II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
347
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Kabir Helminskinin “Məsnəvi”yə əsaslanaraq yazdığı “Knowing Heart” əsəri də diqqəti cəlb edir. Əsər “Məsnəvi”dən
tərcümə mətnləri və şərhlərdən ibarətdir.
Harvey Mövlananın əsərlərinin tanıtdırılmasında Türk şairinin sevgisini vurğulayan əsərlər yazmış və bunu
şişirtməkdən uzaqda dayanmışdır. Bu mübaliğələri isə daha çox ilahi sevginin mahiyyəti ilə bəşəri eşq və şəhvani arzularla,
təsəvvüfçülərin eşq şərabı və mənəvi sərxoşluq kimi xüsusiyyətləri qəbul etməsi baxımından Mövlana duyğularının
pozitivist anlamına yol açır. Nicholsonun tərcümələrini mötərizə içərisində izah etməyə çalışdığı yerlərdə Harweyin daha
sərbəst hərəkət etdiyini sübut edir.
Harveyin Mövlananın şeirlərindən seçmələr təqdim etdiyi “Love's Glory: Re-Creations of Rumi” adlı əsəri
“Məsnəvi”dən götürülmüş misraların adaptasiyasıdır. Lakin müəllif bu haqda müfəssəl məlumat vermir. Işin ümumi
mənada Mövlananın əsərinin Eva Vitraj Meyerovitch tərəfindən fransız dilində olan tərcümələrinə istinad edildiyi də qeyd
edilir. Harvey, “The Way of Passion: ACelebration of Rumi” adlı əsərindən sonra “Loves Fire”, ”Speaking Flame Light
Upon Light: Inspirations from Rûmî” adlı əsərlərini yazmışdır.
Scholey uşaq hekayə yazarıdır. Əvvəllər Sədidən etdiyi tərcümələr əsasında əsərlər yazmış “yeni izahat" əlavəsi
vermişdir O, Mövlananın hekayə yazıçılığıyla maraqlanmış və “Məsnəvi” hekayələrinə ilə diqqət yetirmişdir. Scholeyin
Mövlananın qısa hekayələri əsasında yazdığı əsəri isə “ Məsnəvi” dən seçilmiş əlli yeddi hekayədən ibarət “The Paragon
Parrot And Other Inspirational Tales of Wisdom: Tales from Rumi retold by Arthur Scholey ” adlı toplusudur. O, bu əsərin
adını da“Məsnəvi”dəki “Tutuquşu ilə tacir” hekâyəsindən götürmüşdür. Başda bu tutuquşu hekayəsi olmaqla əsər
Nicholson tərcüməsindən sitatlardan ibarətdir, sadəcə olaraq köçürmədir. Bu mənada Scholey digər köçürücülər arasında ən
dürüstüdür, ona görə ki, heç olmasa tərcüməçilik iddiasında olmamışdır. Yalnız Mövlana hekayələrinin müasir ingilis
dilində yenidən yazıldığını etiraf etmişdir. Lakin bu müəllif də Nicholsonun əsərinə müraciət etdiyi halda, bunu etiraf
etməyə biganəlik göstərmişdir. Lakin Scholeyin "Karın xəstə ziyarəti" adlı hekayəsində “Məsnəvidən” kənara çıxdığı hiss
olunur. Scholey hekayə ingilis oxucusuna aydın olsun deyə, əlavə şərh və ifadələrdən istifadə etmişdir. Scholeyin
hekayədən istənilən məqsədin hasil olması üçün verdiyi şərhlərdə kifayət qədər sərbəst hərəkət etdiyi hiss olunur.
Beləliklə, ingilisdilli ədəbiyyatda Mövlanə Cəlaləddin Ruminin “Məsnəvi”sindən tərcümələr, eləcə də ədəbi – ictimai
fikrir, habelə, oxucunun nə dərəcədə faydalandığını inkar etmək olmaz.
NORVEÇ VƏ İNGİLİS DİLLƏRİNDƏ NƏQLİ CÜMLƏLƏRDƏ SÖZ SIRASI
Anar RAHIMOV
Azərbaycan Dillər Universiteti
anar_rahimov@yahoo.com
Norveç kimi kiçik bir ölkədə iki resmi dil mövcuddur. Bu dillərdən birincisi Bokmal ikincsi isə Nynorskdur. Aşağıda
söhbət açacağımız dil Bokmoldur. Bu dil ölkə əhalisinin təxminən 85 faizi tərəfindən danışılır. Bunu da vurğulamaq yerinə
düşər ki çox qısa müddetli təhsillə bu dili danışanlar hem İsveç həmdə Danimarka dilini çox rahatlıqla həm oxuya hem de
başa duşmək mümkündür.
Elmi işimin birbaşa Norveç və İngilis dilindəki söz sirasını əhatə etməli olduğundan bu dillərdəki nəqli cümlələrdəki
söz sırası ilə bağlı araşdırmalardan sonra müəyyən ilkin qənatlərə gəlmişik. Norveç dilində neqli cümlələrdə söz sırası
ümumi götürdükdə İngilis dilinə daha çox oxşayır nəinki Alman dilinə.Qeyd edək ki esas qayda və modellər asanlıqla hər
iki dildə tətbiq oluna bilər. Yalnız Norveç dilində budaq cümlələrdə ingilis dilində təsaduf olunmayan xüsusi söz sırası
olurki buda xüsusi yanaşma və diqqət tələb edir. Esas fərqlərdən biri Norveç nəqli cümlələrində bəzən mubtədanın
invervasiya nəticəsində yerini dəyişməsidir. Bu qayda bir çox German dillərinə aid olunsa da İngilis dili haqda bunu demek
olmaz. Ümumiləşdirsək mübtədanın inversiya olmunması Norveç dilində İngilis dilindən əhmiyyətli dərəcədə çox baş
verir.Düşunuruk ki bu məsələyə xüsusi diqqət ayrılmalıdi. Ciddi riayət oluan əsas qayda V2 ( fel həmişə ikinci
sırada)qaydasıdır.Ümumi qayda belediki mübtəda cümlədə 1 ci xəbər 2ci tamamliq isə xəbərdən sonra gəlir. Əgər hər hansi
bir cümlə üzvü önə çəkilirsə başqa sözlə cümlənin en başına keçirilirsə bu zaman mubtəda xəbərdən sonraya keçir belə ki
inversiya baş verir.
Misal:
Jeg ma visst ga hjem na– Mən indi evə getsəm yaxşı olar.
İndi deyeceyimiz cümlədə isə na- indi sözü önə çəkilib və inversiya baş verir. Fikir verek:
Na ma jeg visst hjem- İndi mən evə getsəm yaxşı olar.
Daha bir misalda isə işarə əvəzliyi Det- o inversiyaya səbəb olub.
Jeg tenkte ikke pa det. Mən o barədə düşünməmişəm.
Det tenkte jeg ikke pa- O barədə mən düşünməmişəm.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
348
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Birləşdirici və bağlayicilar da (og- və. Men- amma. For- ona görə ki istisnadi) cümləni başlayarsa cümlədə söz sirasının
dəyişməsinə səbəb olmur. Beləliklə yuxarda adını çəkdiyimiz sözlər baş cümlə budaq cümlədən sonra gələrsə də onlar söz
sırasına təsir etmir. Qeyd edek ki og və men nə vaxt ki iki tabeli cümləni bağlayırsa bu zaman onlardan sonra vergül
qoyulur.
Misal:
Han er veldig tykk og, han liker og spise.-O çox kökdü və yeməyi sevir.
Han er tykk men, han liker ikke a spise.-O kokdur lakin o yəməyi sevmir.
Əgər cümlə zaman yaxud vaxt bildirən üzvlə başlayarsa bu zaman fel bu uzvlərdən sonra gəlir.
Jeg drikker kaffe om morgenen- Mən səhərlər kofe içirəm
Om morgenen, drikker jeg kaffe.- Səhərlər mən kofe içirəm.
Det er kald pa Norge.Soyuqdur hava Norveçdə.
Pa Nore er det kaldt. Norveçdə hava soyuqdur.
Norveç dilində normalda budaq cümlələrdə budaq cümləni təqdim eden hökmən bir element olur. Bu adətən birləşdirici
olur. Belə cümlələrdə ingilis dilindən fərqli olaraq xüsusi söz sırası olur. Bele ki adətən ilk sıra boş olur. İkinci sırada isə
(bash cumlələrdə felin ad hissesi olan sıra) Birləşdirici başqa sözlə budaq cümləni təqdim eden söz gelir. Sonraki yeri isə
felin esas hissəsi tutur. Gəlin aşağda birlikdə baş və budaq cümlələrdə söz sırasına nezer yetirek.
Baş cümlə :
Eva har ikke lest boka mi enna
Eva has not read my book yet
Eva hələ mənim kitabımı oxumayıb
Budaq cümlə:
...at Eva ikke har lest boka mi enna
...that Eva has not read my book yet
...ki, Eva hələ mənim kitabımi oxumayıb.
Son olaraq 2 esas məqamı da vurğulayaq ki budaq cümlələrdə Norveç dilində mübtəda həmişə birləşdirici sözdən sonra
işlənir və fel inkar zərfliyi (ikke, neppe- not, hardly) sonradan gəlir.
“BEOVULF” və “KİTABİ-DƏDƏ QORQUD” DASTANLARINDA FOLKLOR ƏNƏNƏLƏRİ
Anar SƏLİMOV
Qafqaz Universiteti
mr.rasul.1997@mail.ru
Anqlo-saksonların təxminən 1010-cu ildə yeganə əlyazması, Britaniya muzeyində qorunub saxlanılan “Beovulf”
dastanının müasir ingilis dilinə təxminən 70 mükəmməl tərcüməsi (Aleksandr Miçelin 2001-ci ildə Penguin Books
nəşriyyatında (Londonda) çap etdirdiyi nəşri əsas mənbə kimi istifadə edilmişdir), dünyanın 22 dilinə (son hesablamalara
görə bu epik dastan 8 dəfə yapon dilinə tərcümə edilmişdir) tərcümə olunaraq oxucuların mühakiməsinə verilmişdir.
“Beovulf” dastanını müasir ingilis dilinə tərcümə edən şairlərdən Uilyam Morris, Edvin Morqan, Şeyməs Heney və
başqaları bu tərcümələrlə müasir ingilis poeziyasına anqlo-sakson poeziyasının güclü təsirini ərməğan gətirmişlər.
Hətta belə söyləyirlər ki, Vilyam Şekspirin “Hamlet” faciəsindən daha çox “Beovulf” dastanından mükəmməl yazılar
yazılmışdır. “Orta əsrlər Danimarkasında hadisələrin baş verdiyini təsvir edən bu əsərlərdən pyesin (Vilyam Şekspirin
“Hamlet” pyesinin) daha çox məşhur olduğunu söyləmək mümkündür” (Aleksandr Miçel).
“Beovulf” dastanının 41 misrasının 1705-ci ildə transkripsiyası hazırlanmış, 1807-ci ildə isə daha 41 misrası Şaron
Turnerin “Anqlo-saksonların tarixi” (History of the Anglo-Saxons) kitabının ikinci nəşrinə daxil edilmişdir. Dastanın mətni
ilk dəfə islandiyalı Torketin tərəfindən 1815-ci ildə Kopenhagendə latın dilinə edilmiş tərcüməsi ilə nəşr olunmuşdur. 1820-
ci ildə isə şair Qruntviq dastanı daniya dilinə tərcümə etmişdir. 1833-cü ildə şair Alfred Tennisonun dostu C.M.Kembl
“Beovulf”un ilk mükəmməl ingilis nəşrini, 1835-37-ci illərdə isə ingilis dilinə tərcüməsini hazırlamışdır.
“Beovulf” dastanında təqdim olunan adlar bir qayda olaraq iki elementdən ibarətdir və bumürəkkəb adların heç bir
məna vermədiyini qeyd edən dastanın müasir ingilis dilinə tərcüməçisi Aleksandr Miçel nədənsə həmin adların
mənalandırılmasına cəhd etmişdir. Onun fikrincə:
Beovulfun atası Ecesounun adına diqqət yetirək:
Edge (“Sword”) + Theowa (“Servant”) = Servant of the Sword.
Aleksandr Miçel yazır: “Beowulf (or Biowulf as his name is spelt in the second half of the manuscript) is a name
perhaps derived from Be + Wolf large wild animal to do with bees” [1, s.XXVI].
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
349
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Aleksandr Miçelin Beovulfun adının Bee + Wolf söz birləşməsi ilə (mənası eşşək arısı deməkdir) bağlandığı sadəcə
olaraq yanlış fərziyə kimi qəbul edilə bilər. Ona görə ki, A.Miçelin yazdığı kimi “Beovulf lap ayı kimidir. Onun əllərində
otuz kişinin gücü vardır və o, Qrendellə döyüşə silahsız çıxmağı qərar verir” [1, s. XXVI].
“Beovulf” dastanında bəşər tarixinin müəyyən dövrü öz bədii ifadəsini tapmışdır. Bu dastanda həm daniya, həm də git
irqlərinin mübarizlik ruhu, qələbəsi və məğlubiyyəti, üç nəsildən çox davam edən isveçlərin, eləcə də bu mərhələnin
müəyyən hissəsində hithobardların, frizian və frankların tarixi göstərilmişdir. Dastan miqrasiya əsrinə qədər gəlib çıxan
əsrlərdə Baltik və Şimal dənizlərinin dünyasını tərənnüm edir.
Lakin bu cəhəti xüsusilə qeyd etmək istərdik. Bu, hər şeydən əvvəl, “Beovulf” dastanında, eləcə də Vilyam Şekspirin
“Hamlet” faciəsində “Orta əsrlər dövrü Danimarkası”nda baş verən hadisələrin təsviri ilə bağlıdır. Həmin dövrün qədim
dövr kimi verilməsi daha geniş miqyasda qəbul edilsə də, elə hesab edirik ki, zamanın müəyyənləşdirilməsi nisbi xarakter
daşıyır. Fikrimizcə, qədim dövrün eramızdan əvvəlki mərhələ olduğu həqiqətə daha uyğun gəlir.
Bütövlükdə isə “Beovulf” və “Kitabi-Dədə Qorqud” dastanlarında folklor ənənələrinin canlı və dinamik şəkildə əks
olunduğunu söyləmək mümkündür.
Apardığımız təhlil və şərhlər əsasında belə nəticəyə gəlmək olar ki, Şimli german tayfaları ilə oğuzlar eyni
dünyagörüşü paylaşmışlar.
Hər iki dastanda Orta əsrlər cəmiyyətinə xas ümumiliklər aşağıdakılardır.
Məlumdur ki, müharibə ya sevinc, ya da kədər gətirir. Kədərin təsvirində üz cırmaq, saç yolmaqla teatrlaşdırılan
“ağlamaq”, “şivən qoparmaq” ifadələri hər iki dastanda ifadə olunmuşdur.
Beləliklə, oturaq həyatın həm Qərbi Avropa, həm də türk epik ədəbiyyatının yazılmasına səbəb olduğunu da söyləmək
mümkündür. Hər iki dastanda ikili dünyagörüşün mövcud olduğunu söyləmək olar: köçəri (şifahi), oturaq (yazılı). Həm
“Beovulf”da, həm də “Kitabi-Dədə Qorqud”da ağız ədəbiyyatının, yəni folklor ənənələrinin əks olunduğu qənaətimizi ifadə
edirik.
“Kitabi-Dədə Qorqud” Oğuz tayfalarının köç tarixini izləmək, onların qarşılaşdığı və birgə məskunlaşdığı xalqların
tarixini öyrənmək üçün dəyərli mənbədir.
German tayfalarının, o cümlədən anqlo-saksonların “Beovulf” dastanı isə daha çox skandinav xalqlarının tarixi
görüntüsü haqqında müəyyən bilgiləri əks etdirir.
ƏDƏBİYYAT
1. Beowulf. A Verse Translation. Revised Edition. Translated with an Introduction and Notes by Michael Alexander.
London: Penguin Books, 2001.
2. Sanders Andrew. The Short Oxford History of English Literature. Second Edition. Oxford University Press, 2001.
3. The Book of the Oghuz Peoples of Legends told and Sung by Dede Korkut (Foreword and Translation by P.Mirabile).
Voices Itinerants, 1971.
VALTER SKOTT TARİXİ ROMAN JANRININ BANİSİ KİMİ
Aqşin ƏLİYEV
Baki Dövlət Universiteti
sabir_muxtarov@mail.ru
Valter Skott tarixi roman janrının banisi sayılır. Yazıçı 1814-cü ildə “Ueverli” romanını yazmaqla dünya
ədəbiyyatında o vaxta qədər mövcud olmayan yeni bir janrın, yəni, tarixi roman janrının əsasını qoymuşdur. O, keçmişlə və
bu gün arasında canlı əlaqə yaradan tarixi romanlarında tarixilik və bədii uydurmanı bir-birinə möhkəm bağlayaraq bununla
da təsvir etdiyi tarixi hadisələr və şəxsiyyətlər haqqında səhv məlumatlar verməkdən və yanlış mühakimələr yürütməkdən
uzaq durmağa çalışmışdır. Əsərlərində maraqlı macəra elementlərindən bacarıqla istifadə edən yazıçı oxucunun
təxəyyülünün imkanları nisbətində hərəkət edərək lazımsız detallara varmaqdan və tarixi həqiqətləri təhrif etməkdən yayına
bilmişdir. Onun əsərlərindəki əhvalatların təsvirində xarakter, hadisə, məkan və zaman tarixi həqiqətlər baxımından bir-
biriylə uyğun gəlir.
Müasir dövrümüzdə Skottun yenidən diqqəti cəlb etməsinin əsas səbəbi tarixi romanın bir janr kimi daha çox gündəmə
gəlməsidir. Qloballaşma dövründə dünyada milli mənsubluq məsələsinin daha çox gündəmə gəlməsi ilə bu işə xidmət edən
bir ədəbiyyat janrı kimi yenidən mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. Skott da bu ədəbi janrın ilk nümunələrini
yaradan bir yazıçı kimi yenidən xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, E.M. Forster Skottun bacarıqsız bir yazıçı
olduğunu qeyd etmişdir
V.Skott 28 roman bir neçə povest və hekayə yazmışdır. Onun “Ueverli, yaxud altmış il əvvəl” (1814); “Qay
Mannerinq, yaxud Münəccim” (1815); “Qara Cırtdan” (1816); “Antikvar” (1816); “Puritanlar” (1816); “Edinburq
həbsxanası” (1818); “Rob Roy” (1818); “Ayvenqo” (1819); “Montrous əfsanəsi” (1819); “Lammermur gəlini” (1819);
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
350
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
“Abbat” (1820); “Monastr” (1820); “Kenilvort” (1821); “Peveril Pik” (1822); “Piratlar” (1822); “Kventin Dorvard”
(1823); “Sent-Ronan suları” (1824); “Redqontlet” (1824); “Həmail” (1825); “Adaxlı” (1825); “Vudstok” (1826); İki çodar”
(1826); “Dağlı dul qadın” (1827); “Pert gözəli, və ya sevgililer günü” (1828); “Kobud kral” 1829; “Parisli qraf Robert”
(1831); “Təhlükəli qəsr” (1831); “Maltanın mühasirəsi” (1832) adlı romanları vardır.
V.Skottun romanları mövzusuna görə, bir neçə qrupa bölünür. Skottun romanlarının əksəriyyəti öz vətəni
Şotlandiyanın tarixi keçmişinə həsr edilmişdir. Bunlar Şotlandiya romanları adlanan seriyanı təşkil edir. “Ueverli, yaxud
altmış il əvvəl”, (1814), “Qay Mannerinq” (1815), “Antikvar” (1816), “Puritanlar” (1816), “Rob Roy” (1817) və başqaları
bu seriyaya daxildir.
Yazıçının Şotlandiyanın tarixinə aid yazdığı tarixi romanlarından biri də “Puritanlar” romanıdır. Romanda 1679-cu
ildə baş verən hadisələrdən bəhs edilir. Məhz həmin ildə Şotlandiyada, 1660-cı ildə bərpa edilmiş Stüartlar sülaləsinin
əleyhinə puritanlar üsyan qaldırmışlar. Puritançılıq vahid bir hərəkat deyildi. Bu hərəkatın sağ qolunu iri burjuaziya təşkil
edirdi, onlar feodalizmin əleyhinə getsələr də, inqilabdan qorxurdular. Sol qolunu isə xalq nümayəndələri təşkil edirdi, onlar
ölkədə inqilabi yolla əsaslı ictimai dəyişikliklər etmək tələbini irəli sürürdülər.
V.Skottun bir sıra romanlarında isə İngiltərənin keçmişi təsvir edilir. Bu romanlara “Ayvenqo” (1819), “Monastır”
(1820), “Rahib” (1820), “Kenilvort” (1820), “Vudstok” (1826) əsərləri daxildir.
Bu baxımdan “Ayvenqo” romanı V.Skottun ən maraqlı və əhəmiyyətli əsərlərindən biridir. Yazıçı bu romanda
İngiltərənin bu mürəkkəb yenidənqurma dövrünü, pərakəndə feodal malikanələrinin vahid bir krallığa çevrilməsi prosesini
düzgün əks etdirmişdir. Əsərdəki hadisələr XII əsrdə, yəni Orta əsr İngiltərəsində feodal qaydalarının yaranıb
möhkəmləndiyi dövrdə cərəyan edir
V.Skott öz romanlarında başqa Avropa ölkələrinin tarixinə də müraciət etmişdir. Yazıçı öz ölkəsini ürəkdən sevdiyi
kimi, Qərbi Avropanın başqa ölkələrinin də tarixini gözəl bilir və keçmişi misilsiz bir məharətlə canlandırmağı bacarır.
V.Skott uzaq keçmişin bədii lövhələrini canlandırmaqla, tarixi inkişafın qanunauyğunluğunu, tarixi cəhətdən proqressiv
olan yeni qüvvələrin ölümə məhkum köhnə qüvvələr üzərində qələbəsinin zəruri olduğunu göstərir.
“Kventin Dorvard” və “Həmail” əsərləri də bunlara aiddir. “Kventin Dorvard” əsəri Fransanın tarixinə, “Həmail” əsəri
isə avropalıların müsəlman və Şərq ölkələrinə qarşı apardıqları “Xaç yürüşləri”nə həsr olunmuşdur.
“Kventin Dorvard” romanında hadisələr Fransada XI Lüdoviqin hakimiyyəti dövründə cərəyan edir. Valter Skott
hadisələrin 1468-ci ildə baş verdiyini göstərir. Tarixin dəqiq göstərilməsi V.Skottun romanında təsadüfi deyil. Onun başqa
romanlarında olduğu kimi, “Kventin Dorvard” romanında da hadisələrin baş verdiyi ölkələrin həyat və məişətinə aid bir çox
həqiqi faktlar, tarixi simalar, dəqiq və real təsvirlər vardır.
“Həmail” romanı tamamilə fərqli bir mövzuya, yəni Orta əsrlərin ən əhəmiyyətli hadisələrindən biri hesab edilən Səlib
yürüşlərinə həsr olunmuşdur. Skott bu əsərində yalnız əsas diqqəti fərqli bir mövzuya yönəltməmiş, eyni zamanda Səlib
yürüşlərinin ən məşhuru sayıla biləcək “Üçüncü Səlib yürüşü”ndən bəhs etmişdir.
HERMENEUTICS OF “WUTHERING HEIGHTS” BY EMILY BRONTE
IN THE FIELD OF PSYCHOLOGICAL HYPOTHESIS
Aylin GÜLENÇ
Qafqaz University
aylin.gulenc@gmail.com
Emily Jane Bronte was a British novelist and poet who had an extraordinary personality. She was born one of the six
children of an Irish clergyman, Patrick Bronte, and his wife Maria, at Thornton, Bradford, Yorkshire in the north of
England, on the 30
th
of July in the year 1818. By 1825 her mother and two eldest siblings were dead, leaving Emily, her
sisters Charlotte and Anne, and their brother Branwell. They were living in Haworth, a quiet village on the Yorkshire
moors, where Emily spent most of her brief life, studying with her sisters, writing stories and poems, and walking on the
moors. She had no close companion, wrote few epistles, and was very sad because of being far from her homeland or the
wild fields covered moors she liked so internally.
In 1846, the three sisters published a book of their poems, using the male nicknames of Currer, Ellis and Acton Bell.
The poems did not evoke much interest, but in 1847 three novels output; Emily’s Wuthering Heights, Charlotte’s Jane Eyre
and Anne’s Agnes Grey and these had reached the great achievement. Emily Bronte died on the 19
th
of December in the
year 1848 when she was only thirty years old, before her sister’s Anne’s death and a short time after his brother’s death.
Charlotte was the only child who had to care for her old father.
Emily Bronte was highly asocial and isolated from her contemporaries. She has currently best known for her one and
only fiction Wuthering Heights, a classic of English literature. Wuthering Heights was published in 1850 by Emily's real
name. In the 19
th
century, the readers of Wuthering Heights were surprised by the violence of the characters’ emotions and
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
351
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
acts. Even her sister Charlotte wrote of ‘the horror of great darkness’ that hangs over the novel. But since then it has become
popular, concerted for the cinema and television; and Emily’s inscription, both in her fiction and her poetry, has been
defined as Shakespearian in its perspective and inspired power. Her imagery also helps to make her work truly
idiosyncratic. She was inquiring the Byronic hero and about if it was realistic to have a happy love triangle. She was
inspired and presented her characters simply as they were without judging them. She liked both the good and fierce side of
human nature.
In addition, Wuthering Heights is completely unlike any other novels which were written in Victorian era. Historically,
the most celebrated aspect of its uniqueness concerns the portrayal of character. All characters in the novel are
psychologically affected from era and environment. Besides, they are also impressed from the attitudes of other characters
around them. If we want to evaluate their suppressed feelings, we need to observe them from the point of Psychoanalytic
Approach. Psychoanalytic Approach focused on impact of the unconsciousness of mind on behavior. We can enlighten their
hidden personalities by the help of Psychoanalytic Approach. The Austrian famous psychologist Sigmund Freud credited
that mind of mankind was generated of three main parts; the id, the ego and the superego. Despite the fact that Freud’s
theory is appeared with skepticism by many critics nowadays. In any case Sigmund Freud’s theory modified how we
explain about the mortal mind and attitude. In the perspective Freud’s Psychoanalytic Approach, we can interpret the fiction
Wuthering Heights by Emily Bronte, in terms of its era, place and characters. Sigmund Freud’s Psychological Hypothesis
will illuminate denial, suppression, sublimation and presentation in characters according to Emily’s genius literary writing
style.
FRANSIZ DİLİNİN MİLLİ DİL KİMİ FORMALAŞMASININ TARİXİ ŞƏRTLƏRİ
Dostları ilə paylaş: |