiş, elm
aləminə yeni-yeni elmi nəzəriyyə, prinsip, müddəa və qanunauyğunluqlar daxil olmuş, bunlara uyğun olaraq insan
təfəkküründə mövcudlaşan məfhumların sayəsində müxtəlif anlayışlar sistemi yaranmış, indi də yaranmaqdadır. İnsan
təfəkkürünün məhsulu olan bu cür məfhum və anlayışlar məntiqi kateqoriya sisteminə aid olsalar da, belə anlayışların
daşıyıcısı olan alimlər tərəfindən onlar müvafiq sözlərlə ifadə olunaraq dilçiliyin malına çevrilirlər. Yəni məfhum və
anlayışları öyrənən məntiq elmindən fərqli olaraq, dilçiliyin terminologiya bölməsi anlayışların fonetik qabığını təşkil edib,
onları ifadə edən termin-sözləri tədqiq edir, öyrənir və sistemləşdirir. Belə sistemləşdirmə zamanı elmi terminlər
ümumilikdə deyil, ayrı-ayrı elm sahələri üzrə qruplaşdırılır və hər bir elm sahəsinə məxsus olan terminlər ayrıca
sistemləşdirilərək elm aləminə təqdim edilir.
Məlum olduğu kimi, son əlli il ərzində Azərbaycan dilçiliyi tarixində terminologiya sahəsində xeyli irəliləyişlər
olmuşdur. Belə ki, terminologiyanın elmi-nəzəri məsələləri ilə yanaşı, ayrı-ayrı elm sahələrinə xas olan terminlər
dəqiqləşdirilmiş, sistemləşdirilmiş və linqvistik tədqiqə cəlb edilmişdir. Lakin bu sahədə görülən işləri bitmiş hesab etmək
olmaz, çünki bu proses hələ də davam edir, konkret elm sahələrinə məxsus terminlərin üzərində elmi araşdırmalar aparılır.
Hətta elə elm sahələri də var ki, onlar öz terminlərinin sistemləşdirilməsini və dilçilik baxımdan tədqiqata cəlb edilməsini
gözləyir. Belə elm sahələrindən biri də psixologiya elmidir. Fikrimizcə, psixologiya elminə məxsus anlayışları ifadə edən
termin-sözlərin linqvistik tədqiqə cəlb edilməsi zamanın tələbidir. Ona görə ki, sosial-siyasi elmlərin sırasına daxil olan
psixologiya elmi artıq cəmiyyətin bütün sahələrinə sirayət etmişdir. Psixologiyaya aid anlayışların sərhədini
müyyənləşdirmək, onları ifadə edən terminlərin işlənmə mövqeyini, yaranma mənbəyini və digər linqvistik xüsusiyyətlərini
tədqiq edib öyrənmək, ictimaiyyətə təqdim etmək artıq zərurətdir. Bu zərurəti nəzərə alaraq, biz Azərbaycan dilində işlənən
psixologiya terminlərini dilçilik nöqteyi-nəzərdən araşdırmağı qarşımıza məqsəd qoymuşuq.
Qeyd edək ki, hər bir konkret elm sahəsini digər elm sahələrindən fərqləndirən əsas cəhətlərdən biri də həmin elmə
məxsus anlayışları ifadə edən terminlərdir. Yəni hər bir elmin obyekti və predmeti onu başqa elm sahələrindən
fərqləndirdiyi kimi, onun özünəməxsus terminlər sistemi də onları – ayrı-ayrı elmləri bir-birindən fərqləndirən xüsusiyyət
kimi diqqəti cəlb edir. Özünənməxsus obyektə və predmetə malik olduğundan psixologiya da özünün terminləri, bütövlükdə
terminoloji sistemi ilə digər elmlərdən fərqlənir. Bu elmin obyekti insan, predimeti isə insanın ruhi aləmi, ümumiyyətlə,
ruhi həyat hadisələridir. Predmetinə uyğun olaraq bu elm sahəsinin özünəməxsus anlayışlar sistemi var və bu anlayışları
adlandıran terminlər var.
Xüsusi qeyd etmək lazımdır ki, psixologiyaya aid terminlər hələ müstəqil psixologiya elmi formalaşmamışdan qabaq
da mövcud olmuşdur. Belə ki, bu elmin predmetini insan, onun daxili-ruhani aləmi təşkil etdiyi üçün bu elmə məxsus
anlayışların yaşı insanın – insan cəmiyyətinin yarandığı vaxtdan hesablanmalıdır.
Psixologiya elminin müstəqil şəkildə formalaşmasına qədər də müəyyən anlayış və onları ifadə edən sözlər mövcud
olmuşdur. Lakin o vaxtlar belə anlayış və terminlərin mənsub olduğu konkret ayrıca bir elm sahəsi mövcud olmadığından
fəlsəfə elminin tərkibində inkişaf etmişdir. Bununla yanaşı, belə anlayışlara və terminlərə insan təfəkkürünün ilkin
mərhələsini əhatə edən şifahi xalq yaradıcılığı və bir qədər sonrakı yazılı ədəbiyyat nümunələrimizdə də rast gəlirik. Buna
görə də psixologiya terminlərini araşdırarkən təkcə müstəqil psixologiya elmi yarandığı dövrdən bugünə kimi deyil,
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
210
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
həmçinin bu elmin tam formalaşmasından əvvəlki dövrə, xüsusilə də folklorumuza və yazıçılarımızın bədii yaradıcılığna
diqqət yetirməliyik. Orada insanın psixoloji aləmi və dünyagörüşü ilə bağlı məqamlara və belə məqamlarla əlaqəli
anlayışları ifadə edən termin-sözləri dilçilik nöqteyi-nəzərindən tədqiqata cəlb etməliyik. Belə terminlərin tarixi təkamül
prosesini izləyərək müasir vəziyyəti ilə əlaqələndirib müvafiq nəticələr əldə etməliyik.
Psixologiya elmini və ona aid olan terminləri daha dəqiq anlamaq üçün, əvvəlcə, “psixi” və “psixologiya”
terminlərinin mahiyyətinə nəzər salaq. “Psixi” termininin özü yunan sözü olan “psyuxe” dən əmələ gəlmişdir ki, bu da
“insanın ruhu”, “insanın ruhi aləmi” deməkdir. Psixi hadisələr “qavrayış”, “hafizə”, “təfəkkür”, “iradə”, “hisslər” və başqa
adlar altında qruplaşdırılmış və psixologiya elminin özül elementləri kimi diqqəti çəkmişdir..
İnsan psixikası yalnız tibbi nöqteyi-nəzərdən öyrənilmir, ona görə də psixoloji terminləri araşdırarkən həm tibbi
terminlərə, həm də tibdən kənar psixoloji sahələri əhatə edən terminlərə müraciət etmək vacibdir. Hazırkı mövzunun əsas
məqsədi bir sıra psixologiya terminlərini bir arada tədqiqata cəlb etməkdən və onları müxtəlif prizmalardan təhlil etməkdən
ibarətdir.
TAMAMLIQ BUDAQ CÜMLƏLI TABELI MÜRƏKKƏB CÜMLƏLƏRININ
FORMALAŞMASINDA MORFOLOJI VASITƏLƏRIN ROLU
Sadə QULİYEVA
Qafqaz Universiteti
qva.sade@mail.ru
Tamamlıq budaq cümləsi baş cümləyə, hər şeydən əvvəl, semantik cəhətdən bağlanır. Əsasən, baş cümlədək xəbərin
tələbi ilə budaq cümlə ona qoşulur və baş cümlədəki tamamlığa olan tələbat təmin olunur. Deməli budaq cümlə ilə baş
cümlə arasındakı məzmun bağlılığı onların yaranmasını şərtləndirən əsas amildir. Bu aparıcı amildən başqa, bir sıra
morfoloji vasitələrdə tamamlıq budaq cümləsi ilə baş cümləarasında sıx əlaqə yaradılmasına kömək edir. Bunları ayrı –
ayrılıqda nəzərdən keçirək:
I. Azərbaycan dilində tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlənin formalaşmasında ən bariz şəkildə özünü
göstərən morfoloji vasitə «ki» bağlayıcısıdır. Bu bağlayıcı, adətən baş cümlədən sonra, budaq cümlədən qabaq işlənir.
Müasir Azərbaycan dilində «ki» bağlayıcılı tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr işləkdir. Məsələn:
1. Mən açıq hiss edirdim ki, onların təsərrüfat işinə qətiyyən həvəsləri yoxdur vəya 2. Qərənfil bacı bilmirdi ki, mənim
qəlbim heç zaman mənə şikayət etməmişdir.
II. Azərbaycan dilində tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin formalaşmasında mühüm rol oynayan
vasitələrdən biri də budaq cümlənin əvəzlik qəlibləridir. Doğrudur, əvəzliklər başqa növdən olan tabeli mürəkkəb
cümlələrin formalaşmasında da iştirak edir və baş cümlədən sonra işlənməli olan budaq cümlənin növü barədə əvvəlcədən
təminat verir. Lakin əvəzlik – qəliblərin əsas fəaliyyət sahəsi tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir.
Baş cümlədə əvəzlik – qəliblərin işlənməsi budaq cümlənin baş cümləyə daha sıx bağlanmasını təmin edir, onun
asılılıq dərəcəsini artırır. Məhz buna görədir ki, bu vaxt baş cümlə ilə budaq cümlə arasında hökmən «ki» tabelilik
bağlayıcısı işlənməli olur.
Müasir Azərbaycan dilində bu – ya nisbətən, o əvəzliyi əvəzlik – qəlib funksiyasında daha çox işlənir. Burada əsas
rolu əvəzliyin morfoloji əlaməti oynayır. Bu zaman baş cümlədəki əvəzlik-qəlib ismin yönlük, təsirlik, yerlik və çıxışlıq
halında və o cümlədən ilə ( -la, -lə) və haqqında qoşmaları ilə də işlənəbilir. Belə nümunələrə I.Əfəndiyev nəsrindəki fayət
qədər rast gəlmək olur. Məsələn:
1. Onu da deyim ki, kişinin əməyini itirmədi.
2. Ona təəccüb edirdim ki, adamlar mənim həmişə həsədlə tamaşa elədiyim qızıl zərli paqonlarıni yə qoparıb atırdılar?
Baş cümlədən bəzən əvəzlik olmayan, digər nitq hissəsinə ismə aid olan sözdə işlənəbilir və o, tamamlıq funksiyasına
müvafiq müəyyən formalar qəbul edir. Təsirlik halda olan «birşey», «birməsələ» ifadələri baş cümlədə tamamlığın qələbi
kimi işləndiyindən onun aydınlaşdırılması tələb olunur. Məhz buna görə də baş cümləyə tamamlıq budaq cümləsi qoşulur.
Məsələn:
1) Bir məsələni də qeyd edək ki, sənin yaşayış üçün bundan başqa yerin yoxdu.
III Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlənin formalaşmasında nisbi əvəzliklərin də xüsusi rolu vardır. Nisbi
əvəzlikli tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin budaq cümləsi əvvəl, baş cümləsi sonra işlənir. Məsələn:
1) Kimə baxırdı, hərəyə bir söz deyirdi.
2) Kimi gözü tutmuşdusa, onu da alacaqdı.
Yeri gəlmişkən deyək ki, tabeli mürəkkəb cümlələrin baş cümləsində korrelyatın işlənib – işlənməməsindən asılı
olmayaraq, çox vaxt cümlənin xəbəri – sa, (sə) şərt əlamətini qəbul edir. Məsələn:
|