Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


KAMAL ABDULLANIN “YARIMÇIQ ƏLYAZMA” ƏSƏRİNİN DİLİ



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə54/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   50   51   52   53   54   55   56   57   ...   144

KAMAL ABDULLANIN “YARIMÇIQ ƏLYAZMA” ƏSƏRİNİN DİLİ 

 

Ceyran MURADOVA 

Qafqaz Universiteti 



esmasultanova@yahoo.com

 

 

Filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olan Abdullayev Kamal 



Mehdi oğlu və ya Kamal Abdulla müasir Azərbaycan  ədəbiyyatında yer tutan sənətkarlarımızdan biridir. Onun 

qorqudşünaslığa aid yazdığı  “Gizli Dədə Qorqud” , “Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud – 2”, “Mifdən Yazıya 

– Gizli Dədə Qorqud” adlı kitablar nəşr etdirmişdir. Ən məşhur əsəri isə bütün dünyada tanınan, dünyanın bir çox dillərinə 

tərcümə edilən “Yarımçıq Əlyazma” əsəridir.  

Əsərin dili sadədir, çünki o, xalq danışıq dili zəminində yaranmışdır. Oğuz elinin həyatında baş verən, təsəvvürlərdə 

yaşayan hadisələr xalqın başa düşəcəyi bir dildə nəql edilir. əsərin dilində arxaizmlərdən istifadə edilmişdir, çünki həmin 

arxaizmlər vasitəsilə o dövrə sanki bir səyahət edilir. Məsələn; öksüz-yetim ( - Qazan, ay Qazan, - dedi. Boğazca yazıq, 

fəqir bir arvaddı. Anadı. Kimsəsiz qarıya döndü getdi. Bircəcənə oğlu vardır, o da atasız, öksüz... deyirəm...) (s.195); dan-

danışıq – söz-söhbət ( -indi, bəylər, siz söyləyin. Nə edəlim, nə yapalım? Dan-danışaq. Nə dersiniz?.. Qazan bunları deyib 

susdu, yum verdi.) (s.169); var – get ( Qılbaş, var, zavallı quşcuğazı tikəndən al, - Bayındır xan bu sözləri çox yavaşdan 

dedi.) (s.23) ətmək-çörək (mən öz ətməyimi qılıncımla, itaətimlə qazanmışam.)(s.178) və s.  

Əsərdə xalqın mifik dünyagörüşünü əks etdirən obrazlara da rast gəlinir. Məsələn; Təkgöz ( Göz dedim, yenə məlun 

Təkgöz yada düşdü. ), Nur daşı ( Məni uyquya verən Nur daşının dumanı oldu, Beyrəyin vaqeələrini mənə görümlü edən də 

dəxi o oldu. ) (s.70) , Xızr ( Zaman keçdikcə Xızr sadağa olduğuma daha çox oxşamaga başlayırdı. ) və s.  

Əsərdə zoonimlərə də rast gəlinir. Məsələn; it, qoyun, sürü, at, davar, keyik, cüyür və s. “Yarımçıq Əlyazma” əsərində 

qeydə alınmış  Bəraqcuq it adı verilmişdir. Bu da tədqiqatçılar arasında fikir ayrılığına səbəb olmuşdur.  Əsərdə  oğuz 

qadınları mərd, hünərli, halal qadınlar olmuşlar və “Qırx oynaşlı Fatma” onlar arasında istisna təşkil edir.  

Əsərin təsirli çıxması və süjet xəttinin maraqlı olması üçün atalar sözü və məsəllərdən istifadə olunur. Məsələn; Tək 

əldən səs çıxmaz, bir daş altda bir daş üstdə,gözdən uzaq olmuşdu, könüldən iraq, məsləhətli don gen olar, halva – halva 

dersən, ağız şirin olmaz və s.  

Əsərin dili zəngin sinonimliyə malikdir. Sinonimlər təkrarları aradan qaldırmaqla yanaşı poetik mənanın 

parlaqlaşmasına, konkretləşməsinə  də kömək edir. Məsələn ; var – get ( Var, onu al tikənlərin içindən, uçsun getsin, 

yaşasın. çün vəsiyyət etmişdi, mənə azadlıq vermişdi, buraxdılar, hara istərsən get dedilər.), qafa – baş ( 0 qafa ki, səndə 

var , şərabın itisinə  də dözər.) , ər - ərən - yigit, küçücük ölüm –uyqu –yuxu- gözümüzün acısını  çıxartmaq ( arada bir 

Bayındır xanı küçücük ölüm tutdu, uyquya getdi, mən də  Qılbaş da başımızı  hərə bir tərəfə atıb elə Xan otağındaca 

gözümüzün acısını çıxardıq. ) , əhvalat -qəziyyə -vaqeə ( uzun bir qəziyyədir mənim qəziyyəm.), söz –laf -kəlmə ( İgidlər 

sözsüz – kəlməsiz, baş endirib getdilər tövlədən iki at çıxarıb mindilər, Qaradarvazadan çıxıb çaparaq gözdən itdilər. – O 

nə söz, nə laf?!), şaşırdım – təəccüb içində qaldım, Tanrı – Allah  ( Yavaş, Tanrı eşqinə, yavaş, nədi sənin sözün? Nəyə 

gəldin sən? – Lələ, sənsən ki varsan, ta özünü sən Allahın, gizlətmə. ), tufan – təlatüm ( Sonrası isə görəcəyimiz kimi əsl 

tufan, təlatüm qopardı.) (s. 25)  və s.  Əsərin dilində  fərqli söz birləşmələrindən istifadə olunmuşdur. Məsələn; mənim 

qəribəm, mənim qədərinə, küçücük ölüm və s.  

Əsərin postmodernist üslubda yazıldığı daha çox maraq doğurur.  əsərdə olan fraqmentarlıq, qeyri- müəyyənlik, 

sonluğunun olmaması və s. bu kimi məziyyətlər onun həqiqətəndə postmodernist olduğunu göstərir.  


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

241 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA SƏS AHƏNGDARLIĞI 

 

Dürdanə TARIVERDİYEVA 

Bakı Slavyan Universiteti 



pearl087@hotmail.com 

 

Bildiyimiz kimi bədii üslub bədii təfəkkürün ifadəsi olub, obrazlı, emosional (ekspressiv) nitq formasıdır. Azərbaycan 

ədəbi dilinin tarixində bədii üslub həmişə aparıcı olmuşdur, müəyyən mərhələlərdə isə hətta bütövlükdə ədəbi dili təmsil 

etmişdir. Ədəbi dilin əsas aparıcı üslubu bədii üslubdur. Bədii üslubun əsas şərti obrazlılıq və emosionallıqdır.  

Eposda qədim dastan ənənəsinə uyğun olaraq, hadisələr nəsrlə təsvir olunmuş, yeri gəldikcə  qəhrəmanların dilindən 

şeir parçaları da verilmişdir. Heca vəzni ilə yazılmış bu şeirlər, əsasən, sərbəst şəkildədir. Misralardakı hecaların sayı bir 

çox hallarda bərabər deyil, lakin şeirlərdə xüsusi bir ahəng, ritm və özünəməxsus qafiyələnmə qaydası vardır. 

Dastanın dilini tədqiq edərkən fonetik obrazlılığın  əsas göstəriciləri olan alliterasiya və assonansa xüsusi diqqət 

yetirilir. Dastanın bədii xüsusiyyətləri sırasında assonans daha çox diqqəti cəlb  edir.  Həm müasir ədəbi dilimizdə, həm də 

folklor və bədii ədəbiyyatda assonansdan geniş istifadə olunur. Professor K.Vəliyev dastanda assonansın az olduğunu qeyd 

edir. N.Xudiyev isə incə saitlərin assonansının az olmasını bildirir. “Kitabi-Dədə Qorqud”un dili üçün qalın saitlərin 

assonansı xarakterikdir. İncə saitlərin assonansı ilə bağlı  təqdim etdiyimiz nümunələr, xüsusən onlara aid statistik 

hesablamalar göstərir ki, eposun dili üçün incə saitlərin assonansı da səciyyəvidir  

“Kitabi-Dədə Qorqud” dastanının  ən maraqlı dil xüsusiyyətlərindən biri də eposda güclü alliterasiyanın olmasıdır. 

Alliterasiya – samit səslərin ahəngi dastanın dilində daha çox işlənən fonetik obrazlılıqdır. Dastanda daxili və xarici 

alliterasiyalara tez-tez rast gəlinir. Məqalədə  təqdim etdiyimiz nümunələr bir daha təsdiq edir ki, dastanda “q” samitinin 

alliterasiyası daha çoxdur. Dastanda allitersiyanın daha maraqlı bir təzahürü də odur ki, bəzi misralar hansı səslə başlanırsa, 

sonu da həmin səslə başlanan sözlə bitir: 



 Yerliqara 

tağların yıqılmasın 

  

Kölgəlicə qaba ağacın kəsilməsin  

  

Qamən aqan görkli suyun qurumasın 

Eposun  həm nəzm, həm də nəsr dilində rast gəlinən bu obrazlılığa onomastik vahidlərdə də rast gəlinir: Dəli Domrul, 



Boyu uzun Burla Xatun, Qaragünə oğlı Qarabudağ, Baybörə oğlu bamsı Beyrək, Sarı Donlu Selcan xatun. 

 Araşdırmalarımız göstərir ki, sintaktik-konstruktiv təkrarlar  əsasında yaranmış cümlələrdə incə  və  qalın saitlərin 

assonansı xarakterikdir. Dastanda fonetik  obrazlılığın digər göstəriciləri olan təkrar (fonetik təkrarlar yəni səs və heca 

təkrarları) və intonasiya da çox işlənmişdir. Dastanı  vərəqlədikcə “Dədə Qorqud” şeirinin özünəməxsusluğu, ritm-

intonasiya rəngarəngliyi, qafiyə, anafora, epifora və s. kimi poetik kateqoriyalara rast gəlirik. Eposdakı sintaktik bütövlərin 

çoxunda səs, heca, söz, söz birləşməsi və cümlə  təkrarları digər poetik kateqoriyalar, xüsusən də epitet və  təşbehlərərlə 

qovuşuq, çuğlaşmış şəkildədir, onların birini digərindən ayırmaq mümkün deyil. 

 

 

 

 

Bərü gəlgil, başım baxtı, evüm taxtı, 

 

 

 

 

Evdən çıqub yüriyəndə səlvi boylum! 

 

 

 

 

Topuğunda sarmaşanda qara saçlım, 

 

   Qurulu 

yaya 

bənzər çatma qaşlum! 

Eposda fikrin təsir gücünü qüvvətləndirmək üçün bədii sual, təzad və mübaliğə kimi bədii ifadə vasitələrindən də 

istifadə edilmişdir. 

 

 



 

MİLLİ ÖZÜNÜDƏRK TARİXİMİZ VƏ GƏNCLİYİMİZ MİLLİ VƏHDƏTİMİZƏ 

APARACAQ BÖYÜK YOLUN ASTANASINDA 

 

Elçin İBRAHİMOV 

Bakı Dövlət Universiteti 



elchinibrahimov85@mail.ru

 

 

Dövlətin zəngin tarixə malik özünəməxsus  ənənə  və  dəyərlərinin yaşadılması mühüm əhəmiyyət kəsb edən məsələ-



lərdən biridir. Bunun üçün də başlıca olaraq gənclərə milli mənlik  şüuru aşılanmalıdır. Sözügedən zümrəyə arzuolunan 

səviyyədə bunu aşılaya bilsək, qarşıya qoyulan məqsədlərə çatmaq çətin olmaz. Milli mənlik  şüuru nədir? Bu ifadəni 

dərindən təhlil edəndə belə  qənaət hasil olur ki, milli mənlik  şüuru özünüdərk deməkdir. Milli özünüdərk ilk növbədə 

insanın öz tarixi kökünü, milli mənsubiyyətini, vətən tarixini bilmək və dərindən təhlil etmək bacarığını özündə ehtiva edir. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

242 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Hər bir gənc, vətəndaş  dərk etməlidir ki, hansı  vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir, hansı özünəməxsus və 

səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir və bütün bunlar hansı əsaslara söykənir. 

 Azərbaycanda milli özünüdərk prosesi böyük bir tarixi yol keçmişdir. Milli ideologiya, milli kimlik, özünüdərk 

prosesində həyatını qurban verən insanlar məhz özlərindən sonrakı nəslin bu ülvi dəyərlərə sahib çıxmasını, onu qorumasını 

istəmişdilər. Məhz onların ağır şərtlər altında, heç bir təhlükə və  qorxudan çəkinməyərək millətin gələcəyini düşündükləri 

üçün bu mübarizəyə qoşulmuşdular. Bu missiyanın davam etdirilməsi isə gələcək nəsilə bir vəzifə kimi  ötürülmüşdür.  

Böyük və    zəngin bir tarixi irsə sahib olan Azərbacanda bu gün milli şüur, millilik, gənclərdə milli özünüdərk 

səviyyəsinə bir qədər fərqli prizmadan nəzər yetirməyə çalışacayıq. Çoxsaylı sorğu və  təhlillərin nəticəsi olaraq bəyan 

etmək olar ki, bu gün irsimizə sadiqlik, milli düşüncəmizə  sədaqət və Azərbaycançılıq ideyalarının tam dolğunluqla 

təzahürü məsələlərində narahatedici məqamların mövcudluğu danılmaz bir faktdır. Burada söhbət yalnız gənclərin patriotik 

hisslərə qapanma səviyyəsindən getmir. Məsələ daha ciddidir. Görəsən, bugünki gəncliyin, əjdadlarımızın təcrübəsi olaraq, 

milli dəyərlərimizi gələcək nəsillərə çatdırmaq potensialı  və missiyası vardır mı? Sualın cavabı isə mövcud vəziyyətin 

obyektiv və subyektiv səbəblərindədir. Səbəblər isə  bəllidir...fərqli maraqlar, fərqli düşüncə  tərzi, fərqli zəmanə... Bu 

məqaləmizdə biz özünüdərk prosesinin təkamülü təsiri və  milli şüurun, özünüdərkin gənclər arasında bu gün daha da 

yüksək səviyyəyə çatdırılması ilə bağlı təklifləri nəzərdən keçirməyi qarşımıza məqsəd qoymuşuq. 

Milli şüur, milli özünüdərk mənəvi dəyərləri özündə əks etdirən bir anlayışdır. Özünüdərk və şüur anlayışı nə qədər 

ümumidirsə, milli şüur istilahında həm ümumilik, həm də xüsusilik vardır. Milli şüur bir növ fərdi  şüurla ümumi şüur 

arasında əlaqələndirmə funksiyasını yerinə yetirir. Çünki milli şüurda bir fərdin təmsil olunduğu konkret etnik, dini, mədəni 

xüsusiyyətlərlə yanaşı, ümumi mahiyyətli bəşəri dəyərlər də öz  əksini tapa bilər. Yəni hər birimiz bir tərəfdən konkret bir 

millətin, dinin, mədəniyyətin nümayəndəsi olduğumuz halda, digər tərəfdən ümumbəşər dəyərlərin daşıyıcısıdır. 

Ona görə  də, milli şüur, milli ideya dedikdə, onu yalnız etnik mənada başa düşüb, yalnız məqaləmizin kökündə 

dayanan türkçülüklə  əlaqələndirmək məzələyə  məhdud prizmadan baxış kimi qiymətləndirmək olardı. Türkçülük milli 

şüurun biri hissəsidir. Daha doğrusu onun aparıcı hissəsi və nüvəsidir. Buna səbəb də odur ki, milli şüurun formalaşması hər 

şeydən öncə dil, mədəniyyət və qan-nəsil birliyi (etnos) ilə bağlıdır. Hər bir insan danışdığı dilin milli varlığıdır. Elə bir 

varlıq ki, özünü onunla ifadə edir. Bu baxımdan türk dilində (Azərbaycan) danışan və  təhsil alan hər bir Azərbaycan 

vətəndaşı (türk və türk olmayanlar) özünü həm türk (çoxsaylı Azərbaycan türkləri), həm də azərbaycanlı (türklər və azsaylı 

etnik qruplar) kimi qəbul edir. Bu vəhdət nəticəsində yaranan azərbaycançılıq milli şüurun özünüdərk nümunəsidir. Deməli, 

milli şüur formalaşdırılarkən dil amili birinci yeri tutur. 

Azərbaycan gəncliyinin sıralarında bəzi hallarda obyektiv və subyektiv səbəblərdən müşahidə olunan “özünüdərk” 

anlamına və onun doğurduğu milli dəyərlərə, vətəndaşlıq borcuna və tarixi köklərə müəyyən biganəlik və etinadsızlıq 

cəmiyyətin birbaşa səyləri ilə aradan qaldlırılmalı, bağçalarda, orta məktəblərdə, ali təhsil ocaqlarında “milli özünüdərk” 

anlamı mütləq olaraq mərkəzləşmiş  və planlı  şəkildə  hər kəsə  aşılanmalıdır. Tarixi dəyərlərin və milli mənsubiyyət 

elementlərinin daşıyıcıları olan gəncliyin qarşısında bu gün layiqli gəcələcəyin təmin edilməsi baxımından böyük vəzifələr 

durur. Odur ki, zəngin millət, firavan cəmiyyət və layiqli gələcək yönümlü əməllərimiz fərdiyyat  şəklində  və mütləq 

xarakterli kütləvi tədbirlərin hökümət səviyyəsində həyata keçirilməsinə yeni bir təkan veriləcəyini düşünürük. 

Məhz bu baxımdan, vətənə şüurlu sevgi, milli özünüdərk və fərdi fəaliyyətlərin bu kontekstə salınması tələbi hər bir 

adamın üzərinə ağır yük qoyur.  

Milli-mənəvi dəyərlərin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün mədəni abidələrin, 

bədii ədəbiyyatın, milli fəlsəfi fikrin rolu böyükdür. Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq 

üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-

mənəvi dəyərlərin qorunmasına xidmət edir. Və bu zaman milli ruh həyat tərzinə çevrilir. Dövlətçilik ideologiyası da milli 

ideologiya da eyni bir təməl üzərində-milli fəlsəfi fikir zəminində formalaşır. 

 

 



EYNƏLİ BƏY SULTANOVUN HEKAYƏLƏRİNDƏ NAĞIL TƏHKİYƏSİ 

 

Elxan YURDOĞLU-MƏMMƏDOV 

AMEA, Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu 



elxan.yurdoglu@gmail.com

 

 

Folklora həddindən artıq bağlı olan Eynəli bəy Sultanov bir məqaləsində özünün də qeyd etdiyi kimi folklor 



nümunələrinə əsərlərində geniş yer verməyə çalışırdı. Ömrünün bir neçə ilini şifahi xalq ədəbiyyatı nümunələrini toplamağa 

sərf edən, xüsusən də atalar sözləri, sayaçı sözlər, aşıq yaradıcılığını toplayan E.Sultanov istər publisistik məqalələrində, 

istərsə də bədii yaradıcılığında onlardan yeri gəldikcə istifadə edirdi.  

Yaradıcılığa başladığı gündən öz doğma xalqından öyrənən Eynəli Sultanov xalq ədəbiyyatını  dərin məhəbbətlə 

sevmiş, onun öyrənilməsi və toplanması sahəsində müəyyən işlər görmüşdür.  


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

243 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

E.Sultanovun hekayələrində də biz istənilən qədər xalq yaradıcılığı nümunələriylə rastlaşırıq. Bununla bərabər ədibin 

hekayələrinin bir çoxunda, hətta, demək olar ki, hamısında təhkiyə zamanı nağıl üslubuna rast gəlir, nağıl elementlərini 

müşahidə edirik. Hekayələrinin nəqlində, personajların nitqində, hekayələrdəki hadisələrin gedişatında nağıl abu-havası 

oxucunu ağuşuna alır.  

Hələ 1880-ci illərin sonlarında Naxçıvanda teatr tamaşaları göstərməyə çalışdıqları zamanlarda əvvəlcə “rus dilində 

oynayın” tələbinə qarşı “Qadının hiyləsi” adlı nağıl əsasında qələmə aldığı “Tatarka”--“Azərbaycan qadını” pyesiylə şifahi 

xalq ədəbiyyatının çox yayılmış bu janrına müraciət etməsi də E.Sultanovun nağıllara qarşı xüsusi münasibətinin təzahürü 

idi. 

E.Sultanovun hekayələrində xalq yaradıcılığının ifadəsindən bəhs edən akademik İsa Həbibbəyli qeyd edir ki, “Ədibin 



hekayələrində  də folklora məxsus bəzi maraqlı dil-üslub xüsusiyyətləri görmək mümkündür. Onun əksər hekayələri 

nağılvari təhkiyə ilə başlanmış, bunlarda macəra ünsürlərinə  yer verilmişdir. Az qala yazıçının qələmindən çıxan bütün 

nümunələrdə xalq-aşıq şeirindən alınmış misallara müraciət olunmuş, personajların nitqində tez-tez atalar sözü və məsəllər 

özünə yer tutmuşdur.  Şifahi xalq ədəbiyyatı  ənənələrinə qüvvətli meyl onun əsərlərinin bədii-emosional səviyyəsini 

yüksəltdiyi kimi, xəlqilik keyfiyyətini də gücləndirmişdir”.  

Akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi E.Sultanovun hekayələrində folklorun dil-üslub xüsusiyyətləri nəzər-

diqqəti cəlb edir. Xüsusilə hekayələrində axıcı  və oynaq dil, çaparaq zaman nağıl janrının özünəməxsus cəhətlərini yada 

salır.  


E.Sultanovun hekayələri ölümündən sonra bugünəcən bir dəfə --1966-cı ildə İzzət Maqsudov tərəfindən tərtib edilərək 

kitab halında nəşr edilib ki, həmin kitabda da ədibin cəmi 12 hekayəsi yer alıb. Həmin hekayələr mövzu etibariylə ədibin 

yaşadığı dövrün ictimai-siyasi, ictimai-məişət hadisələrini  əks etdirir. Buna baxmayaraq həmin hadisələr nağıl dili ilə elə 

gözəl üslubda nəql edilir ki, oxuduqca xalq yaradıcılığından qidalanan söz axınına düşürsən.  

Yazıçının ictimai və siyasi məzmun daşıyan belə hekayələrindən biri “Podratçı”  hekayəsidir. Böyükdüzdə, çölün 

ortasında təzə çəkilən dəmir yolu xəttində çalışan fəhləni təsvir edən ədibin dili nağıllardakı təsvir səhnələrini xatırladır:  

“Yayın şaqqaması idi, şiddətli isti idi. Fəhlələrin hamısı köynəkcə, tuman-paça və baldırları çirməli, ayaqyalın, qırxıq 

başlarında dəsmal, çoxusu başı açıq işləyirdilər. Elə  işləyirdilər ki, tər dabanlarından süzülür, yerə axır və torpağı palçıq 

edirdi” 

Hekayənin nəqlindəki dil sadəliyi, baş verən hadisələrin təsvirindəki  ətraflı  və  əhatəlilik, həmçinin son cümlədəki 

mübaliğəli anlatım əksər nağıllarımızın təhkiyəsini yada salır.  

Ədibin hər hansı bir hekayəsini oxuduqda ilk cümlədən nağıla qulaq asdığını düşünürsən. Hekayələrinin, demək olar 

ki, hamısının girişində biz nağıl cümlələri ilə üz-üzə qalırıq. Bunu yazıçının hekayələri və xalq nağıllarının qarşılıqlı 

müqayisəsində də görmək mümkündür.  

“Acı masqara” hekayəsinə belə başlayır E.Sultanov: 

“Cəvahirfüruş  Ağamehdi Rəsulov  Ərdəbildən Tiflisə  gələn gündən  Şeytanbazar tacirlərinin içində birdən-birə ad 

çıxarıb məşhurlaşmışdı”.   

Azərbaycan nağıllarının çoxunda biz bu cür girişlə rastlaşırıq. Sadəcə olaraq E.Sultanov hekayəsini “biri var idi, biri 

yox idi” ənənəvi pişrovuyla başlamır.  

“İbrahim” nağılında iki qardaş tacir haqqında belə nəql olunur: 

“Biri var idi, biri yox idi. Əhməd ilə Məhəmməd adlı iki qardaş var idi. Bu qardaşların ikisi də tacir idilər. Ticarətdə 

daha bu şəhərdə elə bir adam yox idi ki, onların  əlinin qabağına  əl qoya. Ticarətləri günü-gündən böyüyüyrdü. Çox 

məşhurlaşmışdılar”.  

Hekayə və nağılın girişindəki sujet oxşarlığı, həmçinin hekayənin nəqlindəki sadəlik və dilin xəlqiliyi  nağılda olduğu 

kimidir. Hətta “Acı masqara”nın ümumi sujeti də bir neçə Azərbaycan nağıllarından götürülərək ümumiləşdirilmiş 

təəssüratını yaradır. Belə ki, hekayədə  Ərdəbildən Tiflisə  gələn (nağıllarda bir şəhərdən başqa bir şəhərə  gələn) tacir 

(nağıllarımızda tacir də çox geniş yayılmış obrazlardan biridir) burada qısa vaxt ərzində varlanır. Xanpəri adında kasıb bir 

qarının qızına vurulur. (Diqqət edin: varlı oğlan, kasıb qız). Elçiliyi özü edir. Həmin hadisə də hekayədə nağılvari dillə nəql 

edilir.  

“Bir cümə axşamının günündə, sabahısı da ki, qurban bayramı idi. Ağamehdi həmin qarının evinə gəlib, onun qızını 

elçilədi. Xanpəri qarı, nəhayət dərəcədə yoxsul idi, öz qızı Gülnaz ilə ona-buna muzduluq edib yaman günlü bir daxmada 

yaşayırdı: çılım-çılpaq, bir qarın ac, bir qarın tox... Ağamehdi bunun daxmasına gələndə biçarə qarı xəcalətindən bilmirdi nə 

qayırsın, çünki evində bir tikə palaz parçası da tapılmadı ki, qonağın altına salsın...”. 

Bu cür sadə danışıq dili Azərbaycan nağıllarına məxsusudur ki, E.Sultanov da məhz  şifahi  ədəbiyyatımızdakı xalq 

danışıq dilinə üstünlük vermişdir.  

Ümumiyyətlə  ədibin bütün hekayələrində nağıl təhkiyəsi, nağıl dili qabarıq  şəkildə özünü göstərir ki, bu da onun 

hekayələrinin sevilərək oxunmasına səbəb olur.  

 

 



 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

244 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ŞƏRQİ ANADOLU AZƏRBAYCAN FOLKLOR MÜHİTİNİN REGİONAL 

XÜSUSİYYƏTLƏRİNİN ÖZÜNƏMƏXSUSLUĞU 

 

Emin AĞAYEV 

Qafqaz Universiteti 



eagayev1@qu.edu.az 

 

Şərqi Anadolu bölgəsi Türkiyə Cümhuriyyətinin yeddi  coğrafi bölgəsinin ən böyüyüdür.  Bu bölgəyə on dörd il-Ağrı, 

Bingöl, Bitlis, Əlazığ, Ərzincan, Ərzurum, Hakkari, Kars, Malatya, Muş, Tunceli, Van, Ərdahan və İqdır daxildir. Bu bölgə 

əsasən dağlıq ərazilərdən ibarət olsa da, dağlar arası ovalıqları da var.  Əhalinin əsas məşğuliyyəti maldarlıq, az miqdarda da 

əkinçilikdir. Türkiyə üzrə  əhalinin sıxlığının  ən az olduğu bölgədir. Burda hər km

2

  -ə 37 nəfər düşür.Azərbaycan 



(Naxçıvan), İran, İraq, Gürcüstan və Ermənistanla (tarixi Azərbaycan torpaqları ilə) sərhədləri var. 

Bu  illərdən  İqdır, Kars, Ərdahan  Ərzurum, Ağrı olmaqla daha çox azərbaycanlıların tarixən yaşadığı bölgələrdir. 

Burda danışılan dil, yaşanan folklor ümum Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi səciyyələndirilməlidir. Belə ki, 

Karsda, İqdırda danışılan dillə Naxçıvanda, Qarabağda, Arazdan cənubda – bütün Azərbaycanda danışılan dil eynidir.  

Şərqi Anadolu bəşəriyyət tarixinin ən qədim izlərini daşıyır. Burda yaşayan türk xalqları qədim tarixdən üzü bəri öz 

varlıqlarını qoruyub saxlamışlar. Ağrı dağı, Nuh peyğəmbərlə əlaqəli rəvayətlər bu yerlərin qədimliyindən xəbər verir. Bu 

yerlər zamanla Urartu, Skif dövlətlərinin, daha sonralar Bulqar, Hun və Xəzər türklərinin hakimiyyəti altında olmuşdur.  Bu 

kimi faktları  nəzərə aldıqda Səlcuqların bu ərazilərə  gəlməmişdən çox-çox əvvəllər də  Şərqi Anadolu türk yurdu kimi 

tanınmışdır. 

Orta  əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin  ərazisi olan bu yerlər Osmanlı – Səfəvi qarşıdurmaları zamanı 

tez-tez  əl dəyişdirmiş,  əhalinin etnik tərkibi və sayı daim dəyişmişdir. Burdakı  əhali zamanla yerləşim yerinə, həyat və 

yaşam tərzinə, dini inancına görə yerli, azəri, tərəkəmə, türkmən və s. adlandırılmışdır.  

Bir ulusun ayrı-ayrı qolları olaraq adlandırılan və tarixən  bu ərazidə yaşayan türk boyları – qaraqoyunlu, qarapapaq, 

afşar, ayrım, bayat və s.  fövqaladə zəngin, çoxvariantlı folklor nümunələrinə, adət və ənənlərə malikdir. Bunlara doğum 

adətləri, toy, yas və mövsüm mərasimləri,  Novruz bayramı kimi xalqın yaddaşında əbədiləşmiş, nəsildən-nəsilə ötürülən 

ənənlər daxildir. 

Mühit müəyyən  bir  coğrafi  ərazidə yaranmış, təkmilləşmiş, formalaşmış  və  ənənə  şəklində inkişaf edən  folklor 

hadisəsidir. Hər hansı bir mühit üçün yerli şəraitin, sosial həyatın və məişətin, adət və ənənənin, etnoqrafik xüsusiyyətlərin 

rolu son dərəcə  əhəmiyyətlidir. Mühitin yaranmasında, inkişaf prosesində etnik amillərin,  demoqrafik - əhalinin sayının 

artması və azalması kimi proseslərin  də rolu böyükdür. Deyilənlərlə yanaşı ən əsası mühitin təməlini təşkil edən  özək və 

aparıcı amil etnik mədəniyyətdir.  

Şərqi Anadolu azərbaycanlarının folklorunun ən gözəl nümunələrindən bayatılar, atalar sözləri, məsəllər, tapmacalar, 

nağıllar və s. daha ilkin variantı ilə günümüzə qədər gəlib çıxmışdır. Bir çox folklor nümunələri Azərbaycan Respublikası 

ərazisində olan Azərbaycan folkloru ilə eyniyyət təşkil etsə də, bəzi nümunələrin müxtəlif variantlarına rast gəlirik.  Ayrı-

ayrılıqda bu mühütün aşıqlarının həyat və fəaliyyətlərinə, aşıq mühütünə aid tədqiqat işlərin aparılmışdır. Təbii ki, bu da 

aşıq sənətinin, aşıqların geniş  əhatə dairəsi ilə  əlaqədədir. Lakin Şərqi Anadolu azərbaycanlılarının folklor mühüti, bu 

mühitin regional xüsusiyyətləri ayrıca tədqiqat işi kimi araşdırılmamışdır. Türkiyə Cümhuriyyətinin qurulmasından sonra 

geniş toplama işləri aparılsa da (Ə.Cəfəroğlu,  Ə.B.Ərciləsun,  Ə.Gemalmaz və s.) bunlara dilçilik materialları kimi 

yanaşılmış, folklor kontekstində  tədqiqat işləri aparılmamışdır.  Bu  da  öz  növbəsində  Şərqi Anadoluda yaşayan 

Azərbaycanlıların zəngin folklor mühütinə, onun regional xüsusiyyətlərinə kompleks şəkildə yanaşmanı şərtləndirir. 

Bu ərazinin folklor mühiti azərbaycanlıların yaşadığı mədəni sərhədləri müəyyən edir, eyni zamanda onlara aid folklor 

nümunələrini sistemli şəkildə toplamaq imkanı yaradır.  



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin