İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN ROLU
(QƏLBLƏRDƏ YAŞAYAN İNSAN-91 İLİN IŞIĞI)
Türkan ƏSGƏROVA
AMEA, Dilçilik İnstitutu
disser083@gmail.com
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümumilli liderimiz, dahi şəxsiyyət, Heydər Əliyev 35 illik
fəaliyyəti hər bir azərbaycanlının qəbində qızıl hərifərlə yazılmışdır. H. Əliyev şəxsiyyəti xalqa, millətə həsr olunan ömür
yolu heç vaxt bitmir, tükənmir. Millətinə çətin anda yol göstərən, xalqını xoşbəxt gələcəyə aparan dahi insan daima xalqı
ilə birlikdədir. Belə bir şəxsiyyətin həyata gəlişi yüz ildə bir olur. Talehin məsləhəti ilə millətin qisməti kimi xalqının ən
ağır anlarında gəlir və bu məqamlarda xilas etmək misiyyasını öz üzərinə məsuliyyətlə götürür. Xalqla birlikdə ədəbi
yaşayır. Ümumilli liderimiz aforizlərinin birində söylədiyi kimi “Nə qədər ki, Azərbaycan var, ədəbi olacağam, Nə qədər ki
Azərbaycan var, ədəbi olacağam” (H. Əliyev)
Ümumilli lider Azərbaycanın inkişafı üçün savet dövrünün və dövlətin verdiyi bütün imkanlardan istifadə etdi. Qısa
bir müddətdə Azərbaycanı kiçik xammal respublukasından böyük səneyi mərkəzinə çevirdi. Milli mənəvidəyərlərimizi
inkişaf etdirdi.
Bu günkü Azərbaycanın bütün əhəmiyyətli səneyi və istesal sahələri , elm və mədəniyyət mərkəzləri H. Əliyevin adı
ilə bağlıdır. Elmlər Akademiyasının yeni binalarının “Respublika sarayının”, “Azərbaycan və “Abşeron”
mehmanxanalarının inşa edilməsi, bakıda nefqayırma, Sumayıtda kimya metalurgiya, Gəncədə alüminium səneyisinin
yaradılması itiffaq əhəmiyyətli dərin özüllər, kondisoner zavodları Bakıda tikilməsi, onlara su və istilik elektrik
stansiyalarının tikilməsi, Azərbaycanın digər şəhər və rayonlarının inkişafı, Abşeron yarımadasında ütöv kurirt istirahət
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
309
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
zolağının yaradılması, neçə-neçə ali təhsil müəssisələrinin yaradılmasınin hərbi məktəblərin açılışı ulu öndərimizin
uzaqgörən siyasətinin nəticəsidir.
Nə qədər Azərbaycan dövləti varsa daim, bəli ulu öndər Azərbaycanlının qəlbində yaşayacaqdır.
Heydər Əliyev 1969- cu ildə Azərbaycana rəhbərliyə gəldiyində respublikamızın iqtisadiyyatı, kənd təsərrufatı,
sənayesi, sosial vəziyyəti yaşayan səviyəsi SSRİ-də sonuncular sırasında idi. Azərbaycan ümumi inkişafdan geri qalırdı.
Əsrin əvvəlində olduğu kimi kiçik xammal Respublikası rolunu oynayırdı. Azərbaycan təbii ehtiyyatlarına, faydalı qazıntı
yataqları ilə zəngin olsada rəhbərlik zəif idi, bu ehtiyyatları xalqın və respublikanın ehtiyacıcnın ödənilməsinə yönəldə
bilmirdi.
Heydər Əliyev istər Sovet hakimiyyəti dövründə, istərsədə Azərbaycanın müstəqilliyi dövründə Azərbaycana rəhbərlik
etmiş, bütün həyatını xalqına , ölkəsinin tərəqqisinə, əminamanlığına, sabitliyinə həsr etmişdir. Azərbaycan xalqının
vahidliyinə çalışan Heydər Əliyev dühası özünün fitri idarəçəlik istedadı sayəsində, respublikada sivil və demokratik
cəmiyyət qurmuş, dövlət vətəndaş münasibətlərində hər birinin mənafeyini prioritet götürmüşdür. Bütün xalq ulu öndərin
siyasətinə yüksək etimadın müqabilində dövlətə hakimiyyətə inamını bərpa etmişdir.
Dahi şəxsiyyət Heydər Əliyev çox mənalı fəaliyyəti ilə sübut etdi ki, güclü iqtisadiyyata, müstəqil, xarici siyasətə,
demokratik imicə, mənəvi intelektual yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Bu müdrik yanaşma
Azərbaycana böyük uğurlar gətirmiş, ölkəmiz bütün sahələrdə dinamik inkişaf etmiş böyük uğurlar qazanmışdır.
Bu gün beynəlxalq aləmdəAzərbaycan özünə laiq yer tutmuşdur. Qonşuları, müttəfiqləri və tərəfdaşları ilə qarşılıqlı
faydalı münasibətlər qurmuş, respublikamızı bütövlükldə regionda lider dövlətə çevrilmişdir.
Ulu ondərimiz Azərbaycanı uzaqgörən siyasəti ilə bütün sahələr üzrə inkişaf etdirdi, sivil dünyanın ayrılmaz parçasına
çevirdi. Azərbaycana demokratiya, siyasi sabitlik, iqtisadi inkişaf, sosila rifah gətirdi, ölkəmizə sabitlik, insanlara xoşbəxtlik
bəxş etdi. Azərbaycanda daima yaşayacaq Heydər Əliyev kursunu yaratdı. O Azərbaycanın bu gününü düşünmədi,
nailiyyətlərimizin sabahını, dövlətimizin gələcəyini müəyyənləşdirdi. Azərbaycan xalqına ən laiqli varis olan cənab İlham
Əliyevi bəxş etdi. 2003-cü ildən 12 dekabırında Heydər Əliyev bizlərdən cismən ayrıldı. Onun vəfatı türk dünyasının hüzn
gününə çevirildi. Heydər Əliyev mənalı, şərəfli ömür yaşadı və bütün həyatını Azərbaycan dövlətinə, çox sevdiyi xalqına
həsr etdi.
MİRZƏ ƏLƏKBƏR SABİR VƏ İRAN KLASSİKİ HAFİZ ŞİRAZİ
Ulduz QƏHRƏMANOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
chocolate575@mail.ru
“Hophopnamə” tərtibçilərinə görə Sabirin Hafiz Şiraziyə bir nəzirəsi və bir təzmini var.
1.Sabir Hafiz Şirazinin “Yusifi güm gəştə baz ayəd bə Kənan qəm məxur” misralı qəzəlinə “Mahi-Kənanın batıb, ey
piri-Kənan, qəm yemə!” misralı satirasını (ilk dəfə “Molla Nəsrəddin” jurnalında 2 iyun, 1906, № 9-da imzasız ) nəzirə
yazmışdır. Bu nəzirə bilavasitə Hafizin qəzəlinə deyil, o qəzəlin Məhəmməd Hadi tərəfindən orijinalı, istər Hadinin
tərcüməsi, istərsə Sabirin əsəri eyni vəzn-fA'ilAtün fA'ilAtün fA'ilAtün fA'ilün, yəni rəməl bəhrinin ikinci növü
ölçüsündə, eyni qafiyə-“...an” qafiyəsi, eyni rədif-“qəm məxor-qəm yemə” rədifi üzərində qurulmuşdur. Şəkilcə isə Sabirin
əsəri onlardan fərqlənir. Hafiz və Hadidə bu əsər qəzəl şəklindədir. Sabir isə bunu dördlük şəklini müsəmmət növünə
çevirmişdir. Kəmiyyətcə də orijinal və tərcümə iyirmi dörd misradan ibarət ikən, Sabirin əsəri iyirmi misradan, yəni beş
dördlükdən ibarətdir. Bunlar həmin əsərlərin forma cəhətidir. Lakin əsas məsələ bunların məzmunundadır.
Hafizin şeirində-Əli, Məhəmməd, Quran, Kəbə xəyalı bir gələcəyə boş ümidlər!... Sabirin şeirində-binavalərə,
yoxsullara, ac əməkçi insanlara acı xitablar və bəyə, xana, əyana qarşı tüfeyli güclülərə qarşı lənət, nifrət var. Ona görə də
bu cür iki şeirdən biri digərinə nəzirə ola bilməz. Hələ Sabirin bu inqilabi əsərini 1948 və 1954-cü illərin “Hophopnamə”
tərtibçiləri “Hafizin bir qəzəlinə nəzirədir” və “Bu şeir şairin ilk nəzirəsidir” kimi qiymətləndirilib. Ə.Cəfər bunu Sabirin ilk
təhzili hesab edir. Goründüyü kimi, Hafizdə təsdiq mənasında olan “mahi-Kənanın gələr”, “beytülhəzanın bir gün gülüstan
olar” fikri burada “mahi-Kənanın batıb” və “gülüstanın beyti-əhzan” olması fikri ilə əvəz olunmuş, yəni tamamilə tərs
mənada öz bədii ifadəsini tapmışdır. Hər iki şeirin məqsədini aydınlaşdırmağa kömək edən “qəm yemə!” rədifinə gəlincə,
demək lazımdır ki, bu da, əslinə baxsan, tərs mənada işlənmişdir. Şair demək istəyir ki, ay yazıq sənin gülüstanın solub
nalalər evinə çevrilmişdir. Bu, “qəm yemə!” deyil, “qəm ye” deməkdir. Satiranı bütünlükdə oxuduqca məlum olur ki, şair
siyasi, lirik hisslərinin də bədii ifadəsini satira ilə birləşdirərək çox qiymətli bir əsər yazmışdır. Satirada “Sən zəlil ol, qoy
güclü çəksin ləzzəti...” sözlərindəki kədəri, tərs mənanı, üsyançılığı duymamaq mümkün deyildir.
2. Sabirin “Asudəlik bu saət yerdən göyə cəhanda” adlı satirası (ilk dəfə “Molla Nəsrəddin” jurnalında 25 aprel, 1910,
№ 16-da “(.....)” imzasız ) nə təzmin, nə bənzətmə, nə nəzirə, nə də təhzildir. Nəzirə təhzildə əsas şeirin müəllifindən təzmin
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
310
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ola da, olmaya da bilər. Bir şair tamam müstəqil bir şeirinə başqa bir şairin əsərindən bir misra, bir beyt alıb sala bilər, öz
məqsədi üçün ondan istifadə edə bilər. Sabirin Hafizdən bu təzmini məhz bu səpgidə edilmişdir. Onun həmin şeiri Hafizin
şeirinə nə nəzirə, nə təhzil, hətta nə bənzətmədir. Bu iki əsər arasında bənzəyiş yalnız vəzn birliyindədir ki, təklikdə bunun
mahiyyət etibarı ilə heç bir əhəmiyyəti yoxdur. Hafizin əsəri 28 misra, Sabirin əsəri isə 59 misradan ibarətdir. Hafizin əsəri
qəzəl şəklində beytlər üzrə yaradılmış, Sabirin şeiri əsasən onluq bəndlər üzrə qurulmuş, mətləli-nəqəratlı onluq şəklində bir
əsərdir. Yalnız nəqərat Hafizin mətlədəki beytinin ikinci misrasıdır: Dərda ki, razi-pünhan xahəd şad aşikara! Hafizin bu
məşhur qəzəli Yaxın və Orta Şərqin əsatiri (ayineyi-Skəndər, cami-Cəm, mülki-Dara, Qarun və Gəda) ilə bənzədilmiş
dərvişanə, rindanə bir əsərdir. Bu əsərdə şair zahirən həyata ”laqeydlik fəlsəfəsi” gözü ilə baxır və dostlarla mürüvvət,
düşmənlərlə mədara yolu ilə gedir. Lakin Hafiz daxilən belə deyildir. Əsərin əsas motivini təşkil edən ilk beyt (mətlə)
böyük şairin ruhundakı faciəni öz məzmununda saxlamaqdadır. Sabirə də Hafizin bu əsərindən məhz bu beyt, xüsusən onun
ikinci misrası lazım olmuşdur. İrana dair mövzularından biri olan bu şeirdə Sabir Hafizin həmin əsərindən çox mənalı
surətdə istifadə etmişdir. Bu əsərin ikinci misrasını Sabir bərcəstə bir misra səviyyəsinə qaldıraraq, müasir İranın həqiqi
simasını təsvir etməkdə ona dramatik bir nida keyfiyyəti vermişdir. Bu iki böyük həmin əsərləri arasındakı rabitə yalnız bu
təzmin hüdudunda qalır. Hafiz öz qəzəli ilə XIV əsrin dərəsindən XX əsrin təpəsinə qaldırır.
Sabir isə İran ictimai gerçəkliyinin satirik mənzərəsini vermək məqsədilə başqa bir şeirini Hafiz Şirazinin qəzəlindən
bir beyt götürüb ondan öz məqsədinə uyğun şəkildə, bacarıqla istifadə edərək yazmışdır. Sabir Hafizdən götürdüyü beyti öz
şeirinin başlanğıcında olduğu kimi vermiş, sonra isə hər bəndin axırında “Aman ki, gizli sirrim olacaq indi aşikar” şəklində
olan ikinci misrasını işlətmişdir. Bu isə İran hakim dairələrinin ölkənin daxili siyasi-ictimai vəziyyətinin aşkar olmasından
bərk qorxuya düşdüklərini göstərmək və onları ifşa etmək məqsədi güdmüşdür.
ƏDƏBİYYATDA MİFOLOGİZM
Ülkər AĞAKƏRİMOVA
Azərbaycan Dillər Universiteti
ulker.agakerimova@gmail.com
Mifologizm XX əsr ədəbiyyatının xarakterik hadisəsi, eyni zamanda badii priyom və bu priyomun arxasında dayanan
dünyaduyum tərzi idi. O, həm dramaturgiyada, həm poeziyada, həm də romanda öz təzahürünü tapırdı. Sonuncuda yeni
mifologizmin spesifikası özünü daha bariz şəkildə göstərir. Çünki ötən əsrdə dram və lirikadan fərqli olaraq roman
mifləşdirmədən kənarda qalırdı. Bu fenomen daha çox XIX əsrin ənənəvi tənqidi realizmindən uzaqlaşma və klassik roman
şəklinin yaradılması dövründə çiçəkləndi. Mifologizm özlüyündə tənqidi başlanğıca qarşı deyildi, o hətta insan
şəxsiyyətindəki kəskin şəkildə müşayət olunan prosesləri,özgələşmənin burjua “nəsrinin” bayağılığının,dini mədəniyyətin
böhran durumunun aradan qaldırılmasının əlavə üsullarını təklif edir.
Mifoloji zaman müasir romanda obyektiv tarixi zamanı sıxışdırır, belə ki, müəyyən zaman kəsiyində baş verən
hərəkətlər və hadisələr əbədi prototiplər fonunda ifadə olunur, tarixin dünyəvi zamanı mifin zamansız dünyasına keçir.
Bu əsnada biz Coysun, Eliotun, Paundun, Prustun yaradıcılığına nəzər salmalıyıq. İnsan cemiyyetinin inkisafinda
mifologiyanın rolu əvəzsiz və danılmazdır. Dunyanın ve insanın yaradılışı barədə hər bir insanın, hər bir xalqın öz mifi, öz
allahları, öz qəhrəmanları mövcud olub.
Mifologiya dünyanı, həyatı qavrama tərzidir. Ən qədim zamanlardan bəri insan həyatın mahiyyətini, onu əhatə edən
dünyanı anlamağa çalışıb. Mifologiya dünyanı dərk etmənin, insanın özünü dərk etməsinin, eləcə də fərdin mənəvi
dünyasının formalaşmasının ilkin forması kimi çıxış edir. XVIII əsrə qədər Avropada antik yunan və roma mifləri
yayılmışdı. XVIII əsrin I yarısından isə elmi dövriyyəyə hind-avropa xaqlarının- qədim hidlilerin, iranlıların, almanların və
slavyanların mifləri də qoşulur. Sonralar Amerika, Afrika, Okeaniya, Avstraliya xalqlarının miflərinin ortaya çıxması
göstərdi ki, mifologiya tarixi inkişafın müəyyən bir dövründə demək olar ki, bütün xalqlarda mövcud olub. Qədim miflərə
dünyanın, kainatın (kosmoqonik miflər) və insanın (antropoqonik miflər) yaranması barədəki miflər aiddir.
Mifologiya öz sinkretik mahiyyəti səbəbindən fəlsəfənin və ədəbiyyatın inkişafı üçün əvəzsiz material oldu. Mifoloji
irsin izlərini elmin inkişafının ilk mərhələsində, məsələn, qədim yunan naturfəlsəfəsi, tarix (Heredotun əsərləri) , tibb, və s.
görmək olar. Amma sonralar, ictimai təfəkkürün əsas formaları olan mədəniyyət və ədəbiyyat mifologiyadan ayrılsalar da,
onlar genişləndirərək və mifoloji simvolları başqa cür izah edərək öz “dillərində” mifdən istifadə edirdilər.
Öz inkişaf mərhələsi ərzində ədəbiyyat ənənəvi miflərdən ədəbi-bədii məqsədlər üçün geniş istifadə edirdi. Antik,
Bibliya mifologiyasının (Şərqdə isə induist və buddist miofologioyası) motivləri poetik obrazlılığın arsenalı, süjetin və
poeziyanın özünəməxsus dili idi. XX əsrdə isə bir sıra cərəyanlatrın şüurlu şəkildə mifologiyaya müraciəti başlanır (C.Coys,
F. Kafka, T. Mann, Q.Qarsia Markes və s. ). Bu zaman həm müxtəlif ənənəvi miflərdən istifadə (amma mənanın kəskin
dəyişməsi müşahidə oluna bilər), həmçinin də öz poetik simvolar dilini və öz mifologiyasını yaradan mif yaradıcılığı ortaya
çıxır.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
311
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Genetik olaraq ədəbiyyat, xüsusilə də bizim diqqət obyektimiz olan təhkiyə ədəbiyyatı mifologiya ilə folklorun dərin
qatlarında yaranan nağıl və qəhrəmanlıq eposu vasitəsilə, folklor vasitəsilə əlaqəlidir. Təbii olaraq dram və lirika da öz ilkin
mifik elementlərini milli bayramlarda olan rituallardan və dini mərasimlərdən götürüb.
Yaxşı məlumdur ki, bütün antik ədəbiyyat mifologiya və mifoloji kosmologiya ilə hopub, amma antik miflər orta
əsrlərdə də unudulmur, hərçənd xristian demonologiyası periferiyasına keçir. Bütövlükdə isə orta əsr ədəbiyyatı daha
spiritual olan dini mifologiyanın hakimiyyəti, təsiri altında qalırdı. Analoji olaraq orta əsr şərq mədəniyyətində də buddist,
induist, daosist və islam mifologiyası dominantlıq təşkil edirdi.
Total simvolizmdən uzaqlaşma yalnız İntibah dövründə başladı. L. Batılkinin yazdıqlarına əsaslansaq “İntibah -
arxetiplər, mif üzərində qurulan son bütöv mədəni sistemdir. İntibah mifi özünün tarixə meylli və tənqidi düşüncəyə
əsaslanan antroposentrizmi, diqqətin reallığa yönləndirilməsi ilə belə bir təsəvvür yaradır ki, sanki burada öz-özlüyündə
ölmüş antik mifologiya yeni bir mərhələyə keçir (xristianlıq, qrotesk, magiya, cəngavərlik əfsanəsi). Bu səbəbdən
mifologiya yuxarıya doğru irəllədikcə özünəməxsus şəkildə tarixi məcburiliyi saxlayırdı. Bu bele olduğu halda keçidin hələ
barokko və klassisizmdə də tamamlanmadığını deyə bilərik.
XV-XVIII əsrlərdə antik bibliya miflogiyasının obraz və motivləri poetik obrazlılığın arsenalı, süjetlərin mənbəyi,
incəsənətin özünəməxsus şəkildə formalaşmış dilinə çevrildi. Məhz XVI-XVII əsrlərdə ənənəvi süjet çərçivəsində geniş
ümumiləşdirici qüvvəyə malik qeyri-ənənəvi əbədi tiplər yaradılır ki, (Hamlet, Don Kixot, Don Juan,Mezantrop və s.)
bunlar da öz dövrünün təkcə sosial xarakteri modelində deyil, həm də bəzi ümuminsani kardinal davranışa malik tiplər idi.
Başqa sözlə bu qəhrəmanlar özləri sonrakı əsrlər üçün əbədi obrazlar idilər. Bu əsərlərin süjeti müəyyən qədər aşağı
səviyyədə olsa da, bu süjetin üzərində orijinal xarakterlər sistemi dayanırdı.
Qeyd etmək lazımdır ki, ənəvi süjetdən imtinadan sonra janr strukturunun inersiyası hələ də davam edirdi.
Mifologiyanın öyrənilməsinə maraq günümüzdə də azalmır. Mif yaradıcılığı insanlığın mədəni tarixinin yaranmasının vacib
hadisəsidir.
KAMAL ABDULLANI OXUYARKƏN QABRİEL QARSİA MARKESİ UNUTMAQ
Ülvi Babayev
Naxçıvan Dövlət Universiteti
ulvibabayev@hotmail.com
(Kamal Abdullanın “Unutmağa kimsə yox” Qabriel Qarsia Markesin “ Vəba günlərində eşq” romanlarının
tipologiyası və Bəhram-Gülsüm-Mübariz (“Unutmağa kimsə yox”), Florentino-Fermina-Urbino (“Vəba günlərində eşq”)
obrazları üçbucağının xarakter özəllikləri)
İnsan ömrünün ən böyük mənası ona verilən duyğular ölçüsündə ilahi bəxşiş olan həyatın sirli yönlərini üzə
çıxarmaqdır. Axı, həyat kəşf edilməsi zəruri olan bir dəfinədir. Və yalnız insan düşüncəsi, insan duyğuları gizli bir dəfinə
olan həyatı layiqi ilə duyur və təfəkkür edir... Həyatın mahiyyəti və qayəsi, sirli həqiqətləri, acısı və şirini nəsildən-nəsilə
yaşantının ifadə vasitəsi olan sözlə ötürülür, qorunur və saxlanılır... Bir millətin fikir abidəsini, söz abidəsini yaratmaq isə
həyatın özünün də qəribə bir sənət olduğunu müşahidə edə bilən fərdlərə nəsib olur. Hal-hazırda- XXI yüz ildə ” bir dünya
ilə kifayətlənmə”k istəməyən Kamal Abdullanın qələmində həyatın yeni bir sirli yozumu poetik-fəlsəfi iqtidar qazanır.
Nəsrimizdəki bu cür inkişaf və irəliləyişi Kamal Abdullanın “Unutmağa kimsə yox” romanında müşahidə edir və bu uğuru
böyük ehtiram, sevinc hissi ilə qarşılayırıq. Və təsadüfi deyil ki, yazıçımızın romanını dünya şöhrətli yazıçı, “Nobel”
mükafatı sahibi Q. Q. Markesin əsəri ilə qarşılıqlı müqayisə şəklində təhlil etmə zərurəti duyuruq: Kamal Abdulla
“Unutmağa kimsə yox” romanında ” bir dünya ilə kifayətlənmə” tendensiyası ilə çıxış edir və bu qavram mətndə semantik
mərkəz təşkil edir. Alim yazıçının bu cür ədəbi qənaətini həm də nəsrimizdə yeni axtarış mündəricəsinin ilkin və əsaslı
səhifəsi kimi qiymətləndirmək olar. Anar nəsrində psixoloji-intelektual keyfiyyətlər kimi təzahür edən, Sabir Əhmədli
yaradıcılığında müəyyən axtarışlara səbəb olan, Yusif Səmədoğlu qələmində püxtələşən müasirlilik və intelektuallıq Kamal
Abdulla romanında ( “Unutmağa kimsə yox”) bədii-intellektual, elmi-virtual anlam kəsb edir. Yazıçı gündəlik həyatımızda
təkrarlanan, müşahidə etdiyimiz fiziki hadisə və qanunları, tozlanmış, unudulmuş mifik yaddaşı, elmi təfəkkürü bəddi
mətnin tikinti materialına çevirir: Mətndəki “paralel dünyalar”, “ hadisələrin üfüqü”, “çiçəkli yazı”, “mağaranın ruhu”...
kimi qavramlar təkrarlanan mifik qatda özünə yer edən, arxaikləşən məişətimizlə daima və sürətlə yenilənən müasir, virtual-
intellektual həyatımızın tərkib hissələridir. Sadəcə sənətkar bütün bu həyat ünsürlərini müəyyən termin və istilahlarla
mətnin komponentləri kimi bizlərə təqdim edir. Bütün bu sadaladığımız keyfiyyətlər nəsrimizdə yenidir və bu özəlliklər
mətnə ağırlıq gətirmir, əksinə əsəri maraqlı və oxunaqlı edir. Və yaxud göydən dəvələrin yağması, şirlərin üsyanı, Molla
Güləlinin nəql etdiyi əsatirlər... (alternativ) real dünyamızda mümkünsüz görünsə də, ən azından virtual dünyada
mümkünlüyün, zaman amilinə fərqli baxışın, donmuş, sitatik həyat tərzinə etirazın, “paralel dünyalar”ın təminatıdır...
Kamal Abdullanın Markesdən fərqli olan yazı üslubu, “Unutmağa kimsə yox” və “Vəba günlərində eşq” romanlarının
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
312
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
fərqli struktur tipologiyası olsa da, romanlar bir nöqtədə birləşir, olduqca yaxınlıq kəsb edirlər. Lakin romanların oxşar
yönünü izah etmədən öncə qısaca Markes yaradıcılığına - “ Vəba günlərində eşq” romanın ümumi özəlliyinə nəzər salaq:
Markes romanlarnda Latın Amerikası xalqlarının məişəti mistik bir biçimdə bədii inikasa çevrilir. Simvolizm, magizm
ünsürləri Markes qəhrəmanlarının gündəlik həyatının da ünsürləridir. Qeyri-real anlayışlara bu nəsrdə gerçəklik donu
geyindirilir. Özü də Markesin canlandırdığı obrazlar mistik, magik qavramları gündəlik, şərti həyat refleksləri kimi qəbul
edirlər. Yəni, fantastikadan fərqli olaraq magik realizmdə mistik ünsürlər gündəlik məişət həyatının bir parçasıdır. (“Yüz
ilin tənhalığı” romanı buna ən böyük örnəkdir) Bu baxımdan Markes yaradıcılığının böyük bir qismini Latın Amerikası
xalqlarının (XIX-XX əsrlər) həyatını bütün çılpaqlığı ilə ifadə edən ədəbi təsəlli və yaxud təsəlli verici etiraz adlandırmaq
məqsədə uyğundur...
“Vəba günlərində eşq” romanında isə, yarım əsrdən çox bir müddətdə sevincli-kədərli eşq macərası yaşayan üç
insanın sevgi, şəhvət və nifrət üçbucağında kəsişən həyatları ovsunlayıcı və axıcı bir üslubda əks olunur. Yazıçının bu
romanı digər romanlarından kəskin şəkildə fərqlənir. Markesin digər əsərlərində olan kəskin ictimai-siyasi problematika,
mistik və qeyri-mistik paradoksallıq, simvolik ümumiləşdirmə, süjet xəttində və obrazların həyatındakı çox şaxəlilik... kimi
özəlliklər bu romanda fərqli bir dəyər qazanır. “Vəba günlərində eşq” romanı daha çox lirik-psixoloji nəsr nümunəsi kimi
təzahür edir. Roman Markes təhkiyə üslubuna xas konkretlik və heyrətvericiliyi saxlayır. Təsvirlərdə isə, həyat
gerçəkliklərini, təbiliyi obrazların həyat tərzinin bir parçası kimi təqdim etməyi bacarır və bu baxımdan təsvir və təhkiyə
bir-birini tamamlayır. Sənətkar naturalizmə xas uzun-uzadı həyat hadisələrinin ifrat bir şəkildə verilməsinə ehtiyac duymur,
bədii ümumiləşmə, simvolika... kimi ədəbi priyomlarlardan məharətlə istifadə edir. Nümunə üçün Florentinonun Ferminaya
aşiq olması vəba xəstəliyi zamanı baş verir və bu həyat faktını yazıçı simvolik bir biçimdə təqdim edir. Eşqin vəba xəstəliyi
kimi yoluxucu və ağrılı olması ifadə olunur, üstəlik Dr. Juvenal Urbinonun əsas personaj kimi əsərə daxil olmasında, vəba
xəstəliyinin böyük rolu var... Əlbəttə ki, bu cür xüsusiyyətlər əsas ədəbi meyarlar kimi dəyərləndirilmir, lakin mətnin
ümumi qurluşuna təsiri də az deyil... Romanın məziyyətlərindən biri də budur ki, mətn əvvəldən sona kimi xəfif lirizmə və
zahirən sadə batinən mürəkkəb psixologizmə əsaslanır. “Vəba günlərində eşq” romanında eşq anlayışı həm cismani-
şəhəvani, həm də ruhani- ilahi yöndən paradoksal psixologizmə, yumoristik-faciəyə əsaslanan xəfif l irizm üzərində
köklənir...
Hər iki romana qısa da olsa, nəzər saldıqdan sonra bu nəticəyə gəlmək olar ki, “Unutmağa kimsə yox” əsəri roman
içərisində romanları ehtiva edən müasir intellektual nəsr nümunəsidir, “Vəba günlərində eşq” romanı isə, paradoksal
məzmunlu lirik-psixoloji nəsrin magik realizmə xas bəzi özəlliklərini özündə cəmləşdirən məhəbbət hekayətidir. Lakin
“Unutmağa kimsə yox” romanına daha dərin mühakimə və estetik zövq ölçüləri ilə yanaşanda əsərin ən böyük məziyyətinə
şahid oluruq. Özü də bu məziyyət hər iki romanı bir nöqtədə birləşdirir, bir-birinə yaxın edir... “Unutmağa kimsə yox”
romanında K. Abdullanın ən böyük uğuru mürəkkəb məzmuna malik bir mətn daxilində müasir məhəbbət dastanı yarada
bilməsidir. Romanlar məhəbbət mövzusunda bir-birinə yaxın olsalar da, ifadə etdikləri məhəbbətin məzmunu baxımdan
çox incə fərqlər var: K. Abdullanın Bəhram və Gülsüm obrazları bir-birini qarşılıqsız, saf, məsum bir arzu ilə sevən, milli
psixologiyamıza uyğun əda və davranışlar sərgiləyən, əsrlər keçsə də, yaddaşlardan silinməyəcək xarakterlərdir. Gülümsər
Gülsüm təbəssümlü çöhrəsindən tutmuş, Bəhrama olan sevgisini qəlbinin dərinliklərində əsl qadın əxlaqı ilə saxlamasına...
qədər yaddaşlara həkk olunur. Bəhram dayı isə, dolğun, təmkinli xarakterə malik olmaqla yanaşı, müasir dünyagörüşlü lakin
milli psixologiyanın daşıyıcısı olan real, canlı bir obrazdır. Hörmətli yazıçımızın roman yaradıcılığının ən uğurlu, ən
koloritli obrazı Bəhram dayıdır... “Vəba günlərində eşq” romanında Florentino və Fermina xarakterləri isə, bir-birilərinə
olan sevgiləri baxımından olduqca ziddiyyətli xarakter sərgiləyirlər. Fermina obrazı Florentinonu sevdiyi halda daha
yaraşıqlı və zəngin Dr. Urbino ilə ailə qurur. Eyni ziddiyyətli məqama Florentinonun sevgisində şahid oluruq. O, Ferminaya
qovuşmaq üçün Urbinonun ölümün arzulayır və bunun üçün 51 il 9 ay 4 gün gözləyir. Lakin bu yarım əsrlik zaman
müddətində altı yüzdən çox qadınla münasibətdə olur ki, bu gerçəklik isə, onun eşqinin daha çox cismani xarakter daşıdığını
göstərir. Dr. Urbinonun ölümündən sonra Florentinonun yetmiş altı yaşında yetmiş iki yaşlı Ferminaya qovuşması Latın
Amerikasındakı eşq anlayışının bizim düşüncə dünyamızdan nə qədər fərqləndiyinə əyani sübutdur... Hər iki romanda aşiq
və məşuqdan başqa üçüncü bir şəxs, əğyar da var. Ancaq “Unutmağa kimsə yox” romanında Gülsüm nə Bəhrama nə də ki,
Mübarizə qismət olur. Başqa biri ilə ailə quran Gülsüm ömrü boyu Bəhramı unutmur, Onu gənclik dövrlərində birgə
oxuduqları “Ovod” romanını dönə-dönə oxumaqla xatırlayır... Bəhram da öz növbəsində əsl kişi dəyanəti ilə Gülsümü sevir,
lakin Florentino kimi Gülsümün həyat yoldaşının ölümün arzulamır və ömrü boyu ailə belə qurmur. Hətta, Gülüsümdən
ayrılmasına səbəb olan Mübarizə kin bəsləmir, əksinə dostluq-yoldaşlıq münasibətlərini qoruruyub-saxlayır. Bəhram-
Gülsüm-Mübariz obrazları üçbucağında sevgi, hörmət, dostluq münasibətləri kəsişir. Florentino-Fermina-Urbino
üçbucağında isə, sevgi, şəhvət, sərvət hərisliyindən doğan davranışlar toqquşur. Fermina həm Florentinoya, həm də
Urbinoya “qismət” olur. Gülsüm isə, nə Bəhrama nə də Mübarizə qismət olmasa da, onlar heç biri Gülsümə qarşı cismani
qovuşma arzusunda olmurlar... Hər iki romanın məziyyətlərinə, mahiyyətlərinə xarakterlərin davranışları prizmasından
yanaşanda “Unutmağa kimsə yox” romanı daha dolğun və doğma təsir bağışlayır. Və K. Abdullanı oxuyarkən Markesi
unutmuş oluruq. Hər iki roman haqqında qənaətimizi elmi araşdırmalar və rəylər aspektindən dəyərləndirmək üçün tezisdən
kənara çıxmağımız gərəkir: Dünya mətbuatına nəzər saldıqda “ Vəba günlərində eşq” romanı haqqında məşhur amerikan
|