II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
283
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
NİZAMİ GƏNCƏVİNİN “SİRLƏR XƏZİNƏSİ” ƏSƏRİNDƏ FOLKLORİZM
Nuridə BİLALOVA
Qafqaz Universiteti
nuride_90@mail.ru
Folklor yazılı ədəbiyyatın yaranması və inkişafı üçün əvəzsiz mənbələrdən biridir. Azərbaycan xalqının şifahi
ədəbiyyatı ilə yanaşı yazılı ədəbiyyatı da güclü və qədimdir. Qətran Təbrizi, Xətib Təbrizi, Əbül-Üla Gəncəvi, Nizami
Gəncəvi, Həsənoğlu və s. dahi şairlərin hamısı yazılı ədəbiyyatımızın X-XII əsr nümayəndələridir. Ancaq onu da qeyd
etmək lazımdır ki, belə dahi şairlər birdən-birə yetişə bilməzdilər. Onların yetişməsində zəngin şifahi xalq ədəbiyyatı
nümanələrinin də böyük rolu olmuşdur.
Dahi sənətkarlarımızdan biri olan Nizami Gəncəvi dünyaca məşhur əsərlərində folklordan geniş istifadə etmişdir. Bu
məsələ çərçivəsində “Sirlər xəzinəsi”nə nəzər salaq. Bu əsərdə xalq ədəbiyyatından alınmış süjet və motivlər çoxdur. Bu
hal şairin sənətkarlıq qüdrətinin böyüklüyünə işarədir. Çünki hər bir yaradıcı insan öz xalqının qədim ədəbiyyatını
dərindən bilməli və öz yaradıcılığından ondan məharətlə istifadə etməyi bacarmalıdır. Dahi şairimiz Nizami Gəncəvi də
belə qüdrətli sənətkarlardandır. Demək olar ki, onun əsərlərinin hər bir hissəsində xalq nəfəsini duymaq mümkündür.
Nizaminin vaxtı ilə xalqın dilindən alaraq əsərlərinə köçürdüyü zərbi-məsəllərin demək olar ki, əksəriyyəti heç bir
dəyişikliyə uğramadan indi də olduğu kimi işlənilməkdədir.
Halal zəhmət itməyib, əlləşmək deyil eyib,
Tanrı səndən hərəkət, məndən bərəkət deyib.
Və ya:
Fələk açsa başına nə pəstaha yaxşıdır,
Nadan dostdan ağıllı düşmən daha yaxşıdır.
Şair əsərin bir çox yerlərində atalar sözlərini, zərbi-məsəlləri öz sənətkarlığı ilə bəzəyərək ifadə etmişdir ki, bu
ifadələrlə tanış olan oxucu beyti oxuyarkən onların təsirini açıq-aydın görür.
Haqq söz halva da olsa, haqsız üçün acıdır,
Haqq-acı, fəqət hamı həqiqət möhtacıdır.
Bu misralar “düz söz acı olar” atalar sözünün daha gözəl ifadə olunmuş formasıdır.
Hansı vəfa əhli ki, yetmiş əhdə, murada,
Yalnız cəfa çəkməklə qalxa bilmiş o qata.
Bu beytdə isə “cəfa çəkmədən səfa olmaz” ifadəsinin təsirini aydın görürük.
"Pişik öz balasını çox istədiyindən yeyər" zərbi-məsəli hamının tanış olduğu məsəldir. Nizami bu məsəli belə şərh
edir:
Bir-birinə isnişib həyan olar pişiklər,
Balasını istəkdən yeyən olar pişiklər.
Nizami yaradıcılığı Azərbaycan folkloru ilə folklor da öz növbəsində Nizami irsi ilə elə qaynayıb qarışmışdır ki,
çox hallarda bunları bir-birindən ayırmaq, təcrid etmək, kimin kimdən faydalandığını müəyyənləşdirmək mümkün
deyildir.
Əsəri oxuyarkan elə ifadələrə, xüsusi adlara rast gəlirik ki, onların mahiyyətini anlamaq üçün təkcə türk xalqlarının
şifahi yaradıcılıq nümunələrini dərindən bilmək kifayət etmir. Bu, dahi sənətkarın təkcə türk xalqlarının folklor
nümunələrini deyil, həmçinin qədim yunan, hind, çin, iran və s. xalqların folklor nümunələrinə yaxından bələd olduğunu
göstərir.
Çocuğunu simürğə bəxş edən Sam gənc ikən
Çocuğunun saçları ağappaqdır bəs nədən?
“Dünya hadisələrinə dair” üçüncü söhbətdə keçən bu beytdə Nizami Gəncəvi İran pəhləvanı Rüstəmin babası Sam
haqqında olan bir əfsanəni qələmə almışdır. Rəvayətə görə, Samın oğlu Zal anadan olanda saçı ağappaq imiş və atası bunu
bədbəxtlik əlaməti hesab edərək uşağı bir dağ döşünə atdırmışdı. Guya əfsanəvi Simurğ quşu onu götürüb Qaf dağına
aparmış və öz yuvasında bəsləmişdir.
Sənətkar əsərdə əfsanə və ravəyətlərlə yanaşı div, əjdaha kimi qədim mifik surətlərdən də istifadə etmişdir.
Əsatiri obraz kimi div müxtəlif şəkildə təsvir olunur. Div adı “kin-qəzəb divi”, “sərxoşluq divi”, “həsəd divi” və s. kimi
mənfi sifətləri özlərində əks etdirir.
Nizami də “div” dedikdə, məhz bu mənfi xüsusiyyətləri nəzərdə tutmuşdur.
Divəlinə keçməmiş yaxa, sinə cahanda,
Sığın könül mülkünə, məsləkinə cahanda.
Şair həmçinin mənfi obraz kimi bir neçə yerdə əjdaha mifik surətindən də istifadə etmişdir.
Əjdahatəkvermədi bircə qurtum su səhər;
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
284
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Əjdahanınağzından həyat tapmaq olarmı?
İlan qoca vaxtında əjdahayadönəndir.
Dahi sənətkarımız əsərdə çoxlu sayda dini əsatir və rəvayətlərə də yer vermişdir.
Paltarını boyadı fələyin lil gölündə,
Hindistanda yas tutdu, gözu yaşlıydı gündə;
Fələyin lilini ki, yudu harda göz yaşı,
Kəndalaşlar bitirdi dərhal orda göz yaşı.
Dini əsatirə görə, Adəm peyğəmbər Cənnətdən çıxarıldıqdan sonra Hindistanda qırx il göy paltar geyib tövbə edərək
o qədər göz yaşı tökür ki, nəhayət, fələyin fəlakəti ondan uzaqlaşır və onun ayaqları altında göy otlar bitir. Adəm
Cənnətdə olarkən oranın xəzinədarı güllərin, meyvə ağaclarının və başqa bitkilərin toxumunu ona vermişdi, o isə Yer
üzünə gələndən sonra o toxumların hamısını çöllərə səpir.
Ensiklopedik zəka sahibi, ulu mütəfəkkir Nizami Gəncəvinin sənət dünyasının hüdudları o qədər sonsuzdur ki, neçə
yüz illər, min illər bundan belə elmi axtarışlar-araşdırmalar tələb edəcək.
MİRZƏ FƏTƏLİ AXUNDOV KOMEDİYALARININ
AZƏRBAYCAN ƏDƏBİYYATINDA ROLU
Nurlanə MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
orucalimemmedli@gmail.com
Böyük ənənələrlə zəngin olan Azərbaycan mədəniyyətinin inkişafı tarixində əvəzsiz xidmətləri olan görkəmli
şəxsiyyətlər sırasında Mirzə Fətəli Axundovun özünəməxsus orijinal bir yeri vardır. Azərbaycan mədəniyyətinin bütöv bir
dövrü onun adı və zəngin yaradıcılığı ilə bağlıdır. O, Azərbaycanda dramaturgiyanın, yeni realist nəsrin banisi, realist ədəbi
tənqidin ilk görkəmli nümayəndəsidir. Görkəmli ədib yazdığı altı pyeslə Azərbaycan ədəbiyyatında yeni bir ədəbi növün
əsasını qoymuş, milli dramaturgiyanın banisi kimi şöhrətlənmişdir.
Onun komediyalarının Azərbaycan mədəniyyətində oynadığı rolu aşağıdakı müddəalarla səciyyələndirmək olar:
1. M.F.Axundovun komediyaları milli teatrımızın əsasını qoydu. Müəllifin teatr əsərləri yazmaqda əsas məqsədi xalqın
gözünü açmaq, ona yaxşını və pisi başa salmaq idi. Çünki teatr xalq kütlələrini hərəkətə gətirməkdə böyük tərbiyəvi gücə
malikdir.
2. Öz dramaturji yaradıcılığında xəlqilik və realizm prinsiplərinə əsaslanan Axundov komediyalarında xalq həyatını
kamil bir şəkildə əks etdirmişdir. O, bəylərin müftəxorluğunu, ruhanilərin riyakarlığını, tacirlərin tamahkarlığını, çar
məmurlarının rüşvətxorluğunu qamçılayır, xalqı elmə və maarifə səsləyirdi. Bununla da görkəmli ədib Azərbaycan
ədəbiyyatında realist dramaturgiyanın əsasını qoyur.
3. Axundov öz komediyalarını canlı xalq dili əsasında yazmışdı. O, bununla da ədəbiyyatı xalqa yaxınlaşdırmağı
bacarmışdı. Komediyalarda istifadə olunmuş xalq dilinə məxsus söz və ifadələrin böyük bir hissəsini yazılı ədəbiyyata ilk
dəfə Axundov gətirmişdi.
4. M.F.Axundova qədər maarifçilər Şərq kontekstindən və formalarından ayrıla bilmir və yalnız Axundovun
yaradıcılığı ilə bədii düşüncə Qərb kontekstinə daxil olur. O belə hesab edirdi ki, Şərqin orta çağ qaranlığından qurtuluş
yolu özündə deyil, Qərbdədir. Məhz onun səyi nəticəsində qəzəl epiqonçuluğu, mərsiyə ədəbiyyatı öz əvvəlki nüfuzunu
itirmişdi.
5. Şərqdə ilk dəfə qadın surətinin real şəkildə səhnəyə gətirilməsi Axundova məxsusdur. Klassik ədəbiyyatda qadın
surəti romantik üslubda təsvir edilir, ilahi gözəl səviyyəsinə qaldırılırdı. Axundov isə qadın obrazlarını realist planda
komediyasına gətirmişdi. “Hekayəti-molla İbrahimxəlil kimyagər” komediyasından başqa qalan beş pyesindəki müxtəlif
qadın obrazları özünəməxsus bir üslubda təsvir edilmişdir. O, Şərq qadınını bütün müsbət və mənfi cəhətləri ilə təsvir
etmişdir. “Hekayəti-xırs quldurbasan” əsərində qadın obrazı müti, aciz, öz taleyinə boyun əyirsə, “Mürafiə vəkillərinin
hekayəti”ndə qadın obrazı öz hüquqları uğrunda mübarizə aparır.
6. Axundov Azərbaycan ədəbiyyatına gülüş mədəniyyəti gətirdi. Komediyada gülüş əsas götürülür, lakin bu gülüş
ancaq əyləncə üçün olmayıb, ictimai-əxlaqi məna daşıyır. Komediyada gülüş vasitəsilə tamaşaçı, oxucu ictimai həyatdakı
eybəcərliklərə, insan xasiyyəti və rəftarındakı nöqsanlara gülür və əxlaqi nəticə çıxarır. Deməli, Axundovun komediyaya
müraciət etməsi milli zərurətdən doğmuşdur. O, müxtəlif üsullardan istifadə edərək gülüş yarada bilmişdir. Bir tərəfdən
komediyadakı surətlərin dilindən verilən sözlər vasitəsilə, digər tərəfdən obrazların şəxsi bacarığı ilə danışığı, hərəkəti
arasında ziddiyyətin qarşılaşması yolu ilə insan xarakterində olan nöqsanları açıb göstərə bilmişdi. O, müəyyən bir mətləbi
həyata keçirmək məqsədilə ağlasığmaz tədbirin görülməsi yolu ilə gülüş yaradır. “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
komediyasında qadın obrazları Teymur ağanı gizlətmək üçün vəzirin başına oyun açırlar. Onlar vəziri aldadırlar ki, başın
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
285
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
həcmində səməni əksələr, onun oğlu olacaq. Bunun üçün isə qabla onun başını ölçmək lazımdır. Qabı vəzirin başına
keçirirlər və bu arada Teymur ağa otaqdan qaçır. Onun komediyalarının final hissəsi də öz orijinallığı ilə diqqəti cəlb edir.
Ədibin iki komediyasının sonunda çar məmurları ədaləti bərpa edir. Tədqiqatçıların fikrincə, bu sonluq onun çar
məmurlarından, senzuradan qorunmaq istəməsi ilə bağlıdır. Məncə, Axundov belə bir finalı satirik gülüş üçün seçmişdi.
Çünki XIX əsr çar məmurlarını belə ədalətli təsvir etmək həmin dövr üçün qeyri-realdır. Dahi şəxsiyyət olan Axundov isə
realist prinsiplərə əsaslanırdı və belə bir final yalnız onun satirik tənqidi ola bilərdi. Onun dramaturgiyasında gülüşün gücü
həyatilikdə, surətlərin həyatın özündən doğmasındadır.
7. Axundovun komediyaları sonrakı nəslə güclü təsir etmişdir. Onun “Hekayəti-molla İbrahimxəlil kimyagər”
komediyasının təsiri C.Məmmədquluzadənin “Ölülər” əsərində hiss olunmaqdadır. “Sərgüzəşti-mərdi-xəsis” komediyasının
izlərini Ə.Haqverdiyevin “Hacı Daşdəmir” adlı pyesində, S.S.Axundovun “Tamahkar” əsərində görürük. “Hekayəti-müsyo
Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur” komediyasının motivlərinə N.Vəzirovun “Daldan atılan daş
topuğa dəyər”, Haşımbəy Vəzirovun “Evlənmək su içmək deyil” komediyasında rast gəlinir. “Hekayəti-xırs quldurbasan”
və “Sərgüzəşti-mərdi-xəsis” əsərinin izlərini Cəfər Cabbarlının “Vəfalı Səriyyə” əsərində görmək mümkündür. Hər üç
pyesin sonunda çar hökumət orqanlarının işə qarışması ilə ədalət qələbə çalır. “Hekayəti-xırs quldurbasan” əsərində qadın
hüquqsuzluğu, qızları sevmədiyi adama zor ilə ərə vermək kimi eybəcər adətlər kəskin surətdə pislənir ki, həmin motivə
“Vəfalı Səriyyə” əsərində rast gəlmək olar.
Azərbaycan ədəbiyyatının yaranması və çiçəklənməsində M.F.Axundovun komediyalarının böyük əhəmiyyəti
olmuşdur. Onun komediyaları sadə xalq həyatını təsvir etməklə yanaşı, milli mənlik şüurunun inkişafında mühüm rol
oynayır.
QARA ZÜLF VƏ HAFİZ POEZİYASINDA ONUN MİSTİK İFADƏSİ
Məhəmməd PAKZAD
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
Ürfanda zülf simvolu
Ürfan və təsəvvüfə aid mənbələrdə zülf ümumiyyətlə Haqqın varlğının gizlində olması, Allahın əzəmət və qəzəb
sifətinin aşkar olması, gözəlliyin aşkar olması, Haqqın varlığının aşkara çıxmasının mümkünlük dərəcəsi, müxtəlifliyi və
rəngarəngliyi, salikin sülukunda ilahi sirlərin açılmasının çətinlikləri, Haqqın çöhrəsindəki pərdə, Cənab Allahın formalar
silsiləsi və süluk təriqətini simvolizə edir. Qeyd olunan məzmunların hamısının izahı məqalə çərçivəsindən daha geniş
araşdırma tələb etdiyi üçün onların yalnız bəziləri ilə kifayətlənəcəyik:
“Zülf əzəmətin cismani formalarda təzahürünə işarədir. Bəziləri zülfü vəhdət üzrinə pərdə çəkdiyi üçün çoxluq və
müxtəlifliyə bənzətmişlər. Əgər çoxluq pərdəsini ortadan qaldırsalar, vəhdət olduğu müşahidə edilər.”.
İmam Məhəmməd Qəzali yazır: “Zülf deyilərkən küfr zülməti, üzün nuru deyilərkən iman nuru nəzərdə tutula bilər.
Zülflə Cənab Allahın forma silsilələri dərk edilə bilər... Zülf deyilərkən ağıl və idrak vasitəsilə Allah və ya onun
qəribəliklərindən tükün ucu qədər məlumat almaq istəyən şəxsin Cənab Allahın formalar silsiləsi ilə bağlı dərki qəsd edilə
bilər. Əgər zülfə bir düyün düşərsə, bütün saylar yanlış nəticə verər, ağıllar dəhşətə gələr.”.
“Mümkün varlıqların çoxluq və müxtəlifliyi Allahın simasının çoxluq örtüyündə gizliliyi prinsipinə əsasən zülfə
oxşadılmışdır. Zülfün uzunluğu mövcudatın, çoxluqların və müxtəlifliklərin məhdud olmadığına işarədir. Zülf və çoxluqlar
həqiqətən vahid olanın üzündəki örtük və pərdəni ifadə edir.”.
Göründüyü kimi, mistik və ürfani şeirlərdə saç telləri mümkün varlıqların çoxluğunu simvolizə edir. Məşuqun parlaq
və nurlu üzü tək olduğu üçün vəhdəti simvolizə edir.
Ürfanda qara işıq simvolu
Ürfanda ən sirli rəngin qara rəng olması heç bir şübhə doğurmur. Bəzən onu İblisin üzündə olan Allah nuru da hesab
etmişlər: “Bu şahidin zülfü, gözü və qaşı bilirsən hansıdır? Əfsüf, məgər ərşdə sənə qara nur təqdim eidlməyib? O, İblisin
nurudur ki, bu şahidin zülfünü onunla ifadə edirlər, ilahi nurla müqayisədə zülmətdir, yoxsa ki, nur olardı” (Təmhidat,
səh.119). Onlar həmişə dünya işlərindən üz çevirərlər, nəfsani istəklərinə qarşı mübarizə apararlar. Buna görə də öz
hallarına münasib rəng seçmələri lazımdır. Bu üzdən də özlərinə qara və göy rəngli paltar seçmişlər. Qara bəzən “küfr, şirk
və şəkk”i, bəzən də “zülmət və günahı” simvolizə edir.
Zülfə aid xüsusiyyətlərin mistik məzmunları
Zülf malik olduğu xüsusiyyətlərə görə hər zaman müxtəlif ürfani ifadələrlə müşayitə olunur: “xoş ətir-vüsala çatmaq
şövqü; saç tellərinin çoxluğu-ilahi yönləndiricilərin çox olmasının əlaməti; saç tellərinin incəliyi-seyrü-süluk yollatının
çətinliyi və incəliyi; saçın buğusu-süluk yolunun hamar olmaması; zülfün qaralığı-süluk yolunun qaranlığı, günah və azmaq;
zülfün uzunluğu-süluk yolunun sonsuz olması; zülf əyrisinin halqaları-təriqət mənzilləri; saçın dağınıqlığı, pərişan zülf-
aşiqin şövqü, istəyi və qərarsızlığı; yanağın ətrafındakı zülf-ilahi camalın kəbəsinin ətrafındakı çoxluq; zülfün yanağa yaxın
olması-çoxluğun əhədiyyət zatına yaxın olması; saçın yığılması-çoxluğun azalması və çoxluqdan xilas...”
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
286
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Hafizin şeirlərində saç, tük, tel, hörük yarı vəsf etmək üçün daha çox və gözəl söz birləşmələri birlikdə işlənmişdir. Bu
söz birləşmələri qara rəngi ifadə edən sözlərlə birlikdə işlədilmişdir. Nümunə üçün onlara nəzər salaq: “gecə rəngində
hörük, zülfün istisi, zülfün şamı, zülfün pərdəsi, sünbülün zülfü, zülfün qarası, zülfün küfrü, hindu zülfü...”
Hörük və qara rəngin ürfani mənalarının tədqiqi
Zülfün qaralığı və seyrü-sülukun qaranlığı
Şair yarının zülfünün qaralığı və gözəlliyini daha mabaliğəli şəkildə ifadə etmək üçün bəzən bir neçə sözü çox böyük
ustalıqla yanaşı işlədir. Aşağıdakı beytdə yarın zlfünün gecəyə bənzədilməsi üçün səvad (qara) sözündən istifadə edilmiş və
bu söz zülf, siyah, zülmət və gecə qaranlığı ifadələri ilə bir yerdə işlədlmişdir. Qara rəngin təkrar-təkrara işlədilməsi salikin
yolunun qaranlıq olmasına işarədir. Salik nəfsinə qalib gəlib qaranlı pərdəsinin kəanara çəkməli və İlahi zatın üzünün
nuruna qovuşmalıdır:
Sənin üzünün bəyazlığı gündüzün üzü kimi parlaqdır. Sənin zülfünün qaralığı qaranlıq zülmətdir.
Qara zülf: rahatsızlıq və bəla mənasında
Zülfün qaralığı salikin düçar olduğu bəlalar və çoxluq mənasını ifadə edir. Salik hər zaman öz vəziyyətindən
şikayətlənir. Çünki yarı onun bütün rahatlığını əlindən almışdır. Mənzil başına aparan yol isə çox uzaqdır. Vüsala qovuşmaq
üçün bütün çətinliklərə dözmək lazımdır:
Qara zülfündən elə şikayətim var ki, soruşma ki, onun əlindən elə rahatsızlamışam ki, soruşma.
Zülfün əyrisi ilahi sirlərin çətinliklərini simvolizə edir
Zülfün əyrisi ilahi sirlərin çətinliklərini ifadə edir. Səfər zamanı bu çətinliklərə qarşılaşan salik onları çox çətinliklə dəf
edir:
Sənin zülfünün əyrisindəki qara xal bilirsən nədir? Cim halqasın düşmüş bir qara nöqtədir.
Zülfün qaralığı və gözəlliyi
Qara saç sözü ürək oxşayan buruq və qıvrım ifadələri ilə birlikdə, xüsusilə üzün ağlığı və parlaqlığı qarşısında
işləndiyi zaman aldadıcı dünyanın gözəlliyini ifadə edir:
Sənin qara zülfün yanağının cənnət gülşənindədir. Sanki tovuz quşu naz-nemət bağına düşüb.
Zülfün küfrü
Zülf küfr, pərdə, örtük, formalar, şübhə və insanı öz halından ayrı salan hər bir vasitəni simvolizə edir. Zülf üzə
düşdüyü zaman onu gizlədir. Bu səbəbdən ona kafr deyilir. Kafirin mənası örtən deməkdir, zülf də haq camalı üçün bir
pərdədir. Kafir haqqı gizlətdiyi kimi, zülf də Allah zatını simvolizə edən surəti gizlədir:
Zülfünün küfrü din yolunu kəsirdi və daşürəkli onun arxasınca üzü ilə bir məşəl yandırmışdı.
Zülf zatın gizliliyi mənasında
Haqqın zatı və onun mütləq kimiliyini dərk etmək heç kəs müyəssər deyil. Belə ki, Allah-Taala Özü haqqında belə
buyurmuşdur: “Onu heç bir elm əhatə edə bilməz” Haqqın kimliyinin gizliliyi Haqqın zatına işarədir. Təxəyyül onun
səmasında qanad salır, zatına yol tapa bilmir.
Hörüklər üzün qarşısını aldıqda onun gizliliyi ifadə etdiyi nəzərdə tutulur. Bu münasibət Allahın zatının əsla görünə
bilməyəcəyinə işarədir:
Dünən səba küləyinə zülfündən şikayət etdim. Dedi, səhvə yol vermisən bu qara fikrindən daşın.
MƏHƏMMƏD FÜZULİ YARADICILIĞINDA EŞQ, HÜSN VƏ KƏDƏR
Pərixanım HÜSEYNOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
perixanim.huseynova@mail.ru
Klassik poeziyada üç ünsür əql, iradə, eşq həmişə ədavətli olub. Əqlin, iradənin, eşqin qarşı durmasına, daha çox
aşiqanə mövzuda yazılan qəzəllərdə rast gəlinir. Füzuli də özündən əvvəlki klassiklərin yolu ilə getmiş, əqli, iradəni, eşqi
üz-üzə qoymuş üstünlüyü eşqə vermişdir. Nümunə üçün “Əql yar olsaydı” qəzəlinə nəzər salaq.
Əql yar olsaydı, tərki-eşqi- yar etməzmidim?
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?
Elmi ədəbiyyatdan məlumdur ki, aşiqanə mövzuda yazılan qəzəllərdə iki və ya üç obraz iştirak edir. Aşiq, məşuqə və
əgyar. “Əql yar olsaydı” qəzəlində bu obrazların üçü də iştirak edir. Qəzəl şikayət formasında yazılıb. Düşdüyü eşqin
burulğanında çırpınan aşiq məşuqəsinə halından, əqlinin ona qulaq asmamasından şikayət edir. Əqli aşiqə həmdəm olmur,
məşuqəsinə olan sevgisi, hissləri, duyğuları onu üstələyir. Sevdası iradəsini əsir edir. Əgər bu yolda əqli ilə iradəsi birləşib
ona dost, həmdəm olsaydı, aşiq eşqindən üz döndərər, rahat ömür sürərdi.
Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl,
Kim, olam bu dərdə artıqraq giriftar, ey həkim!...
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
287
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Aşiq xəstə yatağında ona uğrayan lakin mərəzini tapmaqda aciz qalan təbibə dərdini anladıb xalqdan onu gizli
saxlamağı xahiş edir. Təbibdən mərəzini sağaldacaq dərman yox, onu düşdüyü bəlanın betərinə giriftar edən tədbirdə
bulunmağını istəyir.
Vaizin küfrün mənim rüsvaylığımdan qıl qıyas,
Onda sidq olsaydı, mən təqva şüar etməzmidim?
Dindarın dinsizliyi ilə mənim rüsvayçılığımı müqayisə etsən əgər onda sidq bağlılığı olsaydı mən də dinə qadağan
olunan bu nişandan əl çəkərdim. Əgər onun tutduğu yolda aşiqliyi, əqidəsinə bağlılığı həqiqət olsaydı gerçəyi görərdi.
Mənim aşiqliyimi rüsvayçılıq bilməzdi. Nə qədər ki, o bu yoldadı məni anlamayacaq, məni rüsvay biləcək. Mən də bu
“nişandan” əl çəkməyəcəm.
Orta əsrdə insanın-insana bağlılığı sevgisi, məhəbbəti şəriətə zidd hesab edilirdi. Füzuli bu “nişandan əl çəkərdim”
deməklə ona işarə etmişdi. Özünü “Quran ayəsi” kimi təmiz göstərib insani duyğuları şəriətə zidd hesab edən bundan öz
manafeləri üçün yararlanan əslində dinsiz, imansız din nümayəndələrini ifşa edir. Şair çox gözəl bilirdi ki, “Qurani-
Kərim”də, şəriətdə insanın, insana olan sevgisi, bağlılığı yasaq deyildir. Əksinə Allah insanları bir-birini sevməyə dost
olmağa çağırıdı. Din nümayəndələri insanın-insana olan sevgisini şəriətə zidd hesab etməklə özlərini ifşa edir, ariflər,
aqillər içərisində rüsvay olurdular.
Getdikcə hüsnün eylə ziyadə nigarımın,
Gəldikcə dərdinə betər et mübtəla məni!
Aşiq tanrıdan nigarının parlaqlığını daha da artırmasını və onun gözəlliyinin üstünə nə qədər gözəllik bəxş edəcəksə,
bir o qədər çəkdiyi eşq bəlasının ağırlıqlarından betərini ona nəsib etməsini diləyir.
Füzuli qəzəllərinin əsas motivi hüsn və eşqdir. Hüsn nə qədər parlaq nə qədər cazibədardısa bir o qədər və ondanda
artıq eşqin ağırlıqları olur. Bu hüsn-camal qarşısında aşiq fələkləri, dağları, daşları yandıran ahlar çəkir, qəlbinin atəşi,
ürəyinin yanğısı selə, çoşqun çaya dönüb gözlərindən yağış kimi axır.
Sənsiz gecələr ahü fəğanım məh eşitdi,
Ey məh, sənə həm yetdi ola ahü fəğanım?
Füzulinin qəhrəmanı onu cəlb edən məşuqənin hüsnü-camalı və onun vücudunun hər hansı bir xüsusatı gözəlliyinin aşiqidir
və çəkdiyi ağırlıqlar onun müqabilindədir.
Hicran ilə yanar gecələr rişteyi-canım,
Rövşən ola, ey şəm, sənə suzi-nihanım
Aşiq yalvarır: “Mən qandanü mülaziməti- etibarü-cah, Qıl qabili- səadəti fəqrü fəna-məni! Öylə zəif qıl tənimi
firqətində kim Vəslinə mümkün ola yetirmək səba məni!” Yarın vəslinə yetmək səadətini ruhların qovuşduğu məkanı mən
yazığa rəva bil. Bədənimi eylə zəif qıl ki, mehin ona yetirməyə gücü çatsın.
Naxvət qılıb nəsib Füzuli kimi mənə,
Ya rəbb, müğəyyəd eyləmə mütləq mana məni
Füzuli kimi mənə qürur nəsib et ki, yarın vəslinə yetdikdən sonra çəkdiyim eşq bəlalarını məndən alma.
Məhəmməd Füzuli elə bir sənətkardır ki, onun yaradıcılığı zaman-zaman araşdırılmış və bu gün də onun ədəbi irsi
öyrənilməkdə davam etməkdədir. Əsrlər bir-birini əvəz edəcək, lakin Füzulinin ədəbi irsinin öyrənilməsi bitməyəcək. Füzuli
ədəbi -bədii yaradıcılığı ilə bütün zamanlara öz möhrünü vurub. Onu da qeyd edək ki, şair nəzəri görüşləri ilə bağlı xüsusi
əsər yazmasa da yaratdığı əsərlər nəzəri baxışlarının təcəssümüdür.
Dostları ilə paylaş: |