Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


TAMAHKARLIQ CƏMİYYƏTİN BƏLASIDIR



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə64/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   60   61   62   63   64   65   66   67   ...   144

TAMAHKARLIQ CƏMİYYƏTİN BƏLASIDIR 

 

Pərvanə KƏRİMOVA  

ince_kapli@hotmail.com

 

 

Dünya  ədəbiyyatında satira və yumorun tarixi antik yunan və roma  ədəbiyyatından başlayır. Məsələn: Xəsislik 

mövzusu qədim Roma dramaturqu Plavtın, Aristofanın komediyalarında  əks olunub. Daha sonra bu mövzu Molyerin, 

Mopassanın, Puşkinin, Qoqolun yaradıcılığında özünü göstərir. Belinski Puşkinin xəsislik mövzusunda yazdığı"Xəsis 

cəngavər " əsəri haqqında qeyd edir: "Xəsis ideyası yeni ideya deyil , lakin dahilər köhnəni yeni etməyə müqtədirdir". Bəli 

bu fikir cox doğrudur, antik dövrdən yazılmağa başlayan bu mövzunu M.F. Axundov ilk dəfə olaraq azərbaycan 

ədəbiyyatına cox uğurlu bir şəkildə  gətirdi. M. F. Axundzadə yaradıcılığını  dərin təhlil edən müasir alim F. Qasımzadə 

“Hacı Qara ” əsəri haqqında yazır: “Xəsis mövzusu  Azərbaycan ədəbiyyatı üçün 50-ci illərdə tamamilə yeni və maraqlı bir 

mövzu idi . M. F. Axundzadə dünya klassikləri kimi bu köhnə mövzunu yeniləşdirmiş  və  ədəbiyyata bu sahədə 

sələflərindən fərqli olan xəsis surəti gətirmişdir”.  



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

288 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Plavt Tit Maksiy "Küp" (Xəzinə)  əsərindəki mənəviyyatı var-dövlətə qurban verən Evklion personajı ilə klassik 

dünya dramaturgiyasında xəsis obrazının ilk müəllifi sayılır. Qədim zamanlardan fərqli olaraq intibah dövründə cəmiyyət 

üçün təhlükəyə çevrilə bilən pul münasibətləri Molyerin xəsis Qarpaqon obrazında meydana çıxdı . Əsas obraz olan 

Qarpaqon təkcə xəsis deyil , tamahkar , yalnız öz mənfəətini düşünən biridi . O , pul üçün öz oğlunun sevgilisinin varlı 

olduğunu düşünüb  əlindən almaq fikrinə düşür . Cehiz və toy xərclərinən xilas olmaq və daha da varlanmaq arzusu ilə 

oğlunu dul varlı bir qadınla , qızını onan 30-40 yaş böyük biri ilə evləndirmək niyyətindədir . Özünə bir şüar seçmiş olan 

Qarpaqon " yaşamaq üçün  yeyirik , yemək üçün yaşamırıq" deyir , evdəki xidmətçiləri pəhriz saxlamağa , paltarı yırtıq 

olan xidmətçini qonaqlara xidmət edərkən arxası divara dayanıb həmin yırtığın görünməməsi üçün dayanmağa məcbur 

edir . Evinə gələn qonaqlar üçün ,  nökərlərinə tapşırır elə yeməklər hazırlasınlar ki , hər kəs tez doysun və başqa heç nə 

yeye bilməsinlər .  

Molyerin  ən  əhəmiyyətli xüsusiyyəti yaşanan problemləri komediya tərzində izah etməsi və güldürərkən 

düşündürməsidir. Mövzunun xəsislik problemi üzərində qurulması Bomarşenin 1773-cü ildə yazdığı  "Siviliya bərbəri" 

pyesində də təkrarlanır. Müəllifin özü əsərin əsas mövzusu haqqında yazdığı:  "Himayəsindəki qıza vurulmuş qoca günü 

sabah onunla evlənmək niyyətindədir. Gənc oğlanın həmin gün daha cəld tərpənib qocanı qabaqlayaraq burnunun ucunda 

qızı alıb onun evindəcə özünə qanunu arvad eləməsi . Budur mənim əsərimin əsası ki, onun üzərində faciə, drama və opera 

qurmaq olardı . Molyerin «Xəsis»i də bunun üzərində qurulmamışdımı  ?"    kimi  izahla  etiraf  edərək , təkrarçılığı 

təsdiqləyir. 

Mopassanın yaratdığı  və Molyerində "Xəsis"  əsərini təsiri altında yazdığı "Balaca Çəllək"  əsərində 2 xəsis obrazı 

qarşı qarşıya qoyulmuşdur . Eprovil karvansarasının sahibi Şiko və Maqluar qarı . Şiko fermanı qoca qadının əlinən almaq 

istəyir , uzun mübahisə və danışıqdan sonra qərar alınır . Nəhayət , 50 ekü vermək şərti ilə qarı kağızları imzalayır . 3 il  

keçsədə qarının ölmədiyini görən  Şiko sanki , 100 ildi qarıya pul verir , onu aldadiblar , soyublar kimi hislər yaranır , 

pullarını itirməmək üçün , qarının ölmünü yaxınlaşdırmağa yollar axtarır və bu yolu qarını şəraba öyrədərək onun ölümünü 

yaxınlaşdırmaqla nail olur. Tamahkarlıq insanları  həmişə  fəlakətə sürükləyir , Maqluar qarının tamahkarlığı onun 

həyatının əlindən alınması bahasına başa gəlir .  

Avropanın Molyeri, Mopassanı, Bomarşesi, Puşkini, Qoqolun vardısa,  Azərbaycanında Axundov kimi dahi 

mütəfəkkiri vardır .  

M.Arif Axundovu "Azərbaycanın Molyeri" adlandırmışdır . Axundzadə də Molyer kimi əsərlərini xalqa yaxın, onun 

başa düşdüyü dildə yazırdı . M. F. Axundzadə Hacı Qara surətində o dövr Azərbaycan tacirlərinin tipik nümayəndəsini 

yaradır . Bu surət dünya ədəbiyyatında yaranan xəsis surətləri silsiləsinə daxil olur və müəllifinə dünya klassikləri 

sırasında şərəfli yer tutmağa haqq qazandırır. Əli Sultanlı : "Hacı Qara"  həyat həqiqətlərini dərindən əhatə etməsi, bədii 

keyfiyyəti, dramaturji quruluşu etibarı ilə M.F.Axundovun və eyni zamanda Azərbaycan komediyasının şah əsəridir". 

Hacı Qara öz canı, qanı və hərəkəti ilə dünyanın başqa xəsislərindən fərqlənir . O, pul adı eşitdikdə həddindən artıq 

qorxaq olduğu halda əlinə silah alır , varlanmaq üçün hər cinayətə qurşanır . Hacı Qara özündən acizlərin yanında zalım , 

özündən qüvvətlilərin qarşısında qul kimi dinməzdir . 100 manat zərərinin  əvəzini çıxmaq üçün qacaqçılıq etməyə gedən 

Hacı Qaranın xəsislik, tamahkarlıqla yanaşı ikiüzlülük, qorxaqlı  kimi yeni xüsusiyyətləri üzə çıxır. 

Bu qoca xəsis üçün dünyada puldan başqa müqəddəs hec nə yoxdur ; Hacı Qara , öz dostu Heydər bəyin qoçaqlığını 

tərifləyən  Əsgər bəyə etinasızlıqla deyir ki , bizim zəmanəmizdə qoçaq olmaqdansa , cibin pulla dolu olsa min dəfə 

yaxşıdır . 

El içində bir məsəl var “ Tamahkarı yalançı aldadar ”.Lakin Hacı Qara tamahkar olsa da yalançının hər sözünə 

inanmır. O, tamahkar olduğu qədər də bicdir.Biz bunu Xudaverdi ilə söhbətində görürük.  

S. S.Axundov dramaturgiyamıza M.F.Axundovun məşhur "Hacı Qara"əsərinin təsiri ilə yazdığı "Tamahkar" 

komediyası ilə  gəlmişdir. Bu pyesində o, dövrün bir sıra mənfiliklərinə , o cümlədən xəsisliyə , tamahkarlığa qarşı 

çıxmışdır."Tamahkar" sadə, aydın dildə yazılmış realist komediyadır. Bu əsərdə müəllif gülüşün muxtəlif təsvir 

vasitələrindən təbii şəkildə istifadə edir.  

Əsərin mənfi komik qəhrəmanı Hacı Muraddır. Yazıçının qüvvətli cəhətlərindən biri Hacı Muradın yadda qalan 

səciyyəvi xüsusiyyətlərini -xəsisliyini, tamahkarlığını , qorxaqlığını , ikiüzlülüyünü , hiyləgərliyini və sair çirkin sifətlərini 

onun sözləri ilə hərəkətlərinin vəhdətində əks etdirməsindədir . Yazıçı ,satirik obrazının mənfi, eybəcər sifətlərini nümayiş 

etdirib ona gülməklə kifayətlənmir, xəsisin mənfiliyini, mənəvi boşluğunu, gülünclüyünü, onun mənsub olduğu zümrəyə də 

şamil edir. Bu cəhəti ümumiləşdirmək üçün o, Hacı Muradla ikinci xəsis Məhərrəm bəyi qarşılasdırır.Qarşılaşdırma 

prosesində  hər iki mənfi tipin varlanmaq üçün bir-birinə hiylə  gəlmələri, xəsis və tamahkarlıqla,fərdiyyətçilikləri aydın 

nəzərə çarpır. Məsələn , Hacı Murad 18 yaşlı , gözəl , ağıllı , ismətli qızı Gülzarı qoca Məhərrəm bəyə satmaq niyyəti ilə 

özü kimi heç bir təqdirəlayiq olmayan bu xəsisi aslana, tərlana, gənc və  sədaqətli  İmranı isə tülküyə,sara bənzədir. 

Dramaturq, bununla tamahkar Hacı Muradın nifrətəlayiq gülünc qayəsini, böhtançı sifətini onun öz sözləri ilə ifşa edir. 

Molyerin , Mopassanın , Puşkinin , Qoqolun səsini eşitməyib harayına cavab verməyən bu günkü cəmiyyətimizdə hələ 

də Qarpaqon, Evklion,Şiko və Maqluar qarı kimilər var. Öz tamahkarlıqları ucbatınan neçə-neçə insanların həyatını məhv 

edən,gözlərini yaşlı qoyanlar, adları başqa olsada onlardan heç nə ilə seçilmirlər.

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

289 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

AZƏRBAYCAN ƏDƏBİYYATINDA MİLLİ DÜŞÜNCƏ KONSEPSİYASI: MİLLİ 

MƏNSUBİYYƏT VƏ MİLLİ DƏYƏRLƏR 

 

Ramiz QASIMOV, Zülfiyyə İSMAYIL 

AMEA Naxçıvan Bölməsi 



ramizasef@yahoo.com.tr

, ismayilzulfiyye@yahoo.com 

 

Azərbaycan milli düşüncə tərzi və onun tərkib hisəsi kimi milli mənsubluq hissi xalqın müxtəlif dönəmlərdə yaratdığı 



yazılı  və ya şıfahi  ədəbi irsində özünü çeşidli formalarda, geniş  və ya dar məzmunlarda ifadə etdirmişdir. Ümumiyyətlə, 

azərbaycançılıq bir ideya-mənəvi hadisə kimi məhz XIX əsrin sonlarına doğru, XX əsrin əvvəllərində meydana çıxır. Ancaq 

azərbaycanlılıq və milli mənsubiyyət düşüncəsi Azərbaycan xalqının formalaşdığı tarixdən mövcuddur. Tədqiqatçıların 

fikrincə, Azərbaycan xalqının formalaşması prosesi artıq XI əsrdə sona çatır. Beləliklə, XI əsrdə artıq Azərbaycan xalqı 

etnogenetik proseslərin nəticəsi olaraq mövcud olur. Bu mənada Azərbaycan xalqının milli dövlətçilik təfəkkürü xalqın 

meydana gəlməsindən olduqca çox-çox əvvəllər müəyyənləşmişdir. Belə ki, Azərbaycan xaqlının etnogenezini təşkil edən 

etnosların müxtəlif tarixi dönəmlərdə dövlət yaratma təşəbbüsləri və bu təşəbbüslərin yaratdığı  ənənələr milli dövlətçilik 

təfəkkürünü formalaşdırır. Beləliklə, dövlətçilik ənənələrinin mövcudluğu ilə artıq müəyyənləşmiş dövlətçilik təfəkkürü bu 

gün Azərbaycanşünaslığın mənbələrindən biri kimi qiymətli məxəz rolunu oynayır. Azərbaycan xalqının XI əsrdə 

formalaşaraq tarix səhnəsinə çıxması xalqa mənsubluq fikrinin  də bu dövrlərdə artıq qəti olaraq müəyyənləşmiş olduğunu 

söyləməyə imkan verir. Belə ki, Azərbaycanşünaslığın qiymətli mənbələrindən biri olan ana abidəmiz “Kitabi-Dədə 

Qorqud” dastanlarında Oğuz elinə mənsubluq kimi ifadə tapan milli mənsubluğun təməli həm də özünəməxsus dəyərlərilə

səciyyəvi xüsusiyyətlərilə  əhatəli olaraq əks olunur. “Kitabi-Dədə Qorqud” dastanları bir çox səciyyəvi xüsusiyyətlərinə 

görə Azərbaycan xalqının simasını qavramağa imkan verən əsər kimi möhtəşəmlik daşıyır. 

Orta  əsrlərə doğru inkişafın nəticəsi olaraq ədəbiyyatda farsca yazmağına baxmayaraq, Nizami Gəncəvinin 

əsərlərindəki “türkcə düşünmək, farsca yazmaq” ənənəsi ortaya çıxır. Bununla da yaradıcılıq dilindən asılı olmayaraq, 

görkəmli  ədiblərimizin bir qisminin farsca meydana gələn  əsərlərində belə milli mənsubluq köklü surətdə özünü ifadə 

etməyə başlayır. O vaxtlar üçün türk millətinə mənsubluq, türk dilində danışmaq əsərlərin aydın ideya-estetik mərkəzində 

dayanır. Azərbaycan ədəbi fikrində C.Əfqaninin simasında milli kimliyin təsbiti ilə bağı elmi-araşdırıcı fikirlərin meydana 

gəlişi milli mənsubluq düşüncəsinin yetkinliyi kimi qiymətləndirilə bilər. XIX əsrdən mətbuat sahəsində milli kimlik 

istiqamətində  Ə.Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Azərbaycanlı”  imzası ilə “Kəşkül” qəzetində 

dərc olunan “Əvam gəzmək, yuxu yatmaqmı dedin?” məqaləsi, M.Şahtaxtılınının “Zaqafqaziya müsəlmanlarını necə 

adlandırmalı?”, C.Məmmədquluzadənin “Azərbaycan” məqaləsi və s. milli özünüdərkin yetkinliyə çatmasında böyük 

nailiyyət hesab edilə bilər. Azərbaycan ədəbi fikrində milli düşüncə tərzi, milli mənsubluq məsələsi, azərbaycançılıq ideyası 

peşəkar, ideoloji konseptuallıq və  məzmun cəhətdən C.Məmmədquluzadənin yaradıcılığında müəyyənləşir. Milli 

mənsubiyyət məsələsi dövrün mötəbər ziyalıları olan C.Ünsüzadə, M.Şahtaxtılı, Ö.F.Nemanzadə, Y.V.Çəminzəminli, 

M.S.Ordubadi, hətta Azərbaycan romantikləri olan H.Cavid, M.Hadi, Ə.Hüseynzadə və başqaları öz yaradıcılıqları ilə  milli 

düşüncə konsepsiyasını ifadə edirlər. Azərbaycan  ədəbiyyatında milli düşüncə  tərzinin bir ifadəsi olan azərbaycançılığın 

ictimai-siyasi məzmunda hadisəyə çevrilməsində M.Ə.Rəsulzadənin,  Ə.Cavadın, C.Cabbarlının və başqalarının böyük 

xidmətləri vardır. XX əsrin 70-ci illərindən başlayaraq ulu öndərimiz Heydər Əliyevin fəaliyyəti və düşüncələri sayəsində 

son yetkin məzmununu alır, kamala çatır və bitkin, məzmunlu və konseptual ideologiya, özü də milli ideologiya kimi 

müəyyənləşir. Azərbaycan ədəbiyyatında sırf sovet dövrü, yəni fərqli ədəbi yaradıclıq hadisəsi kontekstində milli düşüncə 

tərzi, azərbaycançılıq S.Vurğun yaradıcılığına özünü təsbit edir. Bu ənənələr sonradan İ.Hüseynov,  İ.Məlikzadə,  İ.Şıxlı, 

B.Vahabzadə, M.Araz və b. sənətkarlar tərəfindən davam etdirirlir. X.R.Ulutürk və başqa sənətkarlar məhz bu ənənələrin 

üzərində öz yaradıclıq ideallarını qururlar.  

  

 



“SEHRBAZLAR DƏRƏSİ” ROMANINDA ZAMAN VƏ ZAMANSIZLIQ İDEYASI 

Rübabə ƏZİZBƏYLİ 

Bakı Slavyan Universiteti 



ruba.aziz@yandex.com 

 

Zaman və məkanın vəhdəti problemi fəlsəfədən öz qaynağını götürərək, ədəbiyyatşünaslıqda da öz əksini tapmışdır. 

Zamanın və  məkanın bir-birindən ayrılmazlığını  həm fəlsəfədə, həm də  ədəbiyyatşünaslıqda qəlibləşmiş bir doqma kimi 

qəbul edirlər. Təsadüfi deyil ki, klassisizm ədəbi cərəyanının nümayəndələri də “üç vəhdət” prinsipindən danışarkən zaman, 

məkan və  hərəkət vəhdətini  əsas götürürdülər. Lakin zamanı  və  məkanı bir-birindən ayrılıqda-konkret məfhum kimi də 

tədqiq etmək mümkündür. Yəni bədii  əsər daxilində hadisələrin baş verdiyi zaman kəsimi həmin zaman uyğun məkan 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

290 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

obrazlarının təsviri ilə tamamlanır və bu əsərləri təhlil edərkən həm məkanı  həm də zamanı müstəqil olaraq təhlil etmək 

mümkündür. 

Kamal Abdulla Azərbaycan ədəbiyyatında roman, povest, hekayə, eyni zamanda şeirlərin və dram əsərlərinin müəllifi 

kimi tanınır. Xüsusilə  də yazıçının nəsr  əsərlərində xronotopun çoxqatlı elementlərini, zamanın və  məkanın semantik və 

simvolik dəyişikliklərə uğradılaraq mifik və mistik planda verildiyi görmək çətin deyil.  

Bu sahədə yazıçının “Sehrbazlar dərəsi” romanı xüsusilə qeyd edilməlidir. Romanda əsas hadisələr orta əsrlərdə 

cərəyan edir. Burada dərvişliyin, təriqətlərin və dində fikir ayrılıqlarının öz əksini tapdığını  nəzərə alsaq, eyni zamanda 

əsərdəki Ağ  dərviş obrazının yaydığı ideyaların  Həllac Mənsurun fikirlərinə uyğunluğunu qeyd etsək, anlayarıq ki, 

romanda tarixi zaman təxminən IX-X əsrləri əhatə edir. Lakin bu tarixi zaman kəsimi romanın sadəcə qılafını təşkil edir. 

Əsərin nüvəsində isə sakral-müqəddəsləşdirilmiş zaman  özünü göstərir. Zaman özü əsərin daxilində müstəqil bir obraz 

kimi çıxış edir. Zamanın axışı  hər  şeyi həll edir. İnsanlar zamanın konkret məqamlarının onların taleyini idarə etdiyinə, 

həyatlarını yönləndirdiyinə inam bəsləyirlər. “Gözətçilər yaxınlaşıb onu tanıdılar-tanımadılar büruzə verməyib rəsmi 

qaydada itaət edərək başçıları ondan gecənin adını soruşdu. Ürəyində “bilməsəm, nə edərsən?” deyə düşündüsə də dili ilə 

“Qıpqırmızı üfüq” cavabını verdi”. Göründüyü kimi bu epizodda gecə adlanan zaman kəsiminin öz çaları, önəmli bir 

funksiyası var. Bu funksiya qoruyuculuq funksiyasıdır. Gecənin rənginə görə insanlar təhlükəni və ya uğuru qabaqcadan 

müəyən edirlər. Real zamanın içində mistik-sakral zaman məfhumunun gizləndiyi də buradan meydana çıxır. Zaman 

məfhumunun özü mistifikasiya funksiyasını yerinə yetirir. Simvolika isə köməkçi xarakter daşıyır. 

“Sehrbazlar dərəsi” ronanında zamanın özəyini təşkil edən “zamansızlıq” ideyası  əsasən sehrbazların özləri ilə 

təkbətək qaldıqları “təkcənəlik zamanı”nda  əks olunur. Bu zaman kənardakılar üçün zaman həmişəki kimi axıb gedir. 

Sehrbaz üçün isə zaman zamansızlığa keçid edir. Sehrbaz “təkcənəlik zamanı”nda adını soyunur, sadəcə özü olur. Vird edir- 

bu isə sufilərin Yaradanı dönə-dönə zikr etməsi məqamı ilə paralellik təşkil edir. “Təkcənəlik zamanı” sanki fikirlərində 

qeyb olmuş insanın ekstaz halının ifadəçisi kimi çıxış edir. Bu zaman sehrbazlar ətraf aləmdən təcrid olunur, onların daxilən 

nələr küçirdiyini isə kimsə bilə bilməz. Aydın Talıbzadə romanda göstərilə “təkcənəlik vaxtı” ilə bağlı belə bir fikir bildirir: 

“Təkcənəlik vaxtında çəkilirsən xəlvətə, bir sən olursan, bir də yüyənsiz ruhun və ayrı heç nə. Dünya hər yerdən sovrulub 

yığılır içinə və sən zaman və məkandan çıxırsan”. 

Romanda əksər hallarda hadisələrin gecə vaxtı baş verməsi də bir işarədir. Gözəl Pərnisənin gecələr evdən çıxıb Cəllad 

Məmmədqulu ilə görüşməsi, Məmmədqulunun anasının oynaşını gecə vaxtı öldürməsi, Karvanbaşını ruh ilə gecə görüşməsi 

və s. əslində  qəhrəmanların qaranlığa doğru sürüklənən taleyindən xəbər verir. Rus etnoqrafı D.K.Zeleninin fikrincə,  

günorta və gecəyarısı sirli və kritik məqamlar hesab olunur. Əsərdə zamanın da zamansızlığa keçmə  məqamı bu sirlə və 

kritikliklə bağlıdır. “Elə  həmin gün axşam vaxtı  vəzir Məşdəli hüzurdan qayıdıb yaşadığı mülkə girəndə ürəyində  həm 

sevincə, həm də qorxuya bənzər birr hiss var idi. Şahın qəzəbindən canı qurtarmışdı-buna əlbəttə ki, şükür edirdi”. “O gecə 

mən Çərxi-fələyi tərk edəli ilk dəfə idi ki, gecə yatıb yuxu gördüm”.  “Axşamdan xeyli keçmiş  və gecə artıq düşmüşdü 

Karvanbaşı evinə dönən zaman Xacə İbrahim ağa ki qulağı çöldə səsdə idi, tez duyuq düşüb həyətə çıxdı”. Zaman sadəcə 

görünmədən axın etmir, axın etmək funksiyasından çıxaraq, həmçinin bir obraz kimi çıxış edir və əsərin süjetini idarə edir, 

onu lazımi yöndə istiqamətləndirir. Gecənin rəng çalarları qəhrəmanların taleyindən xəbər verir.  Nəzərə alsaq ki, qırmızı 

həm dı qan rəngidir, əsərin başlanğıcında, yol alan karvanın dincəldiyi gecənin “qıpqırmızı üfüq” adlandırılması karvanın 

sahibini bu yolun sonunda qanlı bir faciə gözlədiyinə işarədir ki, elə buna görə gecənin rəngi qırmızıya boyanmışdır. Və ya 

qeyd edilən hissələrdə hər hansı hadisədən əvvəl axşamın düşdüyü və zamanın gecəyə yaxınlaşdığı təsvir olunur. Bu artıq 

hadisələrin sonunun fəlakətlə bitəcəyi, gecə kimi sonsuzluğa sürüklənəcəyinin xəbərçisi kimi özünü göstərir. 

Göründüyü kimi  Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanında zamanın  poetikliyi geniş  şəkildə öz əksini 

tapmışdır. Əsərdə zamanın hansı prizmadan dəyərləndirilməsindən asılı olmayaraq, zaman kəsimi anlayışı mistifikasiyaya 

xidmət edir. Bu proses romanda ayrı-ayrı ritualların və magik hadisələrin köməyilə bir daha öz təsdiqini tapır. Zaman 

getdikcə zamansızlığın içində əriyir, obrazları bütün süjeti də öz daxilində əridir. 



 

 

MƏMMƏD ARAZIN LİRİKASINDA VƏTƏN  MÖVZUSU 

 

Səadət MƏHƏMMƏDOVA 

Bakı Slavyan Universiteti 



mehemmedova91@mail.ru

 

 

Azərbaycan altmışıncılarının poeziyasında Məmməd Arazın lirikası  əhəmiyyətli yer tutmuşdur. Bizim qənaətimizə 

görə, M.Araz müasir poeziyamızın  ən görkəmli  şəxsiyyətidir. Biz yaza bilərdi ki, “Ən görkəmli  şəxsiyyətlərdən biridir”. 

Çünki əgər şair şəxsiyyətdirsə, o, “şəxsiyyətlərdən biri” ola bilməz. Şair poeziyaya ötən əsrin 50-ci illərində gəlmişdir. Bu o 

vaxt idi ki, milli poezyamızda yeni mərhələ başlamaq üzrə idi. İlk çağlarda bu, hələ hiss olunmurdu. Bu vaxt şeirlərini hələ 

“M.Araz” imzası ilə yox, “Məmməd  İbrahimov” imzası ilə çap etdirirdi. İlk  şeiri 1952-ci ildə  “İnqilab və 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

291 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

mədəniyyət”(indiki “Azərbaycan”) jurnalının beşinci sayında dərc olunmuşdur. Bu şeirin adı “Yanın,işıqlarım” adlanmışdır. 

Şair poeziyasının başlanğıcı, mənbəyi nənə  və babalarımızın minillik qan yaddaşındadır. M.Arazın qəlbinə ilk poeziya 

qığılcımı da elə bu xalq nağıllarından, bu müdrik, səmimi nənə kitabından, dədə dastanlarından közərmişdir. Bütün sonrakı 

illərdə bu hiss, bu başlanğıc onun poeziyasını tərk etməmiş, bəlkə daha da qüvvətlənmiş, dərinləşmişdir, onun poetikasının 

əsas xüsusiyyətinə çevrilmişdir. M.Araz bütün yaradıcılığında torpağı  vəsf edən, onun özünün ilham mənbəyi adlandıran 

şairlərdən biri olmuşdur. Torpaq onun poetik misralarında gül-çiçəyə bürünmüş, gözəlləşmiş,  qayalar qanad açmış, 

Vətənimiz başdan-başa laləzara çevrilmişdir. Bu torpağı – onun dağlarını, düzlərini qarış – qarış  gəzən, yaylaqlarda 

çobanlarla bir alaçıqda yatan, bağ – bağça becərib bolluq yaradan insanların işi, həyatı ilə yaxından tanış olan istəkli 

şairimiz şeirlərinin əsas mövzusunu da gəzdiyi yerlərdən, gördüyü adamlardan almışdır. Artıq bir neçə il keçəndən sonra M. 

Arazın “Sevgi nəğməsi” (1959) adlı ilk kitabı, onun ardınca “Üç oğul anası”, “Araz axır”, “Anamdan yadigar nəğmələr”, 

“Ömür karvanı”, “İllərdən bəri” kimi şeir kitabları çapdan çıxmışdır. Bu kitabların hər birini oxuduqca hiss edirsən ki, onun 

arxasında insanları xeyirxahlığa, gözəl əməllərə, nəcib işlərə səsləyən, dünyanın qayğısını çəkən bir şair ürəyi döyünür. Bu 

ürək, bu ilham yalnız insanlara xidmət edir, poeziyanın gücü ilə onları daha da ülviləşdirir. Bir – birinin ardınca  ərsəyə 

gələn kitablar yalnız şairin yox, bütövlükdə yeni şeirin – 60-ci illər poeziyasının yolunu, məramnaməsini, mənəvi aləmini 

əks etdirmişdir. Elə ilk şeirlərindən etibarən M.Araz hər  şeydən  əvvəl lirik şair olmuşdur.  Şairin lirikasına bir ümman 

genişliyi, nəhayətsizliyi və coşqunluğu xasdır. Biz artıq bu lirikanın mövzu, fikir genişliyini qeyd etdik. Lakin burada bir 

mövzuya ayrıca toxunmaq istəyirdik. Bu, M.Araz lirikasında, bütövlükdə poeziyasında Vətən, daha konkret desək, 

Azərbaycan mövzusunun əsas, aparıcı olmasıdır. “Vətən mənə  oğul desə, nə  dərdim” – məşhur misrası da bu yaradıcııq 

həqiqətinin təsdiqi və ifadəsidir. Şair bir qayaya söykənib düşüncələrə dalır. Nələr keçir içindən?. İnsan və Vətən tarixi. Bu 

qayalar  adi daş deyil, bunlar insan yaddaşıdır, nəsilərin yaddaşıdır, şair Vətən daşlarında onun tarixini oxuyur, tarixin səsini 

eşidir. Belə düşüncələrdən isə M.Araz öz poetik həqiqətinə  gəlib çıxırdı, o həqiqətə ki, onun poetik fikri aşağıdakı 

misralardan ibarət idi: 

 

 



Vətən mənə oğul desə nə dərdim,  

  Mamır olub qayasında bitərdim. 

 

 

 



 

 

 



M.Araz lirikasının bu kimi tərəflərini – vətəndaşlıq təfəkkürünün bu lirikanın  əsas xüsusiyyəti olması ilə izah edə 

bilərik və etməliyik. Bununla yanaşı, M.Araz lirikasının həm də  fəlsəfi – poetik bir mahiyyət daşıdığını da deməliyk və 

bütövlükdə onu dəyərləndirərkən bu xüsusiyyətlərindən sərf – nəzər etməməliyik. Biz bu tipli şeirləri sırasında “Dünya 

sənin, dünya mənim”, “Əlvida, dağlar”, “Qoruyun dünyanı”, “Belə dünyanın nəyindən küsüm”, “Dünya düzəlmir” şeirlərini 

ayrıca fərqləndiririk. Bu şeirlərin hüsnü, poetik ləyaqəti nədədir?. Yəqin ki, ilk növbədə  fəlsəfi, müdrik baxışın 

şairanəliyində, sanki yenidən kəşf edilməsindədir.  

M. Araz həm də fikir, obraz şairi olmuşdur.  Şeirləri hər bir oxucunu dşündürmüş  və bu oxucu şairin  ədəbi 

qəhrəmanına oxşamağa çalışmışdır. Bu qəhrəman isə  vətəndaşlıq qeyrəti ilə, doğma Azərbaycan torpağına məhəbbətilə 

seçilən bir qəhrəmandır. Xalqımızın şanlı tarixi, bu tarixi şöhrətləndirən igidlərimiz M. Araz şeirində yaşayır, minlərlə gənc 

oxucunun sevimlisinə 

çevrilir. 

      


Vətənin dərdləri, ağrıları ilə baş – başa, nəfəs – nəfəsə yaşadı, onlara şeirlər , nəğmələr qoşdu.  İlk öncə, özünə  ən 

böyük dərd kimi ikiyə bölünmüş xalqın, torpağın ayrılıq, həsrət yanğısını sandı. “Vətən daşı olmayandan, olmaz ölkə 

vətəndaşı...”deyən şair Ana Vətən, onun daşına, torpağına diqqəti cəlb etmişdir. Ustad şairmiz xalqın görən gözü, düşünən 

beyni olmuşdur və qılıncdan kəsərli qələmi ilə Azərbaycan ədəbiyyatnda “Vətən poeziyasını”- həm güldürən, həm ağladan 

söz dünyasını  yaratmağı bacarmışdır, oxucularını da bu söz dünyasının əbədi qonaqlarına çevirmişdir.  

 

Bu gün gərək hər anımız   



 

 

 



 

 

 



 

 

 



Vətən! 

– 

desin 



.          

Qılıncımız, qalxanımız  

 

 

 



 

 

 



 

 

 



 

Vətən! 


– 

desin. 


        

Qoca millət, hər andımız, amalımız, 

 

 

 



 

 

 



 

 

 



Əgər 

varsa, 


        

 

Zərrə qədər imanımız 



 

 

 



 

 

 



 

 

 



             

 

İmanımız Vətən! – desin.   



Doğrudan da, istedadlı şairimiz bütün yaradıcılığı, sönməz ilhamı ilə vətənimizi tərənnüm etmişdir. 


Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin