II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
278
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
neçə nəsil Sərdari-milli Səttarxanı qüdrətli bir sərkərdə kimi tarixdən çox “Dumanlı Təbriz”dən tanımışdır” . Lakin buna
baxmayaraq, fikrimizcə, romanda Səttarxan obrazı o qədər də dolğun deyildir, əsərdə azadlıq hərəkatına xidmət edən gizli
təşkilat üzvlərindən Əbülhəsən bəy öz siyasi zəkası, Tütünçüoğlu və Həsənağa isə güclü biləkləri ilə daha çox ön plana
çıxmışdır. Sənətkarlıq baxımından yanaşıldıqda isə roman dəyərli sənət nümunəsidir. Məhz buna görə də 1907-1917-ci
illərdə Cənubi Azərbaycandakı milli azadlıq hərəkatının təsvir olunduğu bu əsər geniş oxucu auditoriyası qazanmışdır.
Üzərindən illər keçməsinə baxmayaraq, öz əhəmiyyətini itirməyən bu roman uzun müddətli gərgin əməyin məhsuludur.
“Dumanlı Təbriz” romanının birinci hissəsində İranın maddi, mənəvi, mədəni, tarixindən, ictimai və sosial həyatından
söhbət açılır. Romanda cərəyan edən hadisələr realist tərzdə təsvir olunub, romantik fikirlər və bənzətmələrdən də istifadə
edən ədib öz sənətkarlığını hərtərəfli bir şəkildə nümayiş etdirmişdir. Romanda şərqlilərdən: Əbülhəsən bəy, Tütünçüoğlu,
Həsənağa, Məşədi Kazım ağa, Hacı Səməd xan, Mahmud xan, Sərdar Rəşid, Mahru, Təhminə, qərblilərdən: Nina, İraida,
Hanna, Kseniya, Çar konsulu, Simirnov, Berezovski, Sazanov və s. kimi obrazlara da yer verilmişdir. Şərq və Qərbin sintezi
şəklində təsvir olunan hadisələrə fərqli baxış şəkli romanı daha da qiymətli edir. Əsərdə müəllifin Şərqə və Qərbə
münasibəti bu surətlərin dili ilə verilir. “Dumanlı Təbriz” romanında həmçinin Qərbin Şərqə, Şərqin də Qərbə münasibəti,
bu münasibətlərdəki mənfi və müsbət cəhətlər təsvir olunub. Əsərdə “Vəhşi Şərqə” mədəniyyət gətirib, Şərqi
mədəniləşdirmək istəyən rus, alman, ingilis xalqlarının daxili siması usta priyomlarla təsvir olunub. Romanın birinci
hissəsində rus qızları Nina və İraidanın dili ilə rusların Şərqə olan münasibəti öz əksini tapıb.
M.S.Ordubadi “Dumanlı Təbriz” əsərində “Molla Nəsrəddin”, “Kaspi”, “İttifaq” ilə yanaşı “Mancester Qardian”,
“Deyli Nyus”, “Russkoye slovo”, “Novoye vremya” kimi xarici mətbuat orqanlarının da adını çəkir.
Ordubadi romanda Saib, Əndəlib, Əda, Sədi, Xəyyam, Hafiz, Rudəki, Füzuli, Xaqani, Firdovsi kimi Şərqin məşhur
sənətkarlarını xatırlayır, onlardan nümunələr verir: Sədinin “Gülüstan” kitabından verilən nümunə buna misal ola bilər.
“Dumanlı Təbriz” romanında Ordubadi mərsiyə, rübai, bayatı, qəzəl kimi janrlardan da nümunələrə yer verib.
Bəli, bu roman mövzu və ideyası baxımından Məmməd Səid Ordubadinin digər əsərləri kimi orijinal, sənətkarlıq
baxımından isə zəngin əsərdir. “Dumanli Təbriz” romanı Şərq və Qərbi tanımaq baxımından da qiymətli sənət əsəri sayıla
bilər.
AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞINDA
UŞAQ FOLKLORUNUN TƏDQİQİ PROBLEMİ
Nigar AĞAYEVA
AMEA, Folklor İnstitutu
nagayeva@qu.edu.az
“Uşaq folkloru” (İngilis dilində childrens folklore, childrens tradition, alman dilində kinderfolklore, rus dilində detskiy
folklor) – həm böyüklərin uşaqlar üçün yaratdığı, həm də uşaqların öz aralarında yaradıb nəsildən–nəslə ötürdüyü, uşaqların
həmyaşıdları ilə əyləncə, oyun və əlaqəli fəaliyyətlərinin müntəzəm şəkildə baş verdiyi prossesdir.
XIX əsrdə vüsət alan dünya folklorşünaslıq tarixində Yakob və Vilhelm Qrimm qardaşlarının fəaliyyətləri sonrakı
mərhələdə folklor məsələləri içərisində uşaq folklorunun müstəqilləşməsinə yol açdı. Bu prossesdə təbii ki, uşaqlar üçün
tərtib olunan kitablar böyük rol oynadı. Uşaq folkloru ifadəsi rusiyada XIX əsrin ortalarında işlədilsə də, rus elmi
folklorşünaslığında 1926-cı ildə rus tədqiqatçısı Q.S.Vinoqradov tərəfindən elmi münasibət bildirilmiş, elmi-nəzəri
əsaslandırılması isə O.İ.Kapitsa tərəfindən aparılmışdır. Azərbaycanda isə bu terminin işlənməsinə Ə. Qarabağlının 1961-ci
ildə çap olunmuş “Məktəbdə şifahi xalq ədəbiyyatının tədrisi” adlı kitabında, eləcə də 1968-ci il tarixində çap olunmuş
“Azərbaycan ədəbiyyatının tədrisi metodikası” adlı dərsliyinin “Məktəbdə şifahi xalq ədəbiyyatının tədrisi” nə həsr olunmuş
bölümündə əhatəli şəkildə rast gəlinir. Əlbəttə Azərbaycan uşaq folklorunun toplanması və tədqiqi tarixi bu tarixlərdən çox-
çox əvvəllərə aiddir. XIX son rübündən üzü bəri uşaq folklorunun toplanmasını və tədqiqi ilə məşğul olunur. Belə ki, XIX
əsrin sonu XX əsrin əvvəllərində yaranan yeni tipli ilk Azərbaycan tədris kitablarında (“Vətən dili”, “Uşaq aləmi”, “Uşaq
bağçası”, “Bəsirətül-ətfal”, “İkinci il”, “Balalara hədiyyə”, “Uşaq gözlüyü” və s.) biz uşaq folklorunun geniş yer tutduğunu
görürük.
Azərbaycan folklorşünaslığında uşaq folkloruna aid fəaliyyətləri üç mərhələdə qruplaşdırmaq olar:
Birinci mərhələnin başlanğıcı kimi XIX ortalarını götürmək olar ki, bu mərhələ XIX əsrin ilk yarısından (M.Ş.Vazeh
və S.Ə.Şirvaninin tərtib etdikləri tədris vəasaitləri) - 1920-ci illər arasını əhatə edir. Bu tarixdə uşaq folkloruna aid
nümunələrə yuxarıda qeyd olunan Azərbaycan tədris kitablarında verilən nümunələr, SMOMPK məcmuəsində eləcə də
uşaq mətbuatının (“Məktəb”, “Dəbistan” və s. jurnallar) səhifələrində rast gəlinir.
İkinci mərhələ kimi sovet dövründə aparılmış elmi tədqiqat işləridir.Bu zaman kəsmində uşaq folkloru ilə əlaqəli
araşdırmalar geniş vüsət almış, elmi-nəzəri əsaslandırılması aparılmışdır. Bu dövrdə Y.V.Çəmənzəminli, V.Xuluflu,
H.Zeynallı, Ə.Qarabağlı, M.H.Təhmasib, Ə.Axundov, V.Vəliyev. P.Əfəndiyev, A.Nəbiyev həm toplama işi görmüş, həm də
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
279
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
toplanmış nümunələr əsasında folklorun bu sahəsinə aid sanballı elmi əsərlər yazmışlar. Bu mərhələnin son illərində - 1988-
ci ildə R.Qafarlı “Azərbaycan uşaq folkloru” mövzusunda dissertasiya işi ilə uşaq folklorunun şifahi xalq ədəbiyyatındakı
yerini müəyyən etmiş, mənşəyini, inkişaf dinamikasını, toplanması, nəşri və s. kimi aktual problemlərin elmi-nəzəri
əsaslarını müəyyənləşdirmişdir.
Üçüncü mərhələ kimi müstəqillikdən sonrakı zamanı göstərmək olar. Bu zaman kəsmini Azərbaycan
folklorşünaslığında yeni bir mərhələ kimi səciyyələnir. Ulu öndər H.Əliyevin təşfiq və dəstəyi ilə yaradılan AMEA Folklor
İnstitutunun bu mərhələdə fəaliyyətləri danılmazdır. Folklor İnstitutunun hazırlayıb nəşr etdirdiyi “Azərbaycan folkloru
antologiyası”nın bütün cildlərində “Uşaq folkloru” başlığı altında ayrıca bir bölmə var ki, bu da bu sahəyə ayrılan diqqətin
təzahürüdür. Qafqaz Universitetinin təşkil etdiyi I və II Beynəlxalq türk xalqları uşaq ədəbiyyatı konqresi (2006 və 2012-ci
illərdə) bu mərhələdə görülmüş əsas işlərdəndir. Bu konqres ümumən uşaq ədəbiyyatına həsr olunsa da uşaq folkloru
bölməsində bu mövzuda araşdırma aparan həm yerli, həm də xarici tədqiqatçılar (A.Ülgen, A.Kokieva, Ç.Z.Çetin, Ş.Çivitci,
N.Kayabaşı, E.Yurdoğlu, E.Artun, F.Arslan, F.Söylemezoğlu, Z.Erdoğan, G.Dellal, H.Özcan, M.Şenel, O.Şen, Z.Xəlil,
Z.Çağımlar, X.Kərimova, T.Salamoğlu, R.Əliyev və s.) elmi məqalələrlə təmsil olunmuş, bu sahə ilə əlaqəli son dövrlərdə
əldə olunan nailiyyətləri elmi içtimaiyyətlə bölüşmüşlər.
Yuxarıda qeyd olunanlarla yanaşı müasir zamanda Uşaq folklorunun aktual problemlərinə aid tədqiqat işləri
araşdırmaçılar tərəfindən yerinə yetirilir. Bu dövrün ən son nailiyyəti kimi R.Qafarlının 2013-cü ildə çap olunan 540
səhifədən ibarət “Uşaq folklorunun janr sistemi və poetikası” adlı monoqrafiyası Azərbaycan uşaq folklorunun nəzəri
əsaslarını, mənşəyini, yaranma yollarını, nəşri, toplanması və araştırma tarixi kimi aktual problemlərdən bəhs edir.
MƏNSUR ŞEIR JANIRININ YARANMA TARİXİ VƏ TƏNQİDÇİLƏRİN
BU JANR HAQQINDA FİKRLƏRİ
Nigar AĞAYEVA
Bakı Slavyan Universiteti
niqaraqaeva@gmail.com
Bədii ədəbiyyat cəmiyyətin yaranışı qədər qədim tarixə malikdir və illər keçdikcə nəinki bir sənət, bir idrak sahəsi
kimi həm də ilkin məhdudluq çərçivəsindən çıxaraq epik, lirik və dramatik növlərə ayrılmışdır. Bu janrların arasında cavan
olsa da mənsur şeir özünəməxsus yeri və əhəmiyyəti həmçinin kamil bədii yaradıcılıq sahəsi kimi inkişaf xətləri və meylləri
vardır.
Mənsur şeir terminini ilk dəfə ədəbiyyata fransız alimi olan Aloiziyus Bertran gətirmişdir.Onun Qaspar qaranlıqda
ümumi başlığı adı altında şeirləri məlumdur.Alimdən iyirmi il sonra fransız şairlərindən olan Şarl Bodler və Artur Rembo
da məsnur şeirlər yazmışlar.Bu gənc janr ondoqquzuncu əsrdə Fransada meydana gəlmişdir.
Rus ədəbiyyatında mənsur şeirinin yaradıcısı ondoqquzuncu əsrin böyük alimi İ.S.Turgenev ( 1818- 1883) olmuşdur.
O ömrünün son illərində kiççik həcmli silsilə əsərlərini qələmə almışdır ki, bunlar rus ədəbiyyatında mənsur şeir janrının
nümunələri kimi yaşamaqdadır.
Hind Ədəbiyyatında mənsur şeir janırının Robindranat Taqor (1861- 1941) türk ədəbiyyatında Xalid Ziya və Cənub
Şəhabəddin kimi görkəmli nümayəndələri vardır. Onlar müxtəlif dövrlərdə maraqlı əsərlər yazmaqla öz ədəbiyyatlarına janr
yeniliyi, forma gözəlliyi gətirmişlər.
Heç də təsadüfi deyil ki, R.Ttaqor mənsur şeirlərini özü Benqal dilindən ingilis dilinə çevirdikdən sonra bunlar
Avropada çox geniş yayılmış, məhşurlaşmış və əsərlərinə görə ədibə Nobel mükafatı verilmişdir.
Mənsur şeir nədir? Bu hakda müxtəlif fikrilər söylənmişdir. ‘’Əədbiyyatşunaslığın əsasları’’ kitabında mənsur şeirə
belə bir tərif verilir: Lirik və epik xüsusiyyətlərin müştərək birgə halında iştirak etdiyi həm də insanın daxili hissi aləmini
qələmə alan, vəzn, qafiyə, bölgü kimi nəzm şərtlərindən uzaq, təbii ritmik nəsr dili ilə yığcam yazılan əsərlərə mənsur şeir
adı verirlər.
Mərhum yazıçımız Mir Cəlalın mənsur şeirə verdiyi bu tərif olduqca obyektivdir.Lakin bizcə tam dəqiq deyildir
Birincisi lirik və epik xüsusiyyətlərin müştərəkliyi məsnur şeirlərin hamısında eyni dərəcədə deyildir. Bu xüsusiyyətlər bir
mənsur şeirdə birgə iştirak etdiyi halda digərinə zəif, bir başkasında güclü nəzərə çarpır. Daha doğrusu əksər mənsur şeirlər
həm sujetli həm də sujetsiz olub lirik hissi mahiyyət daşıyır. Əlbətdə bu xüsusiyyət lirik şeirlərə də xasdır. Tərifə kiççik
irazdımız bunlardır. Burada ‘’qələmə alan’’ əvəzinə ‘’qələmə alınan’’ ifadəsi işlənsəydi daha yerinə düşərdi. Nəhayət təbii
ritmik nəsr dili ilə yığcam yazılan hissədə nəsr dili ilə birləşməsi deyil nəsrlə deyilməsi daha düzgündür. Axı mənsur şeir
nəsr dili ilə deyil daha yüksək poetik bir dillə yazılı lakin şəkilcə nəsrə bənzəyir
Ədəbiyyatşünas, Azərbaycan EA müxbir üzvü Əziz Mirəhmədovun tərtib etdiyi ‘’Ədəbiyyatşünaslığın terminləri’’
lüğətində 420-yə yaxın ədəbi terminin qısa və aydın ızahı verilmişdir Görkəmli alim mənsur şeiri şeir şəkilində yazılıb lirik
səciyyə daşıyan kiçik əsər adlandırmışdır Halbuki mənsur şeir şeir şəkilində deyil nəsr şəkilində yazılıb lirik səciyyə daşıyır.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
280
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Mənsur şeirin adının və janr xüsusiyyətlərinin qarışıq salınması barədə daha çox misallar güstərmək olar. Lakin bilmək
lazımdır ki, bu janrda vəzn və qafiyə istisna olmaqla lirik şeirin bütün elementləri gözlənilir. Elə olur ki, mənsur şeir ən çox
üslubi xüsusiyyətləri ilə seçilir fərqlənir. Poetik çalarlığı və ahəngdarlığı ilə özünün yüksək emosianallığı poeziya üçün
xarakterik olan obrazlar, motivlər və ideyalar dairəsi ilə əsl lirik əsərlərlə bir səviyyədə dayanır. Bütün bunlar isə yuxarıda
deyildiyi kimi nəsrə aid olmayıb lirik şeirin ifadə xüsusiyyətlərini özündə cəmləşdirir.
Mənsur şeir və onun xüsusiyyətləri barədə görkəmli rus ədəbiyyatşünası A.Kvyatkovskinin də maraqlı mülahizələri
vardır. O yazır: Mənsur şeir sərbəst, dismetrik ( ölçülü olmayan ölçüsüz S.N) şeirlə nəsr arasında orta aralıq bədii formanı
təmsil edir, daha doğrusu bu məzmunca mənzum və formaca mənsur əsərdir. Onun əksi kimi məzmunca mənsur formaca
mənzum –sözün qısası şeirlə yazılmış nəsrə də təsadüf olunur. Fraqment ədəbiyyatın bir sıra növləri mənsur şeirə yaxın
mövqe tutur. Mənsur şeir çətin ədəbi janrdır.
Mərhum tənqidçimiz filolohgiya elmləri namizədi Sokrat Mmusayev G.Hüseynoğlunun yaradıcılığından bəhs edən
‘’Mənsur şeir ustası’’ məqaləsində alimin yuxarıda stat gətirdiyimiz bəzi mülahizələri ilə haqlı olaraq razılaşmadığını
bildirmişdir.
Mənsur şeirin bir janr kimi özünün qayda qanunları başqa janrlardan ciddi fərqi vardır. Bəzi alimlər mənsur şeiri şeirlə
nəsr arasında keçid mərhələsi hesab edirlər. Mənsur şeiri məzmununa görə poetik formasına görə nəsr adlandıran
A.Kvyatkovskinin firkini doğru hesab etmək olmaz. Hər hansı bir janrın forma və məzmunu bir birinə uyğun gəlməsə
orada həqiqi sənət əsəri yoxdur- deyir.
Şübhəsiz bu sözlərdə həqiqət vardır. Lakin həyat heç də istisnasız deyildir. Bu cəhətdən A.Kvyatkovskinin də
fikirlərini inkar etmək olmur. Çünki məsnur şeirin necə deyərlər adı üstündədir. Birinci tərəfi mənsur nəsri ikinci tərəfi şeir
poeziyanı xatırladır.
Filologiya elmləri doktoru professor Abdulla Abbasov G.Hüseynoğlunun yaradıcılığına ayrı - ayrı kitablarına həsr
etdiyi məqalələrində ədibin mənsur şeirləri barədə də maraqlı fikirlər söyləmişdir. Həmin məqalələrdə biz onun bu janırın
xüsusiyyətləri və zərifliyini həssaslıqla duyduğunun şahidi oluruq. Professor A.Abbasov ədibin anadan olmasının 60-illiyinə
hısr etdiyi ‘’Bir ömrün çıraqları’’ məqaləsində yazır:
Miniatür nəsrin bu sahəsi sənətkardan dəqiqlik hadisələrə və həyata aydın həssas münasibət sözə xüsusi tələbkarlıq
onun bütün poetik imkanlarından məharətlə istifadə etmək eyni zamanda mənsur şeirlə bağlı olan digər janrlara – poeziyaya
estetikaya musiqiyə bələdlik tələb edir. Çünki məsnur şeirin özünəməxsus janr xüsusiyyətləri tələb və imkanları ifadə tərzi
var. Sinkretik xarakter daşıyan bu janrda hətta dramatik ədəbiyyatın da elementləri qorunub saxlanılır. Az söz böyük
mənalar tələb edən mənsur şeirdə ifadə və birləşmələrin özünün daxili bir ritmi ahəngi bölgüsü lirizmi hətta
melodramatizmi olur. Daha çox hiss və duyğularla bağlı olan lirik mən ön plana çəkilir.
Alimin dediklərində müəyyən həqiqətlər dı vardır.Lakin burada bir nüans var ki bunu qeyd etmək yerinə düşər. Belə ki
məqalədə miniatür nısrin bir sahəsi kimi deyil müstəqil ədəbi janr kimi xarakterizə olunsaydı daha münasib olardı. Miniatür
nəsr nəğməni xatırlatmır. Halbuki müəllif professor İnayət Bəktaşi ilə birlikdə yazdığı ‘’Həyat nəğmələri’’ məqaləsində
mənsur şeiri bədii ruhi təsiri ilə gözəl bir nəğməni xatırladan ədəbi janr adlandırır.
Bu cür məqalələrda olan xırda qüsurlar mənsur şeir haqqında samballı və dəqiq elmi nəzəri fikrin deyilməməsi ilə
bağlıdır.
ƏFQAN GERÇƏKLİYİ “ÇƏRPƏLƏNG UÇURAN” ROMANI FONUNDA
Nigar AN (SƏFƏROVA)
Bakı Dövlət Universiteti
nigaran@outlook.com
Çağdaş dünya ədəbiyyatına öz qalıcı imzasını atan, hələ ilk romanı bestsellerə çevrilən yazıçılardan biri də əslən əfqan
olan Amerika yazıçısı Xalid Hüseynidir. Əfqanıstanın Kabil şəhərində anadan olan yazar gənc yaşlarından Amerikanın
Koliforniya ştatında məskunlaşır və Şimali Koliforniyada yaşamağa başlayır. Əfqanıstan və Amerika həyatının sintezi
görünən 2003-cü ildə qələmə aldığı birnəfəsə oxunan "Çərpələng Uçuran" romanını avtobioqrafik roman hesab edirik.
Deyə bilmərik ki, çağdaş Amerika ədəbiyyatının görkəmli nümayəndələri - Şimali Amerikada Maykl Şeybon, Tess
Gerritsen, Latın Amerikasında Qabriel Qarsiya Markes, Cerom Devid Selincer, Den Braun kimi yazıçıların yaradıclığının
fonunda əfqan əsilli Xalid Hüseyni romançılığının bədii gücü istənilən səviyyədədir, ancaq hər halda Amerika mühitində
Əfqanıstan həyatını, müharibə şəraitini müasirləri arasında ilk dəfə belə dəqiqliklə poetik qələmə alıb dünyaya çatdıran
yazıçını hər iki ölkənin - qitənin müştərək yazıçısı hesab etmək olar.
Yazıçının ilk qələm təcrübəsi olan “Çərpələng uçuran” romanında bir çox beynəlxalq və məişət planında olan
mətləblər nəzərə çatdırılır:
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
281
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
1) Müharibə;
2) Kişi və qadının hüquq bərabərsizliyi;
3) İnsanlığa - dostluğa xəyanət;
4) Milli, etnik təbəqələşmə;
5) Cinsi təcavüz;
6) İnsani hisslər - paxıllıq, vicdan əzabı, sədaqət;
7) Siyasi görüşlər;
8) Dini görüşlər;
9) Ailə: ata - oğul münasibəti;
10) Qəhrəmanlıq və s.
ABŞ qoşunlarının Əfqanıstana yeridilməsi, Əmirlə Həsənin dostluğundakı təbəqələşmənin iyrənc təzahürü, Babanın
qoçaqlığına və mərdliyinə görə "Həzəra" Həsənə bəslədiyi gizli rəğbət hissi, buna görə oğlunun bütün uşaqlara nifrət
etməsi, Həsənin cinsi istismara məruz qalması, onun dostuna qarşılıqsız və sonsuz itaəti, Əmirin ona etdiyi namərdliyə görə
ömür boyu əzab çəkməsi və sonda onun oğlunu xilas edərək hardasa vicdanının üstünə su səpməsi sadaladığımız bəndlərin
qısa açıqlamasıdır.
"Əgər orda allah varsa, mən güman edirəm ki, onun diqqətinə mənim donuz əti yeməyim və viski içməyimdən daha
çox layiq olan məsələlər var" - deyən Babanın allahın varlığı haqda aqnostik kimi düşünməsi diqqətimizi çəkir. “Sən bu
saqqallı axmaqlardan heç vaxt dəyərli bir şey öyrənməyəcəksən, onlar təsbeh oynamaqdan və anlamadıları dildə yazılmış
kitabdan sitatlar gətirməkdən başqa bir şey bilmirlər”. Babanın "Bax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə bir günah
var, bircə dənə... Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Sən adam öldürəndə onun
həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət
haqqını oğurlayırsan. Kələk gələndə başqasının ədalət haqqını oğurlayırsan" sözləri sıradan adamın dediyi sözlər deyil.
Yazıçının romanı maraqlı edən fikirlərinə çox rast gəlirik:
1. Əsl kişi şeir oxumaz, şeir yazmasını isə allah göstərməsin. Əsl kişi - əsl oğlanlar futbol oynayarlar.
2. Uşaqlar rəngləmə albomları deyil, sən onları sevimli rənglərinlə rəngləyə bilməzsən.
3. Özünü qorumağa cürəti çatmayan oğlan böyüyüb heç nəyə cürəti çatmayan bir kişiyə çevriləcək.
4. Bütün atalar qəlbinin dərinliyində oğullarını öldürmək arzusunu yaşatmırlarmı məgər?
5. Əfqanlar ənənələri sevir, qaydalara isə nifrət edirlər.
6. Ağlındakı ilə dilindəki eyni olan insanlar elə bilirlər ki, başqalarında da bu cürdür.
7. Az qala qalib gəlmək olmur, adam ya qalib olur, ya yox.
8. Nəyisə görüb itirmək heç vaxt ona sahib olmamaqdan çətindir.
9. Zaman çox acgöz ola bilir, bəzən bütün xırdalıqları yeyə bilirmiş.
10. Ancaq nəyinisə əlindən almaq istəyəndə sənə bu qədər xoşbəxt olmağa icazə verirlər.
Baba ruslara nifrət edir. Burada da müəllifin şəxsi düşüncəsinin izlərini sezirik. Hətta əsərin 2003-cü ildə 11 sentyabr
hadisələrinin baş verdiyi bir vaxtda yazıldığını nəzərə alsaq ABŞ-ın Əfqanıstana yürüşünü də müəyyən mənada haqlı sayır.
Əmir atası ilə Amerikaya köçür, ancaq vicdan əzabı onu təqib edir, o hara qaçsa da, bu əzabdan qurtuluşun olmadığını
başa düşür. Rəhim xandan Həsənin onun nəinki süd, hətta atabir qardaşı olduğunu öyrənən Əmir Əfqanıstana, od-alovun
içinə geri dönür. Həsən və arvadı ölmüş, oğlu Söhrab yetimxanaya verilmişdi. Keçmişin ifrat dərəcədə iyrənc şovinisti,
gələcəyin barbar vətəndaşı olan Asəf atası kimi onu da cinsi istismara məruz qoyur. Söhrabın simasında bütün "itirilmiş
əfqan uşaqlığı"nın əzabları gizlənir. Necə ki romanın özündə deyilir: "Əfqanıstanda uşaq çox, uşaqlıq isə yoxdur". Söhrabı
Talibanların əlindən xilas edən Əmirə "qəhrəman" deməyə dilimiz gəlməsə də, hər halda müəyyən qədər günahını yumuş
görünür.
Əsərin ən mühüm keyfiyyətlərindən biri də qəhrəmanların ideallaşdırılmamış, bütün qüsurları ilə bərabər verilməsidir.
Xalid Hüseyni “Çərpələng Uçuran”dan sonra iki roman da yazmışdır – “Min möhtəşəm günəş”, “Və dağlardan səda
gəldi”. Bu əsərlər arasında mövzu baxımından çox oxşarlıq olduğundan biz bu romanları “Əfqan trilogiyası” da adlandıra
bilərik.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
282
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
TARİXİ YADDAŞ PROBLEMİNİN MİLLİ NƏSRDƏ ƏKSİ MƏSƏLƏLƏRİ
(M.SÜLEYMANLININ "ERMƏNİ ADINDAKI HƏRFLƏR" ROMANI ƏSASINDA)
Nigar ASLANOVA
Azərbaycan Müəllimlər İnstitutu
a.q.nigar@gmail.com
Bütün dövrlərdə olduğu kimi, çağdaş Azərbaycan nəsrində də yaxın və uzaq tarixi keçmişin təsviri məsələsi öz
aktuallığını saxlayaraq yazıçı qələminin əvəzolunmaz məhsulu kimi başlıca mövzu olaraq qalmaqdadır. Sözügedən
mövzunun müstəqillik illərindən sonra xüsusilə daha qabarıq şəkildə yaradıcılıq müstəvisinə çıxarılması heç də təsadüfi
deyildir. Belə ki, ədəbi mühitdə dövlətçilik ideologiyasının təbliği probleminin prioritet mövzuya çevrilməsi, müstəqillikdən
əvvəlki ikili münasibəti, sovet ideologiyasının diqtəsini alt-üst etməyə zəmin yaradaraq qələm əhlinin qarşısına geniş
imkanlar çıxarır.
Yaratdığı nəsr nümunələrində tarixin silinməz səhifələrini, xalqımızın başına gətirilən müsibətləri qələmə alan, ədəbi
mühitə 70-ci illərdə qədəm qoyan Mövlud Süleymanlı tarixi-etnoqrafik dəyərlərin təbliğatçısı kimi yadda qalmaqdadır.
M.Süleymanlının "Erməni adındakı hərflər" romanında 1988-ci il – Qarabağ müharibəsinin başlanmasına qədərki dövr,
yaşanmaqda olan erməni-azərbaycanlı münaqişəsi, bu münaqişənin doğurduğu təbəllüatlar geniş təfərrüatı ilə təsvir olunur.
Haqlı olaraq oxucu marağına tuş gələn, təzad doğuran əsərin adının ədib tərəfindən erməni qadınının nitqindən götürülərək
verilməsi bu sənət nümunəsinin qayəsini, təsir gücünü, onun bədii-estetik siqlətini artırır. Müəllif kimya müəllimi, radikal
erməni millətçisi Siranuşun “Mənim oğlum da, uşağım da erməni xalqıdır, bu xalq varsa, neynirəm oğlu-uşağı! Erməni
adındakı hərflərin min qat sayı qədərində hamı ölüb-dirilməlidi ki, Ermənistan yaşasın” deməsi ilə bu mənfur xalqın
böyükdən kiçiyə bir amal uğrunda var gücü ilə çalışması, nəyin bahasına olursa-olsun bu "müqəddəs" məqsəd uğrunda hər
cür nadanlığa hazır olmasını göstərməklə bizləri, yatmışları oyatmağa, ətalətdən çıxmağa sövq edir.
Azərbaycançılıq məfkurəsinin, türkçülük ideyalarının təbliğ olunduğu əsərdə indiki Ermənistan (Qərbi Azərbaycan)
adlanan ərazilərimizin, coğrafi məkanlarımızın, yer adlarının təsvirinə geniş yer ayrılır. Müəllif milli soykökün dərin
qatlarına enərək manevr etməsi, qədim torpaqların tarixindən, etimologiyasından söz açır, mədəni-etnik şüurun bütövlüyünə
sadiqliyi yazıçı təxəyyülünün süzgəcindən keçirir.
Əsərdə türkün böyüklüyü məsələsi, milli türkçülük ənənələri, türk xarakteri mənfur erməni xislətinə, erməni
ideolgiyasına qarşı qoyulur. Erməni bəşəriyyətin mövcudluğu boyu türkün böyüklüyü qarşısında daim aciz qalmış və bu
danılmaz həqiqət yaddaşlara nüfuz etmişdir. Bu böyüklük özünü həmin mənfur xalqın pislik, naqislik elədiyi və bunun
ədalətli qarşılığı olaraq adekvat münasibət görməli olduğu halda, əksinə, yaxşılıqla qarşılanmasında göstərir.
Romanda İmirxanlı, Uğurlu, Qarakəlləoğlu, Dəmir kişi, Arıq, Aşıq Ayvaz, Balacahunlu, Acaryan, Ulubabayan
Simukyan Şaliko Simukyan Şaliko və s. bu kimi obrazlar silsiləsi əsərin əsas ideyasının açılmasında aparıcı rol oynayır.
Əsərdə təsvir olunan hadisə və obraz bolluğu vasitəsilə erməni ideolgiyasının mahiyyətinə baş vurulur, bütün
eybəcərliyi ilə qarşımıza çıxır. Yazıçı İmirxanlı obrazını yaratmaqla özünün düşüncələrini, hisslərini, yaşadıqlarını oxucuya
çatdırır, erməninin bir addım türkdən irəli olmasına belə izah verir: “...Erməni nə aran adamına oxşayır, nə dağ adamına,
...oxşadığı, bənzədiyi torpağı tapa bilməzsən...çünki vətəni yoxdu, bu mənada erməni xalqı bir az vağzal uşaqlarına oxşayır.
Ona görə də bizdən ayıqdılar, bizdən çoxbilmişdilər...gözləməyi, səbrli olmağı bacarırlar, ona görə də hamı onları tanıyır"...
İstər akademik Ulubabyan, istərsə də dəriyığan Aped, bazarkom Civan, Şaliko Sumikyan, Siranuş, Seda Sevortyan,
Mkrtıç Ulubabyan kimiləri fərqli insanlar olmasına baxmayaraq, onları birləşdirən türkün böyüklüyünü içlərində qəbul
etmələri, bunu büruzə vermədən ona qarşı hamıda nifrət hissinin aşılanması, “Hayastan” adlı vətən qurmaq arzusu, separatçı
erməni ideyalarının təbligidir.
Əsərdə folklor poetikasına, etnoqrafik elementlərin təsvirinə də geniş yer ayrılmışdır. Bu baxımdan "Telək oyunu"n
təsviri diqqəti cəlb edir. Papağın quzuya dönməsi, balası ölən qoyunun onu quzusu kimi qəbul etməsi hamını təəcübləndirir,
buna şübhə ilə yanaşanların da fikrini dəyişdirir, insanları buna inanmaga vadar edir.
Milli yaddaş probleminin istər nəsr, istər poeziya, istərsə də dramaturgiya sahəsində təsviri Mövlud Süleymanlı ilə
yanaşı, digər qələm sahiblərinin yaratdıgı və bundan neçə on illər sonra belə yazacaqları sənət əsərlərinin başlıca mövzusu
olaraq qalacaqdır. Əsər milli özünüdərk, milli kimliyimiz, yaxın və uzaq tarixi keçmişimizi unutmamağa, mənfur erməni
ideolgiyasının əsl niyyətini qarşıya qoyur, düşmənçilik, qəddarlıq toxumları ilə yetişən bir millətin cılızlığını göstərir,
gələcəyə sayıqlığı təlqin edir, yatmış yaddaşlara işıq salmağa çağırır.
Dostları ilə paylaş: |