Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə56/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   52   53   54   55   56   57   58   59   ...   144

 

 

İSA HÜSEYNOVUN “BİZİM QIZLAR”  POVESTİ ƏDƏBİ TƏNQİDDƏ 

 

Günel PƏNİYEVA  

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



gunelpeniyeva@mail.ru 

 

İsa Hüseynovun «Bizim qızlar» povestində keçən əsrin 50-ci illərində gənclərin kolxoz quruculuğundan, onların əmək 

cəbhəsində və məişətdə yaşadığı kommunizm əxlaqından bəhs edilir. Minayə sovet gənclərinin tipik və ümumiləşdirilmiş 

obrazıdır. Minayəni  əsas düşündürən problem illik planı tez bir zamanda  təhvil vermək və daha çox məhsul  əldə etmək 

üçün vasitələr tapmaqdır. Bu povestdə əsas məqsəd Minayə ilə onun əməksevərliyini başa düşməyən dar düşüncəli adamlar 

arasında gedən mübarizəni və zəhmətkeş gəncliyin labüd qələbəsini ifadə etmək olmuşdur.  

Povestin əsas qəhrəmanı olan Minayə, yalnız qabaqcıl pambıqçı olmağı ilə kifayətlənmir, kolxozun daha da inkişaf 

etməsi üçün barama yetişdirməyi də irəli sürür və bu işin baş tutması üçün mübarizə aparır. Lakin onun mübarizə apardığı 

insanlar da işin xeyrinə çalışan insanlardır. Kolxoz sədri Zahidovun yeganə «mənfi» cəhəti Minayə kimi inadkar olmaması 

və su qıtlığından  əziyyət çəkən pambıq sahələrinin problemi həll olmamış, barama yetişdirmək kimi çətin öhdəliyi öz 

üzərinə götürmək istəməməsidir.  

Əsərin məhz belə konflikt üzərində qurulması da şübhəsiz ki, həmin dövrün ideoloji tələblərinə uyğun idi. Çünki, 

sovet ideologiyasının təbliğ olunduğu cəmiyyətdə «qüsurlu» insanlar ola bilməzdi. Ona görə  də  əsərlər  əsasən gənc 

kadrların irəli sürdüyü təşəbbüslərə yaşlı nəslin ehtiyatlı münasibəti «tənqid» olunurdu. Lakin yazıçılar bu təcrübəli nəsli də 

tamam yararsız, gənc nəslin qarşısını tutan mənfi  şəxslər kimi xarakterizə etmirdilər. «Bizim qızlar» povestində  də 

İ.Hüseynov kolxoz sədri Muxtar Zahidovun Minayənin təşəbbbüsünü dəstəkləməməsində haqqı olduğunu göstərmişdir. 

Çünki bərk quraqlıqdır, su çatmır, pambığın yanıb məhv olması qorxusu vardır. Məhz buna görə də Zahidov «bir əldə iki 

qarpız tutmaq olmaz» deyir. Lakin tənqidçi M.Vəliyev kolxoz sədrini əsl «mənfi» qəhrəman səviyyəsinə qədər yüksəldərək 

onu «öz planı  çərçivəsindən qətiyyən kənara çıxmaq istəməyən, yalnız bir kolxozun inkişafının qeydinə qalan məhdud 

görüşlü bir adamdır»  deyə  səciyyələndirmişdir. Amma pambığın dolu vurması  nəticəsində planı vermədiyi üçün xəcalət 

çəkən bu kolxoz sədrinin keçirdiyi hissləri anlamaq heç də  çətin deyil. Çünki, keçən  əsrin 50-ci illərində  məhsulu zay 

etmək, həm də planı vaxtında verməmək cinayət sayılır və buna görə kolxoz sədrləri və digər rəhbər işçilər hətta xalq 

düşməni də elan olunurdular. Nəzərə alsaq ki, həmin dövrdə texnika və digər lazımi avadanlıqlar nasaz və məhdud sayda 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

250 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

idi, bundan əlavə insanlar üçün normal iş şəraiti qurulmamışdı və üstəlik illik planlar normal göstəricilərdən qat-qat yüksək 

qiymətləri əhatə edirdi, onda Muxtar Zahidovun nə üçün yeni işlərə razı olmadığını anlayırıq. Çünki, yeni sahə, yeni kolxoz 

yeni problemlər və öhdəçiliklər demək idi və bu hədddindən artıq böyük məsuliyyət və yük idi.  

İsa Hüseynov digər  əsərlərində olduğu kimi «Bizim qızlar» povestində  də insanları yalnız  əmək prosesindəki 

fəaliyyətlərini təsvir etməklə  məhdudlaşmır. Yazıçı qəhrəmanlarının ailə-məişət həyatını da göstərməklə onları nümunəvi 

şəxsi kimi təqdim etməyə nail olur. Minayə hələ lap gənc yaşlarından öz razılığı olmadan Niyaz adlı oğlanla nişanlandırırlır. 

Lakin artıq yetkinlik çağına çatdıqda Minayə komsomol təşkilatçısı Ənvəri sevir və bunu məktubla Niyaza bildirir.  Niyaz 

da əsl sovet gənci kimi insanların öz seçim hüququnun olduğunu göstərir. O, Minayənin seçimini, fikrini normal qarşılayır. 

Niyaz Moskvada təhsil alan çox mədəni və savadlı bir gənc kimi oxucuların rəğbətini qazanır. Bu da çox labüd səslənirdi. 

Çünki, bu qədər doğru düşüncəli, düzgün qərarlar qəbul edən gənclər məhz sovet ideologiyasının mərkəzi sayılan Moskvada 

yetişməli idi. Lakin tənqidçi Q.Xəlilovun da qeyd etdiyi kimi, Niyazi obrazında bir sünilik, rəsmlilik də yox deyil. Minayəni 

saf təmiz hisslərlə sevən Niyazi, « həmin məhəbbəti rəsmi hörmət şəklində təqdim edir. Məhz buna görə də Niyazi surəti 

bizim nəzərimizdə axıra qədər həyati olmayan müəyyən bir sxematik obrazdır».  

Q.Xəlilov əsərdə sönük təsvir edilən Mirzəoğlu surətinin tamamilə artıq və yersiz olduğunu qeyd etmişdir. Doğrudan 

da «köhnəpərəst», «yenilikdən az xoşu gələn» Mirzəoğlu surəti əsərin nə ideyasının açılmasına, nə də hadisələrin inkişafına 

qətiyyən xidmət etmir. Bundan əlavə Q.Xəlilov  əsərdə  bəzi sözlərin və fikirlərin yerində  işlənmədiyini söyləyir və bunu 

misallarla isbat etməyə çalışırdı. Misal üçün «Sənəm xalanın oğluna qarşı  məhəbbəti yenicə özünü büruzə verir», ya da 

«sənə qarşı rəğbətim və hörmətim var» kimi cümlələrdəki «qarşı» sözü yerində işlənməmiş və tamamilə artıqdır. 

M. Vəliyev qeyd edirdi ki, ««Bizim qızlar» povestində müəllif, yadından çıxarmışdır ki, sovet adamlarının coşqun, 

yaradıcı əməyindən başqa gözəl arzuları, zəngin xəyalları, dərin  və geniş mühakimələri, sevən qəlbləri qüvvətli səciyyələri 

də vardır. Biz isə  əsərdə Niyazi, Ənvər, Minayə  və Muxtardan başqa fərdi səciyyəyə malik olan və  bədii cəhətdən 

mükəmməl işlədilmiş başqa surətlər görmürük». Sonunda onu da qeyd etmək yerinə deşərdi ki, «Bizim qızlar» povestinin 

qəhrəmanları Minayənin manqasını təşkil edən qızlardır. Oxucu onların da fərdi–psixoloji keyfiyyətlərini görmək və onların 

yaşadıqları arzularda yaşamaq istərdi. Çünki əsərin adı yalnız Minayənin adı ilə bağlanmayıb, bizim qızların fədakarlığını, 

yenilməzliyini, mübarizliyini göstərmək üçün yazıçı ona bu adı seçib. Minayə bu qızların böyük zəhməti olmasa heç bir 

uğur qazana, başlatdığı işin öhdəsindən gələ bilməzdi. 

 

 



İSMAYIL BƏY NAKAMIN "FƏRHAD VƏ ŞİRİN" MƏSNƏVİSİNDƏ XƏMSƏ 

ƏNƏNƏSİNDƏN İSTİFADƏNİN  FORMA VƏ ÜSULLARI 

 

İlahə HACIYEVA  

Azərbaycan  Dillər Universiteti 



ilahe_h@rambler.ru

 

 

Öz yaradıcılığında nəzirəçilik ənənələrini qoruyub saxlayan və bu ənənəni  məharətlə davam etdirən  şairlərdən biri də 



XIX əsrdə yaşayıb-yaratmış ustad sənətkar İsmayıl bəy Nakam olmuşdur. İ.Nakam nəzirəçilikdə üstünlüyü məsnəvi janrına 

verərək dahi şairimiz Nizami Gəncəvinin  “Xəmsə”sinə nəzirə yazmaq fikrində olmuş, lakin şairin üç poemasına cavab yaza 

bilmişdir. Belə ki, “Sirlər xəzinəsi”nə cavab olaraq “Gəncineyi ədəb”, “Xosrov və Şirin”ə nəzirə kimi “Fərhad və Şirin”i və 

“Leyli və  Məcnun” poemasına cavab “Məcnun və Leyli”ni yazmışdır. Bu məqalədə isə Nizaminin “Xosrov və  Şirin” 

məsnəvisi ilə ona nəzirə olaraq yazılan  İsmayıl bəy Nakamın “Fərhad və Şirin” məsnəvisinin müqayisəsi, onların  fərqli və 

ortaq cəhətlərinin ortaya çıxarılması dayanır. 

Əsərlər arasında birinci fərq onların yazılma səbəbində özünü göstərir. “Xosrov və Şirin”i Nizami 1180-1181-ci illərdə 

Atabəylər dövlətinin hökmdarı  Məhəmməd Cahan Pəhləvanın xahişi ilə yazmışdır. Yəni Nizaminin bu əsəri nəzmə 

çəkməsini ondan hökmdar xahiş etmişdir. 

 “Fərhad və  Şirin”i yazmaqda İ.Nakamın məqsədi isə özünün ustad müəllimi adlandırdığı Nizaminin “Xəmsə”sinə 

cavab olaraq beşlik yazmaq niyyəti idi. Ancaq o, bu niyyətini başa çatdıra bilmədi. Nizami “Xəmsə”sini üç məsnəvisi ilə  

cavablandırdı, vəfasız ömür şairin bu istəyini ürəyində qoydu. “Fərhad və Şirin”in yazılma səbəblərindən digərini isə biz 

əsərdə şairin öz dili ilə verdiyi parçada açıq-aydın şəkildə görə bilərik. 

                               Edib filcümlə kəşfi-razi mübhəm, 

                               Qılıb bir şəmmə halimdən bəyan həm. 

                               Sizə Fərhad halın şərh edim mən, 

                               Bu köhnə nəqşi tazə tər edim mən. 

      Məsnəvilər arasında digər fərq onların həcmindədir.Nizaminin “Xosrov və Şirin”i həzəc bəhrində yazılaraq yeddi min 

beyt həcmindədir. İ.Nakamın “Fərhad və  Şirin”i isə  beş yüz doxsan  beytdir. Nizaminin poeması ilə müqayisədə həcminə 

görə çox kiçik olsa da Nakam öz sələfini təqlid etməmişdir.  



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

251 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Nizaminin “Xosrov və  Şirin”ini ilə ortaq  cəhətlərdən biri  Nakamın “Fərhad və  Şirin”inin  ənənəvi başlıqlarının 

bənzərliyindədir. “Nət”, “minacat”, “Meraciyeyi-həzrəti-seyyid”, “İzhari pənah Əlihə əbrəkə səlavatullah”, “Səbəbi-təlifi-

kitab və ağazi dastani-Fərhad və Şirin” kimi başlıqlardan istifadə etməklə Nizaminin yolu ilə getmişdir. 

Nizaminin poemasında nəql olunan əhvalatlarla tarixi hadisələr çox üst-üstə düşür. Mövzusu tarixi gerçəkliyə 

əsaslanan “Xosrov və Şirin”in qəhrəmanları haqqında ilk məlumat verən mənbə “Təbəri Tarixi” adı ilə məşhur olan əsərdir. 

Nizami  əsəri yazmazdan əvvəl özündən öncə  qələmə alınan bütün mənbələri araşdırmış,  Əbülqasım Firdovsi Tusi, 

Əbdülməcid Mahmud Sənayi, Təbəri Tarixi və eləcə də onunla bağlı əfsanə və rəvayətlərdən də bəhrələnmişdir. Həmçinin, 

Nizami “Xosrov və Şirin”in Bərdədə də bir əlyazması olmasından bəhs etmişdir. 

                              Bərdədə bir kənara atılmış yazısı vardı, 

                              O yerin köhnə yaşlılarının tarixindən 

                              Mənə bu xəzinənamə məlum oldu. 

Nizami əsərində Fərhadı epizodik bir tip olaraq vermişdir. Məqsədi isə Xosrov və Şirin arasında eşqi, məhəbbəti  daha 

da gücləndirmək idi. Ancaq Nizamidən sonra yaşayıb-yaratmış olan bir çox şairlər türk əsilli Fərhadı özlərinə  qəhrəman 

seçmiş, əsərlərini o qəhrəmanın eşq macərası əsasında qurmuşlar: Arif Ərdəbili, Əlişir Nəvai, Lamii Çələbi, Mustafa ağa 

Nasir və s. İ.Nakam bu şairlərin yolu ilə gedərək Fərhadı əsərinin qəhrəmanı və əsas obraz kimi seçmişdir. Nakam özündən 

əvvəl yazılan  məsnəvilərdən bəhrələnməklə, onlara ixtisar və  əlavələr etməklə hadisələrin Fərhadın  ətrafında təsvirinə 

üstünlük vermişdir. Nakam Fərhadı Nizamidə  olduğu kimi Çin diyarından gəlmiş mühəndis kimi göstərmişdir.Onun əsərə 

gəlişi də hər iki məsnəvidə eynidir. Şirinin sürüsünün otlaqları sarayından çox uzaqda idi və südün gətirilməsi çox zaman 

alırdı.  Şirin südü həddən artıq  sevdiyindən bu işə bir əlac qılmağı tapşırır.  Ətrafındakılar ona Fərhad adında məharətli, 

qolu-qüvvəli bir mühəndisin bu işə çarə qılacağını məsləhət bilirlər. 

Fərhad  Şirinin  əmrini yerinə yetirmək üçün onun hüzuruna gəlir. Onlar elə ilk görüşdən bir-birilərinə vurulurlar. 

Nizamidə  Fərhad, Nakamda isə Xosrov aşiqlər arasında  əğyar obrazı kimi verilmişdir. Həmçinin,  Şirinin yolunda Fərhada 

qovuşmaqda onun qarşısını alan Məryəm, Şəkər kimi rəqib məşuqə obrazlarına da rast gəlinmir. Bundan başqa Nakam Şapur, 

Nəkisa, Barbəd kimi aşiqlərin arasında vasitəçi olan surətlərdən də istifadə etməmişdir.  Şirinin atının adında da Nakam 

dəyişiklik etmiş, Gülgünü Rəxşlə əvəz etmişdir. Həm Nizamidə, həm də Nakamda Məhinbanu Ərmən şahı kimi təqdim edilir, 

ədalət və səxavət saçan hökmdar qadın  obrazı kimi təsvir edilir. Ümumiyyətlə götürsək, məsnəvidə surətlərin sayının azlığı, 

hadisələrin, konfliktlərin sürətlə bir-birinə keçidi diqqəti daha çox cəlb edir. Belə ki, Nakam “Ağazi- dastani- Fərhad və 

Şirin”dən sonra, yəni məsnəviyə giriş başlığından həmən sonrakı başlıqda artıq Məhinbanunun təxti-padişahı Şirinə vəsiyyəti 

və ölüm səhnəsinin təsvirinə başlayır. Elə həmin başlıqda da Fərhad və Şirinin tanışlığı, bir-birilə görüşü verilir. Məsnəvini 

diqqətlə  nəzərdən keçirdikdə Nakam Fərhad surətinin təsvirinə geniş yer vermiş,  əhvalatları onunla əlaqələndirmişdir.Buna 

görə  Şirin obrazı arxa planda, kölgədə qalmışdır.  Əsərdə konflikt yalnız Xosrov obrazı vasitəsilə yaradılır. Halbuki Nakam 

özünəqədərki müxtəlif  əhvalat və motivlərdən bəhrələnməklə daha çox şaxəli sujet xətti qura bilərdi.  Əsərin nöqsanlı 

cəhətlərindən biri Xosrovun əsərdə birdən peyda olmasıdır. Xosrovun əsərə  gəlişi, onun Keyxosrov nəslindən olan bir şah 

olması, Fərhadın rəqibi olması və Şirini sevməsi, yəni əğyar obrazı kimi təsviri, bütün bu hadisələrin hamısını Nakamın cəmi 

dörd misrada ifadə etməsi əsərin məzmununa xələl gətirir.Həmçinin diqqət çəkən məqamladan biri şairin ərəb-fars sözlərindən 

istifadəyə geniş yer verməsi, hətta məsnəvisinin sonluğunu təşkil edən misraları farsca yazmasıdır. Bu baxımda şairin “Fərhad 

və Şirin”i dilinin qəlizliyinə görə Nakamın digər məsnəvisi olan “Məcnun və Leyli”dən fərqlənir. 

Nizaminin məsnəvisi ilə  bənzərlik təşkil edən cəhətlərdən biri hər iki şairin yazmış olduqları  əsərlərə  qəzəllərin daxil 

edilməməsidir. Nizaminin “Xosrov və  Şirin” məsnəvisinə  qəzəllər daxil etməsi barədə onun yaradıcılığını  tədqiq edənlər 

arasında fikir ayrılığı mövcuddur. Robert Dankoff Nizaminin məsnəvilərdə qəzəl formasına yer vermədiyini söyləyir.Ahmet 

Ateş onun bu fikrinə qarşı çıxaraq bildirir ki, Nizamidə qəhrəmanların ağzından söylənilən qəzəllər tamamilə məsnəvi şəklin-

dədir. Atəşin fikrinə görə Dankoff “məsnəvi şəklindəki” qəzəlləri şəkil baxımından dəyərləndirmiş, ancaq bu qəzəlləri lirizm 

ünsürü olaraq verməmişdir.Belə ki, klassik ədəbiyyatda geniş yayılan bu ənənənin istifadəsində  məqsəd məsnəvi vasitəsilə 

əhvalatları nəql etmək, qəzəllər vasitəsilə isə qəhrəmanın daxili aləmini, iç dünyasını canlı və dolğun şəkildə əks etdirmək idi. 

Robert Dankoff bunu “lirik partlama” adlandırmışdır. Ancaq Nakam bu ənənədən istifadə etməmiş, Nizaminin yolunu davam 

etdirmişdir. 

 “Fərhad və Şirin”in sonunda Şirin Fərhadın ona etdiyi vəsiyyəti yerinə yetirir, sevgilisini göz yaşları içində sonuncu 

dəfə bağrına basaraq onu torpağa tapşırır. Poema yarından ayrı düşən  Şirinin durmadan ağlaması, ah-zarının təsviri ilə 

bitir.Burda da bir fərqli məqam gözə çarpır. Nizaminin Şirini Fərhadı el adətincə dəfn etdikdən sonra onun qəbri üzərində 

bir günbəz ucaldır və həmin günbəzi ziyarətgaha çevirir. Həmçinin “Xosrov və Şirin”də “Fərhad və Şirin”dən fərqli olaraq 

Xosrov Fərhadı hiylə ilə öldürməsindən peşiman olur və Şirinə təəssüf məktubu yollayır. Əsərlər arasındakı diqqət çəkən 

fərqlərdən biri də Nizaminin “Xosrov və  Şirin”in “Fərhadın dastanı” adlı hissəyə verdiyi maraqlı sonluqdur ki, buna 

Nakamın poemasında rast gəlmirik. Nizami əsərin sonunda göstərir ki, Fərhad öldükdən sonra onun əlindən düşən 

külüngünün ağzı daşa, dəstəyi isə torpağa batır.Torpaq nəm olduğundan o dəstəyin yerində bir nar kolu göyərir. 

Beləliklə, Nizaminin “Xosrov və  Şirin”i ilə Nakamın “Fərhad və  Şirin” məsnəvisinin komporativ şəkildə  təhlilinin 

nəticəsi olaraq deyə bilərik ki, Nakam ustad şair Nizaminin yolu ilə getsə  də onu qətiyyən təkrarlamamış,özünəməxsus 

tərzdə,yaşadığı dövrün tələblərinə uyğun bir formada məsnəvi yazaraq ona yeni bir nəfəs vermişdir.  



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

252 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATININ DAHA BİR NÜMAYƏNDƏSİ: 

ƏBDÜLVAHAB YURDSEVƏR 

İncə ƏLİYEVA  

Bakı Dövlət Universiteti 



ince2589@gmail.com 

Qədim tarixə malik olan Azərbaycan mühacirət  ədəbiyyatının zəngin bir qolunu da XX əsr Azərbaycan mühacirət 

ədəbiyyatı təşkil edir. 1920-ci ildə Sovet Rusiyasının Azərbaycanı işğal etməsindən ziyalılarımız təqib olunmağa başladılar. 

Təqiblərin nəticəsi olaraq onlar dünyanın müxtəlif ölkələrində  fəaliyyətlərini davam etdirməyə başladılar. Vətənlərindən 

uzaq olsalar da bu aydınların qələmlərinin  əsas mövzusu Azərbaycanın azadlığı, bütövlüyü məsələsi idi. Əbdülvahab 

Yurdsevər məhz həmin ziyalılardan biri idi. Rusiyanın Azərbaycan xalqına qarşı anti-özünüdərk siyasətini həyata keçidiyi 

siyasətə qarşı Əbdülvahab yaradıcılığı dəyərli mənbələrdəndir. 

Müstəqilliyimizin bərpasından sonra tədqiqatçılar məhz həmin mühacirət  ədəbiyyatının araşdırılmasına diqqət 

yetirmişlər. Səbəbi isə təkcə bu dövrün tədqiq edilməməsi deyil, həm də milli özünəqayıdışın əsas amillərindən biri olması 

idi. Məhz bu mərhələdə milli özünüdərk məsələsi ortaya qoyulmuş  və geniş  bəhs edilmişdir.  Əbdülvahab Yurdsevərin 

əsərləri sosializmin təsrindən uzaq olmuş, obyektiv təhlilə istinad etmişdir. 

Rəngarəng yaradıcılıq irsinə malik olan Ə.Yurdsevər  əsas yazı istiqaməti milli ədəbiyyat və  mədəniyyətin tədqiqi, 

milli mənsubluğun təbliği, tarixi həqiqətlərin əksi, və s. olmuşdur. “Azərbaycan”, “Azərbaycan kültür dərnəyi” və s. müha-

cirət dərgilərində xatirələr,  ədəbi-tənqidi məqalələrlə  çıxış etmişdir.  Əbdülvahab Yurdsevər  “Əsir millətlər və  İslam 

dünyası” məqaləsində qeyd edir ki, milli-mədəni, elmi tərəqiyyə yalnız azadlığın şüaları altında nail olmaq olar. Xatırladaq 

ki, bu ideya M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə və s. mühacirlərin də əsərlərində yer almışdır. 

Tənqidçinin yaradıcılığına ədəbiyyatla bağlı məqalələri ilə yanaşı, ictimai-siyasi mövzulu əsərləri də daxildir. Ədəbi 

yaradıcılığı onun irsinin mühüm bir hissəsini təşkil edir.  

Əbdülvahab Yurdsevər Azərbaycan  ədəbiyyatına öz nöqtetyi-nəzərindən baxmış, onu özünəməxsus tədqiq etmişdir. 

XX  əsrin  ədib və yazarları haqqında məlumat verməklə yanaşı, klassik irsin görkəmli nümayəndələrinin də yaradıcılığı 

haqqında maraqlı  tədqiqat  əsərləri yazmışdır. Tədqiqatçı Azərbaycandan kənarda yaşasa da ölkə daxilində gedən  ədəbi 

prosesi izləmiş, təhlil etmişdir. Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan mühacirət mühiti haqqında məlumat almaq 

üçün  Əbdülvahab Yurdsevərin  əsərləri dəyərli mənbədir. 1898-ci ildə Bakıda dünyaya gələn  Ə.Yurdsevər xüsusi 

müəllimlərdən dərs almış, kiçik yaşlarından ərəb və fars dilini öyrənmişdir. 

Gənc yaşlarından ictimai-siyasi həyatda fəal iştirak edən  Ə.Yurdsevər keşməkeşli həyat yolu keçmişdir. O, 1920-ci 

ildən Bakı Dövlət Universitetində Mədəniyyət tarixi və Coğrafıyadan dərs deməyə başlamışdır. 1923-cü ildən sonra həbs və 

sürgünlərə məruz qalmış, sürgündən qaçaraq bir müddət Özbəkistanda və İranda alman dili müəllimliyi etmişdir. 1930-cu 

illərdə isə Türkiyəyə gəlmiş, burada fəaliyyət göstərən mühacir yoldaşları ilə çiyin-çiyinə çalışmışdır. O, təhsilini Ankara 

Universitetinin Hüquq fakültəsində davam etdirir. M.Ə.Rəsulzadə 1947-ci ildən sonra Türkiyəyə  gəldikdən sonra Azər-

baycan Mədəniyyət Mərkəzi öz fəaliyyətini yenidən davam etdirməyə başladı. Mərkəzin fəaliyyətinə nümunə olaraq Azər-

baycan Kültür Dərnəyini nümunə göstərə bilərik. Dərnək Yurdsevərin bir neçə kitabını nəşr etdirmişdir. 1952-ci ildə nəşrə 

başlayan Azərbaycan dərgisində  məqalələrlə  çıxış edən  Əbdülvahab Yurdsevər sonralar dərginin baş redaktoruna qədər 

yüksələrək ömrünün sonuna qədər yazdığı  məqalələrlə Azərbaycan istiqlal savaşını daima diqqət mərkəzində saxlamış, 

ölkəmizin  ədəbiyyat və  sənət adamları ilə bağlı yazılarını, xatirələrini də “Azərbaycan  İstiqlal davasından xatirələr” adı 

altında nəşr etdirmişdir. 

“Azərbaycan istiqlal savaşı xatirələri” adlı silsilə məqalələrdən ibarət olan əsərində əks olunan dövrün ictimai-siyasi, mədəni 

mühiti haqqında dəyərli faktlar öz əksini tapmışdır. 



Ə.Yurdsevər poeziya incilərimizin yaradıcılığına da nəzər salmışdır. Müəllifin 1952-ci ildə Azərbaycan Kültür 

Dəməyinin təşəbbüsü ilə “Azərbaycan ədəbiyyatında Vidadi və Vaqifın yaradıcılığı” adlı elmi əsəri nəşr edilmişdir. 

Əsərdə Vaqif və Vidadinin həyat və yaradıcılığından ayrılıqda bəhs edilməklə yanaşı, yeri gəldikcə müqayisələr də 

edilmiş, əsərlərindən nümunələr gətirilmişdir.  

 “Sabirin  Azərbaycan  ədəbiyyatında yeri” adlı Sabir yardıcılığına dair monoqrafıyanın müəllifi olan Ə.Yurdsevər 

şairin yaradıcılığını geniş tədqiq etmişdir. Yurdsevərin bu əsəri mühacirət ədəbiyyatşünaslarınm Sabir yaradıcılığı haqqında 

yazdıqları dəyərli əsərlər sırasındadır. Monoqrafiya “Sabirin tərcümeyi-halı”, “Sabirin sənət haqqında görüşləri”, “Sabirin 

siyasi görüşləri”, “Sabirin sosial görüşləri” adlı hissələrdən ibarətdir. Əsərin şərhlər bölməsində şairlə bir dövrdə yaşayıb-

yaradan qələm sahibləri, görkəmli şəxsiyyətlər haqqında məlumatlar öz əksini tapmışdır.  

Dramaturgiyamızın janr xüsusiyyətləri, teatrımızda gedən inkişaf və  dəyişikliklər, görkəmli dramaturqlarımızın 

yaradıcılığından “Azərbaycan dram ədəbiyyatı” adlı əsərində bəhs etmişdir. Ə.Yurdsevərin fıkrincə modern ədəbiyyatın ən 

kəskin silahı ictimai həcvdir. Bunun da ən qüvvətli ifadə şəkli dramdır. Buna görə də o, dramatik növə yüksək dəyər verirdi. 

“Azərbaycan dram ədəbiyyatı” əsərində M.F.Axundzadə, N.Vəzirov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundzadə 

kimi ədiblərin yaradıcılığından bəhs etmişdir. 

1950-ci ildə Ankarada nəşr edilmiş “Mirzə  Fətəli Axundzadəninhəyatı  və  əsərləri” adlı kitabında M.F.Axundzadə 

yaradıcılığına böyük dəyər verən tədqiqatçı onu “Azərbaycan ədəbiyyatının gerçək və ən qüvvətli qurucusu” adlandırmışdır. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

253 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ƏLİŞİR NƏVAİNİN “FƏRHAD VƏ ŞİRİN” POEMASINA NİZAMİ   GƏNCƏVİNİN     

“XOSROV VƏ ŞİRİN” VƏ DİGƏR POEMALARININ TƏSİRİ 

 

İnci NAĞIYEVA  

Qafqaz Universiteti 



nagiyeva_80@mail.ru

 

 

Əlişir Nəvai böyük özbək xalqının orta əsrlərdə yetirdiyi sənətkarlae içərisində dünyada şöhrət qazanmış, bütün yaxın 

şərq xalqları tərəfindən sevilən, alim, mütəfəkkir, bacarıqlı dövlət xadimi və mədəniyyət hamisi kimi tədqiq edilən görkəmli 

şəxsiyyətdir. 

Əlişir Nəvainin zəngin bədii yaradıcılıq iris var. Onun türkcə yazılmış dörd divanı, qəsidələrdən ibarət farsca bir divanı, 

“Xəmsə” si, elmi-fəlsəfi bir çox əsərlərin və s. mövcuddur. 

Əlişir Nəvai ilk türk dilli “Xəmsə” nin əsasını qoyub. Ümumiyyətlə, xəmsə dedikdə isə şərqdə və dünyada ilk xəmsə 

müəllifi kimi Nizami Gəncəvi xatırlanır. Bir çox klassiklərtək Ə.Nəvai də Nizami qalaktikasının orbitindən kənara çıxmağı 

bacarmamışdır və fikrimizcə, Nizami sənətinə bdii düşüncəsinə, həyatı əksetdirmə üsullarına vurğunluğun təcəssümü olaraq 

yazdığı “Xəmsə” sində hətta poemalara verilən adlarda belə uyğunlğu müşahidə edirik. Məsələn: 

      1. “ Heyrətül-əbrar ”    –   “ Sirlər xəzinəsi ” 

      2. “ Fərhad və Şirin ”    –   “ Xosrov və Şirin ” 

3. “ Leyli və Məcnun ”   –  “ Leyli və Məcnun ”    

      4. “ Yeddi səyyarə ”   –   “ Yeddi gözəl ” 

      5. “ Səddi İsgəndər ”   –   “ İsgəndərnamə ” 

Əlişir Nəvainin ürəkləri fəth edən söz ordusu Nizami Gəncəvinin əsərlərindəki mövzu və ideya, həyata ictimai-fəlsəfi 

münasibətlərə yanaşma, dövlət, hakimiyyət, cəmiyyətin  ədalətlə idarə olunması, qəhrəmanlıq, məhəbbət-romantik 

duyğuların tərənnümü və digər cəhətləri öz içərisinə alaraq dahi sənətkarın xatirəsini əbədiləşdirilmişdir.  

Əlişir Nəvainin yaradıcılığında “ Xəmsə ” mühüm yer tutursa “ Xəmsə ” yə daxil olan poemalar içərisində “ Fərhad və 

Şirin ” mərkəzi əhəmiyyətə malik sənət əsəri olraq nəzər-diqqəti cəlb edir. 

Poemanın  əsl qəhrımanı  Fərhaddır.  Şair bütün arzularını bu surətin mübarizəsində  əks etdirib, bu ideal insanın 

faciəsində göstərir.  Ədəbiyyatımızda Fərhad surəti  Ə.Nəvai ilə başlamır. Hələ  Nəvaidən üç əsr  əvvəl yaşamış dahi 

Azərbaycan şairi N.Gəncəvi “ Xosrov və Şirin ” adlı poemasında əsərin əsas qəhrəmanı olan Xosrova qarşı duran əməkçi 

insan surəti olaraq Fərhadı seçmişdir. Bu obraz öz səmimiliyi, qoçaqlığı, mərdliyi, məhəbbəti uğrunda hər əzaba qatlaşmağı, 

tamahkar olmamağı  əməyə olan məhəbbəti ilə diqqəti o qədər özündə  cəmləşdirir ki, N.Gəncəvidən sonra Əmir Xosrov 

Dəhləvi, Arif  Ərdəbili, Marağalı Əşrəf  bu surəti dəfələrlə işləmişlər. 

Poemadakı  əsas surətlər demək olar ki, eynilə saxlanılıbdır.  Əlbəttə, burada Ə.Nəvainin fərqli düşüncələri,  şəxsi 

təfəkkürünün məhsulu olan bir çox fərqli münasibətlərə meydan verib.  

Əsərin  ənənəvi girişlə başlaması, Fərhadın Nizaminin bir çox qəhərmanları: Məcnun,  İsgəndər, Bəhram kimi nəzir-

niyazla doğulması diqqətimizi poemaların oxşarlığına çəkən ilk məqamdır. Ə.Nəvainin Fərhadı da ədəbiyyatdakı ilk Fərhad 

kimi üzərində bütün ideal xüsusiyyətləri toplayır. Onon ilk mühüm məziyyəti tişə  və külüng işlətməyi sevməsində  və 

bacarmasındadır. Fərhadən  əməyə olan məhəbbəti onun əməkçi insanlara olan məhəbbətinin  əsasını  təşkil edir. Fərhad 

Ərmən Zəminə gəldiyi zaman ağır zəhmət ilə arx qazıb sərt qayalar döşündən yol açmaq istəyən camaatı gürdükdə onlara 

qoşulur. N.Gəncəvinin qəhrəmanı kimi Ə.Nəvainin Fərhadı da dağları yararaq arxı təkbaşına çəkib sona çatdırır.  

Fərhad sevən bir gəncdir. Şair onu Şirin uğrunda sadiq,vəfalı, və fədəkar bir sevgili olaraq tərənnüm edir. Bu sevgi o 

qədər güclüdür ki, Xosrovun hiylə  işlədərək  Şirinin ölüm xəbərini ona çatdırtdığı zaman dünya ona dar gəldi yaşamaq 

mənasızlaşdı: 

                                      Əvvəl varlığını talan eylədi, 

                                      Gözündə aləmi zindan eylədi, 

                                      Çırpdı vücudunu o, sal daşlara, 

                                      Qıydı varlığına dərdli biçarə. 

Ə.Nəvainin “ Fərhad və Şirin ” poemasında yalnız  “ Xosrov və Şirin ” poemasının deil, digər poemaların da təsirini 

görmək mümkündür.  

N.Gəncıvinin “ İsgəndərnamə ” poemasında  İsgəndər – orta çağların arasıkəsilməz müharibələrindən, günahsız 

insanların qətl və qarətindən, zalım şahların ədalətsizliyindən təngə gəlmiş, usanmış bir mütəfəkkirin, dahi bir şairin etirazı, 

bədii sözün gücü ilə göstərdiyi maneədir.  İsgəndər bu baxımdan Nizaminin sevə-sevə  qələmə aldığı ideal qəhrəmandır. 

İsgəndər elmə, savada, ədəbiyyata maraqla və ehtiramla yanaşan surətdir. O, bir çox dünyada tanınmış maraqlı kitabları 

yunan dilinə tərcümə etdirir və dünyanın tanınmış alimləri ilə xəlvətə çəkilib elmə, savada yiyələnir. 

Ə.Nəvai  “ Fərhad və Şirin ” poemasında baş qəhrəmanı – Fərhadı Yunan elinə aparır və o, İsgəndər tilsimini sındırıb 

Sokratın yanına qalxır: 


Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin