II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
225
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
AZƏRBAYCAN DİLİNDƏ TERMİNOLOJİ LEKSİKANIN İNKİŞAF İSTİQAMƏTLƏRİ
Vəfa ABDULLAYEVA
AMEA , Dilçilik İnstitutu
vefa.abdulla@mail.ru
Terminologiyanın nəzəri problemlərindən biri də terminoloji leksikanın inkişaf istiqamətlərini müəyyənləşdirməkdir.
Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminologiyanın fasiləsiz olaraq dəyişməsini və inkişafını şərtləndirir.
Cəmiyyətdə baş verən yeniliklər dildə əks olunur. Dil inkişaf etdikcə isə onun tərkib hissələri, o cümlədən, terminoloji
leksikası (sistemi) dəyişərək yeniləşir. Çünki elmi-texniki tərəqqi, ictimai-siyasi münasibətlər leksik tərkibin zənginləşmə-
sini zəruri edir. Bu zənginləşmə dilin daxili imkanları və alınmalar hesabına baş verir.
Azərbaycan dilində terminologiya fondunun zənginləşməsi və təkminləşdirilməsi üçün ən əlverişli yol bu dilin öz lüğət
tərkibi, daxili imkanları əsasında terminlər yaradılması hesab olunur. Çünki dilin öz daxili qanunları ilə inkişaf etməsi daha
məqsədəuyğundur. Bura dialekt, ümumişlək, peşə-sənət, məhəlli sözlərin terminləşməsi prosesləri daxildir. Daxili imkanlar
əsasında termin yaradıcılığı üçün dialektlərdə kifayət qədər zəngin material var. İctimai-tarixi inkişaf prosesinin nəticəsi
olan dialektizmlər ədəbi dilin inkişafında rol oynamaqla yanaşı, Azərbaycan ədəbi dilinin inkişaf edib formalaşmasında bir
mənbə kimi hələ də qalmaqdadır. Bütün dialekt sözlər müxtəlif sahələrdə termin kimi işlənə bilər. Ancaq ayrıca götürülmüş
kiçik bir məhəllədə işlənən söz termin ola bilməz. İşlənmə dairəsi geniş olan, əksər əhali tərəfindən başa düşülən, elmi
lüğətlərdə öz əksini tapan sözü termin kimi qəbul etmək mümkündür. Terminləşmə nəticəsində dialekt sözlər məhdud
məhəlli xarekterli sözdən elmi səciyyəli söz səviyyəsinə yüksəlirlər. Dilin lüğət tərkibinə nəzər salsaq görərik ki, hal-hazırda
terminoloji leksikada çoxlu sayda terminləşmiş dialekt sözlərə rast gəlmək mümkündür. Bu baxımdan tibb, botanika,
zoologiya, torpaqşunaslıq kimi elm sahələrini qeyd etmək olar: bozax (1. səh.12) sözü Borçalı, Füzuli, Şəmkir, Tovuzda
“yerli qoyun cinsi” mənasında işləkdir. (3. səh.62) Sözün eyni formasına biz Füzuli bölgəsində “yemiş növü”, Ağdam da isə
“quru ot” mənasında rast gəlirik. Botanika termini kimi bozax sözü “şoran torpaqlarda bitən birillik yem bitkisi”, “bu cür ot
bitən yer” mənasında işlənir. Eləcə də Bakı zonasında “xəstəlik nəticəsində üzdə əmələ gələn ağ ləkə” mənasında rast
gəldiyim ala sözü.(1.səh.18) Tibbdə bu söz tibb termini kimi “qanın pozulması nəticəsində dəridə əmələ gələn ağ ləkə”
anlamında işlənir.
Terminlərin bir qismi də ümumişlək sözlər hesabına yaranır. Bu halda sözlər yeni məna kəsb edərək terminləşir:
Alıcılıq- is. iqt. Satınalma imkanı, qabiliyyəti. Əhalinin alıcılıq qabiliyyəti. Manatın alıcılıq qüvvəsi. (2. səh.98)
Bənd- is. anat. Skelet sümüklərinin oynaq yerləri; buğum, məfsəl. (2. səh.275)
Dilin daxili imkanları əsasında terminləşən sözlər əvvəlcə nominativ funksiyaya, daha sonra müəyyən konteksdən
(mətndən) asılı olaraq hər hansı bir elmi sahəyə xüsusi təyinat alaraq definitiv funksiyaya malik olurlar. Məhz bu
definitivlik onların elmi səciyyə daşımasını təmin edir. Alınma terminlər də dilimizin terminologiyasında mühüm yer tutur.
Bunlar daha çox elm, texnika, iqtisadiyyat, kibernetika, ictimai-siyasi, hüquqi və fəlsəfi anlayışlarla bağlıdır:
Çek (cheque) – bank tərəfindən hər hansı ödənişin həyata keçirilməsi üçün hüquqi və maliyyə əsasını təşkil edən
sənəd. Burada adətən hesab sahibi kimin adına və hansı məbləğdə vəsaitin bank tərəfindən ödənilməsini göstərir. Hal-
hazırda elektron bankçılığın inkişafı kağız çeklərdən istifadənin formasına təsir etmişdir. (4. səh.27) Deklarant (declarant) –
gömrük sərhədindən mal keçirən və malı gömrük rəsmiləşdirilməsi məqsədilə bəyan və təqdim edən şəxs.(4. səh.30)
Yalnız dilin daxili imkanlarından istifadə etməklə yeni anlayışları adlandırmaq mümkün deyil. Buna görə də
terminoloji leksikanın bir hissəsi müxtəlif mənşəli alınmalar hesabına inkişaf edir. “Hazırda Avropa mənşəli terminlər
Azərbaycan dilində terminlərin yaranması üçün əsas mənbələrdəndir. Çünki, yeni texnikaya, xüsusilə də informatika,
telekomunikasiya, kibernetika, kosmik texnika ilə bağlı anlayışların funksionallaşması, demək olar ki, dünyanın bütün sivil
dilləri kimi dilimizdə də termin və anlayışların alınma prosesi, əsasən beynəlxalq koordinasiyaya əsaslanır.”(8. səh.5)
Beləliklə, aydın olur ki, iqtisadi əlaqələr genişləndikcə, ictimai-siyasi münasibətlər, eləcə də elmi texniki tərəqqi dilin
zənginləşməsini zəruri edir. Ona görə də terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləmək və terminologiyanın
inkişafını düzgün istiqamətləndirmək lazımdır.
Ədəbiyyat
1. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, Şərq-Qərb, 2007.
2. Azərbaycan dilinin izahlı lüğəti. I cild. Bakı, Şərq-Qərb, 2006.
3. Botanika terminləri lüğəti. Bakı, 1963
4. Dövlət maliyyəsi terminləri lüğəti. Bakı, 2008.
5. İslamov M. Termin yaradıcılığında dialektlər əsas mənbələrdən biri kimi. Azərbaycan terminologiyası problemləri,
Bakı, APİ, 1988.
6. Qasımov M. Azərbaycan dili terminologiyasının əsasları. Bakı, Elm, 1973.
7. Sadıqova S. Azərbaycan dili terminologiyası. Bakı, Elm, 2011.
8. Terminologiya məsələləri. Bakı, Elm, 2011
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
226
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
AZƏRBAYCAN ONOMASTİK VAHİDLƏRİNİN FONETİK XÜSUSİYYƏTLƏRİ:
SƏS ARTIMI MÜŞAHİDƏ OLUNAN ADLAR
Zülfiyyə ƏLİBƏYOVA
Azərbaycan Dillər Universiteti
esmer12@mail.ru
Azərbaycan dilinin əsas xüsusiyyətlərindən biri də söz daxilində saitlərin, sözün başında və sonunda isə samitlərin
yanaşı gəlməməsidir. Bu xüsusiyyət nəinki sözlərə həm də Onomastik vahidlərə də aiddir. Buna görə də qrammatik
dəyişmədə və ya alınma sözlərdə belə səs yanaşmaları olduqda yanaşı həmcins səsləri (yanaşı saitləri və ya yanaşı samitləri)
bitişdirmək üçün vasitəçi lazım olur və belə məqamlarda müəyyən səsdən vasitəçi halında istifadə edilir, yəni yanaşı gələn
səslər arasında müəyyən səs əlavə olunur. Beləliklə də, dilin fonetik sistemində səsartımı adlanan hadisə yaranır. Səsartımı
adlanan bu hadisə müxtəlif məqamda, müxtəlif şəkildə təzahür edir. Hətta, belə hadisələrin tədricən ümumiləşir, sabitləşir
və qanuniləşir, bir qismi isə məhdud dairədə qalır, təsadüfü mahiyyət daşıyır. Oğuz qrupu türk dillərində səsartımı qanunu
bilavasitə orfoepik normalara uyğun şəkildə yaranır. Səslərin artırılması səsdüşümü ilə bir-birinə əksdir.Səsdüşümü
mürəkkəblikdən sadəliyə doğru inkişaf perspektivləri ilə əlaqədar türk mənşəli sözlərdə baş verdiyi halda, səsartımına,
başlıca olaraq, alınma sözlərə təsadüf edilir. Səsartımı prosesində, alınma sözlər, orfoepik cəhətdən, bir növ türk dillərinə
məxsus sözlərə uyğunlaşdırılır. Türk dillərinin fonetik qanunauyğunluqlarının təsir gücü, demək olar ki, səsartımı
qanununda daha qabarıq şəkildə öz əksini tapır. Səsartımı başlıca olaraq, sözün əvvəlində müşahidə olunur. Məsələn;
Rəhim- [İrəhim], Rəşid-[İrəşid], Reyhan-[İreyhan], Rza-[Irza] və s. bu kimi adları göstərmək olar. Azərbaycan dilində
orfoepik xüsusiyyət kimi alınma sözlərdə r və ya l səslərindən əvvəl səsartımı müşahidə olunur. Dəmirçizadə göstərir ki,
sözün başında r samiti olduqda , sadə danışıqda və şivələrdə sözün əvvəlinə i saiti artırılır.
A.Qurbanovun fikrincə, Azərbaycan dilinin təbiətinə görə sözdə iki sait, yaxud eyni hecada iki və daha artıq samit
yanaşı işlənmir. Buna görə də əsasən, sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçi qoşulduqda iki sait arasında müəyyən
bir samit artırılır ki, buna da səsartımı deyilir. Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır: y, s, n. Tələf-
füzdə “y” samiti aşağıdakı hallarda artırılır: Tərkibində “ai” sait birləşməsi olan adlarda həmin saitlərin arasına bir “y”
samiti əlavə olunur.
Nailə-Na[y]ilə , Naibə -Na[y]ibə, Aişə-A[y]işə , Aidə- A[y]idə , Nəvai-Nəvayi
Tərkibində [ai] qoşalığı olan sözlərin tələffüzündə y-dan əvvəlki a fonemi azacıq uzun, y-dan sonrakı i fonemi isə
azacıq qısa tələffüz olunur .
Tərkibində [əi] qoşalığı olan onomastik vahidlərdə də bu saitlərin arasına y samiti artırılaraq aşağıdakı kimi tələffüz
olunur. Məsələn:
Səid-Sə[y]id , Səidə -Sə[y]idə, Təbiət-Təbi[y]ət, Rəbiət-Rəbi[y]ət
Bəzi hidronimlərin tərkibində də [ai] sait birləşməsinə rast gəlmək olur. Məsələn, Dainakadzor hidroniminə tələffüzdə
y samiti artıraraq [Dayinakadzor] formasında tələffüz edirik. Bu da qanunauyğun haldır.
Tərkibində [au] qoşalığı olan Çaundur hidronimi də tələffüzdə Çavundur bəzən də Çayundur kimi tələffüz olunur.
Zirik toponimi 1917-1961-ci illərə qədər [Zirik ] şəklində yazılmış dialekt təsiri nəticəsində tələffüzdə y samiti artırılmış
Ziyrik kimi tələffüz olunmuşdur. Sonralar isə necə tələffüz olunmuşdursa elə də ensiklopedik lüğətlərdə, yazıda öz əksini
tapmışdır. Biu, Diadin –oykonimləri də tələffüzdə [Biyu], [Diyadin] kimi səslənir.
Bəzi antroponomik vahidlərin ikinci hecasında gələn i saiti ya bir qədər uzun tələffüz olunur, ya da həmin saitdən
sonra bir (y) samiti əlavə edilir; məsələn, Ədilə - Əd[i]lə - Ədi[y]lə; Minirə - Min[i]rə - Mini[y]rə; Səlimə - Səl[i]mə -
Səli[y]mə; Əzizə - Əz[i]zə -Əzi[y]zə.
Tələffüzdə i saitinin artırılmasına da rast gəlirik. Hüseyn adında olan y və n samitləri arasına tələffüz zamanı i saiti
artırılır..
H samitinin artırılması da bəzi adlarda müşahidə edilir və bunlarn ən çox toponimlərdə özünü göstərir. Məsələn:
Hinqar oykonimi. Ağsu rayonunun Gürcüvan i.ə.v-də kənd. Keçmiş adı İnqar olmuşdur. Oykonim anqar sözünün
Azərbaycan dilinin fonetik qanunlarına uyğunlaşdırılmış formasıdır. Tədqiqatçılara görə, bu söz türk-monqol dillərində
“yarıq”, “ağız”, “qapı”, “keçid”, “dərə” mənalarında işlıdilmişdir. Türk dillərində anqar “geniş vadi” mənasındadır. Sözün
əvvəlində “h” samitinin artırılması Azərbaycan dilinin dialekt və şivələrində təsadüf olunan fonetik hadisədir. Heriknaz
oykonimi də Əriknaz adının əvvəlinə h samitinin artırılmış formasıdır. Kəndin adı Əriknaz variantında da qeydə alınmışdır.
Bu kimi nümunələr çoxdur.Məsələn 1917-1961: Qarasuqulaq -Qarasuqumlaq(Ağdaş), Gürzələr-Gürzallar, Axunlu-
Axundlu( Ağsu), Ablavar-Hallavar, İnqar-Hinqar və s kimi səs artımı müşahidə olunan onomastik vahidləri göstərmək olar.
Bu nümunələrdə fonetik hadisələr oykonimlərdə daha çox söz-söz və ya söz –şəkilçi sərhəddində özünü göstərir..
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
227
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ELÇİN ƏFƏNDİYEV YARADICILIĞINDAKI BƏZİ ONOMASTİK
VAHİDLƏRIN ÜSLUBİ MƏNŞƏYİ
Zemfira ABBASOVA
Azərbaycan Dövlət Pedoqoji Universiteti
Bir çox dillərdə olduğu kimi, Azərbaycan dili də müxtəlif dövrlərdə qarşı xalqlardan sözlər almış (həm də onlara
sözlər vermişdir), söz lüğət tərkibini zənginləşdirmişdir. Bu, həm ölkələr arasında ticarət, mədəni iqtisadi əlaqələrin
genişlənməsi yolu ilə, həm də xarici ölkələrin işğalçılıq və təcavüzkarlıq siyasəti ilə əlaqədar olmuşdur.
M. Adilov və A. Paşayev yazırlar: Bu bütün dillərə xas olan xüsusiyyətdir. Bu mənada dünyada “saf” dil olmadığı
kimi, yalnız biz xalqa məxsus xalis “sof” ad sistemi, onomastik kateqoriyaları və xüsusi adları da bilməz. Buna görə də
Azərbaycan dilinə məxsus adlar içərisində xalis Azərbaycan mənşəli adlarla yanaşı ərəb, fars, rus və Qafqaz xalqlarının
dillərinə məxsus xüsusi adlara da rast gəlmək olur [1, 61].
Elçin Əfəndiyevin də əsərlərində işlənən onomastik vahidlərin mənşəyi olduqca maraqlıdır, lakin biz bunlardan yalnız
bir neçəsi haqqında məlumat vermişik. Qarabağ, Laçın, Əsgəran, Nuxa, Bayat tayfası, Qızılbaş əmirləri.
Əskəran Azərbaycan toponimiyasında Əskəran toponiminin mənşəyi aydınlaşdırılmamışdır. Q. Qeybullayev qeyd
edir ki, onun türk dillərində əsgər – “uca dağlar” sözü ilə əlaqələndirilməsi inandırıcı deyil. “Əskəran əslində Əski – Aran
adından təhrifdir ki, bu da əski “qədim”, “köhnə” sözündən və aran etnonimlərindən ibarətdir [2].
Q. Qeybullayev bu haqda öz məqaləsində yazır: Eranın əvvəllərində bəlkə də hunların tərkibində aran tayfasının bir
hissəsi Albaniyada məskunlaşmış və Mets -Aran toponimi yaranmışdır. Mets-Aran mahalını tədqiqatçılar məhz indiki
Əskəran və Stepanakert rayonlarında lokalizə edirlər. Demək Əskəran (Əski-Aran) qədim Mets–Aranı ifadə edir. Mets
“böyük” sözünü göstərir ki, haradasa yaxında kiçik Aran adlı məntəqədə olmuşdur [2, 171].
Laçın – Azərbaycan dilinin leksik layının müəyyən hissəsini quş adları – oritonimlər təşkil edir. Oritonimlərin xüsu-
silşməsi nəticəsində respublikamızın ərazisində xeyli toponim, oronim və hidronimlər yaranmışdır. Belə, quş adlarından
biri laçındır.
N. Əsgərov bu haqda da yazır: “laçın quşu və onun cinsləri haqqında Əhməd Rəfik Paşa geniş məlumat verir. Göstərir
ki, laçın bəyazlı, qızıl ayaqlı şahindir. Azərbaycanlılar və tatarlar bu quşa laçın, uyğurlar laçin, özbəklər laçin, noqaylar
laşin, qazaxlar alşın, balkarlar iləçin, xarlaslar ilaçın, başqarlar ilasin, qırğızlar ilaçın deyirlər. Qədim təsəvvürə görə Türk
xalqları, eləcə də azərbaycanlılar bəzi heyvan və quş ailələrinə inanmış, onlara tapınmışdılar [3, 67].
N. Əsgərov qeyd edir ki, laçın adlı onomastik vahidlərin əksər hissəsi dağlıq ərazilərdədir. Bədii tədqiqatçılar
“dağquşu” (laçın) mənasında olan quş adının xüsusiləşməsi nəticəsində “Qorqud” sözü yarandığını qeyd edirlər. Laçın adlı
onomastik vahidlərin böyük hissəsi oronimlərdə yaşamaqdadır. Laçın qayası (Ağdam, Kəlbəcər, Ağdərə, Şəki, Şuşa), Laçın
dağı (Oğuz). Laçın dərəsi (Kəlbəcər), Laçın rayonu inzibati dairəsi. O, Laçın adının tayfa adı olması haqda yazır: “Azər-
baycan eləcə də bir çox türk alimləri laçın leksik vahidini bəzi türk xalqlarının soykökündə iştirak etmiş tayfa adı hesab
edirlər. Əsasən türk olan Əmir Xosrov Dəhləvi Cürə laçın qəbiləsindən idi. Əbülqazi Bahadır göstərir ki, Cürə Laçın Avşar
boyunun quşudur. Özbək onomastikasında da laçın etnonimi kimi izah edilir [3, 67]. Beləliklə, laçın leksik vahidi quş adı,
oykonim (laçın rayonu, kənd adları), oronim (laçın qayası, laçın dağı), hidronim (laçın qolu, laçın çayı), etnonim eləcə də
antroponim kimi geniş areallarda yayılmışdır.
Şəki – Nuxa. K. Alxasov bu toponim haqda qeyd edir ki, əsərlərində “Nuxa” toponimi ilə yanaşı işlənmiş bir-birinin
sinonimi olmuş “Şəki” toponimi haqqında dilçilik ədəbiyyatında çox yayılmış amma “Nuxa” toponimindən bəhs edlimə-
mişdir. Şəki mövcud olduğu dövrdə Nuxa da bir şəhər kimi məskun olmuşdur. Xalq əfsanəsində deyilir ki, əsrlər mövcud
olan bu şəhərlər Kiş çayının hücumuna məruz qalmış, dağıdıcı sel sularının təsiri ilə yerlə yeksan olmuşdur. Sonralar
dağılmış şəhərlərin sakinləri indiki Şəkinin yerində məskən salmışlar. K. Alxasov yazır: O vaxtdan gah Şəki, gah da Nuxa
adlanan bu şəhər ayrı-ayrı şəhərlər deyil, bir şəhər kimi tanınmışdır.
Azərbaycan dilinin fonetik “a”, “ə”, “i”, “u” saitləri bəzən bir – birinin yerində işlənir, xüsusilə Şəki dialektində “a” ilə
“ə”, “a” ilə “i”, “i” ilə “u” samitlərin tələffüzündə bir-birini əvəz etməsinə, “ğ” samiti “x”, “h” samitlərini əvəz etməsi və s.
tez-tez təsadüf edilir. Bu baxımdan Şakaşen–Şəkişen, şəki, şəklini olduğu kimi, Nuğa toponimi də Nuğa–Nuxa şəklində
formalaşmışdır” [4, 203].
Lakin A. Bakıxanov “Gülüstani–İrəm” əsərində toponimin etmologiyasının izahını verərkən “Nuxu” variantına
üstünlük vermişdir (Bakı, “Nuxa” şəhəri adının münasibəti və yerinin vəziyyətinə görə, həmin Nuxuya və Nağıya şəhəridir
ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı. Ə. Mikayılova yazır: Nuxa Azərbaycanın ən qədim şəhərlərindən biri
olub, 1968-ci ildən Şəki adlandırılmışdır. Tədqiqatçılar onu eramızın II əsrində yaşanmış yunan alimi Klavdi Ptolomyen
“Coğrafi təlimnamə” əsərində adı çəkilən “Niqa” ilə eyniləşdirirlər.
Ədəbiyyat
1. Azərbaycan onomastikası, Bakı, 1987, ADU, 85 s.
2. Qeybullayev Q. Əskəran toponimi haqqında. 170 s. AOP, III. , Bakı, APİ, 1990, 311 s.
3.Əsgərov N. Laçın toponimi haqqında. s. 67. Dil məsələlərinə dair tematik toplu, N1. Bakı, ADPU, 1997, 167 s.
4.Alxasov K. Şəki rayonu bəzi toponimləri haqqında. AOP. IV Bakı, 1993, 243 s.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
228
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
229
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
AZƏRBAYCAN ƏDƏBİYYATI
EKSKURSİYALARIN, ŞAGİRDLƏRİN EKOLOJİ
DÜNYAGÖRÜŞÜNƏ TƏSİRİ
Aygün NOVRUZOVA
Bakı Slavyan Universiteti
muradovserxan@mail.ru
Bildiyimiz kimi bir sıra pedaqoji ədəbiyyatlarda, xüsusilə də müəllim hazırlığına həsr olunmuş elmi tədqiqatlarda,
görkəmli Çex alimi pedaqoji elmlər üzrə mütəxəssis Y.A.Komenskinin bu sahədə apardığı araşdırmalardan, elmi faktlardan
və əldə etdiyi nəticələrdən bəhs olunur. O, özünün bir çox əsərlərində əyaniliyi pedaqoji prosesin “qızıl qayda”sı
adlandırmışdır. Çünki, hələ təfəkkürləri formalaşmamış, eyni zamanda elmi nəzəriyyələri dərk etməkdə çətinlik çəkən kiçik
yaşlı şagirdlərin bilik bacarıq və vərdişlərinin inkişaf etməsində, yalnız əyanilik prinsipindən istifadə etməklə müvəffəqiyyət
əldə etmək olar. Qeyd edək ki, ekskursiyaların təşkili məhz əyanilik prinsipinin tərkib hissələrindən biridir. Mövzumuz
ekoloji dünyagörüşü ilə əlaqədar olduğundan, ekskursiyaların, məhz ekoloii sahədə şagirdlərin əldə etdiyi biliklərə nə
dərəcədə təsir etdiyini və hansı nəticələrin əldə olunduğunu araşdıracağıq.
Məlum məsələdir ki, dünyada iqtisadiyyatın, texnikanın, istehsalın inkişafı ətraf mühitin vəziyyətinin pisləşməsilə
müşayət olunur. Bizim cəmiyyət ekoloji problemlərin həll olunması üçün ilk addımlar atır. Bu gün insan tərbiyəsinin
formalaşmasında bir sıra dəyişikliklərin olması, təbiət ilə insan arasındakı münasibətlərin deformasiyası, təbiətə yalnız
müştəri gözü ilə baxmaq, insanlarda ekoloji mədəniyyətin və məsuliyyətin olmaması tərbiyə prosesinə yeni yanaşmaların
daxil edilməsini tələb edir. Ümumtəhsil sisteminin müasir mərhələdəki inkişafında ətraf mühitin təmizliyi uğrunda
mübarizəyə hazır olan, onu qoruyan və zənginləşdirən məktəblilərin ekoloji tərbiyəsi xüsusilə böyük əhəmiyyət kəsb edir.
Mövcud pedaqoji ədəbiyyatlarda ekoloji tərbiyə üzrə iş formalarından biri də ekskursiyalardır. Gəlin, əvvəlcə
ekskursiya sözünün mənasına diqqət yetirək. Ekskursiya (excursio, latın dilindən tərcümədə mənası “gəzinti”, “səfər”
deməkdir). Maraq doğuran bölgələrə maarifləndirici, elmi, idman və ya istirahət məqsədilə tək və ya kollektiv şəkildə
baxışın təşkil edilməsidir. Ekskursiyalar tək və ya xüsusi təşkilatın rəhbərliyi ilə təşkil edilə bilər. Eyni zamanda obyektlərin
seyr edilməsi də həm tək, həm də xüsusi bələdçilinin köməkliyi ilə həyata keçirilə bilər. Təbiətə ekskursiya adətən, ibtidai
siniflərdə “Həyat Bilgisi” fənninin tədrisi zamanı proqramda nəzərdə tutulmuş materiallar əsasında həyata keçirilir.
Şagirdlərdə dünyanın, o cümlədən Azərbaycanın zəngin fauna və florası haqqında geniş təsəvvür yaratmaq, respublikamızın
ekoloji durumu haqqında, Xəzər dənizi, dünyanın digər su hövzələri, suda yaşayan canlılar haqqında daha ətraflı məlumat
toplamaqda ekskuriyaların əvəzedilməz rolu vardır.
Republikamızda məhz ekoloji maarifləndirmə ilə əlaqədar xüsusən aşağıdakı sahələrə ekskursiyaları təşkil etmək olar:
ilk növbədə məktəbdaxili ekskursiya əsasən laboratoriya otaqlarına, zoologiya, biologya fənnlərinin tədris olunduğu xüsusi
otaqlara, məktəbin həyətinə (bağına) və s. təşkil etmək olar. Məktəbdən kənarda isə zooparklara, dendrari adlanan botanika
bağlarına, müxtəlif əşyaların (geyim, məişət, texnika, nəqliyyat və s.) hazırlandığı zavod və fabriklərə və s. yerlərə ekskur-
siyaların təşkili, ibtidai sinif şagirdlərinin dərslikdə tanış olduqları ekoloji anlayışların daha dərindən mənimsədilməsində və
inkişaf etdirilməsində, eyni zamanda uzun müddət yadda qalmasında həlledici rola malikdir. Aparılan təhsil islahatlarının
gələcəkdə yuxarıda sadalanan tədbirlərin daha geniş şəkildə həyata keçirilməsinə, şagirdlərlə respublikamızın digər
rayonlarına ekskursiyaların təşkilinə, o cümlədən dünya turuna çıxmağa həm maddi, həm də mənəvi cəhətdən dəstək
olacağına və müsbət nəticələrin əldə olunacağına ümid edirik.
MAY AYINDA NİYƏ TOY OLMUR
Almara NƏBIYEVA
BDU “Dədə Qorqud”ETL
nebiyeva_almara@mail.ru
Məlumdur ki, hər bir xalqın özünəməxsus adət-ənənələri vardır. Bu adət-ənənələrin bəzilərinin etimologiyası bəllidir,
bəzilərinin isə yaranma səbəbi unudulmuşdur. Təbiətdə ilin bütün fəsilləri, bütün ayları gözəldir. Qışın öz cazibəsi var,
yazın öz ləzzəti. Soyuq qış fəslindən çıxmış insanlar yazı sonsuz sevinclə qarşılayırlar. Yaz gələr-gəlməz toylar, nişanlar
başlayar, aprel ayının sonuna kimi bu busat davam edər. Elə ki, may ayı gəldi, hamı toy etməyə qorxar. Təəccüblüdür. Necə
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
230
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
olur ki, bu ayda toy-düyün sədası eşidilmir. Lakin may ayında döğulanlar, ad günü keçirənlər, ailə quranlar da az deyil.
Xalq arasında apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, may ayında toy edənlər, xeyir iş görənlər heç bir pis
hadisə ilə qarşılaşmayıb. Bəs nə üçün bu ayda toy şənliyi keçirmək olmaz?.
Doğrusu, bu barədə kimlərdən soruşduqsa, cavablar müxtəlif və mübahisəli oldu. Kimi “may ayının” “ağır ay”
lduğunu söylədi, kimi may ayının “çiçək ayı ” olduğunu vurğuladı, kimi də bunun heç bir məntiqi əsası olmadığını söylədi.
Bəzi ağsaqqallarımız bu ayı ruzi-bərəkətin əsasının qoyulması ilə əlaqələndirib onu körpə uşağa bənzətdilər. Söylədilər ki,
körpə uşaq heç bir təməl qoya bilməz. Ona görə də bu ayda ailə kimi çox vacib bir ictimai qurumun da təməli
qoyulamamalıdır. Bu səbəbdən də bu ayda qurulan ailələr ya xöşbəxt olmur, ya da həyatları çətinliklər içərisində keçir.
Azərbaycanda may ayında toy keçirmək dəb deyil. "May ayı gəldi, toylardan canımız qurtardı". “May boş aydır”.
Səbəb nədir? Stereotip, tibbi faktorlar, yoxsa dini inanc?
Bəlkə səbəb yasəmənin çiçəkləməsi, yağışların yağması, yoxsa mayın bərəkətsiz ay olmasıdır?
Hesab edirik ki, may ayı müsəlman dünyası üçün ən gözəl uğurlu aylardan biridir. May ayı ilə bağlı insanlar arasında
maarifləndirmə işləri aparılmalıdır. İnsanlarda psixoloji gərginlik yaratmaq lazım deyil ki, mayda toy etmək olmaz və s.
Lazımsız, mənasız, əssasız fikirlərdən uzaq olmaq lazımdır. Bu ayda toy etməməyin heç bir elmi əsası yoxdur. Mart, aprel
və may aylarında təbiət oyanır. Sadəcə olaraq, bəzi düzgün olmayan inanclar var. Məsələn, “may ayı çiçək tökən aydır”,
“bu ay yağışlı olur” və s. Bütün bünlar insanların mənəviyyatına, psixixasına çökərək onların may ayından ehtiyat etməsinə
gətirib çıxarmışdır.
Romalılarda, ruslarda belə bir fikir var ki, “v maye budeş mayatsa”. Yəni mayda əziyyət çəkəcəksən. Bu da
xristianlığın ənənələri ilə bağlıdır: guya ki, mayda evlənənlər ağ günə çıxmırlar. Bu sözün heç bir mənşəyi, kökü yoxdur.
Ruslardan keçdiyi üçün bizim adət-ənənəmizlə bir bağlılığı yoxdur. Hesab edirik ki, may ailə qurmaq üçün düşərli aydır.
May ayı çox düşərli ay hesab olunur, may ayı iyuldan da, avqustdan da ruzulu aydır. Mayda təbiət canlanır, ağaclar çiçək
açır, havalar isinməyə başlayır. Deyirlər ki, bu çağ qan qaynayan vaxtdır. Bu zaman ağacların çiçəkləri küləyin, arıların,
müxtəlif həşəratların vasitəsilə tozlandırılır, mayalandırılır. Həmçinin canlıların-quşların, heyvanların da cütləşərək nəsil
artırdığı, bala verdiyi bir dönəmdən söz gedir. Belə olduğu təqdirdə nə üçün insanlar da bu ayda izdivaca girməsin, ailə
qurmasın, toy etməsin?
Əvvəllər, bu ayda tarla-bostan və bağlarda çalışanların işi çox olurdu. Toy barədə düşünmək imkanı yox idi. Digər
tərəfdən toy süfrə ilə bağlı olan bir mərasimdir. Hər kəs istəyir ki, toy süfrəsi müxtəlif nemətlərlə zəngin olsun. Lakin may
elə bir aydır ki, kecən ilin ehtiyatları artıq tükənmişdir, yeni meyvə və tərəvəzlər isə hələ yetişməmişdir. Əlbəttə ki, söhbət
ildə bir neçə dəfə torpaqdan məhsul götürən isti ölkələrdən getmir. Hal-hazırda bizim xalqımız üçün də, ərzaqla bağlı
problem yoxdur. Müxtəlif ölkələrdən il boyu ölkəmizə hər cür məhsullar gətirilir. Bu ayla bağlı yaranmış inanclardan birinə
görə mayda toyların olmamasının səbəbi yasəmənin çiçək açmasıdır.Yasəmən qədimdən bəri uğursuzluq simvolu sayılır.
Bunu isə gülün adı ilə bağlayırlar. Necə deyərlər, yasəmən çiçəyinin mənası "ya sən, ya mən" deməkdir.Yəni həmin vaxtda
toy eləsən ya sən qalarsan, ya mən. Ona görə də bu dövrdə toy etmək düzgün deyil, yasəmən uğursuzluq gətirir. Bu fikrə
qatılan insanlar may ayında xeyir-bərəkət olmadığını, tez-tez yağışlar yağdığına görə təbiətin ağladığını, uğursuz gül hesab
edilən yasəmənin bu ayda çiçək açdığını əsas gətirərək bu ayı ağır ay hesab edir. Heç bir tarixi və mistik əsasını bilməsək
də, ölkəmizdə may ayında toy keçirilməməsi adət halını almışdır. Bundan başqa, may ayında xeyir-bərəkət olmadığı da
sadalanan səbəblər sırasındadır. Fikir vermisızsə, xüsusən kənd yerlərində insanlar toyu payız ayına, məhsulun bol vaxtına
salırlar. Bu da toyun ucuz başa gəlməsinə, yeni qurulan ailənin bərəkətli olmasına dəlalət edir. May ayında çoxlu yağışların
yağmasını insanlar sanki, təbiətin ağlayan dövrü kimi xarakterizə etmişlər.Təbiət aglayarkən insanlar şadlıq etmək
istəmirlər. Lakin toyların olmamasının bir səbəbi də odur ki, may ayında maygülü adlı bitki çiçək açır və may ayında da
solur. Bu fikrə əsaslanan gənclər keçmişdən bəri may ayında evlənməkdən imtina edirlər. Bu fikrə qatılanlar, maygülü
çiçəyi kimi sevgililərinin də tez solmasını istəmirlər. Lakin bu çox yalnış mövqedir. Əgər “maygülü” mayda açıb mayda
solursa bunun ayla bir bağlılığı yoxdur, bunu insanın bir gün dünyadan köçməsi ilə də əlaqələndirmək olmaz. Görülən hər
xeyir işin içində bir şər, hər şərin içində isə xeyirin olması faktdır.
Keçmişdən bu günümüzə qədər gətirilən bu qəribə adətə kortəbii şəkildə hər kəs əməl edir. Ancaq bunun hansı
əsaslara söykəndiyini araşdırıb, bu “ağır ay“ sindromunu qıran yoxdur. Bu tip inancların səbəbi sadəcə olaraq özünə
inamsızlıqdır. "Şər deməsən xeyir gəlməz" kimi atalar sözü yuxarıda qeyd etdiyimiz fikirlərlə vəhdət təşkil edir. Şər desən,
şər gələr, xeyir desən xeyir.
Tədqiqatçılarımız ona işarə edir ki, mayda toy etməmək ruslardan, bir sözlə xristianlardan bizim xalqımızın adət-
ənənəsinə keçmişdir. Ona görə də may ayında toy olmamasını qondarma bir ənənə hesab edirik. Bu heç də milli adət-
ənənədən irəli gələn bir inanc deyil, daha çox rus mentalitetinə xas xüsusiyyətdir. Biz də uzun müddət rusların əsarəti
altında yaşadığımıza görə, bu adət dolayısı ilə bizim də xalqımızın məişətinə keçmişdir. “May (lat.Maius)- Qriqori
təqvimində ilin 5-ci ay (31 gün) Roma ilahəsi Mayanın adından götürüldüyü güman edilir.(1. 303) ”Rus dilində “mayeta”,
“mayetnıy”, “mayatsya” sözləri var. Mayatnıy- əzablı-əziyyətli- yorucu- üzücü deməkdir. Rusların inancına görə, toyu
mayda olanlar ömür boyu əziyyət çəkəcəklər. Lakin başqa səbəblər də toyların mayda keçirilməsinə mane olurdu. Həm də
təkcə ruslarda, xristianlarda yox, başqa xalqlarda da may ayında toy keçirilmir. “Ovıdiyin romalıların nikahının may ayına
|