Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə66/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   62   63   64   65   66   67   68   69   ...   144

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

296 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

tərzinin formalaşmasının psixoloji mexanizmlərini açmaqla, gənc nəslin  şəxsiyyətinin fəal  şəkildə istiqamətləndirilməsi 

üçün imkan verir. Tərbiyə psixologiyası  şagirdlərin tərbiyəvi təsir  şəraitində psixi fəaliyyətlərinin qanunauyğunluqlarını, 

məktəblilərin özünütərbiyəsinin psixoloji əsaslarını  aşkara çıxarmaq vasitəsilə  şəxsiyyəti müəyyən edən xarakterik 

keyfiyyətlərin formalaşmasına imkan yaradan təsirlərin mexanizmlərini də öyrənir. 

Tərbiyə şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş xüsusi fəaliyyət sahəsidir. Görkəmli pedaqoq A.S.Makarenkanun 

dediyi kimi tərbiyənin mahiyyəti ondan ibarətdir ki, daha yaşlı  nəsil bu prosesdə özünün təcrübəsini, özünün etirazlarını, 

özünün inamını kiçik nəslə verir.Tərbiyə daxili və xarici amillərin təsiri ilə  şəxsiyyətin inkişaf istiqamətlərinin idarə 

olunmasıdır. Ona görə  də  şəxsiyyətin necə formalaşması, bu prosesə  təsir edən amillər diqqəti ilk növbədə  cəlb edən 

tərəflərdəndir. Bu baxımdan, birinci növbədə  nəyi tərbiyə etmək məsələsi, başqa sözlə,  şəxsiyyətin strukturu, əlamət və 

keyfiyyətləri, xassələrini dəqiqləşdirmək lazım gəlir. Məlum olduğu kimi, şəxsiyyətin hər bir keyfiyyəti bir-biri ilə ayrılmaz 

şəkildə bağlı olan bir vahiddir. Ona görə də şəxsiyyətin hər bir əlaməti başqa əlamətləri ilə əlaqəsindən asılı olaraq çox vaxt 

tamamilə  fərqli xarakter daşıyır, özünəməxsus  əhəmiyyət kəsb edir. Ona görə  də  tərbiyə prosesində  şəxsiyyətin 

formalaşmasının bu cür cəhətlərinin nəzərə alınması zəruridir. Başqa sözlə, insanı hissə-hissə deyil, bir şəxsiyyət kimi tam 

halında tərbiyə etmək lazımdır. 

Tərbiyədən söhbət açarkən biz birinci növbədə məktəbli şəxsiyyətinin formalaşması haqqında düşünürük. Başqa sözlə, 

məktəbin və müəllimin imkanları  çərçivəsində,  şəxsiyyətin formalaşması pedaqoji psixologiyada ən zəruri məsələ kimi 

qarşıya çıxır.Hələ məktəb yaşının ilk günlərindən tərbiyə işinin düzgün qurulmaması, pedaqoji baxımsızlığın hökm sürməsi 

şagird  şəxsiyyətində arzu olunmayan keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Bu cür mənfi keyfiyyətləri aradan 

qaldırmaqsa yenidəntərbiyə işi tələb edir ki, bu da yeni keyfiyyətləri formalaşdırmaqdan qat-qat çətindir. 

Hər  şeydən  əvvəl nəzərə almaq lazımdır ki, tərbiyə böyükməkdə olan nəslin  şəxsiyyətinin formalaşması prosesinin 

idarə olunmasından ibarətdir.Ona görə də bu proses özünün psixoloji mexanizminə malikdir. Bu mexanizmi nəzərə almadan 

tərbiyə işində müvəffəqiyyət qazanılacağı barədə düşünmək olmaz. Burada birinci növbədə tərbiyə prosesinin mahiyyətini 

təşkil edən və psixoloji nöqteyi-nəzərdən bir-biri ilə bağlı olan aşağıdakı cəhətlərə diqqət yetirmək lazım gəlir:  

a) tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri, onların qarşılıqlı münasibətləri; 

b) tərbiyənin məqsədi; 

c) tərbiyə prosesində istifadə olunan yollar. 

Məhz buna görə  də  tərbiyə prosesini düzgün idarə edə bilmək üçün həmin cəhətlərin hər birinin xüsusiyyəti nəzərə 

alınmalıdır. Yalnız bu zaman tərbiyə prosesində şəxsiyyətin tələbatları, maraq və meylləri, dünyagörüşü, əqidə və idealları, 

qabiliyyət və xarakteri lazımi şəkildə formalaşdırıla bilər. 

Tərbiyə prosesində biz daima inkişaf edən, keyfiyyətcə  dəyişən uşaqlarla işləməli oluruq. Tərbiyə olunan həmin 

uşaqlar özlərinin  şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərinə, tələbat və motivlərinə görə bir-birlərindən fərqlənirlər. Ayrı-

ayrı yaş dövrlərində bu fərqlər müxtəlifləşir və özünəməxsus tərbiyəvi iş tələb edir.  

 

 

TARİXİ ŞƏXSİYYƏTİN BƏDİİ TƏSVİRİNDƏ DİALOQ  



(Ö.SEYFƏDDİNİN “PEMBE İNCİLİ KAFTAN” HEKAYƏSİ ƏSASINDA ) 

 

Səməni ABBASOVA

 

Bakı Dövlət Universiteti 



sem_ava@mail.ru 

 

Hər bir əsərdə    qəhrəmanın daxili dünyasının, mənəvi aləminin təsvirində yazıçı müxtəlif üsullardan istifadə edir. 

Dialoq da bu üsullardan biridir. Türkiyə  ədəbiyyatında hekayə ustası kimi tanınan Ö.Seyfəddin də öz hekayələrində 

qəhrəmanlarının daxili dünyasını  təsvir etmək üçün dialoqlardan da istifadə etmişdir. Onun “Pembe İncili Kaftan” 

hekayəsində  də dialoqlardansəmərəli  şəkildə istifadə olunmuşdur.  İlk öncə onu qeyd edək ki, bu hekayədə Ö.Seyfəddin 

görkəmli Azərbaycan dövlət xadimi və şairi Ş.İ.Xətainin bədii obrazını yaratmışdır. 

Onu da vurğulamağa ehtiyac vardır ki, Türkiyə ədəbiyyatında Ş.İ.Xətaiyə qarşı münasibət birmənalı deyil. Yaradıcılığı 

boyu daim türkçülüyü təbliğ edən, türkçülük hərəkatının önündə gedən simalardan biri olan Ö.Seyfəddinin hekayəsində Şah 

İsmayıl qəddar, hiyləgər, despot, insan əti yeyən, Allahdan qorxusu olmayan bir obraz kimi təsvir olunur. Şahın sarayına 

məktub göndərmək üçün cəsur bir elçi axtarılır. Çünki Şah onun sarayına gələn elçiləri müxtəlif formalarda qətlə yetirirmiş. 

Buna görə də Şahın qarşısında qorxudan əyilməyən, vətənini, dövlətini şəxsi mənafeyindən üstün tutan bir elçi tələb olunur. 

Bu şəxs Muhsin Çələbi olur. Dialoqların təşkilində obrazlar aləmi, zaman və məkan mühüm rol oynayır. Obrazların savadı, 

intellektual səviyyəsi, dünyagörüşü,  əqidəsi və s. daha doğrusu, surətin  şəxsi, insani keyfiyyətləri, digər tərəfdən, onların 

sosial vəziyyətləri və s. əsas amilə çevrilir. Bu baxımdan Muhsin Çələbi ilə  sədrəzəm arasında olan dialoq səciyyəvidir. 

Muhsin Çələbi təbiətcə mərd bir insandır. O, heç vaxt dövlət qulluğuna girməmiş və heç kəsin qarşısında baş əyməmişdir. 

Lakin Səfəvi sarayına göndəriləcək elçi dövləti üçün ölümdən qorxmayan biri olmalı idi. Muhsin Çələbi dövləti üçün hər 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

297 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

cür fədakarlıq etməyə hazırdır. Səfər üçün lazım olan bütün ehtiyaclarını da dövlətindən heç nə ummadan, şəxsi vəsaiti 

hesabına ödəməyi öz öhdəsinə götürür. O, Ş.İ.Xətai obrazının bədii təsvirini verərkən onun özünün hansısa bir qəhrəmanla 

olan mükaliməsi ilə deyil, hekayədəki digər obrazların arasında olan dialoqlar vasitəsilə onun barəsində təsəvvür yaratmağa 

çalışmışdır. Onların arasındakı dialoqlar obrazların mənəvi dünyasını dərk etməyə yardım göstərir. Bu dialoqdan Muhsin 

Çələbinin qorxmaz, cəsarətli, vətənini sevən bir insan olması ortaya çıxırsa,  həm də  Şah  İsmayıl obrazı haqqında da 

yazıçının düşüncələri ortaya qoyulur. Belə ki, Muhsin Çələbi  Şahın hüzuruna pembe incili kaftanı geyinmək üçün bütün 

varidatından keçir. Muhsin Çələbinin  Şah  İsmayılla görüşə xüsusi hazırlaşması, həm də  Xətainin qüdrətli bir hökmdar 

olmasını göstərir. Sədrəzəm Muhsin Çələbiyə müflis olacağını deyəndə o, “devletten hep alınmaz ya.. bir az da verilir!”- 

deyə, cavab verir. Bir türk üçün vətənə, dövlətə olan sevgisi hər cür var-dövlətdən üstündür. 

Dialoqlar, yalnız, bir neçə  nəfərin üz-üzə oturub apardığı adi söhbət və mükalimə deyildir, həm də  bədii ifadə 

vasitəsidir, daha doğrusu, insan mənəviyyatının mürəkkəb, çoxçalarlı hiss  və duyğularının tərcümanı, real, əyani  əks-

sədasıdır. Hekayədə Muhsin Çələbi Şah sarayına gəlir, məktubu verdikdən sonra oturmağa yer olmadığını görür. Düşünür 

ki, onu bilərəkdən ayaqüstə saxlatmaqla təmsil etdiyi dövləti də aşağılamaq istəyirlər. Bundan sonra o, pembe incili kaftanı 

yerə sərir və onun üzərində əyləşir. Sarayı tərk edib gedəndə Şahın xidmətçiləri ona kaftanını unutduğunu deyəndə o, belə 

cavab verir: “–Hayır, unutmuyorum. Onu size bırakıyorum. Sarayınızda büyük bir padişah elçisini oturtacak seccadeniz, 

şilteniz yok. Hem bir türk, yere serdiyi şeyi bir daha arkasına koymaz...” 

Dialoqdan aydın olur ki, Muhsin Çələbi bir elçi kimi nə  qədər cəsurdursa,  Ş.İ.Xətai də bir hökmdar kimi o qədər 

qüdrətlidir.  Əgər  əsərin  əvvəlində  Şahın hüzuruna gələn elçilərin müxtəlif  şəkildə öldürüldüyü qeyd olunursa, hekayənin 

sonunda bunun tam əksini görürük. Muhsin Çələbinin sədrəzəmə dediyi sözlərdən aydın olur ki, zamanın bir çox hakimləri 

öz mövqelərinə yaltaqlıq etməklə, əl-ayaq öpməklə yüksəliblər. Qarşılarında mərt, doğru adam görəndə onu məhv etməyə 

çalışıblar. Ancaq Ş.İ.Xətai belə  şahlardan deyil. O, Muhsin Çələbinin mərd, cəsur olduğunu görür və onu öldürmür. 

Ş.İ.Xətai mərd olduğu üçün mərdi də qiymətləndirir və onun mənsub olduğu dövlətə sevgisini dəyərləndirir. Qarşısına çıxan 

cəsur elçini öldürməyi öz şahlıq adına yaraşdırmır.   

 

 

 



 

 

 



 

Tarixi şəxsiyyətin bədii təsvirini yaradarkən Ö.Seyfəddin qüdrətli bir sənətkar kimi dialoqlardan çox ustalıqla istifadə 

etmişdir. 

 

 



 

AZƏRBAYCAN TƏNQİDİNİN İNKİŞAFINDA İNTERNETİN,  

QƏZET VƏ JURNALLARIN ROLU

 

 

Sərvər SƏFƏROV 

Bakı Slavyan Universiteti 



seferov.server@mail.ru 

 

      Hər bir dövrün ədəbi tənqidinin öyrənilməsi tədqiqatçılar üçün hər zaman aktual mövzu olmuşdur. Yeni dövr ədəbi 

tənqidimiz ədəbiyyatımızın inkişafında çox mühim işlər görmüşdür. Qəzet və jurnallarda dərc olunan məqalələrlə bərabər 

internetin də inkişaf etməsi,  ədəbi  əsərlərin elektron variantlarının yaradılması  tənqidin yeni bir mərhələyə  qədəm 

qoymasına gətirib çıxarmışdır. Yeni dövrdə  fəaliyyət göstərən  ədəbi qəzet və jurnallar, bəzi  ədəbi saytlar və burada 

yerləşdirilmiş  tənqidi məqalələr tənqidimizin inkişafına öz tövhəsini vermişdir. Bu baxımdan yeni dövr Azərbaycan 

tənqidinin ətraflı öyrənilməsi böyük əhəmiyyətə malikdir. 

      Yeni dövr tənqidimizin inkişafında “Azərbaycan”, “Ulduz”, “Körpü” jurnallarının, “Ədəbiyyat” və “525-ci” qəzetlərin 

də rolu böyükdür. 1923 ilden neşr olunan “Azerbaycan” jurnalı bir bölməsini xüsusilə tənqidə ayırmışdır Burada bir çox 

görkəmli tənqidçilərin məqalələri müntəzəm olaraq dərc olunur. “Ulduz” jurnalıda öz saylarında tənqidə xüsusi diqqət 

yetirir. “Ədəbiyyat” və “525-ci” qəzetlər də ədəbi fəaliyyəti ilə adı çəkilən jurnallardan geri də qalmır. 

      Yeni  dövr  Azərbaycan tənqidindən danışan zaman onu da qeyd etmək lazımdır ki ilk tənqidi jurnal olan “Körpü” 

jurnalının nəşri tənqidin dahada da canlanmasına səbəb olmuşdur. Bu jurnalın nəşrindən bir müddətdən sonra Tehran 

Əlişanoğlunun redaktorluğu ilə ilk elektron jurnal “tənqid.net” yaradıldı. 

      Internetin inkişafı əsərlərin elektron variantlarının yaradılması tənqidində internetə nüfuz etməsinə gətirib çıxarmışdır. 

Əvvəllər sadecə çap şəklində  çıxan jurnalların, qəzetlərin həm də sayt  şəklində  fəaliyyət göstərməsi və bundan başqa 

mədəni-ədəbi saytların yaradılması tənqidimizə təkan vermişdir. Bu cür saytlar içərisində “kulis.az” və “kult.az”  daha çox 

diqqəti cəlb edir. Xüsusile “kulis.az” da maraq doğuran polimik məqalələr və ədəbi müzakirələr tənqidin inkişafindan xəbər 

verir. Burada həm profossional tənqidçilərin, həm də gənc tənqidçilərin məqalələri müntəzəm olaraq yayımlanır. 

      Biz  yeni  əsərlər işıq üzü görən kimi internetdə onun haqqinda tənqidi məqalələri asanliqla əldə edə bilərik. Buda 

tenqidin inkişafına müsbət təsir göstərir.  İnternetdə  hər bir əsər haqqında çoxlu məqalələr tapmaq olur ki, buda öz 

növbəsində oxucu tənqidini də formalaşdırır. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

298 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

      Adı çəkilən qəzet və jurnallarda, saytlarda dərc olunan məqalələr yeni dövr Azərbaycan tənqidinin ümumi mənzərəsini 

əks etdirməyə imkan verir. 

      Azərbaycan tənqidinin yaranma ve inkişaf tarixinə diqqət yetirsək görərik ki, yeni dövr tənqidimiz öz müstəqilliyi və 

əhatə dairəsinin genişliyi ilə seçilir. Azərbaycan tənqidi elə bir dövrə qədəm qoymuşdur ki, tənqid hər tərəfli inkişaf edir. Bu 

inkişafı təkcə qəzet ve jurnalların nəşri ve internetle bağlamaq da düzgün fikir olmaz. Bu inkişafın başlıca səbəblərindən biri 

də ədəbiyyatın inkişafıdır. Düzdür ədəbiyyatımıza nəzər salsaq yazıçılar və yaradılan əsərlərin sayının müqayisəsi zamanı 

görərik ki vəziyyət o dərəcədə ürək açan deyil. Ancaq buna baxmayaraq son dövrdə yaradılmış sanballı  əsərlər tənqidin 

müzakirə obyektinə çevrilmişdir. Aqil Abbasın “Dolu” romanı, Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı və.s əsərlər 

buna misaldır. 

      Bütün bu qeyd olunanlarla yanaşı tənqidin bədii mətnə yanaşması son dövrlərdə  nisbətən sistemli, prosessual yanaşma 

ilə  əvəzlənməyə başlayıb. Nəticədə xeyli monoqrafiyalar, kitablar ərsəyə  gəlib. Cavanşir Yusiflinin Əli Kərim, Ramiz 

Rövşən, Vaqif Yusiflinin Fikrət Qoca, Musa Yaqub, İltifat Saleh, Bəsti Əlibəylinin Əli İldırımoğlunun yaradıcılığıdan bəhs 

edən monoqrafiyaları, Əsəd Cahangirin Xalq yazıçısi Anar və Günel Anarqızının əsərləri ilə bağlı “Ağ saç-qara saç” kitabı 

və s əsərlər peşəkarlıq baxımından diqqəti cəlb edir. 

      Ədəbi faktların müxtəlif yönlərdən izlənməsində bilavasitə  və birbaşa tənqiddə olan yazarların hər bir iştirak edir. 

Nizami Cəfərov, Nizaməddin  Şəmsizadə, Arif Əmrahoğlu, Kamal Abdulla, Vaqif Yusifli, Cavanşir Yusifli, Azər Turan, 

Əsəd Cahangir, Bəsti  Əlibəyli, Elnarə Akimova, gənc nümayəndələrdən Qanturalı, Maral Yaqubova və başqaları belə 

şəxslərdəndir. 

      Ədəbi tənqid  ədəbi proseslə  sıx  əlaqədədir. Bizə  məlumdur ki, hər dövr tənqidinin öz problemləri var. Bu baxımdan 

Xalq yazıçısı  tənqidçi-ədəbiyyatşünas Elçinin “Muasir dövrdə Azərbaycan  ədəbi tənqidinin yaradıcılıq problemləri” 

məqaləsi diqqətə layiqdir.  

      Muasir dövr tənqidinin çox qabaqcıl fəal gənc simaları vardır ki, onlar məqalələrin daha çox internetdə yerləşdirirlər. 

“Köşə yazarı” kimi fəaliyyət göstərən bu gənc tənqidçilər  ədəbiyyatımıza və  tənqidimizə canlılıq gətirirlər. Onların 

məqalələrində əsərlər daha çox dünya ədəbiyyatı ilə müqayisədə tənqid olunur. Bu isə öz növbəsində daha sanballı əsərlərin 

yaranmasına gətirib çıxarır. Fikrimcə bu çox müsbət haldır. Belə ki, ədəbiyyatımız yeni inkişaf yoluna qədəm qoyduğu bir 

vaxtda bu cür məqalələrə çox ehtiyac vardır. 

 

 

YUSİF SƏMƏDOĞLUNUN “QƏTL GÜNÜ”  ROMANINDA İNSAN VƏ DÜNYA 

MÜNASİBƏTLƏRİ

 

 

Sevil SƏFƏROVA 

Bakı Slavyan Universiteti 



sevil.seferova1@mail.ru

 

 

Dövr və mühitlə  əlaqədar olaraq insanın inkişaf prosesi, şəxsiyyətin tərəqqisi, mənəvi zənginləşməsi, daxili 

duyğularındakı oyanışlar və dirçəliş, bunun nəticəsində insanların özünüdərki və s. kimi problemlər bu konsepsiyanın 

önəmli özəlliklərindəndir. Bu baxımdan Yusif Səmədoğlunun  “Qətl günü” romanı zəngin material verir. Romanda insan və 

dünya, insan və cəmiyyət münasibətlərində modernist və ekzistensialist baxışlar əks olunmuşdur. 

Psixoloji hadisələrə qüvvətli meyl, insanı bütün mürəkkəbliyi, ziddiyyətləri ilə  təsvir etmək Y.Səmədoğlunun 

yaradıcılığı üçün əsas xüsusiyyətlərdəndir. Onun “Qətl günü” romanında Sədi əfəndi, xəstə adam və başqaları zahirən fərdi, 

şəxsi münasibətlər müstəvisində düşüncələri, arzuları, istəkləri subyektivlikdən kənara çıxaraq bütövlükdə insanın duyğu və 

düşüncələrini əks etdirir, ictimai məzmuna malik olur.  

Əsərdə insanın dünyaya münasibətində etiraz özünü göstərir. Romanda dünyanın dərdini,  əzabını çiyinləri üzərində 

gəzdirən insanların dilindən ədalətsiz dünyaya və qeyri kamil insanların ünvanına çox kəskin ifadələr işlənmişdir. “Atana 

lənət, belə zamana”, “zəhrimara qalsın belə dünya”, “gözün tökülsün fələk”, “tfu sənin hərçi-pətərinə, belə dünya”, “ tfu 

sənin təxtinə ey çərxi fələk” və s. işlənmiş ifadələr qəzəb, nifrət, kədər və təəssüflə yoğrulmuşdur. Dünyaya belə münasibət 

Sədi əfəndinin itmiş romanındakı hökmdarlar  dövründə də, Sədi Əfəndinin yaşadığı dövrdə də, xəstəliyə tutulmuş insanın 

dövründə də özünü göstərirdi. “Görən bu dünyada çörəyi halal olan adamların diyarı haradadır?” Üfləmə Qasım bu diyarın 

axtarışında idi. Onun baş götürüb getdiyi diyar qəddar hökmdarların, Xacə Ənvərlərin, Muxtar Kərəmlilərin, Salahovların 

diyarıydı. 

Romanda insan və ölüm, ölüm qorxusu süjet xəttindən qırmızı xətt kimi keçir. Romanın süjeti boyu “ölüm” bir obraz 

kimi  əsərin  əsas ideyasını müəyyənləşdirir, onun fəlsəfi tutumunu artırır. “Qorxu” və “ölüm” romanda bütün obrazların 

keçirdiyi doğma hisslərdən olur. Ölüm qorxusu ölümün özündən də qorxuludur. Bu ölüm qorxusu insanları düşüncələrində, 

hisslərində, yuxularında rahat buraxmır. Yazıçı ölüm qorxusu ilə insan xislətinin  müəyyən xüsusiyyətlərini üzə çıxarmağa 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

299 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

nail olur. Ölüm qarşısında insanın dəyişkənliyini biz hökmdar surətində görürük. Məzlumlara qan udduran, yüz minlərlə 

insanın məhvinə fərman verən hökmdar ölümün qarşısında acizdir və onun yazıq bir məxluqa çevrilməsinin şahidi oluruq. 

Onun gözlərinin beş yaşlı uşağın gözlərinə bənzəməsi də təsadüfi deyil, insan kimliyindən asılı olmayaraq insandır və o, son 

anda-ölüm ayağında ilkinliyinə qayıdır. Nəhayət bir növ insanların günahlarını ölçən mizan-tərəzi rolunu oynayan Baba 

Kahanın lənətinə tuş gəlir. 

Əsərdə ölüm qorxusunu Zülfiqar kişi surətində  də müşahidə edirik. Ona ölümü qorxulu edən vicdan hissi idi. 

Salahovun təkidi ilə Sarıca oğlu Məhəmmədi yalvarışlarına məhəl qoymayaraq öldürmüş və iki balasının da məhvinə səbəb 

olmuşdur. Zülfiqar kişi surətini müşahidə edərkən görürük ki, insan ölümə yaxınlaşdıqca geriyə daha çox baxmağa başlayır. 

İnsanın ömür boyu etdiyi səhvləri, günahları və səvabları ölümqabağı ona dünən kimi daha yaxın olur. Zülfiqar kişi də bu 

duyğuları keçirirdi, peşmançılıq hissləri onu rahat qoymurdu. Yazıçı ölümqabağı insan psixologiyasını, mənəvi və daxili 

aləmini  əsər boyu aydın  əks etdirmişdir. Buradan belə  nəticəyə  gəlmək olar ki, insan həyatı anlamağa başlayanda həyat 

qurtarır. Necə ki, həkim Mahmudun tatar Temiri anladığı bir anda, artıq dünyaya başqa nəzərlə baxmağa başladığı bir anda 

onun da həyatı qurtarır. Eləcə də xəstəliyə tutulmuş adam. O, uzun bir vaxdır ki, düşüncələrindəki bağlı qapıları açmağa 

çalışır. “Xəstə, neyçinsə, yerindən tərpənmək istəmədi, düz həyətin ortasında tikilmiş taxda ayaqyoluna baxa-baxa qaldı: 

ayaqyolunun da qapısı kip bağlı idi və  xəstəyə elə  gəldi ki, o, nə üzbəüzdəki qapını, nə  də arxasındakı qapını daha aça 

bilməyəcək. Lap üşüdü və elə həmin anda da, hardasa başında isti bir qapı açıldı: xəstənin gözləri doldu, çünki bu açılan 

qapı beynindəki kilidli qapılardan birisiydi- taxta ayaq yolunun qabağında pişik boyda bir siçovul dayanıb xəstəyə baxırdı. 

Xəstə Kirlikiri tanıdı.  İnanan inansın, inanmayan inanmasın...”  Əsərdə görürük ki, insanın özünüdərki onu ədalətsizliyin 

düşməni, düzlüyün mizan-tərəzisi olan Baba Kahaya qovuşdurur.Xəstənin də gözlərində iki ulduz parıldadı və Baba Kahaya 

doğru üz tutdu. 

 

MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATINDA TÜRKİYƏ TÜRKCƏSİNDƏN 



TƏRCÜMƏDƏ PROBLEMLƏR 

 

Sima İSMAYILOVA 

Azərbaycan nəşriyyatı 



narminsamra1989@yahoo.com 

 

Milli mədəniyyətlər təkcə öz ədəbiyyatı ilə deyil, həm də dünya ədəbiyyatından qidalanaraq zənginləşir. Xalqların 

mənəvi sərvətlərinin üzvi vəhdətini yaratmaqda bədii tərcümə sənəti olduqca böyük rol oynayır. Təsadüfi deyil ki, xalqlar 

arasında tərcüməçiləri “körpüsalanlar” adlandırırlar.  

1990-cı illərdən bu günə kimi olan dövr Azərbaycan tarixinin elə bir dövrü sayılır ki, müstəqillik əldə etdikdən sonra 

Azərbaycan bütün çətinliklərə baxmayaraq, hər sahədə iri addımlarla irəliləməyə çalışır və bu inkişaf, sözsüz, 

ədəbiyyatımızdan da yan keçməmişdir. İllər boyu qapalı şəraitdə yaşayan respublikamızın sərhədlərinin açılması ölkəmizin 

həm Türkiyəyə, həm də Avropaya inteqrasiyasına təkan verdi. Daha çox isə Türkiyəyə inteqrasiya o dildən saysız-hesabsız 

leksik vahidlər gətirdi və bu ədəbiyyatımızda özünü daha çox göstərdi. Alınma sözlər lüğət tərkibinin zənginləşməsində 

önəmli yer tutsalar da, onlara qarşı olan istər elmi, istərsə də ictimai münasibət birmənalı qarşılanmır. Əgər bir zamanlar 

SSRİ-nin ideoloji təsiri altında əsərlər yazılırdısa və bu tərcümədə bir çox problemlərlə özünü büruzə verirdisə, indi Türkiyə 

türkcəsindən tərcümələr əsasında eyni məna ifadə edən oxşar kəlmə və ifadələr ədəbiyyatımıza daxil olaraq yerli kəlmələrin 

işlənmə arealını məhdudlaşdırır. 

Anadolu türkcəsini qohum dil sayıb, tərcüməyə ehtiyac duyulmadığı anlarda türk yazıçılarının  əsərlərini dilimizə 

“çeviriblər” yaxud “uyğunlaşdırıblar”. Bunun nəticəsidir ki, tərcümədə nöqsanlar çoxdur. Yazıçı Kamal Abdullanın “ən 

çətin tərcümə  əslində yaxın dillərdən olan tərcümədir” fikri ilə bu məqamda razılaşmaq lazımdır. Türkcədən azəricəyə 

tərcümədə “həvəskar tərcümə” oxucu nəzarəti xofu, səhvlərini əvvəlcədən sığortalamaq səbəbi, aldadıcı oxşarlıq, bilərəkdən 

və ya bilməyərəkdən ad nə olur-olsun ortaya çıxan məhsulda tərcümənin səviyyəsi aşağı düşür.  

Tərcümədə əsas məsələlərdən biri yazıçının üslubunu nəzərə almaqdır. Tərcüməçi müraciət etdiyi müəllifin və əsərinin 

üslubunu yaxşı qavramasa, ruhunu duymasa, daha doğrusu “tutmasa” yaxşı  tərcümənin ortaya çıxacağından danışmaq 

olmaz, yalnız mexaniki çevrilmə olacaqdır. Ona görə də çevrilmənin müsbət alınması üçün sözlərin təkcə birbaşa mənasına 

yox, tarixi köklərini, işlənmə arealını, mətnin kontekstindəki yerini nəzərə almağa üstünlük verilməlidir. Məsələn, türk 

dilinin özünəməxsus frazeoloji birləşmələri, ən çox nəqli cümlələrdə xəbər şəklinin ixtisara salınması, bəzi hallarda “da”, 

“də”  ədatının türk qrammatikasına uyğun işlədilməsi, “narahat görünürsən”  əvəsinə “rahatsızsan kimi gəlir adama” və.s 

kimi türksayağı ifadələr Azərbaycan dilinin qrammatik normalarını pozmuş olur. Məsələn, Orxan Pamukun “Benim adım 

kırmızı”, “Qara kitab”, Elif Şafakın “Aşk”,  İskəndər Palanın “Şah və Sultan” və.s  əsərləri türkcədən çevirmədə formaca 

dilimizdəki sözlərlə oxşar, mənaca tamam fərqli sözlər istənilən qədərdir. Nəticədə merdiven (pilləkan) “nərdivan”, leylak 

(yasəmən) “leylək” kimi təqdim olunur, fərqli və gülməli məna təhrifləri meydana çıxır. Halbuki dilin saflığı məsuliyyəti 

dilçilərlə birlikdə yazıçıların da peşə borcudur.  


Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin