II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
313
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
yazarı Tomas Punçonun, yapon əsilli Amerika tənqidçisi Miçoko Kakutaninin elmi-ədəbi meyarlara əsaslanan rəyləri,
Azərbaycan mətbuatında isə, Elanarə Tofiqızı, İradə Musayeva, Niyazi Mehdi... kimi ədəbiyyat və fikir adamlarının
“Unutmağa kimsə yox” romanına baxışları qarşılıqlı şəkildə təhlil olunduqda əsər bu məziyyətinə o qədər də diqqət
çəkilmir. (Elnarə Akimovanın “Daşlaşmış sevgilərin tarixi” məqaləsi istisnadır) K. Abdulla “Unutmağa kimsə yox”
romanında Bəhram-Gülsüm münasibətlərinə digər romanın obrazlarının həyatına nisbətdə çox az yer ayırdığı halda
hamımızın-bütün insanlığın nüvəsində yerləşən saf, məsum, platonik məzmunlu və lakin bir o qədər də real məhəbbət
dastanı yaradıb ki, əsərin digər məziyyətlərin kölgədə qoyur. Markes isə, Florentino və Ferminanın həyatına dörd yüz
səhifədən çox həcm arealı və geniş zaman şəridi ayırdığı halda daha çox cismani məzmunlu məhəbbət macərasına şahid
oluruq və bu da yaddaşımızda ötəri bir iz buraxır...
ƏDƏBİYYAT TARİXİMİZİN ÖYRƏNİLMƏMİŞ SAHƏSİ –
AZƏRBAYCAN TƏZKİRƏÇİLK TARİXİ
Vüsalə MUSALI
Kastamonu Üniversitesi
tezkireshinas@gmail.com
Kastamonu - TÜRKİYE
XVI əsrdən etibarən yaranıb inkişaf edən Azərbaycan təzkirəçilik tarixini ilkin olaraq tədqiqata cəlb etmiş və on ildən
artıq müddətdə apardığımız araşdırmaların nəticələrini aşağıdakı tezislərlə təqdim etmək mümkündür.
Araşdırmaların nəticəsi olaraq deyə bilərik ki, Azərbaycan təzkirəçiliyinin nəzəri baxımdan, eləcə də sistemli şəkildə
tədqiqinə ciddi ehtyac vardır. Belə ki, XVI əsrdən başlayaraq XXI əsrə qədər azərbaycanlı müəlliflər tərəfindən 46 təzkirə
qələmə alınmışdırsa da, indiyə kimi onlardan sadəcə 6-sı Azərbaycan dilində nəşr olunmuşdur. Qeyd olunan bütün
Azərbaycan təzkirələrinin tərcüməsi, elmi-tənqidi və ya faksimile mətnlərinin hazırlanması təzkirəşünaslarımız qarşısında
duran mühüm vəzifələrdəndir. Bunlardan əlavə, hər bir Azərbaycan təzkirəsinin monoqrafik səviyyədə araşdırılması
Azərbaycan ədəbiyyatının müxtəlif mərhələlərini, ümumiyyətlə mədəniyyət tariximizi tədqiq etmək üçün əhəmiyyətlidir.
İlk dəfə olaraq tərəfimizdən Azərbaycan təzkirələrinin təsnifatı aparılmışdır. Azərbaycanlı müəlliflərin təzkirələrini
qələmə alındıqları dil, struktur, əhatə etdiyi dövr, yazıldığı zaman və coğrafiya üzrə təsnifləşdirmişik. Azərbaycan
təzkirələrinin nəzm və nəsr hissəsinin dili öyrənilmiş və bu əsərlər təhkiyə hissəsi türkcə yazılan və yalnız türkcə şeirlərdən
nümunələri əhatə edən təzkirələr, təhkiyə hissəsi türkcə olan, həm türkcə, həm də farsca şeirlərdən örnəklərin verildiyi
təzkirələr, həm təhkiyə hissəsinin, həm də poeziya nümunələrinin iki dildə (türkcə və farsca) yazıldığı təzkirələr, təhkiyə
hissəsi fars dilində qələmə alınan, həm fars, həm də türkcə nümunələrin təqdim olunduğu təzkirələr, həm təhkiyə, həm də
şeir nümunələri farsca olan təzkirələr şəklində beş qrupa bölünərək dəyərləndirilmişdir.
Azərbaycan təzkirələrinin strukturu təhlil edilərkən Azərbaycan müəlliflərinin təzkirələrdə haqlarında məlumat
verdikləri şairləri təbəqə, əlifba, coğrafi, xronoloji prinsiplərə görə təqdim etdikləri məlum olmuşdur.
Azərbaycan təzkirələrinin tərtib prinsiplərinə görə bölgüsü aparılaraq təhlil edilməlidir. Belə ki, azərbaycanlı müəl-
liflərin əsərləri təbəqə üsulu, əlifba, coğrafi, xronoloji prinsip və ədəbi nümunələrin janrlarına görə tərtib olunmuş təz-
kirələrə ayırılmaq mümkündür. Bunlardan əlavə, sistemsiz tərtib olunmuş təzkirələrə də rast gəlirik.
Azərbaycan təzkirələrini əhatə etdiyi coğrafiyaya görə üç hissəyə ayırmışıq: ümumşərq, ümumazərbaycan, məhəlli
təzkirələr. Ailə və ya zümrə təzkirələri ayrıca bir qrupu təşkil edir.
Azərbaycan təzkirələri bəhs etdiyi zamana görə zaman məhdudiyyəti qoyulmayan təzkirələr və müəyyən zaman
dilimini əhatə edən təzkirələrə bölünür.
Azərbaycan təzkirələrinin yazıldığı tarix və məkan haqqında məlumatı cədvəl vasitəsilə əyani şəkildə təqdim etmişik
və təhlillər aparılmışdır. Apardığımız araşdırmalar nəticəsində 41 Azərbaycan təzkirəçisinin XVI əsrdən XXI əsrə kimi 46
təzkirə tərtiblədiyi məlum olmuşdur. Təbii ki, bu son rəqəm deyil.
Azərbaycanlı müəlliflər tərəfindən yazılan tarixi əsərlərin təzkirə hissəsi də təzkirəçilik tarixi üçün önəmlidir. Bu tarixi
əsərlər içərisində İsgəndər bəy Türkmanın “Tarix-i aləmara-yi Abbasi”, Vəliqulu bəy Şamlunun “Qisəsül-xaqani”, Məhəm-
mədqulu xan Qacar Gənceyinin “Lübbül-lübab”ın təzkirə hissəsi vardır.
Azərbaycan və Osmanlı təzkirələrinin fərqli və oxşar xüsusiyyətləri tədqiq edərkən oxşar və fərqli xüsusiyyətləri
aşağıdakı maddələrlə təqdim etmək mümkündür:
- Təzkirələrin yazılma dinamikası baxımından müqayisə;
- Təzkirələrin strukturundakı oxşarlıqlar və fərqlər;
- Təzkirələrin əhatə etdiyi coğrafiya və dil nöqteyi-nəzərindən uyğunluqlar və fərqlər;
- Müəllifliklə bağlı fərqlər.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
314
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Azərbaycan təzkirəçiliyini xraonoloji olaraq nəzərdən keçirdikdə məlum olur ki, XVI əsrdə azərbaycanlı müəlliflər
tərəfindən 4 təzkirə qələmə alınmışdır. Bunlar Sam mirzənin “Töhfeyi-Sami”, Əhdi Bağdadinin “Gülşəni-şüəra”, İbrahim
mirzənin “Fərhəngi-İbrahim” və Tövfi Təbrizinin “Təzkireyi-Tövfi” adlı əsərləridir. Sonuncu iki əsər haqqında məlumatı
mənbələrdən əldə edirik və bu təzkirələr zamanımıza gəlib çatmamışdır. Sam mirzə təzkirəsini fars dilində, Əhdi Bağdadi
isə türkcə qələmə almışdır. Bu təzkirələrin strukturları da bir-birindən fərqlidir.
XVII əsrdə isə Sadiq bəy Sadiqi “Məcməül-xəvas” və Nazim Təbrizi “Nəzmi-güzidə” adlı təzkirələr yazmışlar. Sadiqi
təzkirəsindən fərqli olaraq “Nəzmi-güzidə” fars dilində qələmə alınmışdır. Nazim təzkirəsinin “Məcməül-xəvas”dan digər
bir fərqli cəhəti strukturundadır. Sadiq bəy Əfşar əsərini Əlişir Nəvai, Dövlətşah Səmərqəndi və Sam mirzənin təzkirəsinin
davamı olaraq qələmə aldığını qeyd edir. Yəni Sadiqi özündən öncəki təzkirələrə zeyl olaraq öz əsərini qələmə almışdır. Na-
zim Təbrizi isə qədim dövr şairlərindən başlayaraq öz müasirləri haqqında məlumatı və əsərlərindən nümunələri əhatə edən
əsər ortaya qoymuşdur. Qeyd olunan bu təzkirələrin oxşar cəhəti I Şah Abbasa ithafən yazılmasıdır. Sadiqi təzkirəsindən
bəhs edərkən Sadiqi “Külliyyat”ı içərisində yer almış anonim təzkirəni də Osmanlı təzkirələri fonunda tədqiqata cəlb etmi-
şik.
XVIII əsrdə Azərbaycan təzkirəçiləri 5 təzkirə qələmə almışlar. Əliqulu xan Valehin “Riyazüş-şüəra”sı,
LütfəlibəyAzərin “Atəşkədə”si, İshaq bəy Üzri Bəydilinin “Təzkireyi-İshaq”ı, Sultan Məhəmməd mirzə Bahadur xanın
“Töhfətüş-şüəra”sı və Əbu Talib xan Təbrizinin “Xülasətül-əfkar”ı bu əsrdə yazılmışdır. “Riyazüş-şüəra” əlifba prinsipi
əsasında, “Atəşkədə” isə coğrafi prinsip əsasında tərtiblənmişdir. İshaq bəy Üzrinin əsəri isə təzkirədən ziyadə
antologiyadır. Sonuncu iki təzkirə isə dövrümüzə qədər gəlib çatmamışdır.
XIX əsrdə Azərbaycan təzkirəçiliyi kuliminasiya nöqtəsinə çatmışdır. Belə ki, XIX əsrdə 22 təzkirə qələmə alınmışdır.
Bu dövrdə yazılan təzkirələr yazıldığı dil, əhatə etdiyi coğrafiya və zaman, struktur və s. cəhətlərinə görə bir-birindən
fərqlənmişlər.
XX əsrdə isə 9 təzkirə yazılmışdır. Məhəmməd ağa Müctəhidzadə, İbrahim Tahir Musayev, Həsənəli xan Qaradaği,
Məhəmmədəli Tərbiyət, Şəmsəddin xan Həqqi Təbrizi, Qulam Məmmədli, Seyid Əbdülhəmid Xalxali, Əziz Dövlətabadi,
Məhəmməd Dəyhim XX əsrin təzkirəçiləri sırasındadır.
XXI əsrdə klassik tərzdə təzkirəni Şahin Fazil tərtib etmiş və 2006-cı ildə nəşr etdirmişdir.
Beləliklə, Azərbaycan təzkirələrini nəzəri baxımdan, sistemli şəkildə tədqiqata cəlb edərək, Azərbaycan təzkirəçilk
tarixini ortaya qoymağa təşəbbüs etdik.
MÜASİR AZƏRBAYCAN NƏSRİNDƏPOSTMODERNİST ESTETİKANIN İZLƏRİNƏ
DAİR(Seyran Səxavətin bədii nəsri əsasında)
Xəyalə ƏFƏNDİYEVA
Azərbaycan DillərUniversiteti
elshenxeyale@box.az
Çağdaş dövrdə yaranan Azərbaycan nəsri mövzu seçimi, problem aktuallığı, məzmun orijinallığı, ideya, baxış yeniliyi
ilə diqqəti çəkməkdədir. Bu əsərlərdə qoyulan problemlər və onların bədii həlli də özünəməxsusluğu ilə seçilir.
Ümumiyyətlə, bəhs edilən dövrdə yazılan əsərlərdə bizi əhatə edən mikro və makromühitdə gedən bu və ya digər
proseslərin insan mənəviyyatına, düşüncə və fikir aləminə etdiyi təsirlər də öz bədii əksini tapmaqdadır. Bir az daha ətraflı
desək, qloballaşan dünyada baş verən hadisələrin və bununla bağlı çağdaş insanın mənəvi-psixoloji aləmində yaşananların
ədəbiyyatda təsirini açıq-aydın müşahidə etmək mümkündür. Müasir dövrdə həm dünya, həm də Azərbaycan ədəbiyyatında
bir-birindən fərqli orijinal üslublar, cərəyanlar, formalar yaranır ki, bu da bədii sənətdə dinamik inkişaf prosesini açıqca
nümayiş etdirir.
Ədəbi-bədii fikrin hər bir mərhələsi, o cümlədən cərəyan və üslublar konkret estetik hadisə kimi meydana çıxır,
özünün poetik sistemi və estetikası ilə reallaşır. Hər bir milli ədəbiyyat kimi, Azərbaycan ədəbiyyatı da dünya ədəbiyyatı
axarına öz kökləri, tarixi təcrübəsi, estetik bazası ilə qoşulur. Tipoloji yanaşma çox zaman hansısa bir cərəyanın bir xalqa,
bir millətə, bir coğrafi regiona, bir milli mədəniyyətə aid lokal hadisə deyil, ümumdünya hadisəsi, bəşəri bir proses kimi
dərkinə yol açır. Bu baxımdan XX yüzilliyin sonlarında fəallaşan postmodernizm cərəyanı Avropada, eləcə də Azərbaycan
ədəbiyyatında mühüm ədəbi-estetik hadisə kimi dəyərləndirilir. Əslində, postmodernizm heç bir konkret fəlsəfəyə və ya
nəzəriyyəyə itaət etmir. Postmodern roman deyiləndə ilk olaraq yada “dil oyunları” düşür. Çünki bu əsərlərdə dil
çoxmənalılıq xarakteri daşıyır, şərti metaforik üslubun ifadə imkanlarından, mif və folklor motivlərindən, rəmzi bədii
ümumiləşdirmələrdən, simvolizmdən yeri gəldikcə geniş istifadə olunur, üstüörtülü, sətiraltı, müxtəlifyozumlu deyimlər
dilin çoxmənalılığını ortaya çıxarır. Həmçinin bu əsərlərdə mətn içində mətn, fraqmentallıq, mifin dekonstruksiyası,
montaja, kollaja meyil, psixoloji-dedektiv elementlərin olması, tarixin, tarixi şəxsiyyətin parodiyası, yozumun
çoxvariantlılığı, dəyərlərin itirilməsi, dünyaya ironik baxış və s. xüsusiyyətlər müşahidə olunmaqdadır.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
315
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Bu xüsusiyyətlərə Avropa ədəbiyyatında Umberto Eko, Patrix Züskind, Krüsyan Kraxt, Bartalim, Pinçon, Qabriel
Qarsia Markes və s. kimi sənətkarların yaradıcılığında çox rast gəlinir. Çağdaş Azərbaycan nəsrində isə Afaq Məsudun
“İzdiham”, “Dahi”, Kamal Abdullanın “Unutmağa kimsə yox”, “Sehirbazlar dərəsi”, “Yarımçıq əlyazma”, Elçin
Hüseynbəylinin “On üçüncü həvari”, “Yovşan qağayılar”, “Metro vadisi”, Seyran Səxavətin “Yəhudi əlifbası”, “Nekroloq”,
İlqar Fəhminin “Aktrisa”, “Bakı haqqında kollaj” və s. əsərlərində bu cərəyana xas olan bir sıra xüsusiyyətlərə rast gəlmək
mümkündür. Adı çəkilən bu müəlliflər arasında biz daha çox Seyran Səxavətin “Nekroloq” romanını təhlilə cəlb etmək
istərdik. Bu romanda həmin cərəyana xas olan dünyaya ironik baxış, mifin dekonstruksiyası, dəyərlərin itirilməsi, rəmzi-
bədii ümumiləşdirmələrdən istifadə və s. xüsusiyyətlər diqqəti cəlb edir. Çox qəribədir ki, gündən-günə “modernləşən”
dünya insanın mənəvi aləmini qətiyyən zənginləşdirməyə xidmət etmir, əksinə, onu maddiyyatın əsirinə çevirir. Bu hal
onsuz da aşınmağa meyilli olan insanı, adamda adamlığı daha da aşındırır və beləliklə, insan özünün Ali məqsədlər üçün
yaradıldığını və mənən kamilləşmək kimi bir müqəddəs vəzifəsi olduğunu düşünmür. Bazar iqtisadiyyatı şəraitində yaşayan
və bazar təfəkkürü daşıyan insan özünə yaradılışın əşrəfi kimi yox, əmtəə kimi yanaşır. Artıq onun düşüncəsində Ədalət,
Xeyirxahlıq, Ruhani Gözəllik kimi dəyərlər öz yerini Şöhrət, Nüfuz, Sərvət kimi məfhumlara verir. Bu şəkildə dəyərlərin
itirilməsi, mənəviyyatın korlanması, insanlığın aşınması kimi problemlər S.Səxavətin “Nekroloq” romanında ön plana
çəkilir və müəllif insani başlanğıcın zədələndiyi, deformasiyaya uğradığı məqamlarda insanı özünə, öz tarixi keçmişinə
qaytarmağa və ona təkrarolunmaz fenomen olduğunu sübut etməyə çalışır. Yazıçı bəzən hadisə və obrazlara istehza, ironiya
ilə baxır və əslində, bu yolla insanı düşünməyə, daxilindəki qüsurlardan arınmağa və özünüdərk etməyə sövq edir.
Şəxsiyyətin özünüdərki məsələsi postmodernizmdə əsas məqamlardan sayılır. Məhz fərdin, şəxsiyyətin, cəmiyyətin
özünüdərki, bütövlükdə milli oyanış və özünüdərk Seyran Səxavətin sənət kredosu, yaradıcılıq konsepsiyasıdır.
“Nekroloq” romanının sonlarında yazıçı “xalq düşməni” kimi ümumiləşdirilmiş bir obraz yaradır, hansı ki, həmin
obraz əsərin əvvəlində “xalqın xilaskarı kimi təqdim olunmuşdu. Bu isə mifin dekonstruksiyasıdır. Yəni, uzun zamanlar
insanların beynində mifləşmiş, ehkamlaşmış olan köhnəlikləri dağıtmaq, maskanı yırtmaq, özünü cəmiyyətə “xilaskar kimi
sırıyanların” “astarını üzünə çevirmək”, həqiqi mahiyyətini açmaq, əsl gerçəkliyi çılpaqlığı ilə ortaya qoymaq cəhdidir.
Nümunələrdən də görünür ki, S.Səxavətin nəsrində postmodern estetikanın elementləri bu və ya digər formalarda özünü
göstərməkdədir.
FİKRƏT SADIĞIN ÇAP OLUNMUŞ SON – “HAZIRCAVAB” KİTABINA DAİR
Yeganə QURBANOVA
Bakı Dövlət Universiteti
y.q.87@mail.ru
XX əsrin 60-cı illərində yaradıcılığa gələn sənətkarlardan biri – Fikrət Sadığın zəngin ədəbi-bədii irsinə - şeirlər,
poemalar, hekayələr, kiçik pyeslər, elmi-publisistik məqalələr, tərcümələr və s. daxildir. İlk şeirlər kitabı “Cığır”la (Bakı:
Gənclik, 1963, 48 səh.) ədəbi-bədii fəaliyyətinin sonrakı, gələcək yollarına iz salan, özünəməxsus bir cığır açan şair bu günə
kimi 30-dan çox şeirlər kitabını çap etdirmişdir: “Ömrün bir günü” (Bakı: Azərnəşr, 1965, 40 səh.), “İşığın yaşı” (Bakı:
Gənclik, 1974, 199 səh.), “Seçilmiş əsərləri” (Bakı: Azərnəşr, 1991, 380 səh.), “İşlə ev arasında” (Bakı: Gənclik, 1997, 179
səh.), “Taleyin acığına” (Bakı: “Çinar-çap”, 2003, 526 səh.) və s. Fikrət Sadığın işıq üzü görmüş son kitabı “Hazırcavab”dır
(Bakı: Nərgiz nəşr., 2013, 201 səh.). Kitab iki bölmədən - “Atmacalar, deyimlər, zarafatlar” adlı birinci, və “Kəsə sözlər,
miniatür şeirlər” adlı ikinci bölmədən ibarətdir.
Əvvəlki kitablarında Fikrət Sadıq uşaqlar üçün yazdığı əsərlərini, Azərbaycanın təbii gözəlliklərinin, təbiətinin və s.
tərənnümünə həsr etdiyi şeirlərini, poemalarını yerləşdirmişdir. “Hazırcavab”da əvvəlki kitablarında qarşılaşdığımız dövr
haqqında və zamanın sosial-siyasi və mənəvi mənzərəsini göz önünə gətirən əsərləri toplanmışdır. Bütün bunlar kitabda
“Şeirlər” başlığı altında verilmişdir. Bunlara “Görür”, “Gənc bir əczaçıya”, “Al – sat”, “Bazar” və s. şeirləri nümunə
göstərmək olar.
“Atmacalar, deyimlər, zarafatlar” adlı birinci bölmədə Fikrət Sadıq dialoq qurduğu adamlarla etdiyi zarafat və atmaca
sözləri vermişdir. Buradan şairin hazırcavablığı bütün aydınlığı ilə görünməkdədir:
“- Dayı, mənə pianino al da, nə olar?
- Qızım, gücüm çatmır.
- Qonşuları çağırarsan, sənə kömək eləyərlər.
Qız hardan bilsin ki, “gücüm çatmır” – deyəndə, “pulum çatmır” – demişəm”.
Və ya :
“Bir dəfə kitabxanaçı qızdan Şeksprin “Sonetlər”ini istədim. Getdi üç saatdan sonra qayıtdı.
Dedim: - Allaha çox şükür ki, Homerin dalınca göndərmədim, yəqin ki, sabah gələrdin”.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
316
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Kitabın ön sözünün müəllifi Kamil Vəli Nərimanoğlu yazır: “ Fikrət Sadığın atmaca və zarafatları özü kimidir, iynəli,
tikanlı deyil, başqasına sataşmaq, toxunmaq məqsədindən də uzaqdır. Həyatın özü kimidir; kədəri də, sevinci də özündədir”.
Birinci bölməyə daxil olan “Xatirələr” hissəsində isə Fikrət Sadıq, əsas etibarilə, tələbəlik və ilk yaradıcılıq xatirələrini
qələmə almışdır.
Bəllidir ki, şair 1956-1961-ci illərdə indiki BDU-nun Filologiya fakültəsində təhsil almış və yaradıcılığa da, demək
olar ki, məhz bu illərdən başlamışdır.
“Hazırcavab”da verilən “Kəsə sözlər, miniatür şeirlər”ə şairin əvvəlki kitablarında da rast gəlmək olar. Bizə elə gəlir
ki, Fikrət Sadıq fikrini qısa və lakonik ifadə etmək üçün məhz bu başlıq altında topladığı şeirlərə daha çox müraciət edir.
Əslində Fikrət Sadığın bu cür şerilərindən təşkil olunmuş “Kəsə sözlər” adlı (Bakı: Mütərcim, 2010, 48 səh.) ayrıca bir
kitabı da var və 2010-cu ildə çap edilib. “Hazırcavab”da isə həm əvvəlki kitablarında çapa getmiş, həm də son dövrlərdə
yazdığı “Kəsə sözlər, miniatür şeirlər” daxil edilib. Əsas etibarilə, bir bənddən ibarət olan “Kəsə sözlər”də Fikrət Sadıq
əvvəlcə real gerçəklikləri açıb deyir, oxucunu düşünməyə vadar edir, son bir və ya iki misrada isə nəticə çıxarır, qənaətə
gəldiyi fikrini ifadə edir:
Kimi
əl çala-çala ucalır,
Kimi də
alçala-alçala ucalır.
Və ya:
Dünya qocaldıqca, azalır yaman,
Əfəndi adamlar, paşa adamlar.
Dünya qocaldıqca, çoxalır yaman,
Araqarışdıran maşa adamlar.
Fikrət Sadığın bu - “Hazırcavab” kitabı da digər əsərləri kimi geniş oxucu auditoriyasının diqqət və marağına səbəb
olmuşdu.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
317
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
TÜRK DİLİ VƏ ƏDƏBİYYATI
YUNUS EMRE`NİN ŞİİRLERİNDE HUMANİZM AKIMININ ETKİSİ
Aygül ABDULLAYEVA
Qafqaz Universiteti
sevda_babayeva@hotmail.com
Humanizm akımı XIV yüzyılda İtalya`da doğmuş, insanı geliştirme ve yüceltmeyi amaçlayan bir düşünüştür.Latince
homoinsan anlamına gelmektedir. Humanist sanatçıların başlıca ortak özellikleri şunlardır:Onlar sanatı bir taklidi olarak
kabul etmişlerdir. Humanistlere göre sanatın ve edebiyatın asıl konusu insandır.Onlar eski Yunan ve Latın edebiyatı
eserlerini örnek almışlardır.Insan sevgisinden yola çıkan humanistler içinde yaşadıkları çağa, topluma, yerel, ulusal
değerlere uzak kalmışlar, evrenselliği hedeflemişlerdir.Humanist sanatçılar eserlerini içinde yaşadıkları aristokrat tabakanın
beğenisine uygun olarak biçimlendirmişlerdir.
Humanizm Avrupa`yı ilgilendiren ve Avrupalı olmak iddiasındaki bir akımdır.Humanist edebiyatın amacı insanı
cennetteki kusursuzluğuna doğru götürmektir.
Humanizm Türkiye`de ancak Cumhuriyet döneminde etkili olmuştur.Nurullah Ataç, Orhan Burian, Sabahattin
Eyüboğlu bu akımı savunmuşlardır.Bu yazarlara göre ilk Türk humanisti Yunus Emre`dir.Ancak Yunus Emre`de insan
sevgisinin tasavvuftan kaynaklandığı görülmektedir.
Yunus Emre`nin hayatı ve Şahsiyetı
Yunus Emre Anadolu`da tasavvuf edebiyatının,Türkçe şiirin en büyük şairidir.O,Allah sevgisini,insan sevgisini, aşk
ve güzel ahlakla ilgili düşüncelerini İslam tasavvufunu ele almıştır. Onun tek istediği sevgiye balı olan her şeydir. İnsanın
ilk önce gönlüne önem verir.Bir gönül yıkmayı büyük günah sayar.Onun şiirinde edebiyat tarihi bakımından dil,düşünce ve
yaratıcılık gibi 4 önemli sorun sergilenir.Bu sorunlar bir görüş ve inanış bütünlüğü içinde ele alınır insan konusunda
odaklaştırılır. Yunus Emre ana hedefini ve dünyadaki amacını şöyle açıklar:
Ben gelmedim dava için
Benim işim sevgi için
Bu mısralarıyla dünyaya sevgi için geldiğini anlatıyor.O,insan olan her kese karşı fakir,zengin,Hristiyan ve Müslüman
ayrımı yapmayanlara zengin sevgiyle bağlıdır.Şiirlerinin tamamından Allah ve Peygamber aşkını anlatmakla insanlara
İslamiyet konusunda bilgilendirmeye çalışmaktadır.
Yunus Emre`nin şiirlerinde Humanizm akımının etkileri
Elbette Yunus Emre bütün çağların en büyük humanistidir.Antik çağ humanist düşüncesiyle konuya kısaca bakacak
olursak bu çağın humanistleri insanı her şeyin ölçüsü yapmışlar,onu mikrokosmos olarak görmüşler,bütün insanları doğadan
soydaş ve akraba kabul etmişler,insanın Tanrı`ya gönül ile varabileceğini söylemişler.
Yunus Emre`nin humanizmi özgü ve orijinaldir.Kapsamlı,derinliği olan sistematik bir yapıya sahiptir.O,insanı
Tanrı`dan korkan ve korktuğu için inanan zavallı bir kul olmaktan çıkarıp ona onurlu bir yer vermiştir. Yunus Emre için
bütün insanlar birdir. Bu bakımdan insanlar eşittir ona göre.
"Yetmiş iki millete bir göz ile bakamayan,
Şer’in evliyasıyla hakikatte asidir”
der. Yine burada Kur'anı Kerim’in kardeşlik formülünü uyguladığını şu dizeleriyle öğreniyoruz
“Hakkı gerçek sevenlere, cümle alem kardeş gelir”..
Kur'anı Kerimde “inanalar kardeştir” (Hucurat 10) diyordu.
“Yaratılanı sev yaratandan ötürü” diyerek bütün insanlığı bütün mahlukatı bütünü mevcudatı kısaca yaratılmış olan her
şeyi sevmemiz gerektiğini söylüyor. İnsanların kimlikleri ve milliyetleri önemli değildir, hatta ve hatta dinleri de önemli
değildir Yunus Emre için. Önemli olan yaratılmış olması ve onu da bir yaratanının bulunması yani Yüce Allah tarafından
yaratılmış olmasıdır. İnsan değer verilmiş yaratılmıştır.
Yunus Emre için önemli olan Yüce Allah tarafından yaratılmış olmasıdır.Onun”Ah Ölüm”şiirinden bir örnek verelim:
Yalancı dünyaya konup göçenler
Ne söylerler,ne bir haber verirler.
Üzerinde türlü otlar bitenler
Ne söylerler,ne bir haber verirler.
|