Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


AZƏRBAYCAN FOLKLORUNDA KEÇƏL OBRAZI



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə60/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   56   57   58   59   60   61   62   63   ...   144

AZƏRBAYCAN FOLKLORUNDA KEÇƏL OBRAZI 

 

Mətanət MUSTAFAYEVA  

Azərbaycan Müəllimlər İnstitutu, Şəki filialı 



reshad_mustafa@mail.ru

 

 

Xalq  ədəbiyyatı nümunələrinin bədii obrazlı dili əsasən bir –birinə  bənzəməklə yanaşı, bəzən müxtəlif janrda olan 



nümunələrin bəzi motivlərində, hətta obrazlarda eynilik, paralellik müşahidə olunur.  

Dastan,  nağıl, qaravəlli və sair 

kimi janrlarda ortaq obraz kimi biz keçəli görə bilərik. Keçəl obrazı qaravəllilərin əsas obrazlarından biridir. Nəzərə alsaq 

ki, qaravəllilər üçün səciyyəvi cəhətlər bu janrda olan nümunələrin ictimai nöqsanları satirik, yumoristik dillə  tənqid 

edilməri və yekunda gözlənilməz nəticə ilə bitməsidir, o zaman kasıb, “cındırından cin hürkən” keçəllərin bu nümunələrə 

niyə əsas qəhrəman olduğu aydınlaşır.  

Keçəl kasıbları  təmsil edir, ac yatır, bir loğma quru çörəyə sevinir, geyimi çox fağırıdır, bəzən “qotur basmış” 

vəziyyətdə olur, ancaq iştirak etdiyi xalq ədəbiyyatı nümunələrinin süjeti irəlilədikcə onun sadə  təbiəti, çox bilmişliyi, 

inadkarlığı, fərasəti, hətta hiyləgərliyi belə ortaya çıxır. Çox vaxt keçəllər tərs, dediyindən dönməyən kimi göstərilir ki, bu 

da  bəzən hadisələrin gedişini əvvəldən görə bilməsi, bəzən bu, gedişatı öz xeyrinə dəyişə bilməsi ilə əlaqədar olur. Keçəl 

hazırcavabdır, hər vəziyyətdən çıxa bilir, çətin anlarda ağıllı mübarizə üsulu seçə bilir, heç vaxt razı olmaz ki, onun haqqı 

tapdalansın, ona çatacaq olan mal-dövlət başqasına qismət olsun. Bütün bu mübarizliyinə görə xalq öz keçəlini sevir, onu öz 

təffəkkür məhsulunun qəhrəmanı edir.  

“İsfahan keçəli”, “Cənnət satan molla”, “Keçəllə qazı”, “Keçəl, molla və ögey ana”, “Keçəl, darğa və axund”, “ Bala 

öküz ala öküzün nəyidi?”, “ Keçəl”, “Üçgül keçəl”,  “Tacirbaşı ilə keçəl”, “Keçəlin fəndi”, “Keçəllə dəyirmançı”, “Keçəlin 

nağılı” və sair kimi qaravəllilərin əsas mərkəzi obrazı keçəldir. Nəticə etibarı ilə hər birində keçəl qalib gəlir, məsədinə nail 

ola bilir.  

“Tacirbaşı ilə keçəl” qaravəllisində hadisələr zalım, acgöz kimi göstərilən tacir ilə keçəlin arasında cərəyan edir. 

Keçəlin atası iki gün tacirə işləsə də, tacir onu iki loğma quru çörəklə aldadır, əməyinin qarşılığını vermir. Bundan hiddət-

lənən keçəl tacirin oğlunun başını elə həmin çörəklə yarır. Ancaq keçəlin fəndi və fərasəti onu xilas edir, tacir kilimin ar-

asında döyülüb can verir. Sonda keçəl tacirin qızılları ilə başqa şəhərdə firavan həyat sürür.  


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

269 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Eyni süjeti xəttinə nağıllarımızda da rast gəlmək olur. Keçəl özü yaxud qohumları haqsızlığa uğrayır. O, qəzəblənərək 

intiqam almaq qərarına gəlir, nəticə isə demək olar ki, dəyişməz qalır:  şər qüvvələrə mübarizədə keçəl qalib gəlir, 

məqsədinə çatır. “Kəl Həsənin nağılı”, “Nardan qızın nağılı”, “Ceyranın nağılı”, “Keçəl Məhəmməd”, “Keçəlin divanı”, 

“Noxudu keçəl”, “Bulud”, “Toyuq bir qılçlıdı”, “ Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi”, “Daş üzük”, “Şükufə 

xanım”, “Göyçək Fatma”, “ Sehrli üzük”, “ Qızıl qoç”, “ Moltanı padşahı”, “Keçəl” kimi nağıllarımızda bu və ya digər 

formada (baş qəhrəman, yardımçı obraz, keçəl obrazına girmiş qəhrəman və sair) keçəllərə rast gəlinir.  

 “Daş üzük” nağılında əvvəlcə o, yoxsul bir oğlandır, “bir həsir, bir məmmədnəsirdir”, lakin süjet irəlilədikcə, onun 

insaflı olması (gündəlik azuqəsinin haqqını verib pişik, göyərçin alır, özü ac qalsa belə onları doyurur, qayğı göstərir), səbrli 

olması, dözümlə hərəkət etməsi və nəticədə etdiyi yaxşılıqların mükafatını alması keçəlin müsbət cəhətlərlə təqdim təqdim 

olunmasının məntiqi səbəbidir.  

Lakin bəzi nağıllarımızda yalançı keçəllərə - keçəl obrazına girmiş  qəhrəmanlara rast gəlmək mümkündür. 

Qəhrəmanın keçəl cildinə girməsi onu özünü düşmənlərdən qorumaq, tanınmamaq,  ətrafdan gizlənmək niyyəti ilə həyata 

keçirilir. “Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi”, “Şükufə xanım” kimi nağıllar buna misal ola bilər. Adını 

çəkdiyimiz birinci nağılda nağılın kişi-oğlan qəhrəmanı keçəl cildinə girirsə, ikinci nağılda  Şükufə xanım atasından 

gizlənmək üçün bir çobanın köməyi ilə keçəl oğlan libası geyir və çobanlıq edir. Nağıllarımızda keçəllər daha çox oğlan 

kimi təzahür etsə belə az sayda nağıllarımızda keçəl qızlar da var. Məsələn, “Göyçək Fatimə” nağılında Fatimənin ögey 

bacısı keçəl bir qızdır. Həqiqi  keçəl oğlanlar zəkalı, xoşxasiyyət olsalar da, keçəl Fatimə obrazı  bədxasiyyət, eqoist 

xarakterdə  təqdim olunur. Bu, xalq təfəkkürünün gözəllik anlayışı ilə bağlı bir məsələdir. Nağıllarımızda təqdim olunan 

ağıllı, zəkalı, həyalı qadın- qız obrazları əksərən, zahirən gözəl, füsunkar şəkildə təqdim olunur. Xalq öz gözəlini hər tərəfli 

mükəmməl görmək  niyyətindədir, onu belə arzulayır, belə də qələmə verir.  

Xalq dramlarının, məzhəkələrinin  ən komik obrazlarından biri yenə keçəldir. Bu tip məzhəkə  və dramların 

əksəriyyətinin (“Keçəl” məzhəkəsinin) qaravəlli variantı da mövcuddur, bunların bir çoxunda məzmun, ideya, süjet xətti 

əksərən eyni, təqdim olunan keçəllərsə oxşardır. 

Hüseyqulu Sarabskinin “Köhnə Bakı” əsərində Novruz adətlərindən bəhs olunarkən, yazla qışın mübarizəsi Kosa və 

Keçəlin timsalında təqdim olunur. Bəzi mənbələrdə Novruz bayramında Keçəl olbrazının yox, keçinin iştirak etdiyi 

göstərilir.  

Folklorumuzun daha iri həcmli nümunələrində -dastanlarda da keçəl obrazına rast gəlinir. “Kitabi –Dədə Qorqud” 

dastanında Beyrək Oğuz elinə qayıdarkən keçəl obrazına girir. “Koroğlu” dastanında da “Həmzənin Qıratı aparması” 

qolunda Keçəl Həmzə obrazı Koroğlunu hiyləylə aldadır, Qıratı aparır. Burada keçəl yalançı, öz xeyri üçün, bəylik və paşa 

qızı almaq üçün heç nədən çəkinməyən, layiq olmadığı mərtəbəyə can atan, kələkbaz bir obrazdır 

 

 



 

“ƏKİNÇİ”  QƏZETİNİN MÜXBİR PALİTRASI 

 

Mətanət MUSTAFAYEVA 

Azərbaycan Müəllimlər İnstitutu, Şəki filialı 



reshad_mustafa@mail.ru

 

 

Azərbaycan dövrü mətbuatının bünövrəsi sayılan ”Əkinçi” qəzeti demokratik idealları, maarifi, elmi, təhsili, dünya 

ədəbiyyatına, mədəniyyətinə, tərəqqisinə hörməti təbliğ edirdi. Bütün nəşri müddətində “Əkinçi  səhifələrində 1100-dən çox 

məqalə, məktub, korrespondensiya, xəbər, şeir və s. tipli materiallar verilmişdir. Burada 21 müxbirin 36 imza ilə 200-dən 

çox yazısı çap edilmişdir. Materialların  əksəri imzasızdır.  İmzasız yazıların bir hissəsi redaktor qələminin məhsulu, 

müəyyən qismi tərcümə materialları, qalanı  “Əkinçi”də açıq imza ilə  çıxış edən,  yaxud qəzetdə imzası mütəmadi 

görünməyən müxbirlərdir. Qəzetin  əməkdaşlarının çıxışlarına görə beş qrupa bölmək olar : 1.Müntəzəm çıxış edənlər, 

2.Hərdənbir yazanlar,  3.Mürtəce müxbirlər, 4.Təsadüfü imzalar, 5.İmzasız çıxış edənlər. 

“Əkinçi”nin müxbirlərinin ictimai mənsubluq tərkibi müxtəlifdir. Onların sırasında ictimai-siyasi mövqeyinə, istedad 

və bilik dərəcəsinə görə bir-birindən fərqlənən adamlar vardır : alim, yazıçı, şair, pedaqoq, rəsmi idarə qulluqçuları, tacir və 

başqaları. 



Daim çıxış edənlər. Əsgər Ağa Gorani (1857-1910) Ə.Goraninin jurnalist kimi yetişməsində “Əkinçi”nin müstəsna 

rolu olmuşdur. O, altı imza ilə- “Əsgər Gorani”, “Mirzə Adıgözəlzadə Gorani”, “Əsgər Adıgözəlzadə Gorani”, “Əsgər 

Mirzə Adıgözəlzadə Gorani”, “ Gorani”, ”Əsgər” – “Əkinçi” nin müxtəlif vaxtlarda çıxmış 17 nömrəsində 39 məqalə və 

məktub çap etdirmişdir. Onun yazıları çox maraqlı, ədalətliliyi seçilir, elmə, təhsilə səsləyirdi.  



Seyid Əzim Şirvani (1835-1888) “Əkinçi” qəzetilə daim əlaqə saxlamışdır. Şirvaninin “Əkinçi”də ilk şeiri 1875-ci il 

oktyabrın 10-da nəşr edilmişdir.Qəzəldə  qəzetdən, qəzetdə gedən məqalələrdən, qəzetin vacibliyindən danışılır. S.Ə.Şirvani 

“Əkinçi” qəzetində  dərc etdirdiyi şeirlərilə Qafqaz müsəlmanlarını  qəflət yuxusundan ayıltmağa çalışırdı.  Əkinçi”də  və 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

270 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

onun  əlavəsində  səkkiz  şeiri, üç məktubu verilmişdir.  Şairin yazıları  əsasən “Məktubat”da çap olunurdu. S.Əzimin 

“Əkinçi”də çap olunmuş məktublarının heç birində imza yoxdur.  

Nəcəf bəy Vəzirov. (1854-1926) N. Vəzirov “Əkinçi”də 4 cür imza ilə (“Nəcəf Vəzirzadə”, “Nəcəf”, ”N.V.” və 

“Harayçı qardaş”) 8 məqalə, məktub çap etdirmişdir. “Əkinçi”nin 1877-ci il 14 aprel tarixli 8-ci nömrəsində “Bəndi-

məxsusi” başlığı altında “N.V.” imzası ilə çap olunmuş məktub-felyetonda müəllif deyir : “.... lazım olsa  millət işindən ötrü 

boynuma torba salıb başıaçıq, ayaqyalın kənbəkənd gəzərəm.” 



Əhsənül-Qəvaid  1876-cı ildən ardıcıl olaraq hər nömrədə    məqalələr dərc etdirmişdir. Məqalələrin yarısı müəllifin 

İran səfəri zamanı yazılmış, “Əkinçi”nin iradəsini, məqsədini  əks etdirmişdir. Qəvaidin yazılarından 19-u imzalı, 6-sı 

imzasız verilmişdir. Yazılarının dili nisbətən qəliz olsa da  Əhsənül–Qəvaid bir sıra qabaqcıl görüşləri,  ədəbi fikirinin 

orjinallığı ilə seçilirdi.  



Ələkbər Heydəri . Heydəri qəzetin 15 müxtəlif nömrəsində  20-ə  qədər məktub və  məqalə çap etdirmişdir. Onun 

“Elmi-əbdan”, “Elmi-ədəyan” haqqındakı  məqaləsi qəzetdə geniş fikir mübadiləsinə  səbəb olmuşdur. Yazıları elmiliyi, 

xəlqiliyi və sadəliyi ilə seçilirdi. Heydərinin “Əkinçi”də 3 yazısı imzasız çap olunmuşdur.  

Məhbus Dərbəndi.  Əlimədəd olan Məhbus Dərbəndi “Əkinçi”də 4 cür imza ilə (“Əlimədəd 

Abdullahzadə”,”Əlimədəd Abdullah oğlu”, “Dərbəndi”, “Məhbus Dərbəndi”)–10, imzasız 3 məktub və  məqalə çap 

etdirmişdir. Öz yazılarında əhalini qəzetə kömək etməyə, abunə yazılmağa çağırırdı .O, qəzetin Dərbənddə müvəkkili idi.  

Hərdənbir yazanlar. Mirzə  Fətəli Axundov. (1812-1878) Axundovun Zərdabi ilə  şəxsi yazışması    “Əkinçi”nin 

fəaliyyətinə yeni məzmun, yeni ruh gətirmişdir.M.F.Axundov “Vəkili-naməlumi–millət” imzası ilə  “Əkinçi” də  çıxış 

etmişdir.  

Məmmədtağı  Əlizadə  Şirvaninin qəzetdə iki yazısı çap olunmuşdur. “Məmmədtağı  Əlizadə Şirvani”, “Xalis-şieyi-

isnaəşəri Əlizadə Şirvani” imzası  ilə verilmiş bu yazılar maarifçiliyin təbliğinə və köhnəfikirliliyin ifşasına yönəlmişdi. 



Mirzə  Həsən  Əfəndi  Əlqədari(1834-1910) “Əkinçi” qəzetinin Cənubi Tabasaran mahalında yayılması yolunda 

çalışır, ona şeirlər, məktublar göndərirdi. “Əkinçi”də ilk poeziya nümunəsi onun “Məmnun təxəllüsi ilə yazdığı  qəzəldir. 

“Əkinçi”də “Mirzə  Həsən  Əlqədari”, “Məmnun  Əlqədari”, “Tabasaran katibi” imzası ilə 8 yazısı    dərc olunmuşdur. 

Məhəmmədəli bəy Vəliyevin (1835-1892) açıq imza ilə iki məqaləsi çap olunmuşdur. 

Mürtəce müxbirlər.  “Əkinçi” nin redaksiyasına mürtəce məzmunlu yazılar da gəlirdi. Bu yazıları radikal, 

cəhalətpərəst, köhnəfikirli, ifrat mühafizəkar insanlar göndərirdi. Belə müxbirlərdən Hadiyül-Müzzilin Qarabağini, 

Hadimül–Qəvaid, kapitan Sultanovu və “Badkubəli Molla”nı göstərmək olar. Hadiyül-Müzillin Qarabaği “Həsən Qara” və 

“Hadi” təxəllüsləri ilə tanınmışdır,qəzetin iki nömrəsində dörd məktubu və iki şeiri dərc edilmişdir. Kapitan Sultanov 

qəzetdə cəmi 3 məqalə dərc etdirmişdir. İlk yazılarda ticarət işlərindən şəhərə təzə qəza rəisi təyin olunmasından danışan 

Sultanov bir qədər sonra təziyyədarlığı müdafiə edən məzmunlu məqaləsini yazmışdır. Bu, “Əkinçi”də onun  son çıxışı 

olmuşdur. 

Təsadüfü imzalar. “Əkinçi”də elə imzalara rast gəldik ki, bircə dəfə görünmüşdür. Belə müəlliflərdən Zaqafqaziya 

Şeyxül-islamı Axund Əhməd Hüseynzadəni,  Ələkbər Elçizadəni,  Məhəmməd  Rəhim  bəy,  Məhəmmədəli  İsna 

Əşəriyi-Səlyanini göstərmək olar. 

İmzasız çıxış edənlər.  “Əkinçi”yə  məqalə yazan bəzi müxbirlər o zamanın təqiblərindən, cəhalətindən yaxa 

qurtarmaqçün yazılarını imzasız dərc etdirirdilər. Onlardan biri Abbas bəy Haqverdiyev  Qarabağıdir (1834-1909). O, 

“Əkinçi”nin Quba müxbiri, müvəkkili idi.“Əkinçi” də imzasız çap olunan və qəzetin yayılmasında iştirak edən müxbir və 

müvəkkillərin sayı 30-dan artıqdır. Abdulla ağa Bakıxanov (Quba), Abdulla Mehmandarovu (Moskva), Əbdül Fəttah 

(Dərbənd), Abraham (İstanbul), Xəlil Sadıqbəyov (Şamaxı),  Əliqulu Novruzov (Naxçıvan), Seyfəddin Seyidov (Tiflis), 

Yelinbəyov (Goruş)  və başqaları “Əkinçi”də imzasız çıxış  edən qələm sahibləri idilər.  

Ümumiyyətlə, “Əkinçi” qəzeti çox demokratik, hər kəsə bərabər, azad şərait yaradan bir qəzet idi.  

 

 



 

MÜSTƏQİLLİK DÖVRÜ AZƏRBAYCAN ROMANININ  

TİPOLOGİYASI VƏ ƏDƏBİ TƏNQİDİNƏ DAİR 

 

Nizami HÜSEYNOV 

Bakı Slavyan Universiteti 



nizaaa@mail.ru 

 

XX  əsrin 60-80-ci illərdə Azərbaycanda və ondan kənarlarda (rusdilli Azərbaycan sənətkarları) mövzu-problem 

baxımından tiploloji romanlar meydana çıxmış, ədəbi tənqid və ədəbiyyatşünaslıq tərəfindən dəyərləndirilmişdir. 90-cı illər 

romanları isə keçid dövründə, Azərbaycanda gedən ictimai-siyasi hərəkat və Azərbaycan-Ermənistan müharibəsi şəraitində 

meydana çıxdığından vaxtında ədəbi – tənqidi qiymətini ala bilməmişdir. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

271 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

XX əsrin sonlarında ədəbi proses sistemli şəkildə elmi tədqiqata cəlb olunmamışdır. Mövcud monoqrafik işlər əhatəli 

deyil. Professor Aydın Dadaşov “Müstəqillik dövrünün dramaturgiyası” adlı monoqrafiyasında dövrün tanınmış 

dramaturqlarını  təhlil predmeti götürmüş, hətta, dramatik əsərlərin mövzu-predmet baxımından tipologiyasını 

müəyyənləşdirmişdir. Lakin müstəqillik dövrünün poeziya və  nəsri haqqında sistemli monoqrafiyalar yoxdur. Bu dövrün 

poeziya, nəsr, dramaturgiya, tənqid və ədəbiyyatşünaslığı ilə bağlı məqalələr, resenziyalar və rəylər yazılmışdır. Lakin ayrı-

ayrı sənətkarlar haqqında demək olar ki, kitablar yoxdur. 

90-cı illərdə  İ.Şıxlı, Anar, Elçin, S.Əhmədov, M.Süleymanlı, S.Rüstəmxanlı kimi müəlliflərin, habelə  gənc  ədəbi 

nəsillərin romanları da yaranmış, janr tipologiyası etibarilə müxtəliflik ifadə etmişdir. Bu baxımdan roman-xatirə, roman-

tale, tarixi roman, ictimai (sosial) roman, habelə, ictimai-siyasi roman tipləri qeyd oluna bilər. 

 Tənqidçi-ədəbiyyatşünas, prof. Nazif Qəhrəmanlının “Ədəbiyyat və  əbədiyyət” məqalələr toplusunun iki bölümü 

nəsrlə bağlıdır: “Nəsr və zaman”, “Fərd və tarix”. 

Alim “Nəsr və zaman” bölümündə “Əli və Nino haqqında hekayə”, “Müdriklik çağının tələbləri”, “Nəsr düşüncələri”, 

“Dirilər üçün rekviyem”, “Unudulmaz vəhşət nağılı” və ya “Ədəbiyyatda yaşanan repressiyalar”, “Qazamat gərdişinin 

hərarəti”, “Təbiət vurğunu”, “Qovuq” kitabının müəllifi Aygün Həsənoğluya məktub”. “Mənzər Nigarlının hekayələri”, 

“Sənətkar yetkinliyi”, “Həyat eşqi”, “Törədiləcək bir qətlin tarixçəsi”, “Etiqadımızın süzülən işığı” və ya “İdrakımızın 

güvənc yeri”, “Böyük dönüşün başlanğıcı”, “Tarix və yaxın gerçəkliklər”, “Fərdlə yeniləşən tarix” məqalələrini çap 

etdirmişdir. Bu məqalələr müstəqillik dövrünün ədəbi prosesi, habelə,  Əli  Əmirlinin “İldırımötürən”, “Meydan”, “Ölü 

doğan şəhər” romanları, Afaq Məsudun “Başlanğıc”, Ağarəhim Rəhimovun “Cinayət və etiraf”, İsa Hüseynovun “İdeal”, 

“Əbədiyyət”, Söhrab Tahirin “İki dəfə yox olmuş adam”, “Sevgisində itən qız”, “Sonuncu şah”,  Əzizə  Cəfərzadənin 

“Zərrintac Tahirə”, “Bəla”, “İşığa doğru” və “Eşq sultanı” əsərləri haqqındadır. 

Müstəqillik dövrünün əsas mövzularından biri Qarabağ-torpaq hadisələri ilə bağlıdır. Bu dövrdə Sabir Əhmədlinin 

“Axirət sevdası”, Vidadi Babanlının “Ana intiqamı”, Elçinin “Bayraqdar”, Əlibala Hacızadənin “Möcüzə”, Mövlud 

Süleymanlının “Erməni adındakı  hərflər”, Hüseynbala Mirələmovun “Yanan qar”, Aqil Abbasın “Çadırda Üzeyir 

Hacıbəyov doğula bilməz”, “Dolu”, Ağarəhim Rəhimovun “Canavar balası”, “Qoşa qanad”, “İkili dünyam”, “Haray”, 

“Əsgər anası”, “Xəyanət”, Nigarın “Daş hasar”, Əlabbasın “Halal qan”, Mahirə Abdullanın “Narkoman”, “Əvvəl-axır”, 

“Agah”, “Ağdərədən üzü bəri”, Elçin Mehrəliyevin “90-cı illər”, Nüşabə  Məmmədlinin “Zəngulə”, Elza Mollayevanın 

“Əsir ürəklərin fəryadı”, Nigar Qarayevanın “Daş hasar”, Fazil Günayın “Qara qan”, Zümrüdün “Yarımçıq nəğmə”,  Əli 

İldırımoğlunun “Aqibət”, Əlibala Hacızadənin “Möcüzə”, Kərim Dünyamalının “Qana boyanmış illər”, Novruz Rəhimovun 

“Qara qatar” əsərləri qələmə alınmış, xalqın qanlı faciələri hadisələr fonunda ümumiləşdirilmişdir.  

Anarın “Otel otağı” Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə”, Elçin Hüseynbəylinin “Qoca”, Vidadi 

Babanlının “Mənim gizlinlərim”, Vaqif Nəsibin “Bu dünya daşlı qala”, Yusif Kərimovun “Qarabağ  şikəstəsi”, Davud 

Nəsibin “Cavanşirsiz məmləkətim” romanları da müstəqillik dövrünün ədəbi məhsullarıdır. Sabir Əhmədlinin “Kütlə” 

romanı meydan hərəkatı, milli azadlığın bədii ifadəsi ilə bağlıdır. 

Prof.Təyyar Salamoğlunun “Tarixi və çağdaş  ədəbi prosesə aid araşdırmalar” monoqrafiyasında  İsmayıl  Şıxlının 

“Ölən dünyam” romanı Gəncə hadisələri, XI qızıl ordunun Gəncəni ələ keçirməsi, Azərbaycan xalqının tarixi taleyinin qara 

səhifələrini öyrənmək baxımından təhlil predmeti olmuşdur. Dos.Salidə  Şərifova “Ədəbi prosesə  nəzəri baxış” 

monoqrafiyasında 2006-2007-ci illərin ədəbi nümunələrinə tənqidi münasibətini ifadə etmişdir. 

Tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova müstəqillik dövründə “Azərbaycan  ədəbi tənqidi müstəqillik illərində”, 

“Yeni təfəkkür və  ədəbi tənqid” kitablarını çap etdirmişdir. Müəllifin “Azərbaycan  ədəbi-tənqidi müstəqillik illərində” 

monoqrafiyası 1990-cı illər ədəbi tənqidinin mənzərəsini təfərrüatlı canlandırır. Müstəqillik dövrünün ədəbi tənqidi vacib 

problemləri ilə  tədqiqata cəlb olmuşdur.  Ədəbi tənqidin yeni tarixi şəraitdə, yeni təfəkkür zəminində  təzahürü,  ədəbiyyat 

tarixçiliyinə, sovet dövrü ədəbiyyatına yanaşmanın özünəməxsus cəhdləri,  ədəbi irs məsələləri, tənqidlə çağdaş  ədəbi 

prosesin qarşılıqlı ünsiyyəti tədqiqat predmeti olmuşdur. 

Nəsr bölməsini “Nəsrdə Qarabağ disskursu” ilə başlamış E.Akimova Elçinin “Qarabağ şikəstəsi”, “Bayraqdar”, Aqil 

Abbasın “Dolu”, Şərif Ağayarın “Haramı”, Seymur Baycanın “Quqark”, Əli Abbasın “Qaraqovaq çölləri”, 

M.Süleymanlının “Erməni adındakı hərflər” əsərlərindəki mövzunun aktuallığını və müasirliyini səciyyələndirmişdir. 

E.Akimovanın M.F.Axundov, Y.Qarayev, B.Nəbiyev, K.Talıbzadə , Aydın Talıbzadə, Vaqif Yusifli, Cavanşir Yusifli 

tənqidinə analitik tənqidi, mühakiməli münasibəti də maraqlıdır.  İlqar Fəhminin “Aktrisa”, “Akvalank”, Qanturalının 

“Mustafa”, Sayman Aruzun “100 il inqilab”, Kamal Abdullanın “Unutmağa kimsə yox” bədii  əsərlərinə  ənənəvi, yeni 

tənqid təfəkküründə elmi-nəzəri baxış əhəmiyyətlidir. Alimin Teymur Kərimlinin “Hicran ömrü” kitabı haqqında fikir və 

düşüncələri də duyumludur. 

Tənqid və  ədəbiyyatşünaslıq  ədəbi prosesə  həssas olmuş, klassiklərimizin  əsərlərinə monoqrafik qiymət verilmiş, 

müstəqillik dövrünün şeir, nəsr və dramaturgiyası təhlil predmeti olmuşdur. 

Müstəqillik illərinin  ədəbiyyatı  dərslik, dərs vəsaitləri, dissertasiya və monoqrafiyalarda özünə yer almışdır. Tehran 

Əlişanoğlunun “Müstəqillik illərində Azərbaycan  ədəbiyyatı” dərsliyi, Elnarə Akimovanın “Azərbaycan  ədəbi tənqidi 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

272 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

müstəqillik illərində”, “Yeni təfəkkür və  ədəbi tənqid”, Nərgiz Cabbarlının “Yeni nəsil  ədəbiyyatı”, “Ədəbiyyatdan 

intibaha”, Ə.Əsgərlinin “Bir nəsrin poetikası” monoqrafiyaları nəşr olunmuşdur. 

Nəsrin mövzu və məzmunu tarixi, müasir, ideya və patriarxallıq, əxlaq və mənəviyyat, sosioloji və psixoloji, etik və 

estetik mündəricə ilə bağlı olmuşdur. Nəsrin uğurları və qüsurları elmi məqalə və monoqrafiyalarda analiz edilmişdir. 

 

 



ƏLİ AĞA VAHİDİN POEZİYASINDA XƏLQİLİK 

 

Nazilə ABDULLAZADƏ 

Azərbaycan Müəllimlər İnstitutu 



nazile.s.m.d@mail.ru

 

 

Hər bir sənət  əsərinin qayəsi onun həyatı  əks etdirərkən insan tərbiyəsinə  təsiri ilə müəyyənləşir. Sənətkar görüb 

müşahidə etdiklərini təxəyyülün gücü ilə obrazlarda ümumiləşdirir. Bu zaman o, xalq həyatı, xalq məişəti, xalq 

psixologiyası ilə yanaşı, xalqın dilinə - əxlaq və təbiətini, mənəviyyatını, iç dünyasını əks etdirən  dilə əsaslanır. 

Xalq dilinin zəngin bədii təsvir və ifadə vasitələrini, canlı danışıq dili nümunələrini  əsərlərinə daxil  edərək  onları  

xəlqiləşdirən  sənətkarlardan biri  də  XX əsr Azərbaycan şairi Əli Ağa Vahid olmuşdur. Mürəkkəb yaşam və yaradıcılıq 

yolu olan Əli Ağa Vahidin  ədəbiyyat tarixində ən böyük xidməti türkdilli qəzəli Füzuli və Seyid Əzim  sehrindən azad edib  

yeni ruhda, yeni ovqatda, özəl biçimdə yaşatmasındadır. Bu isə ilk növbədə,  şairin xalqla sıx bağlı olmasında, 

xəlqiliyindədir. Vahidin xəlqiliyi xalq şeiri formalarında yazması demək deyil. Xəlqilik Vahidin yaradıcılıq axtarışlarının 

başlanğıc nöqtəsidir. Xalq şairi S.Vurğunun təbirincə desək, “Xəlqilik ilhamın və yaradıcılıq axtarışlarının tükənməz 

xəzinəsi, qaynar və qüdrətli el bulağıdır. Bu zəngin xəzinədən ayrılmayan ədib, yaxud bəstəkar həmişə xoşbəxtdir”. Vahid 

də belə  sənətkarlardan olmuşdur. O, uzun zaman yaratdığı  bədii nümunələrdə xalqın inam və etiqadını, gün-güzəranını, 

məişətini, bədii zövqünü, estetik baxışlarının poetik tərənnümünü ifadə etmişdir.  

Ana dilinin zəngin söz xəzinəsinə malik olan Əli Ağa Vahid ona  dərindən bələd idi. O, şeirdə ən aydin, ən lakonik, ən 

təsirli, öncəsi,  ən yatımlı ifadələri işlətməyi bacarırdı. Klassik qəliblərdən - epitet və  təşbehlərdən uzaq olan Vahidin 

bənzətmələri sadəliyi, orijinallığı  ilə seçilir.  

Mən istəyən gözəlin saçları ipək kimidir,  

Üzü çəməndə açılmış qızıl çiçək kimidir. 

Hər kəs yeni meyvəsin istərsə baharın, 

Baxsın bu gözəl dilbərə -  xalis çiyələkdir. 

Göründüyü kimi, onun yaratdığı təşbeh və bənzətmələr sadəliyi, orijinallığı ilə yanaşı, poetikliyi, ahəngdarlığı ilə də 

seçilir. 

Xəlqiliyi ədəbiyyatın birinci məziyyəti adlandıran Belinski deyirdi ki, hər bir xalqın həyatı yalnız ona xas olan şəkildə 

təzahür edirsə, demək, həyatın təsəvvürü düzgündür, onda əsər, eyni zamanda, xəlqidir. Vahid yaradıcılığı bu anlamda  

bənzərsizdir.  Dövrünüün ictimai-siyasi, sosial durumunu  təsvir edən  şeirlərdə müxtəlif peşə-sənət adamlarına, mənfi 

stereotiplərə şairin münasibəti aydın ifadə olunur. Vahid nifrətini, hiddətini də sevgisi qədər kəskin ifadə etməyi bacarırdı.  

O, canlı danışıq dilindən ustalıqla istifadə edərək müəyyən söz və ifadələri cəsarətlə şeirə gətirir.  

Əvvəlcə coşub loğalanıb, hürdü bu sərsəm, 

Rusiyyəni bir ayda plan çəkdi götürrəm. 

İndi tüpürür cəmdəyinə büsbütün aləm, 

Bir ildə bütün batdı, yenə qanmadı Hitler, 

Heç yerdə bir insan kimi davranmadı Hitler. 

Sarsaq keçi tək atdı bir az çör-çöpə buynuz, 

Saldı hərəkətdən onu üç düyməli toppuz, 

Vardır bir məsəl: “Ölməz ilan, görməsə ulduz”. 

Bir yol bu fəlakət gününə yanmadı Hitler, 

Heç yerdə bir insan kimi davranmadı Hitler. 

Şifahi  ədəbiyyat inciləri – xalq deyimləri, aforizmlər, idiomlar və ibarələr Vahid üçün xalq ruhunu, xalq 

mənəviyyatını, xalq müdrikliyini, onun məişət və milli xüsusiyyətlərini,  arzu və istəklərini, dünyagörüşünü, poetik 

hisslərini duymaq və bunları sadə, xəlqi formada çatdırmaq üçün gözəl vasitə olmuşdur. Canlı və zəngin dil, təbiilik, duyub-

düşündüyünü özünəməxsus  vahidanə ifa onun təbiətinə xas poetik bir məziyyətdir. Sadə xalq danışıq dilində işlənən söz və 

ifadələrlə Vahid səmimi, istiqanlı Aşiq obrazını yaratmağa müvəffəq olur. O, yetmədiyi gözələ olan məhəbbətindən ah-nalə 

etmir, onunla real insani münasibətlərdən söhbət açır, qınayır, zarafat edir, məşuqəsi ilə olan münasibətinə poetik xallar 

vurur. 


Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin