TAMAHKARLIQ CƏMİYYƏTİN BƏLASIDIR
Pərvanə KƏRİMOVA
ince_kapli@hotmail.com
Dünya ədəbiyyatında satira və yumorun tarixi antik yunan və roma ədəbiyyatından başlayır. Məsələn: Xəsislik
mövzusu qədim Roma dramaturqu Plavtın, Aristofanın komediyalarında əks olunub. Daha sonra bu mövzu Molyerin,
Mopassanın, Puşkinin, Qoqolun yaradıcılığında özünü göstərir. Belinski Puşkinin xəsislik mövzusunda yazdığı"Xəsis
cəngavər " əsəri haqqında qeyd edir: "Xəsis ideyası yeni ideya deyil , lakin dahilər köhnəni yeni etməyə müqtədirdir". Bəli
bu fikir cox doğrudur, antik dövrdən yazılmağa başlayan bu mövzunu M.F. Axundov ilk dəfə olaraq azərbaycan
ədəbiyyatına cox uğurlu bir şəkildə gətirdi. M. F. Axundzadə yaradıcılığını dərin təhlil edən müasir alim F. Qasımzadə
“Hacı Qara ” əsəri haqqında yazır: “Xəsis mövzusu Azərbaycan ədəbiyyatı üçün 50-ci illərdə tamamilə yeni və maraqlı bir
mövzu idi . M. F. Axundzadə dünya klassikləri kimi bu köhnə mövzunu yeniləşdirmiş və ədəbiyyata bu sahədə
sələflərindən fərqli olan xəsis surəti gətirmişdir”.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
288
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Plavt Tit Maksiy "Küp" (Xəzinə) əsərindəki mənəviyyatı var-dövlətə qurban verən Evklion personajı ilə klassik
dünya dramaturgiyasında xəsis obrazının ilk müəllifi sayılır. Qədim zamanlardan fərqli olaraq intibah dövründə cəmiyyət
üçün təhlükəyə çevrilə bilən pul münasibətləri Molyerin xəsis Qarpaqon obrazında meydana çıxdı . Əsas obraz olan
Qarpaqon təkcə xəsis deyil , tamahkar , yalnız öz mənfəətini düşünən biridi . O , pul üçün öz oğlunun sevgilisinin varlı
olduğunu düşünüb əlindən almaq fikrinə düşür . Cehiz və toy xərclərinən xilas olmaq və daha da varlanmaq arzusu ilə
oğlunu dul varlı bir qadınla , qızını onan 30-40 yaş böyük biri ilə evləndirmək niyyətindədir . Özünə bir şüar seçmiş olan
Qarpaqon " yaşamaq üçün yeyirik , yemək üçün yaşamırıq" deyir , evdəki xidmətçiləri pəhriz saxlamağa , paltarı yırtıq
olan xidmətçini qonaqlara xidmət edərkən arxası divara dayanıb həmin yırtığın görünməməsi üçün dayanmağa məcbur
edir . Evinə gələn qonaqlar üçün , nökərlərinə tapşırır elə yeməklər hazırlasınlar ki , hər kəs tez doysun və başqa heç nə
yeye bilməsinlər .
Molyerin ən əhəmiyyətli xüsusiyyəti yaşanan problemləri komediya tərzində izah etməsi və güldürərkən
düşündürməsidir. Mövzunun xəsislik problemi üzərində qurulması Bomarşenin 1773-cü ildə yazdığı "Siviliya bərbəri"
pyesində də təkrarlanır. Müəllifin özü əsərin əsas mövzusu haqqında yazdığı: "Himayəsindəki qıza vurulmuş qoca günü
sabah onunla evlənmək niyyətindədir. Gənc oğlanın həmin gün daha cəld tərpənib qocanı qabaqlayaraq burnunun ucunda
qızı alıb onun evindəcə özünə qanunu arvad eləməsi . Budur mənim əsərimin əsası ki, onun üzərində faciə, drama və opera
qurmaq olardı . Molyerin «Xəsis»i də bunun üzərində qurulmamışdımı ?" kimi izahla etiraf edərək , təkrarçılığı
təsdiqləyir.
Mopassanın yaratdığı və Molyerində "Xəsis" əsərini təsiri altında yazdığı "Balaca Çəllək" əsərində 2 xəsis obrazı
qarşı qarşıya qoyulmuşdur . Eprovil karvansarasının sahibi Şiko və Maqluar qarı . Şiko fermanı qoca qadının əlinən almaq
istəyir , uzun mübahisə və danışıqdan sonra qərar alınır . Nəhayət , 50 ekü vermək şərti ilə qarı kağızları imzalayır . 3 il
keçsədə qarının ölmədiyini görən Şiko sanki , 100 ildi qarıya pul verir , onu aldadiblar , soyublar kimi hislər yaranır ,
pullarını itirməmək üçün , qarının ölmünü yaxınlaşdırmağa yollar axtarır və bu yolu qarını şəraba öyrədərək onun ölümünü
yaxınlaşdırmaqla nail olur. Tamahkarlıq insanları həmişə fəlakətə sürükləyir , Maqluar qarının tamahkarlığı onun
həyatının əlindən alınması bahasına başa gəlir .
Avropanın Molyeri, Mopassanı, Bomarşesi, Puşkini, Qoqolun vardısa, Azərbaycanında Axundov kimi dahi
mütəfəkkiri vardır .
M.Arif Axundovu "Azərbaycanın Molyeri" adlandırmışdır . Axundzadə də Molyer kimi əsərlərini xalqa yaxın, onun
başa düşdüyü dildə yazırdı . M. F. Axundzadə Hacı Qara surətində o dövr Azərbaycan tacirlərinin tipik nümayəndəsini
yaradır . Bu surət dünya ədəbiyyatında yaranan xəsis surətləri silsiləsinə daxil olur və müəllifinə dünya klassikləri
sırasında şərəfli yer tutmağa haqq qazandırır. Əli Sultanlı : "Hacı Qara" həyat həqiqətlərini dərindən əhatə etməsi, bədii
keyfiyyəti, dramaturji quruluşu etibarı ilə M.F.Axundovun və eyni zamanda Azərbaycan komediyasının şah əsəridir".
Hacı Qara öz canı, qanı və hərəkəti ilə dünyanın başqa xəsislərindən fərqlənir . O, pul adı eşitdikdə həddindən artıq
qorxaq olduğu halda əlinə silah alır , varlanmaq üçün hər cinayətə qurşanır . Hacı Qara özündən acizlərin yanında zalım ,
özündən qüvvətlilərin qarşısında qul kimi dinməzdir . 100 manat zərərinin əvəzini çıxmaq üçün qacaqçılıq etməyə gedən
Hacı Qaranın xəsislik, tamahkarlıqla yanaşı ikiüzlülük, qorxaqlı kimi yeni xüsusiyyətləri üzə çıxır.
Bu qoca xəsis üçün dünyada puldan başqa müqəddəs hec nə yoxdur ; Hacı Qara , öz dostu Heydər bəyin qoçaqlığını
tərifləyən Əsgər bəyə etinasızlıqla deyir ki , bizim zəmanəmizdə qoçaq olmaqdansa , cibin pulla dolu olsa min dəfə
yaxşıdır .
El içində bir məsəl var “ Tamahkarı yalançı aldadar ”.Lakin Hacı Qara tamahkar olsa da yalançının hər sözünə
inanmır. O, tamahkar olduğu qədər də bicdir.Biz bunu Xudaverdi ilə söhbətində görürük.
S. S.Axundov dramaturgiyamıza M.F.Axundovun məşhur "Hacı Qara"əsərinin təsiri ilə yazdığı "Tamahkar"
komediyası ilə gəlmişdir. Bu pyesində o, dövrün bir sıra mənfiliklərinə , o cümlədən xəsisliyə , tamahkarlığa qarşı
çıxmışdır."Tamahkar" sadə, aydın dildə yazılmış realist komediyadır. Bu əsərdə müəllif gülüşün muxtəlif təsvir
vasitələrindən təbii şəkildə istifadə edir.
Əsərin mənfi komik qəhrəmanı Hacı Muraddır. Yazıçının qüvvətli cəhətlərindən biri Hacı Muradın yadda qalan
səciyyəvi xüsusiyyətlərini -xəsisliyini, tamahkarlığını , qorxaqlığını , ikiüzlülüyünü , hiyləgərliyini və sair çirkin sifətlərini
onun sözləri ilə hərəkətlərinin vəhdətində əks etdirməsindədir . Yazıçı ,satirik obrazının mənfi, eybəcər sifətlərini nümayiş
etdirib ona gülməklə kifayətlənmir, xəsisin mənfiliyini, mənəvi boşluğunu, gülünclüyünü, onun mənsub olduğu zümrəyə də
şamil edir. Bu cəhəti ümumiləşdirmək üçün o, Hacı Muradla ikinci xəsis Məhərrəm bəyi qarşılasdırır.Qarşılaşdırma
prosesində hər iki mənfi tipin varlanmaq üçün bir-birinə hiylə gəlmələri, xəsis və tamahkarlıqla,fərdiyyətçilikləri aydın
nəzərə çarpır. Məsələn , Hacı Murad 18 yaşlı , gözəl , ağıllı , ismətli qızı Gülzarı qoca Məhərrəm bəyə satmaq niyyəti ilə
özü kimi heç bir təqdirəlayiq olmayan bu xəsisi aslana, tərlana, gənc və sədaqətli İmranı isə tülküyə,sara bənzədir.
Dramaturq, bununla tamahkar Hacı Muradın nifrətəlayiq gülünc qayəsini, böhtançı sifətini onun öz sözləri ilə ifşa edir.
Molyerin , Mopassanın , Puşkinin , Qoqolun səsini eşitməyib harayına cavab verməyən bu günkü cəmiyyətimizdə hələ
də Qarpaqon, Evklion,Şiko və Maqluar qarı kimilər var. Öz tamahkarlıqları ucbatınan neçə-neçə insanların həyatını məhv
edən,gözlərini yaşlı qoyanlar, adları başqa olsada onlardan heç nə ilə seçilmirlər.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
289
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
AZƏRBAYCAN ƏDƏBİYYATINDA MİLLİ DÜŞÜNCƏ KONSEPSİYASI: MİLLİ
MƏNSUBİYYƏT VƏ MİLLİ DƏYƏRLƏR
Ramiz QASIMOV, Zülfiyyə İSMAYIL
AMEA Naxçıvan Bölməsi
ramizasef@yahoo.com.tr
, ismayilzulfiyye@yahoo.com
Azərbaycan milli düşüncə tərzi və onun tərkib hisəsi kimi milli mənsubluq hissi xalqın müxtəlif dönəmlərdə yaratdığı
yazılı və ya şıfahi ədəbi irsində özünü çeşidli formalarda, geniş və ya dar məzmunlarda ifadə etdirmişdir. Ümumiyyətlə,
azərbaycançılıq bir ideya-mənəvi hadisə kimi məhz XIX əsrin sonlarına doğru, XX əsrin əvvəllərində meydana çıxır. Ancaq
azərbaycanlılıq və milli mənsubiyyət düşüncəsi Azərbaycan xalqının formalaşdığı tarixdən mövcuddur. Tədqiqatçıların
fikrincə, Azərbaycan xalqının formalaşması prosesi artıq XI əsrdə sona çatır. Beləliklə, XI əsrdə artıq Azərbaycan xalqı
etnogenetik proseslərin nəticəsi olaraq mövcud olur. Bu mənada Azərbaycan xalqının milli dövlətçilik təfəkkürü xalqın
meydana gəlməsindən olduqca çox-çox əvvəllər müəyyənləşmişdir. Belə ki, Azərbaycan xaqlının etnogenezini təşkil edən
etnosların müxtəlif tarixi dönəmlərdə dövlət yaratma təşəbbüsləri və bu təşəbbüslərin yaratdığı ənənələr milli dövlətçilik
təfəkkürünü formalaşdırır. Beləliklə, dövlətçilik ənənələrinin mövcudluğu ilə artıq müəyyənləşmiş dövlətçilik təfəkkürü bu
gün Azərbaycanşünaslığın mənbələrindən biri kimi qiymətli məxəz rolunu oynayır. Azərbaycan xalqının XI əsrdə
formalaşaraq tarix səhnəsinə çıxması xalqa mənsubluq fikrinin də bu dövrlərdə artıq qəti olaraq müəyyənləşmiş olduğunu
söyləməyə imkan verir. Belə ki, Azərbaycanşünaslığın qiymətli mənbələrindən biri olan ana abidəmiz “Kitabi-Dədə
Qorqud” dastanlarında Oğuz elinə mənsubluq kimi ifadə tapan milli mənsubluğun təməli həm də özünəməxsus dəyərlərilə,
səciyyəvi xüsusiyyətlərilə əhatəli olaraq əks olunur. “Kitabi-Dədə Qorqud” dastanları bir çox səciyyəvi xüsusiyyətlərinə
görə Azərbaycan xalqının simasını qavramağa imkan verən əsər kimi möhtəşəmlik daşıyır.
Orta əsrlərə doğru inkişafın nəticəsi olaraq ədəbiyyatda farsca yazmağına baxmayaraq, Nizami Gəncəvinin
əsərlərindəki “türkcə düşünmək, farsca yazmaq” ənənəsi ortaya çıxır. Bununla da yaradıcılıq dilindən asılı olmayaraq,
görkəmli ədiblərimizin bir qisminin farsca meydana gələn əsərlərində belə milli mənsubluq köklü surətdə özünü ifadə
etməyə başlayır. O vaxtlar üçün türk millətinə mənsubluq, türk dilində danışmaq əsərlərin aydın ideya-estetik mərkəzində
dayanır. Azərbaycan ədəbi fikrində C.Əfqaninin simasında milli kimliyin təsbiti ilə bağı elmi-araşdırıcı fikirlərin meydana
gəlişi milli mənsubluq düşüncəsinin yetkinliyi kimi qiymətləndirilə bilər. XIX əsrdən mətbuat sahəsində milli kimlik
istiqamətində Ə.Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Azərbaycanlı” imzası ilə “Kəşkül” qəzetində
dərc olunan “Əvam gəzmək, yuxu yatmaqmı dedin?” məqaləsi, M.Şahtaxtılınının “Zaqafqaziya müsəlmanlarını necə
adlandırmalı?”, C.Məmmədquluzadənin “Azərbaycan” məqaləsi və s. milli özünüdərkin yetkinliyə çatmasında böyük
nailiyyət hesab edilə bilər. Azərbaycan ədəbi fikrində milli düşüncə tərzi, milli mənsubluq məsələsi, azərbaycançılıq ideyası
peşəkar, ideoloji konseptuallıq və məzmun cəhətdən C.Məmmədquluzadənin yaradıcılığında müəyyənləşir. Milli
mənsubiyyət məsələsi dövrün mötəbər ziyalıları olan C.Ünsüzadə, M.Şahtaxtılı, Ö.F.Nemanzadə, Y.V.Çəminzəminli,
M.S.Ordubadi, hətta Azərbaycan romantikləri olan H.Cavid, M.Hadi, Ə.Hüseynzadə və başqaları öz yaradıcılıqları ilə milli
düşüncə konsepsiyasını ifadə edirlər. Azərbaycan ədəbiyyatında milli düşüncə tərzinin bir ifadəsi olan azərbaycançılığın
ictimai-siyasi məzmunda hadisəyə çevrilməsində M.Ə.Rəsulzadənin, Ə.Cavadın, C.Cabbarlının və başqalarının böyük
xidmətləri vardır. XX əsrin 70-ci illərindən başlayaraq ulu öndərimiz Heydər Əliyevin fəaliyyəti və düşüncələri sayəsində
son yetkin məzmununu alır, kamala çatır və bitkin, məzmunlu və konseptual ideologiya, özü də milli ideologiya kimi
müəyyənləşir. Azərbaycan ədəbiyyatında sırf sovet dövrü, yəni fərqli ədəbi yaradıclıq hadisəsi kontekstində milli düşüncə
tərzi, azərbaycançılıq S.Vurğun yaradıcılığına özünü təsbit edir. Bu ənənələr sonradan İ.Hüseynov, İ.Məlikzadə, İ.Şıxlı,
B.Vahabzadə, M.Araz və b. sənətkarlar tərəfindən davam etdirirlir. X.R.Ulutürk və başqa sənətkarlar məhz bu ənənələrin
üzərində öz yaradıclıq ideallarını qururlar.
“SEHRBAZLAR DƏRƏSİ” ROMANINDA ZAMAN VƏ ZAMANSIZLIQ İDEYASI
Rübabə ƏZİZBƏYLİ
Bakı Slavyan Universiteti
ruba.aziz@yandex.com
Zaman və məkanın vəhdəti problemi fəlsəfədən öz qaynağını götürərək, ədəbiyyatşünaslıqda da öz əksini tapmışdır.
Zamanın və məkanın bir-birindən ayrılmazlığını həm fəlsəfədə, həm də ədəbiyyatşünaslıqda qəlibləşmiş bir doqma kimi
qəbul edirlər. Təsadüfi deyil ki, klassisizm ədəbi cərəyanının nümayəndələri də “üç vəhdət” prinsipindən danışarkən zaman,
məkan və hərəkət vəhdətini əsas götürürdülər. Lakin zamanı və məkanı bir-birindən ayrılıqda-konkret məfhum kimi də
tədqiq etmək mümkündür. Yəni bədii əsər daxilində hadisələrin baş verdiyi zaman kəsimi həmin zaman uyğun məkan
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
290
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
obrazlarının təsviri ilə tamamlanır və bu əsərləri təhlil edərkən həm məkanı həm də zamanı müstəqil olaraq təhlil etmək
mümkündür.
Kamal Abdulla Azərbaycan ədəbiyyatında roman, povest, hekayə, eyni zamanda şeirlərin və dram əsərlərinin müəllifi
kimi tanınır. Xüsusilə də yazıçının nəsr əsərlərində xronotopun çoxqatlı elementlərini, zamanın və məkanın semantik və
simvolik dəyişikliklərə uğradılaraq mifik və mistik planda verildiyi görmək çətin deyil.
Bu sahədə yazıçının “Sehrbazlar dərəsi” romanı xüsusilə qeyd edilməlidir. Romanda əsas hadisələr orta əsrlərdə
cərəyan edir. Burada dərvişliyin, təriqətlərin və dində fikir ayrılıqlarının öz əksini tapdığını nəzərə alsaq, eyni zamanda
əsərdəki Ağ dərviş obrazının yaydığı ideyaların Həllac Mənsurun fikirlərinə uyğunluğunu qeyd etsək, anlayarıq ki,
romanda tarixi zaman təxminən IX-X əsrləri əhatə edir. Lakin bu tarixi zaman kəsimi romanın sadəcə qılafını təşkil edir.
Əsərin nüvəsində isə sakral-müqəddəsləşdirilmiş zaman özünü göstərir. Zaman özü əsərin daxilində müstəqil bir obraz
kimi çıxış edir. Zamanın axışı hər şeyi həll edir. İnsanlar zamanın konkret məqamlarının onların taleyini idarə etdiyinə,
həyatlarını yönləndirdiyinə inam bəsləyirlər. “Gözətçilər yaxınlaşıb onu tanıdılar-tanımadılar büruzə verməyib rəsmi
qaydada itaət edərək başçıları ondan gecənin adını soruşdu. Ürəyində “bilməsəm, nə edərsən?” deyə düşündüsə də dili ilə
“Qıpqırmızı üfüq” cavabını verdi”. Göründüyü kimi bu epizodda gecə adlanan zaman kəsiminin öz çaları, önəmli bir
funksiyası var. Bu funksiya qoruyuculuq funksiyasıdır. Gecənin rənginə görə insanlar təhlükəni və ya uğuru qabaqcadan
müəyən edirlər. Real zamanın içində mistik-sakral zaman məfhumunun gizləndiyi də buradan meydana çıxır. Zaman
məfhumunun özü mistifikasiya funksiyasını yerinə yetirir. Simvolika isə köməkçi xarakter daşıyır.
“Sehrbazlar dərəsi” ronanında zamanın özəyini təşkil edən “zamansızlıq” ideyası əsasən sehrbazların özləri ilə
təkbətək qaldıqları “təkcənəlik zamanı”nda əks olunur. Bu zaman kənardakılar üçün zaman həmişəki kimi axıb gedir.
Sehrbaz üçün isə zaman zamansızlığa keçid edir. Sehrbaz “təkcənəlik zamanı”nda adını soyunur, sadəcə özü olur. Vird edir-
bu isə sufilərin Yaradanı dönə-dönə zikr etməsi məqamı ilə paralellik təşkil edir. “Təkcənəlik zamanı” sanki fikirlərində
qeyb olmuş insanın ekstaz halının ifadəçisi kimi çıxış edir. Bu zaman sehrbazlar ətraf aləmdən təcrid olunur, onların daxilən
nələr küçirdiyini isə kimsə bilə bilməz. Aydın Talıbzadə romanda göstərilə “təkcənəlik vaxtı” ilə bağlı belə bir fikir bildirir:
“Təkcənəlik vaxtında çəkilirsən xəlvətə, bir sən olursan, bir də yüyənsiz ruhun və ayrı heç nə. Dünya hər yerdən sovrulub
yığılır içinə və sən zaman və məkandan çıxırsan”.
Romanda əksər hallarda hadisələrin gecə vaxtı baş verməsi də bir işarədir. Gözəl Pərnisənin gecələr evdən çıxıb Cəllad
Məmmədqulu ilə görüşməsi, Məmmədqulunun anasının oynaşını gecə vaxtı öldürməsi, Karvanbaşını ruh ilə gecə görüşməsi
və s. əslində qəhrəmanların qaranlığa doğru sürüklənən taleyindən xəbər verir. Rus etnoqrafı D.K.Zeleninin fikrincə,
günorta və gecəyarısı sirli və kritik məqamlar hesab olunur. Əsərdə zamanın da zamansızlığa keçmə məqamı bu sirlə və
kritikliklə bağlıdır. “Elə həmin gün axşam vaxtı vəzir Məşdəli hüzurdan qayıdıb yaşadığı mülkə girəndə ürəyində həm
sevincə, həm də qorxuya bənzər birr hiss var idi. Şahın qəzəbindən canı qurtarmışdı-buna əlbəttə ki, şükür edirdi”. “O gecə
mən Çərxi-fələyi tərk edəli ilk dəfə idi ki, gecə yatıb yuxu gördüm”. “Axşamdan xeyli keçmiş və gecə artıq düşmüşdü
Karvanbaşı evinə dönən zaman Xacə İbrahim ağa ki qulağı çöldə səsdə idi, tez duyuq düşüb həyətə çıxdı”. Zaman sadəcə
görünmədən axın etmir, axın etmək funksiyasından çıxaraq, həmçinin bir obraz kimi çıxış edir və əsərin süjetini idarə edir,
onu lazımi yöndə istiqamətləndirir. Gecənin rəng çalarları qəhrəmanların taleyindən xəbər verir. Nəzərə alsaq ki, qırmızı
həm dı qan rəngidir, əsərin başlanğıcında, yol alan karvanın dincəldiyi gecənin “qıpqırmızı üfüq” adlandırılması karvanın
sahibini bu yolun sonunda qanlı bir faciə gözlədiyinə işarədir ki, elə buna görə gecənin rəngi qırmızıya boyanmışdır. Və ya
qeyd edilən hissələrdə hər hansı hadisədən əvvəl axşamın düşdüyü və zamanın gecəyə yaxınlaşdığı təsvir olunur. Bu artıq
hadisələrin sonunun fəlakətlə bitəcəyi, gecə kimi sonsuzluğa sürüklənəcəyinin xəbərçisi kimi özünü göstərir.
Göründüyü kimi Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanında zamanın poetikliyi geniş şəkildə öz əksini
tapmışdır. Əsərdə zamanın hansı prizmadan dəyərləndirilməsindən asılı olmayaraq, zaman kəsimi anlayışı mistifikasiyaya
xidmət edir. Bu proses romanda ayrı-ayrı ritualların və magik hadisələrin köməyilə bir daha öz təsdiqini tapır. Zaman
getdikcə zamansızlığın içində əriyir, obrazları bütün süjeti də öz daxilində əridir.
MƏMMƏD ARAZIN LİRİKASINDA VƏTƏN MÖVZUSU
Səadət MƏHƏMMƏDOVA
Bakı Slavyan Universiteti
mehemmedova91@mail.ru
Azərbaycan altmışıncılarının poeziyasında Məmməd Arazın lirikası əhəmiyyətli yer tutmuşdur. Bizim qənaətimizə
görə, M.Araz müasir poeziyamızın ən görkəmli şəxsiyyətidir. Biz yaza bilərdi ki, “Ən görkəmli şəxsiyyətlərdən biridir”.
Çünki əgər şair şəxsiyyətdirsə, o, “şəxsiyyətlərdən biri” ola bilməz. Şair poeziyaya ötən əsrin 50-ci illərində gəlmişdir. Bu o
vaxt idi ki, milli poezyamızda yeni mərhələ başlamaq üzrə idi. İlk çağlarda bu, hələ hiss olunmurdu. Bu vaxt şeirlərini hələ
“M.Araz” imzası ilə yox, “Məmməd İbrahimov” imzası ilə çap etdirirdi. İlk şeiri 1952-ci ildə “İnqilab və
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
291
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
mədəniyyət”(indiki “Azərbaycan”) jurnalının beşinci sayında dərc olunmuşdur. Bu şeirin adı “Yanın,işıqlarım” adlanmışdır.
Şair poeziyasının başlanğıcı, mənbəyi nənə və babalarımızın minillik qan yaddaşındadır. M.Arazın qəlbinə ilk poeziya
qığılcımı da elə bu xalq nağıllarından, bu müdrik, səmimi nənə kitabından, dədə dastanlarından közərmişdir. Bütün sonrakı
illərdə bu hiss, bu başlanğıc onun poeziyasını tərk etməmiş, bəlkə daha da qüvvətlənmiş, dərinləşmişdir, onun poetikasının
əsas xüsusiyyətinə çevrilmişdir. M.Araz bütün yaradıcılığında torpağı vəsf edən, onun özünün ilham mənbəyi adlandıran
şairlərdən biri olmuşdur. Torpaq onun poetik misralarında gül-çiçəyə bürünmüş, gözəlləşmiş, qayalar qanad açmış,
Vətənimiz başdan-başa laləzara çevrilmişdir. Bu torpağı – onun dağlarını, düzlərini qarış – qarış gəzən, yaylaqlarda
çobanlarla bir alaçıqda yatan, bağ – bağça becərib bolluq yaradan insanların işi, həyatı ilə yaxından tanış olan istəkli
şairimiz şeirlərinin əsas mövzusunu da gəzdiyi yerlərdən, gördüyü adamlardan almışdır. Artıq bir neçə il keçəndən sonra M.
Arazın “Sevgi nəğməsi” (1959) adlı ilk kitabı, onun ardınca “Üç oğul anası”, “Araz axır”, “Anamdan yadigar nəğmələr”,
“Ömür karvanı”, “İllərdən bəri” kimi şeir kitabları çapdan çıxmışdır. Bu kitabların hər birini oxuduqca hiss edirsən ki, onun
arxasında insanları xeyirxahlığa, gözəl əməllərə, nəcib işlərə səsləyən, dünyanın qayğısını çəkən bir şair ürəyi döyünür. Bu
ürək, bu ilham yalnız insanlara xidmət edir, poeziyanın gücü ilə onları daha da ülviləşdirir. Bir – birinin ardınca ərsəyə
gələn kitablar yalnız şairin yox, bütövlükdə yeni şeirin – 60-ci illər poeziyasının yolunu, məramnaməsini, mənəvi aləmini
əks etdirmişdir. Elə ilk şeirlərindən etibarən M.Araz hər şeydən əvvəl lirik şair olmuşdur. Şairin lirikasına bir ümman
genişliyi, nəhayətsizliyi və coşqunluğu xasdır. Biz artıq bu lirikanın mövzu, fikir genişliyini qeyd etdik. Lakin burada bir
mövzuya ayrıca toxunmaq istəyirdik. Bu, M.Araz lirikasında, bütövlükdə poeziyasında Vətən, daha konkret desək,
Azərbaycan mövzusunun əsas, aparıcı olmasıdır. “Vətən mənə oğul desə, nə dərdim” – məşhur misrası da bu yaradıcııq
həqiqətinin təsdiqi və ifadəsidir. Şair bir qayaya söykənib düşüncələrə dalır. Nələr keçir içindən?. İnsan və Vətən tarixi. Bu
qayalar adi daş deyil, bunlar insan yaddaşıdır, nəsilərin yaddaşıdır, şair Vətən daşlarında onun tarixini oxuyur, tarixin səsini
eşidir. Belə düşüncələrdən isə M.Araz öz poetik həqiqətinə gəlib çıxırdı, o həqiqətə ki, onun poetik fikri aşağıdakı
misralardan ibarət idi:
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
M.Araz lirikasının bu kimi tərəflərini – vətəndaşlıq təfəkkürünün bu lirikanın əsas xüsusiyyəti olması ilə izah edə
bilərik və etməliyik. Bununla yanaşı, M.Araz lirikasının həm də fəlsəfi – poetik bir mahiyyət daşıdığını da deməliyk və
bütövlükdə onu dəyərləndirərkən bu xüsusiyyətlərindən sərf – nəzər etməməliyik. Biz bu tipli şeirləri sırasında “Dünya
sənin, dünya mənim”, “Əlvida, dağlar”, “Qoruyun dünyanı”, “Belə dünyanın nəyindən küsüm”, “Dünya düzəlmir” şeirlərini
ayrıca fərqləndiririk. Bu şeirlərin hüsnü, poetik ləyaqəti nədədir?. Yəqin ki, ilk növbədə fəlsəfi, müdrik baxışın
şairanəliyində, sanki yenidən kəşf edilməsindədir.
M. Araz həm də fikir, obraz şairi olmuşdur. Şeirləri hər bir oxucunu dşündürmüş və bu oxucu şairin ədəbi
qəhrəmanına oxşamağa çalışmışdır. Bu qəhrəman isə vətəndaşlıq qeyrəti ilə, doğma Azərbaycan torpağına məhəbbətilə
seçilən bir qəhrəmandır. Xalqımızın şanlı tarixi, bu tarixi şöhrətləndirən igidlərimiz M. Araz şeirində yaşayır, minlərlə gənc
oxucunun sevimlisinə
çevrilir.
Vətənin dərdləri, ağrıları ilə baş – başa, nəfəs – nəfəsə yaşadı, onlara şeirlər , nəğmələr qoşdu. İlk öncə, özünə ən
böyük dərd kimi ikiyə bölünmüş xalqın, torpağın ayrılıq, həsrət yanğısını sandı. “Vətən daşı olmayandan, olmaz ölkə
vətəndaşı...”deyən şair Ana Vətən, onun daşına, torpağına diqqəti cəlb etmişdir. Ustad şairmiz xalqın görən gözü, düşünən
beyni olmuşdur və qılıncdan kəsərli qələmi ilə Azərbaycan ədəbiyyatnda “Vətən poeziyasını”- həm güldürən, həm ağladan
söz dünyasını yaratmağı bacarmışdır, oxucularını da bu söz dünyasının əbədi qonaqlarına çevirmişdir.
Bu gün gərək hər anımız
Vətən!
–
desin
.
Qılıncımız, qalxanımız
Vətən!
–
desin.
Qoca millət, hər andımız, amalımız,
Əgər
varsa,
Zərrə qədər imanımız
İmanımız Vətən! – desin.
Doğrudan da, istedadlı şairimiz bütün yaradıcılığı, sönməz ilhamı ilə vətənimizi tərənnüm etmişdir.
Dostları ilə paylaş: |