ÇİNGİZ ABDULLAYEVİN YARATDIĞI DRONQO SURƏTİ
Təbəssüm MUXTAROVA
AMEA, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
mtd.smile@rambler.ru
Azərbaycan ədəbiyyatı tarixinə XX əsrin 50-ci illərində Cəmşid Əmirovun “Sahil əməliyyatı” əsəri ilə gəlmiş detektiv
janrı ilk zamanlar zəif inkişaf etsə də, 80-ci illərdə böyük populyarlıq qazandı. Bunun səbəblərindən biri Çingiz
Abdullayevin 1983-cü ildə yazdığı, lakin DTK-nın arxivində qadağa qoyularaq saxlanılan “Mavi mələklər” əsəri idi. SSRİ
dövründə, ədəbiyyatın da biryönümlü, yalnız sovet ideologiyasına qulluq etdiyi, kolxoz-sovxoz quruculuğu haqqında
yazılmış əsərlərin aparcı rol oynadığı, hər sözün hakimiyyət tərəfindən izlənildiyi belə dövrdə “Mavi mələklər” kimi əsərin
yazılması DTK-nın arxivlərinin açılmasına bərabər iş hesab edilirdi. Sonradan yazıçının detektiv janrının siyasi detektiv
qolunda yaradılmış əsərləri də geniş şöhrət qazandı. “Mavi mələklər” bu gün də populyarlığını itirmir. Bir fakt da qeyd
olunmalıdır ki, Çingiz Abdullayev Azərbaycan ədəbiyyatı tarixinə detektiv janrının iki qolunun – siyasi detektiv və klassik
detektiv – banisidir.
Ç.Abdullayevin əsərlərini iki böyük qrupa bölmək olar: birinci qrupa ayrı-ayrı kəşfiyyatçılar, killerlər, sutenyorlar
haqda olan əsərlər, ikinci qrupa isə ekspert-analitik Dronqonun iştirakı olan əsərlər daxildir. Dronqo personajının iştirak
etdiyi əsərlər onun yaradıcılığının böyük və aparıcı hissəsini təşkil edir. Çingiz Abdullayev bununla Azərbaycan
ədəbiyyatına “canlı xəfiyyə” Dronqo obrazını gətirmişdir. Dronqo – balaca, lakin qorxmaz, mətanətli quşdur. Dünya
ədəbiyyatı tarixində Şerlok Holms (A.Konan Doyl), komissar Meqre (J.Simenon), Erkül Puaro, miss Marpl (Aqata Kristi)
və s. kimi “canlı xəfiyyə” obrazları sırasında Çingiz Abdullayevin yaratdığı Dronqonun da özünəməxsus yeri vardır.
Yazıçının yaradıcılığı ilə müntəzəm tanış olan oxucu Dronqonun ötüb keçən ömrünü ilbəil izləyir, onun mənfi və müsbət
cəhətlərini tanıyır, özünəməxsus xüsusiyyətlərinə bələd olur. A.Konan Doyl təxəyyülünün məhsulu olan Şerlok Holmsu
“canlandırdığı”, onu müəyyən ünvanda (Beyker-strit, 221 b) yaşatdığı kimi, Çingiz Abdullaev də Dronqoya “həyat
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
305
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
vermişdir” – o, Xaqani küçəsi, 25 ünvanında “yaşayır”, (bu, Azərbaycan Yazıçılar Birliyinin hal-hazırda yerləşdiyi binanın
ünvanıdır), ona müraciət edənlərlə əlaqə yaradır və s.
Demək olar ki, heç bir əsərdə Dronqo ləqəbli insanın əsil adı çəkilmir. İlk dövrlərdə onun zahiri görkəminə görə
cənublu olduğu, eləcə də italyanlara oxşarlığı qeyd edilir, eləcə də əvvəllər Dronqo, ayama kimi, dırnaqda yazılır, sonralar
ilə artıq onsuz da indiyə qədər naməlum qalan qəhrəmanın adı tamamilə unudulur və o hamı tərəfindən Dronqo kimi qəbul
edilir. Dronqonun həm Bakıda, həm də Moskvada eyni interyerə malik evi vardır. O, mühafizəkardır, mütaliəni çox sevir,
səyahət etməyi xoşlayır, adətən, müəyyən firmanın müəyyən geyim və aksessuarlarından istifadə edir. Peşəsi ilə əlaqədar
səfərlər etməli, vaxt itkisinə yol verməməkdən ötrü təyyarələrə minməli olur. Təyyarələrlə uçarkən bir neçə dəfə başına
hadisələr gəldiyinə görə, hava yollarından istifadə etməyi qətiyyən xoşlamır.
Dronqo həm yaxşı kəşfiyyatçıdır, həm də təhqiqatçıdır – ekspert-analitikdir. Aristokratik zümrələrdə onun nitqində,
davranışında artıq-əskik heç nə yoxdur, lakin məqamı gələndə, Dronqo cinayətkarlarla ünsiyyət zamanı oğru dilindən,
jarqonlardan da rahat və asanlıqla istifadə edə bilir. Qanunla yanında gəzdirməyə səlahiyyəti çatdığı silahdan, eləcə də
idmançı bədən quruluşu ilə bahəm əlbəyaxa döyüş fəndlərindən istifadə etməyi bacarsa da, fiziki zor işlətməkdən həmişə
uzaq qaçmağa çalışır. Lakin zəruri an gələndə silaha da, fiziki güc tətbiq etməyə də əl atır və hətta kimisə öldürməsi də
mümkündür. Janrın tələblərinə uyğun olaraq, o evlənmir. Amma illər sonra İtaliyanın kübar nəslinə mənsub gözəl bir
qadınla nikaha girir, hətta dünyaya övladları gəlir. Ailəsi başqa bir ölkədə yaşadığından, həyat yoldaşı və uşaqları ilə çox az-
az ünsiyyət yarada bilir. Lakin gözəlliyə laqeyd qalan insan deyildir, hər bir şəxsin zahiri görkəminə də estet sayağı qiymət
verir.
Insan psixologiyasına çox gözəl bələd olan, nəzər-diqqətindən heç bir detal yayınmayan, hadiəsələri düzgün
qiymətləndirən beynəlxalq səviyyədə tanına biləcək xəfiyyə obrazı təbii ki, qüsurlara da yol verir, amma bunlar janrın
tələblərinə uyğun olaraq o qədər də əhəmiyyətli yanlışlıqlar deyildir.
2002-ci ildə “Yaramazların dairəsi” trilogiyasına daxil olan “Yaramazların qanunu”, “Yaramazların kredosu”,
“Yaramazların vicdanı” əsərləri üzrə Rusiyanın NTV kanalının sifarişi ilə Çingiz Abdullayev, Ramil Yamalayevin və
Zinoviy Royzmanın ssenarisi əsasında sonuncunun rejissorluğu ilə 13 seriyalı “Dronqo” serialı çəkilmişdir. “Dronqo”
filmində Dronqo surətini İvar Kalnınş canlandırmışdır. Filmdə hadisələrin inkişafı “qırmızı siyahı”nın axtarışı üzrə gedir.
2003-cü ildə Çingiz Abdullayev və Yelena Karavayeşnikova ilə birgə ssenarisi üzrə Valeri Uskov və Vladimir
Krasnopolskinin rejissorluğu ilə yazıçının dörd əsəri – “Manyakın idrakı”, “İzinli sapma”, “Alçağın üslubu”, “Yekun
diaqnoz” (“Рассудок маньяка”, “Допустимая погрешность”, “Стиль подлеца”, “Окончательный диагноз”) – əsasında
on seriyalı “Lisenziyasız xəfiyyə” (“Сыщик без лицензии”) filmi çəkilmişdir. Burada isə Dronqo obrazı Dronov kimi
təqdim edilmişdir. Baş rolun ifaçısı Anatoli Rotatskidir.
Beləliklə, Çingiz Abdullayev 1988-ci ildə Dronqo obrazını yaratmaq və onu “yaşatmaq”la Azərbaycan ədəbiyyatına
dünyada məşhur olan canlı xəfiyyə obrazı gətirmişdir.
İ.ŞIXLININ «DƏLİ KÜR» ROMANINDA MÜASİRLİK PROBLEMİ VƏ ƏDƏBİ TƏNQİD
Təranə RƏHİMLİ
Azərbaycan Dövlət Pedaqoji Universiteti
traqimli@gmail.com
İsmayıl Şıxlının «Dəli Kür» romanı yazıldığı dövrün stereotiplərinin əleyhinə olaraq İ.Şıxlının sosrealizmin mövzu
standartlarını qırdığı, soy-kökə, milli-tarixi varlığa möhkəm tellərlə bağlılığı əks etdirdiyi bir əsər kimi meydana çıxmışdı.
Tənqid «böyük romanlarımızın başlıca məziyyətlərinin – cəmiyyətin inkişaf qanunauyğunluqlarının, tarixin aparıcı
meyllərinin, dövrün tipik cəhətlərinin bu əsərdə ön plana çəkildiyini, dinamikanı, xarakterlərin, süjet xəttinin, mətləbin
inkişafını şərtləndirən müəyyənedici amilə çevrildiyini» müşahidə edirdi. Məhz bu keyfiyyətlərinə görə romanın bədii
nəsrimizin müasirlik axtarışlarına son dərəcə qüvvətli təsir göstərdiyi vurğulanırdı. “Dəli Kür” haqqında ilk tənqidi
məqalənin müəllifi Əhəd Hüseynov əsərdəki «təzə, təravətli keyfiyyətləri» – müasirliyi, novatorluğu romanın ümumilikdə
pafosunu, ruhunu ehtiva edən məziyyətlərlə, yeniliyin köhnəlik, maarifin cəhalət, həyat və mübarizə eşqinin itaətkarlıq
üzərində qələbəsi ilə izah edir.
M.Hüseyn, Q.Xəlilov və T.Hüseynoğlu da əsərdə tarixiliklə müasirliyin vəhdəti prinsipinin gözləndiyini vurğulayırlar.
«Mükəmməl tarixi roman nəinki mövzu və materialı, həmçinin ideyası etibarilə zəngin olmalıdır. Bu zənginlik tarixiliklə
müasirliyin dialektik əlaqə və vəhdətində təzahür edir» – məntiqi mülahizəsi ilə çıxış edən T.Hüseynoğlu «Söz – tarixin
yuvası» (2000) adlı tədqiqatında.bu əlaqə və vəhdəti milli tarixi romanın ən mükəmməl nümunələrindən biri kimi «Dəli
Kür»də müşahidə edir. Tofiq Hüseynoğlu əsərin yazıçı istedadının mühüm bir cəhətini, onun müasirlik haqqında anlayış və
təsəvvürlərinin genişliyini meydana çıxardığını göstərir, İ.Şıxlının tarixi mövzuda, xalq həyatının keçmişindən yazanda belə
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
306
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
müasirlik mövqeyindən çıxış etdiyini vurğulayır. Lakin tədqiqatçı dövrün ideoloji təhlil meyarları ilə «Dəli Kür»ü «ən yaxşı
inqilabi-tarixi romanlarımızdan biri kimi» təqdim edir, bu baxımdan əsərin müasirliyini də ideya cəhəti ilə səciyyələndirir,
onun yüksək bədii dəyərini də bununla əlaqələndirir ki, müasirliyin bu şəkildə izahı tənqiddə uzun illər davam edən zərərli
bir tendensiyanın – müasirliyi zahiri əlamətlərlə, ideya, mövzu və s. xüsusiyyətlərlə izah etməyin nəticəsi idi.
Dövrün ədəbi yeniliyi dəyərləndirmə meyarları əsərin mürəkkəb poetikasını açmağa, ideya-məzmun mündəricəsinin,
sənətkarlıq xüsusiyyətlərinin mükəmməl izahına, tarixilik və müasirliyinin dürüst elmi mövqedən dəyərləndirilməsinə
imkan vermirdi. Y.Qarayevin “Tənqid: problemlər, portretlər” adlı tədqiqat əsərində yazdığı kimi, bu illərdə «Dəli Kür»
kimi nəsr əsərini dərindən açan, «Dəli Kür»ü tənqiddə yenidən yaradan, onun həmhüquq «tənqid obrazı» olan məqaləmiz»
hələ yazılmamışdı.
1960-70-ci illərdə ədəbi tənqid «Dəli Kür»də müasirliyin izahında çox mühüm bir amili – əsərdə dolğun şəkildə öz
əksini tapan millilik aspektini nəzərdən qaçırır, yaxud da məsələyə çox səthi yanaşır, bununla da əsərin ədəbiyyatda
müasirliyin tələblərinə də nə dərəcədə cavab verməsini müəyyənləşdirməkdə çətinlik çəkirdi. Tənqid qismən 70-ci illərin
sonu və 80-ci illərdə «Dəli Kür»ün millilik aspektinə münasibət bildirmişdir ki, bu münasibət daha çox romanın qəhrəman
konsepsiyası ilə bağlı təhlillərdə yer almışdır. Tənqid «Dəli Kür»də «milli koloriti, sosial-əxlaqi mahiyyəti ilə canlandırılan
mühit» və xarakterləri (A.Hüseynov) təhlilə cəlb edir, əsərdə milli xarakterin «qəhrəmanın, şəxsiyyətin simasında
təmərküzləşərək» təqdim edildiyini (V.Yusifli) göstərir, milli təfəkkürün, milli ruhun, xalq həyatının «sədaqətli və real»
bədii əksini romanın əbədiyaşarlığını təmin edən (M.Əliyev) başlıca keyfiyyət kimi dəyərləndirirdi.
1990-2000-ci illərdə tənqidin bədii təfəkkürdə milliliyə münasibətinin dərinləşməsi İ.Şıxlının “Dəli Kür” romanının
təhlilində də yeni fikirlərə, ədəbiyyatşünaslıq qənaətlərinə yol açır. Millilik burada əsərin əsas ideya məğzini tamamlayan,
onun müasirliyini, zənginliyini və möhtəşəmliyini təmin edən dəyər kimi ədəbi-elmi düşüncədə yer alır. Tənqid bu
mərhələdə millilik aspektinin əsərin müasirliyini şərtləndirən başlıca amil kimi izahına ciddi səy göstərir. Bu baxımdan
T.Salamoğlunun «Dəli Kür»ün müasirliyini əsaslandıran nəzəri qənaəti daha məntiqəuyğundur. Tədqiqatçı romanın
müasirliyini tarixi-milli varlığı estetik düşüncənin predmetinə çevirməsi, əslində onu yaddaşa köçürüb ictimai düşüncəyə
ötürməsi, ona yenidən yaşamaq hüququ verməsi kimi səciyyələndirir. T.Salamoğlu “Tarixi və çağdaş ədəbi prosesə dair
araşdırmalar”ında «Dəli Kür»ün müasirliyini şərtləndirən ən əlamətdar keyfiyyəti belə izah edir: «Məhz «Dəli Kür» vasitəsi
ilə estetik şüurda özünə möhkəm yer edən və estetik şüurdan ictimai şüura keçən XIX əsrin milli varlığı (ideal varlıq
şəklində) çağdaş milli varlıqla «dialoji» münasibətə girir, onda gedən deformasiyaları müşahidə edir, ona müqavimət
göstərir.»
1990-2000-ci illərdə müasir tənqid-təhlil meyarları ilə dəyərləndirmə əsərin nəzəri dərkinə imkan yaradır, onun
yaradıcılıq məziyyətlərinin bütünlükdə elmi təhlili ilə şərtlənir. Əsərdə mühüm bir yaradıcılıq problemi kimi müasirliyin
hansı səviyyədə bədii əksini tapması da konkret cəhətlərlə izah edilir. T.Hüseynoğlu 90-cı illərin sonlarında yazdığı
tədqiqatında «Dəli Kür»ü çağdaş elmi təfəkkürün tələbləri səviyyəsində dəyərləndirir, «əsərdə xalq taleyinin bədii inikası və
xalq xarakterinin canlandırılmasında milliliklə sinfiliyin əlaqə və tənasübü məsələsinə bədii estetik baxışın təzəliyi»ni
müşahidə edir.
Beləliklə, tənqid «Dəli Kür»də tarixi hadisələrə yeni baxış, yeni ifadə vasitələri ilə keçmişi daha zəngin çalarlarla
canlandırmaq, tarixi gerçəkliyə müasirlik mövqeyindən yanaşmaq səyini yüksək dəyərləndirmişdir.
İSMAYIL ŞIXLININ “DƏLİ KÜR” ROMANINDA FOLKLOR MOTİVİ
Turan SADIQLI
Bakı Slavyan Universiteti
turansadiqli@yahoo.com
İsmayıl Şıxlının “Dəli Kür” romanında toxunduğu mühüm məsələlərdən biri folklor məsələsidir. Belə ki, yazıçı xalq
ruhuna, milli xalq kolorotinə dərindən bağlı idi və əsərlərində həmişə bu kimi məsələləri diqqət mərkəzinə çəkmişdir. Onun
ruhundakı millilik ideyası, adət-ənənələrə köklü surətdə bağlılıq əsərlərinin də ruhuna və canına, qanına hopmuşdu.
Müəllifin dilində folklor mətninə müraciət olunması bir sıra hallarda baş vermişdir. Belə ki, yazıçı ayrı-ayrı məkanları və
lirik-psixoloji hal və vəziyyətləri təsvir etmək, daha dolğun canlandırmaq məqsədilə folklor motivindən istifadə etmişdir.
Həmçinin müəllif hər hansı bir təbiət mənzərəsini təsvir edərkən həmin məkana daha da emosionallıq, təsirlilik vermək
üçün bu motivə müraciət etmişdir. Bunu romanda Cahandar ağanın oğlu Əşrəfin alaçıqdan çıxıb gəzinərkən anadillərin
səsinə qulaq asmasından və yazıçının məlum əfsanəni romana daxil etməsindən aydın görmək olur: “Lap yaxında anadil
ötdü. Əşrəf bu gözəgörünməz quşların səsini eşidən tək alaçığın qabağındakı palıdın altına getdi. Ağacın gövdəsinə
söykənib susdu.... Anadillərin zil və kədərli səsi eşidilirdi. Əşrəf lap uşaqlıqdan bu quşların qəmli oxumağını dinləyəndə
mütəəssir olurdu. O indi hər şeyi unudaraq meşəyə qulaq asdı”. Yazıçı Əşrəfin eşitdiyi səslərdən sonra keçirtdiyi hissləri
təsvir etdikdən sonra “Anadil quşu” barəsində olan əfsanənin izahını verir. “ Deyilənə görə, onlar vaxtilə insan olmuşlar.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
307
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
İndi bir-birini səsləyən anadillər peyğəmbərin danasını otarırmışlar. Bir gün dana itir, onlar nə qədər axtarırlarsa, heyvanı
tapa bilmirlər. Meşənin qaranlığında, çənli-çiskinli havada hərəsi bir yana üz tutur, biri “tapdınmı?” – deyə soruşur, o biri
isə “yox” – deyə cavab verir. Elə bu cür, bir-birlərini səsləyə-səsləyə, qorxularından dönüb quş olurlar. ”
Təbiət və məkanın təsvirinin obrazın psixoloji vəziyyətinin açılmasındakı rolunu romanın digər hissələrində də
görmək olur. Allahyar alatoranda səksəkəli şəkildə yol gedərkən “Qardaş vay” dərəsindən keçməli olur. Həm dərənin adı,
həm də xarici görünüşü onu vahimələndirir. Allahyar bu dərədən keçməyi evə çatmağa bərabər sayır. Bu vahimənin
yaranmasında təbii ki, əfsanənin də təsiri böyükdür: “Deyilənə görə, qarşıdakı dərədə gecədə yeddi qardaş xəncərdən
keçirib yarğandan atıblar. Yaralılar səhərəcən “qardaş vay” deyə bir-birlərini çağırıb inildəmişlər. Elə o vaxtdan buranın adı
“Qardaş vay” dərəsi qalmışdı ”.
Yazıçı epik təsvir zamanı yer adının, yəni toponimik vahidin adının açılışına folklor yönümündən yanaşır. Bu da
yazıçının xəlqi ruhundan və folklora bağlılığından irəli gəlir. Romanda sevdiyinin yolunu gözləyənlərin, səfərdə olan
ərlərinin və ya nişanlılarının yolunu gözləyən qız-gəlinlərin toplaşdığı “Ərim gəldi” qayasının adının izahı bunu deməyə
əsas verir.
İsmayıl Şıxlı yazıçı- müəllif nitqi ilə yanaşı, obraz nitqində də folklor örnəklərinə geniş yer vermişdir. Onun yaratdığı
və ədəbiyyatımıza gətirdiyi dəyərli obrazlar öz xəlqi ifadə tərzləri, özünəməxsus danışıqları ilə diqqəti cəlb edirlər. Obraz
nitqinə yerləşdirilmiş folklor mətnlərinin bir qismi obrazın əhvalını, daxili hiss və həyəcanlarını, o cümlədən onların
mənəvi- psixoloji vəziyyətini göstərir. “Dəli Kür” romanında Şahnigar xanım qardaşı oğlunun evlənməsini böyük sevinclə
qarşılayır və öz sevincini süzüb- oynamaqla, mahnı oxumaqla ifadə edir. Lakin onun zahirən görünən bu şən, şux təbiətinin
içində müəyyən qəlbisınıqlıq var. Bu da onun çox gənc yaşından dul və tənha qalmasından irəli gəlir. Şahnigar xanımın
qəlbinin dərinliklərindən gələn bu gənclik və yalqızlıq nisgili onun oxuduğu xalq mahnısının mətnindən də açıq şəkildə
duyulur.
İşvə bilməz, qəmzə bilməz, naz bilməz,
Sevgi bilməz, söhbət bilməz, saz bilməz,
Söz eşitməz, qaş anlamaz, göz bilməz,
Ana, məni bir nadana verdilər,
Günahıma, babalıma girdilər.
Folklor mətninin obrazın əhvalını lirik – romantik istiqamətdə tamamlaması motivi də İsmayıl Şıxlı yaradıcılığında
xeyli qabarıqdır. Gənclik, gözəllik, sevgi duyğularına bürünmüş Salatın bulaq başında çalıb-çağıran aşığın oxuduğu
sözlərdən xeyli təsirlənir. Çünki həmin sözlər onun daxili aləmindən, könül dünyasından xəbər verir. Şeirdə adı çəkilən
Salatınla onun adının təsadüfən üst-üstə düşməsi psixoloji təsiri daha da qüvvətləndirir. Burada aşığın nitqindəki folklor
mətni onu qəbul edən, dinləyən və bu mətnin təsiri altına düşən gənc qızın könlündə, mənəvi dünyasında əks- səda verir.
“Salatın qəribə hal keçirirdi. O bir tərəfdən addımlarını yeyinlədib tez dəyələrə çatmağa çalışır, digər tərəfdən də mahnının
sözlərini axıradək eşitmək istəyirdi. Hərdənbir dodaqları aralanır, qımışırdı ”.
Nümunələrdən də göründüyü kimi, yazıçı folklor mətnlərindən geniş istifadə etmişdir. Bundan əlavə, onun təsvir
etdiyi ayrı-ayrı süjetlərin məzmununda və obrazların xarakterində də bu ruh duyulur. Bütün bunlar İ. Şıxlının milli
köklərimizə, mənəvi-tarixi qaynaq və dayaqlarımıza sıx bağlılığından irəli gəlir.
“KİTABİ-DƏDƏ-QORQUD” DASTANINDA EPOSÇULUQ ƏNƏNƏLƏRİ
Türkan CƏFƏROVA
Bakı Slavyan Universiteti
ceferova19@gmail.com
“Kitabi-Dədə Qorqud” xalqımızın qədim dövr həyat və məişətini özündə yüksək bədii şəkildə əks etdirən xalq
eposudur.
Bu böyük abidədə ulu keçmişimiz, qəbilə-tayfa münasibətləri dövrü, ailədaxili kəbindən imtina edib erkən toy
mərasimlərinin yaranması, islamdan əvvəlki dövrlərdə qızalma, qızvermə ənənələri və s. özünü əks etdirmişdir. Uzun
müddətdən bəri yazılı abidə kimi öyrənilən “Kitabi-Dədə Qorqud”un demək olar ki, əksər tədqiqatçıları onun türk
xalqlarının şifahi yaradıcılıq ənənələri ilə də sıx bağlı olduğunu qeyd etmişlər. Tarixən müstəqil oğuznamələr şəklində hələ
bizim eranın əvvəllərindən xalq arasında məlum olan həmin oğuznamələrdə oğuz tayfalarının həyatı, məişəti, əxlaq və
idarəetmə qaydaları, ilkin dövlətçilik ənənələri özünü əks etdirmişdir. Sonradan bir yerə toplanıb dastanı yaradan bu
oğuznamələrdə oğuzların mədəniyyəti, tarixi yüksəlişi, daxili ziddiyyətləri, torpaq üstündə, varidat üstündəki çəkiümələri
ilə yanaşı, etik-estetik görüşləri, əxlaqi baxışları, yüksək mənəvi dəyərləri özünü parlaq şəkildə ifadə etmişdir. “Kitabi-Dədə
Qorqud” oğuz mədəniyyətinin mənəvi yüksəlişini, sivil mədəniyyətə doğru tarixi irəliləyişini, oğuzların erkən etik-estetik
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
308
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
düşüncəsini bütöv halda bizə yetirə bilmişdir. “Kitabi-Dədə Qorqud”da gördüyümüz milli həyat məhz qədim oğuzlarin
tarixi taleyidir. Zəngin və çoxcəhətli oğuz-türk mədəniyyəti məhz bu qəbilə və tayfa birləşmələrinin tarixi təkamülündə
yaranan, inkişaf edib yüksələn və nəhayət parçalanmalara məruz qalan qəbilə və tayfa birləşmələrinin yaratdığı bir
mədəniyyətdir. Maraqlı cəhətlərdən bir də odur ki “Kitabi-Dədə Qorqud” qəbilə və tayfa birləşmələrinin tarixi intibahını və
təzahürünü bütov sistem şəklində əks etdirmişdir. Hətta bir sıra mühüm ictimai-siyasi amillər, o cümlədən islam görüşləri
müəyyən dərəcədə izlərini qoya bilsə də, dastanda ümumilikdə peşəkar inprovizatorçu ruhunda çıxış edən ozanın qədim
türk əxlaq modelini bütov şəkildə əks etdirmə qüdrətini sarsıda bilməmişdir. Buna görə də “Kitabi-Dədə Qorqud” təkcə
tarixi qəhrəmanlıq, keçmişimizi əks etdirən abidə kimi yox, eyni zamanda milli adət-ənənə və mərasimlərimizi öyrənmək
üçün dəyərli bir mənbədir.
“Kitabi-Dədə Qorqud” boylarının sujet və kompozisiya quruluşu göstərir ki, əcdadlarımızın yaratdığı qədim adət-
ənənə və mərasimləri, eləcə də sujet, motiv, obraz və başqa folklor vahidləri abidədə özünü güclü şəkildə qoruyub saxlaya
bilmişdir. Zamanın nə sərt ictimai-siyasi baxışları, nə bir-birilə daimi çəkişmədə olan dini görüş və təriqətlər, ziddiyyətli və
təzadlı dünyagörüşlər, nə də islam əxlaqı və dünyagörüşü abidənin şifahi yaradıcılıq qaynaqları ilə bağlı tarixi köklərini
sarsıda bilməmişdir. “Kitabi-Dədə Qorqud”da öz əksini tapan folklor sujet, motiv və obrazları, eləcə də adət-ənənə,
mərasim və xalq deyimlərini yaradan fərdlər məhz həmin dövrdən yararlanmışlar. Maraq doğuran cəhətlərdən biri də məhz
bu qüdrətli-şifahi söz mədəniyyətinin, adət-ənənə və mərasim dünyasının yarandığı ilkin zəmin idi.
“Kitabi-Dədə Qorqud”da qəbilə və tayfa birləşmələri arasındakı çəkişmələr və ziddiyyətlər fonunda yüksəlib inkişaf
edən folklor yaradıcılığı müəyyən cəhətlərlə tayfanın özünün tarixi inkişafı, təkamülü, parçalanması, eləcə də daxili
ziddiyyətləri ilə sıx bağlı idi.
Həmin oğuz nəslində yaranan hər bir folklor vahidi nəslin əxlaqı, həyat və dünyagörüşü ilə bağlıdır. Ona görə də
“Kitabi-Dədə Qorqud”un folklor qaynaqları əslində bu nəslin tayfa həyatından, onun tarixi intibahından kənarda qala
bilməzdi.
Oğuzların bu böyük qəhrəmanlıq tarixçəsində ədəbi düşüncənin müxtəlif təzahür formaları, bədii təfəkkürdə sujet,
motiv və obrazların törəməsi, müxtəlif zaman kəsimlərindəki transformasiya və rekonstruksiyaları özünü göstərir. Dastan
eyni zamanda ağız ədəbiyyatımızın bir sıra kiçik janrlarının epik düşüncədə hələ Dədə Qorqud hadisələrindən xeyli əvvəl
mövcud olduğunu, ozanların milli yaddaşdakı həmin hazır modellərdən dastanda istifadə etməsi faktını təsdiqləməkdədir.
Bütün bunlar isə “Kitabi-Dədə Qorqud”un türk xalqlarının folklor ənənələri ilə sıx bağlı olduğunu, öz törəniş mərhələsində
həmin qaynaqlardan bəhrələndiyini, türk xalqlarının sonradan dünyaya yayılmış bir çox sujetlərinin ilkin, ibtidai modellərini
özündə böyük mühafizəkarlıqla qoruyub saxladığını göstərir. Dastanın bütün tədqiqat tarixində bu istiqamət başlıca
cəhətlərdən biri kimi nəzəri cəlb edir.
MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASIN YARANMASINDA VƏ
Dostları ilə paylaş: |