II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
292
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
CƏNUBİ AZƏRBAYCAN PUBLİSİSTİKASINDA CƏFƏR XƏNDAN FENOMENİ
Sakibə ƏLƏSGƏROVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
t_raqimli@mail.ru
1941-ci ildə Azərbaycanın şimalından Cənubi Azərbaycana getmiş yaradıcı insanların içərisində C.Xəndanın olması
cənublular üçün ilahi bir qismət idi. Onun Cənub haqqında yazılarını oxuyanda xalqın həyatının real, düzgün əksi və
ürəkdən deyilmiş humanist fikirlərlə üzləşirik. C.Xəndanın istər poeziya, istər tənqid, istərsə də publisistika sahəsindəki
istedadı qədərindən artıq idi. Sovet dövründə Azərbaycanın mühərrir, ədib və şairlərinin əməyi sayəsində nəşr olunan
“Vətən yolunda” qəzetini izləyərkən 1941-ci ilin axırından başlayaraq “C.Xəndan”, “C.Hacıyev” imzalı ədəbi yazılar
diqqəti daha çox çəkir. Bu yazılarda Cənubi Azərbaycan şairləri və Azərbaycan ədəbiyyatı tarixi haqqında geniş və əhatəli
təhlillər, zəngin ədəbi-mədəni tariximizin tənqidi analizi məzmunca sosialist meylli olmasına baxmayaraq, həmin dövr üçün
mədəniyyətimizin inkişafı və çiçəklənməsi öz əksini tapmışdır. Həmin dövrə qədər ibtidai şəkildə olsa da, Azərbaycan
ədəbiyyatı tarixi yaranmışdı. Müntəxabat, siyahılar, xatirələr, ədəbiyyat tarixi adına bəzi təzkirələr var idi. Ədəbiyyat
tariximizi elmi surətdə işləmək Cəfər Xəndan kimi korifeylərin üzərinə düşdü.. Cənubi Azərbaycanın tanınmayan, istedadlı
nümayəndələrinin üzə cıxmasında onun böyük əməyi var.
“Vətən yolunda” qəzetinin 1945-ci il, 4 fevral sayının ikinci səhifəsində C.Xəndan Cənubi Azərbaycan şairi
M.M.Çavuşinin yaradıcılığından bəhs edir, onu xalqlar dostluğundan ilham alan bir şair kimi qiymətləndirir. Sovet
ordusunun faşizmə qarşı mübarizəsini əsərlərində tərənnüm edən Çavuşinin mövqeyi tənqidçini qürurlandırır. O, yazır:
“İndiki zamanda faşizmə nifrət etməyən şair böyük şair ola bilməz. Öz vətənini sevən cavan şair Çavuşi... bu cəhəti çox
gözəl, çox aydın ifadə etmişdir..”
Çavuşi İnqilabi Demokratik hərəkat dövrünün ən fəal şairlərindəndir. Sovet Azərbaycanının da tərkibində olduğu
SSRİ-nin Almaniya üzərində qələbəsindən ilham alan şair onun şənliyinə şərik olur.:
Qucağında Nizamilər, Füzulilər bəsləyən,
Tarixlərdə fəxr eyləyən diyarı var yurdumun.
C.Xəndan Cənubi Azərbaycan xalqını Çavuşinin timsalında qonşusunun qələbəsindən ilham alan, onun istiqlalına
hörmət bəsləyən mehriban bir xalq kimi qiymətləndirir. Şairlər yurdu olmuş qocaman Təbrizdən Q.Təbrizi, Xətai, Ləli kimi
nəhənglər ilham almışdır. İnqilab, mədəniyyət beşiyi olan bu şəhər qəhrəman keçmişə malikdir. Onun qəhrəmanları fədai
olub, ancaq xoşbəxt həyat uğrunda mübarizələrdən çəkinməyib. Dünyanın gözəli, qoca Şərqin gəlini olan T.Ə.Fitrət,
Etimad, Çavuşi, Ə.Tudə, B.Azəroğlu, .Pişəvəri vətəni oldu.. C.Xəndan Mir Mehdi Çavuşini 1940-cı illərin Təbriz şairləri
sırasında öz yurdunun doğma oğlu kimi qiymətləndirir. Dəyanətdən danışan, düşmənin labüd məhvinə inanan Çavuşi
C.Xəndan üçün qətiyyətli, iradəli, gələcəyə ümid bəsləyən bir şairdir. Çavuşi C.Xəndan qələmiylə qiymətləndiriləndə hələ
ədəbiyyat aləminə təzə-təzə addım atırdı. “Mir Mehdi Çavuşi. həm heca, həm də əruz vəznində şeirlər yazır. Onun
yaradıcılığı üçün məzmun mühümdür. Hələ ədəbiyyat aləmində geniş təcrübəsi olmayan bu cavan şairin yaradıcılığı bizə
böyük ümidlər verir” – fikirlərini yazıya köçürən C.Hacıyev onun istedadını görür və gələcəyinə inanırdı. Çavuşinin çilingər
dükanında işləyərkən hər vaxt mütaliə etməsi C.Xəndana M.Ə.Sabiri xatırladırdı. “Səndən alıb ilham yazıram, ustad” kimi
düşüncəsini yazıya köçürən Çavuşi tənqidçini heç də təəccübləndirmədi. Çünki onun şeirlərində satiranın da mühüm yer
tutmasını görürdü.
“Vətən yolunda” qəzetində verilən əksər yazıların qarşısında bir məqsəd dururdu: “Xalqı inqilabi ruhda tərbiyə
etmək”. Bu məramın həyata keçirilməsində var gücü ilə əmək sərf edən C.Xəndan xalqı öz keçmişilə də üzləşdirir, gələcək
ümidi verən istedadlı gəncliyin üzə çıxmasına, yeni ədəbi nümunələrin formalaşmasına çalışırdı. Qəzetin 1945-ci il 2 mart
sayında uzaq keçmişimizdən xəbər verən, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin ən qədim və ən əzəmətli yadigarı olan,
Midiya dövründə yaradılan Zərdüştün “Avesta”sını cənublulara tanıtdırır, onu qədim dünya ədəbiyyatının xəzinəsində
özünəməxsus yeri olan bir inci kimi qiymətləndirir.
1940-cı illərdən sonra mədəniyyətimiz yüksəlməyə başladı, elmi müəssisələrin sayı artdı, ali məktəblər çoxaldı. Bu
da alimlərimizin, ədiblərimizin qarşısına şərəfli bir vəzifə qoydu: Azərbaycan ədəbiyyatı tarixini yaratmaq. Çətin və şərəfli
olan bu vəzifə M.Rəfili, H.Hüseynov, M.Arif, H.Araslı, F.Qasımzadə, M.Cəlal və s. kimi korifey ədəbiyyatşünasları, o vaxt
hələ elmi işçi olan M.Təhmasibi, M.Rzaquluzadəni ağır bir kursun – “Azərbaycan ədəbiyyatı tarixi”ni yaratmağın ətrafında
birləşdirdi. C.Xəndan bu işi çox yüksək qiymətləndirirdi. Qəzetin 2 mart 1945-ci il sayındakı məqaləsində yazırdı:”İstər
sovet Azərbaycanı, istərsə də Cənubi Azərbaycanda yaranmış zəngin ədəbiyyatdan ətraflı surətdə bəhs edən bu kitablar elm
aləminin böyük hüsn-rəğbətini qazanmışdır.” O vaxt hələ ədəbiyyatşünaslıq elmləri namizədi olan C.Hacıyev bir akademik
mənəviyyatı ilə publisistikada ədəbiyyatımızı və mədəniyyətimizi təbliğ edir, ədəbiyyatımızın tarixi baxımdan sistemə
salınmasına əmək sərf edirdi. Şimali Azərbaycanda Böyük Vətən Müharibəsinin, Cənubda İnqilabi Demokratik hərəkatın
gərgin vaxtında belə xalqın keçmişini və gələcəyini qoruma altına almaq kimi bir ağır missiyanın daşıyıcısı olmaq, yaxud
onun çox ağırlığını öz üzərinə götürmək, qeyrət və mənəvi güc tələb edir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
293
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
MAHMUDBƏY MAHMUDBƏYOV – GÖRKƏMLİ FOLKLORŞÜNAS KİMİ
Səhər ORUCOVA
Bakı Dövlət Universiteti
oruceva_deniz@mail.ru
Rus ziyalılarından S.P.Zelinskidən və A.Kalaşevdən sonra folklorşünaslığımız tarixində ilk dəfə idi ki, azərbaycanlı
toplayıcı, görkəmli ziyalı və maarifçi Mahmud bəy Mahmudbəyov 481 (Cборник материалов для описания местностей и
племен Кавказа - Qafqaz xalqlarının təsvirinə dair materiallar toplusu) atalar sözü və məsəlləri toplayaraq, ruscası ilə
yanaşı SMOMPK məcmuəsinin 1894-cü il, 19-cu buraxılışının 2-ci bölməsində nəşr etdirilmişdi.
Mahmud bəy Mahmudbəyov XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yaşayıb-yaratmış, böyük maarifçilik
işi görmüş ən seçilən, fədakar ziyalılarımızdandır. Əslən şirvanlıdır. 1849-cu ildə Şamaxıda anadan olmuşdur. Dövrünün ən
mükəmməl təhsilini almış, ərəb, fars, rus dillərini bilmiş, ilk təhsilini Şamaxının dünyəvi və şəriyyət məktəblərində almış,
sonra Qori müəllimlər seminariyasını qurtarmış, müxtəlif ibtidai məktəblərdə müəllimlik etmiş, 1898-1918-ci illərdə Bakıda
Dördüncü rus-tatar (rus-Azərbaycan) məktəbinin müdiri işləmiş, böyük ictimai nüfuza malik olmuşdur. Dövrünün əksər
mətbuat orqanlarında öz mütərəqqi məzmunlu publisistik məqalələri ilə çıxış etmiş, bir sıra dərsliklər yazmışdır. "İlk qiraət"
(1908), "Birinci il" (1909), "İkinci il" (1909, S. Əbdürrəhmanzadə ilə birlikdə), "Yeni məktəb" ( 3-cü sinif üçün, 1909,
Abbas Səhhətlə birlikdə) və s. dərsliklərin müəllifi olmuş, 1905-1907-ci illərdə "Rəhbər" adlı pedaqoji jurnal nəşr etdirmiş,
mütərəqqi maarifçilik fəaliyyəti onu görkəmli pedaqoq-metodist kimi tanıtmışdır. Ömrünün son illərində, Sovet dövründə
Xalq Maarifi Komissarlığında işləmiş, yeni tipli məktəblərin yaradılmasında fəal iştirak etmişdir.
SMOMPK məcmuəsinin fəal azərbaycanlı müəlliflərindəndir. "Aşıq Qərib" dastanının ilk toplayıcı müəllifidir.
Şamaxının Tircan kənd sakini Aşıq Orucdan qələmə aldığı 87 nəğmədən ibarət bu dastan azərbaycanca və rusca SMOMPK
–un 1892-ci il buraxılışının 2-ci şöbəsində (173-229-cu səhifədə) dərc edilmişdir. Bu, onun məcmuədə debüti idi.
Bundan sonra onun SMOMPK- un 1894-cü il, 19-cu buraxılışının 2-ci bölməsində "Zaqafqaziyada tatar xalq
filologiyası" ümumi başlığı altında dərc edilən folklor materialları arasında yenə də, tircanlı Aşıq Orucun dilindən qələmə
aldığı, 35 nəğmədən ibarət "Molla Qasım" nağıl- dastanını və "Atalar sözü və məsəlləri" başlığı altında toplayıb
azərbaycanca və rusca 481 mətndən ibarət xalq incisini görürük.
Mahmud bəy Mahmudbəyovun məcmuənin 1898-ci il, 24-cü buraxılışında dərc edilmiş "Qafqazda müridizm təriqəti
(məzhəb)" etnoqrafik-folkloristik məqaləsində bu təriqətin Zaqafqaziyada meydana gəlməsi və inkişafı haqqında maraqlı
məlumatlar verilir. Bir neçə hissədən ibarət olan bu məqalədə “Mürdizm haqqında ümumi anlayış”, “Onun Qafqazda
yayılması”, “İsmayıl Əfəndi və onun davamçıları”, “Şeyxlər, abdinistlər və əyyubistlər" və s. bölmələrdə müəllifin əldə
etdiyi məlumatlar, bunlar barəsində onun maraqlı mülahizələri əksini tapmışdır.
Azərbaycanın maarif və mədəniyyət xadimi Həbib bəy Mahmudbəyov (1864 - 1928) onun qardaşı, tibb elmləri
doktoru, professor, tanınmış cərrah Böyük bəy Mahmudbəyov isə onun oğludur.
Bu görkəmli ziyalı 1923-cü il, fevralın 13-də, 74 yaşında Bakıda dünyasını dəyişmişdir.
Tanınmış folklorşünas, prof. P. Əfəndiyev dərsliyində Mahmud bəy Mahmudbəyovu folklorşünas alim kimi
qiymətləndirərək onun barəsində yazır: "Xalq ədəbiyyatımızın toplanması, nəşri, rus dilinə tərcüməsi və yayılmasında fəal
iştirak edən ziyalılardan biri də Mahmud bəy Mahmudbəyovdur (1849-1923) Onun topladığı xalq ədəbiyyatı materialları
içərisində atalar sözü, "Aşıq Qərib", "Molla Qasım" (Xəstə Qasım - red.), "Abbas və Gülgəz" dastanları və s. nümunələr
vardır. Onun "Koroğlu", "Qaçaq Kərəm" dastanları barəsində maraqlı fikirləri mövcuddur. O dövrün bir sıra rus
etnoqraflarından fərqli olaraq, M. Mahmudbəyov topladığı materialları nəşr etdirərkən məcmuədə orijinalla yanaşı, rus
dilinə sətri tərcümələri də vermiş, müxtəlif xalq ifadələrinə, ideomatik sözlərə, rəvayətlərə, dini istilah və adlara çox maraqlı
şərhlər yazmışdır. Bu, indi də mühüm elmi əhəmiyyətini itirməmişdir.
R.Əfəndiyevin M.Mahmudbəyovun bir folklorşünas- toplayıcı kjmi fəaliyyətinin müəyyənləşdirdikləri mühüm
cəhətləri onun ruscaya çevirdiyi və SMOMPK-da nəşr etdirdiyi 481 Azərbaycan atalar sözü və məsəllərdən ibarət
materiallarda da bariz şəkildə görsənir. Həqiqətən də, toplayıcı-tərcüməçi Mahmud bəy Mahmudbəyov topladığı
materialları nəşr etdirərkən məcmuədə orijinalla yanaşı, rus dilinə sətri tərcümələrini də vermiş, müxtəlif xalq ifadələrini
ideomatik sözlərə, məsəllərin əmələ gəldiyi rəvayətlərə, dini istilah və adlara çox maraqlı şərhlər yazmış, yazıya aldığı
folklor mətnlərinin mühüm etnoqrafik cizgilərini izah etmişdir.
Bu, SMOMPK-un 19-cu buraxılışına qədər dərc olunan atalar sözü və məsəllərdən ibarət say və sambalca, əhatə
dairəsinə görə böyük olan ilk Azərbaycan folklor materialıdır. M.Mahmudbəyovun topladığı və tərcümə etdiyi material
"Atalar sözü və məsəlləri" ("Пословицы и поговорки") ümumi başlığı altında təqdim edilmişdir.1-cimətn: "İt hürər,
karvan keçər" - "Собака лает, караванъ проходитъ",101-ci mətn: "Palaza bürün, elinən sürün" - "Въ паластъ
завернись, да за обществомъ волочись", 201- ci mətn: "Xain xəfli (xoflu - S.O.) olar" - "Завистник быветь трусливъ",
301-ci mətn: "Yer kulaxlı ( q=k - qulaxlı - S.O.) olar" - "Земля имеет слухъ", 401-ci mətn: "Verən əl, alan əlin üstündə
olar" - "Дающая рука бываеть на получающей руке" mətnləri ilə davam edir, sonuncu "Ova( b=v) köçüf (b=f), yurt (d=t)
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
294
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
kalıf (q=k, b=f)" (səs əvəzlənmələri-s.0.) – «Кочевые перекочевало, остался только «юртъ» atalar özü və məsəlləri
481-ci mətn ilə bitir (4,).
Toplayıcı-mütərcimin bu materialları haradan və kimdən topladığı qeyd olunmasa da, bir sıra mətnlərin mövzu və
məzmunundan, onlara verilən izah və şərhlərdən, mətnlərdəki ləhcə və dialekt sözlərdən, aydın olur ki, buradakı atalar sözü
və məsəllər Şirvan-Şamaxı folklor regionundan toplanmışdır. Materiallar mövzular üzrə ayrılıb xüsusi başlıqlar altında
tərtib edilməsə də, müəllif müəyyən mövzu və mətndə iştirak edən folklor obrazlarına görə mətnləri ardıcıl düzməyə cəhd
etmişdir.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİYYATI
Səidə ABBASOVA
Bakı Dövlət Universiteti
Dünyada bir sıra nadir simalar, dahi şəxsiyyətlər var ki, onlar bütövlükdə bir xalqın taleyini, gələcək müqəddəratını
müəyyənləşdirir və həmin xalqın tarixini yaradırlar. Belə öndər insanlar, dahi şəxsiyyətlər fenomenə, dövlətin simvoluna
çevrilir və xalqın yaddaşında əbədilik yaşayırlar. Heydər Əliyev fenomeninin arxasında bənzərsiz, qeyri-adi zəka, istedad,
Tanrının çox nadir şəxsiyyətlərə nəsib etdiyi heyrətamiz unikal yaddaş, işgüzarlıq, Vətənin müstəqilliyi uğrunda yorulmaq
bilmədən çalışmaq, fədakarlıq, torpaq və millət sevgisi, xalqa xidmət amalı dayanır. Heydər Əliyev Azərbaycan xalqının
düşüncəsində dövlətin simvolu, dövlətçiliyin banisi, müasir Azərbaycanın qurucusu, memarı, millətin taleyini,
müqəddəratını həll edən ümummilli lider, siyasi xadim, öndər kimi əbədiləşib. Heydər Əliyev şəxsiyyəti hər şeydən öncə
özündə bütün sosial, siyasi, mədəni, mənəvi, milli keyfiyyətləri birləşdirən, hər bir qərarla yaratdığı yeni tarixi dönəmi
zənginləşdirən,bütün sahələri mükəmməl bilən istedad, fenomenal qabiliyyətli, genişmiqyaslı strateq, bənzərsiz dövlət xadi
midir.
Dövlət başçılarının, liderlərin, dahi şəxsiyyətlərin tarixdəki yeri və rolunun müəyyənləşməsində onların mədəniyyətə,
ədəbiyyata münasibəti həmişə önəmli rol oynayıb. Onların hər birinin ömür yolundan, əməllərindən bəhs edilərkən
mədəniyyətə, sənət adamlarına münasibətləri haqqında mütləq ayrıca söz açılıb. Zaman göstərir ki, siyasi xadimlərin tarixin
yaddaşında parlaq bir obraz kimi qalması həm də onların ədəbi-mədəni mühitə yanaşma tərzindən birbaşa asılıdır. Bu cəhət
uzun müddət ərzində siyasi iqtidarı əldə saxlamağı, hakimiyyət dövrünü bütöv bir epoxaya çevirməyi bacaran güclü dövlət
adamlarına xüsusilə aiddir. Dünyanın tanıdığı, zəmanənin böyük dövlət və siyasət adamı kimi qəbul edilən belə tarixi
şəxsiyyətlər sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də özünəməxsus önəmli yeri var.
Heydər Əliyev mədəniyyətə və ədəbiyyata, istedadlı, yaradıcı adamlara, ziyalılara həmişə diqqət, qayğı və hörmətlə
yanaşmışdır. Təxminən yarım əsr ərzində Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin ədəbiyyata və mədəniyyətə mühüm
təsir göstərdiyi tarixi həqiqətdir. Heydər Əliyevin mədəniyyət və incəsənətə, ədəbiyyata gözəl münasibətinin mənbəyində
dahi şəxsiyyətin mənəvi zənginliyi və yüksək zövqü dururdu. Biz bu görkəmli dövlət adamının müasirləri kimi dəfələrlə
müşahidə etmişik ki, sənətə, ədəbi prosesə diqqət ayırmaq Heydər Əliyev üçün işdən daha çox, həyat tərzi, gündəlik
yaşamın əhəmiyyətli bir hissəsi idi.
Ədəbiyyat, mədəniyyət və incəsənətin inkişafına daim diqqət yetirən ümumilli lider milli mədəniyyətin, Azərbaycan
ədəbiyyatının tarixi və müasir inkişafı ilə yaxından maraqlanırdı. Azərbaycan elminin tərəqqisi, problemləri hər zaman onun
diqqət mərkəzində dayanırdı. Sənət və ədəbiyyat aləminin nümayəndələri ilə ünsiyyət Heydər Əliyevdə, başqa heç bir
müasir siyasətçidə olmadığı dərəcədə, isti, səmimi və səviyyəli alınırdı. Onun rəhbərliyi və diqqəti altında ölkədə
mədəniyyətin çiçəklənməsi, ədəbiyyatın yüksəlişi üçün bütün işlər uğurla həyata keçirilirdi.
Heydər Əliyevin ədəbi-mədəni mühitə münasibəti öz fenomenallığı ilə artıq tarixdə layiqli yerini və qiymətini alıb.
Bununla belə, yaradıcılığa, bədii sənətə Heydər Əliyev yanaşmasının, onun bu sahədəki dəyərli irsinin hərtərəfli təhlili və
təbliği, ilk növbədə gələcək nəsil üçün – gənclərimiz üçün olduqca vacibdir. Çünki bu, Heydər Əliyevin ədəbiyyata və
mədəniyyətə münasibətdə göstərdiyi təəssübkeşlik nümunəsinin sonrakı nəsillərə çatdırılması kimi zəruri bir məqsədə
xidmət edir.
Ümummilli lider Heydər Əliyev haqqında, onun milli mədəniyyətə və ədəbiyyatımıza qayğısı barədə xalq yazıçısı
Anarın, xalq yazıçısı Elçinin, görkəmli ədib Hüseynbala Mirələmovun, Mövlud Süleymanlının əsərləri böyük əhəmiyyətə
malikdir.
Xalq yazıçısı Anar "Unudulmaz görüşlər" əsərində bu böyük insan, işıqlı ziyalı, ustad dövlət rəhbəri haqqında onu
yaxından tanıyan bir böyük ədibin, görkəmli mədəniyyət xadiminin son dərəcə qiymətli xatirə, təəssürat və mülahizələri
cəmlənib.
Qeyd edək ki, “Unudulmaz görüşlər” əsərini yazarkən yazıçı müasiri olduğu, dəfələrlə bir-birindən maraqlı,
yaddaqalan fikir mübadiləsi apardığı, yaxından müşahidə etdiyi qüdrətli bir şəxsiyyətin portretinə məhz Anar prizmasından
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
295
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
baxışını ortaya qoymuşdur. Anar indiyədək Azərbaycanın bir çox parlaq simaları ilə bağlı düşüncələrini qələmə alıb. Xalq
yazıçısının İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov və başqa
görkəmli tarixi simalar barədə yazdıqları bu şəxsiyyətlərə həsr olunmuş ən səviyyəli əsərlər sırasındadır. Yazıçının məhz
Heydər Əliyev haqqında yazdığı əsər digərlərindən bədii əhəmiyyəti və orijinallığı ilə son dərəcədə fərqlənir.
Anar ümumilli lider Heydər Əliyevin adına, şəxsiyyətinə layiq şəkildə qələmə aldığı "Unudulmaz görüşlər" əsərində
Heydər Əliyevin ictimai-siyasi xadim və şəxsiyyət kimi ədəbi portretini bədii ustalıqla yaratmışdır. Əsərdə ümummilli
liderin Azərbaycan xalqı və dövlətinin taleyini öz taleyi hesab edən qüdrətli obrazı yaradılıb. Bu obrazın ən qabarıq ştrixləri
Heydər Əliyevin milli dövlətçiliyin təşəkkülü, bərpası və güclənməsi naminə təxminən 40 illik çoxşaxəli fəaliyyətinə dəqiq
faktlar əsasında baxış hesabına ortaya çıxır. Ümummilli liderin obrazı onun Azərbaycan mədəniyyəti və ədəbiyyatının
davamlı tərəqqisi naminə gördüyü irimiqyaslı işlərə diqqət yönəldilməsilə uğurlu bir şəkildə tamamlanır.
Kitabın "Qalib gəldi, qalib getdi" hissəsində Xalq yazıçısı Anar Heydər Əliyevi bütün fəaliyyəti boyu dəfələrlə
zamanın ağır sınaqlarından uğurla çıxan müzəffər siyasətçi kimi qiymətləndirir. Bu yazıda böyük, qədirbilən bir xalqın
ümummilli liderliyinə yüksələn, bu yolda çeşidli çətinliklərə cəsurluqla sinə gərən qüdrətli siyasi xadimin müstəsna
keyfiyyətləri yüksək bədii ustalıqla təqdim olunur. Anar bu yazıda Heydər Əliyevin öz rəqiblərindən və müasiri olduğu
digər siyasətçilərdən ilk növbədə üstün mənəvi keyfiyyətləri ilə seçildiyini vurğulayır. Müəllif göstərir ki, məhz bu yüksək
insani keyfiyyətlərinə görə Heydər Əliyevin siyasi və rəhbərlik karyerası son dərəcə uğurlu oldu. Bu mənada Anar Heydər
Əliyevi gələcəyin dövlət adamları üçün örnək sayılmalı obraz kimi təqdim edib.
Anarın nəzər yetirdiyi çeşidli detallar dönə-dönə bir həqiqəti təsdiqləyir ki, yaradıcı insanlara Heydər Əliyevin
xeyirxah münasibəti onların istedadının məhsulu olan neçə-neçə əsərin, yüksək sənət nümunəsinin taleyində həlledici rol
oynayıb. "Unudulmaz görüşlər" ədəbiyyat, musiqi, kino, teatr, rəssamlıq, heykəltəraşlıq, memarlıq və başqa sahələrlə bağlı
onlarca bu cür faktı özündə ehtiva edir. Bu əsərdə Anar bədii və siyasi-publisistik dil elementlərini böyük məharətlə
qovuşdurub.
Bir məqamı qeyd etmək istərdik ki, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin bədii obrazı təkcə görkəmli
yazıçıların əsərlərində deyil, bütünlüklə Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Onun zəngin mənəvi dünyası,
şəxsiyyəti, böyüklüyü illər keçsə də, nəsil – nəsil insanlardan ötrü həmişə əvəzsiz bir nümunə olacaqdır.
MƏHƏMMƏD FÜZULİNİN ƏSƏRLƏRİNDƏ DAVRANIŞ TƏRBİYƏSİ
Səlimə MƏMMƏDOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
quelle@box.az
Bəzən alicənab, tanınmış, cəmiyyətdə rəğbət qazanmış bir insan haqqında xoş sözlər deyiləndə ən yaxşı fikirlərin
içində «mədəni insandır» ifadəsinə də rast gəlinir. Əslində bu nə deməkdir? İnsan elə mədəni olmalıdır. Amma həyat
göstərir ki, həmişə belə olmur. Bəs kimə mədəni insan deyilir? Mədəni olmağın şərtləri çoxdur. Bu, elə bir mənəvi
məziyyətdir ki, onu libas kimi geyinib-soyunmaq mümkün deyil. O insanın içində, varlığında olmalıdır. Böyüdüyün mühit,
aldığın tərbiyə, bilik, öz qabiliyyətin, gendən gəlmə xüsusiyyətlər, dərin müşahidə, mütaliə və nəhayət, özünü cəmiyyətdə
həqiqətən səliqəli apara bilmək səriştəsi... Bütün bunlar da insanın hərəkətində, danışığında, ətrafdakılara münasibətdə
özünü mütləq göstərir.XX əsrin böyük kulturoloqu Əhməd bəy Ağaoğlunun yazdığı “Üç mədəniyyət“ əsərində o, “kültür”
və ”mədəniyyət“ anlayışmlarını fərqləndirərək onları daha geniş və müqayisəli mənaları özündə əks etdirən real ”həyat
tərzi” kimi təqdim edir. O yazır: “Mədəniyyət demək - həyat tərzi deməkdir. Bir şərtlə ki, burada həyat qavramının özü də
ən geniş və əhatəli bir məna daşımalı, həyatın bütün sahə və tərəflərini, maddi və mənəvi olaylarını özündə ehtiva etməlidir.
Belə olan halda mədəniyyət düşüncə və maraq tərzindən başlayaraq geyim tərzinə qədər olan həyatın bütün təzahürlərini və
hadisələrini əhatə etmiş olur”.
Tarixən bütün uğurların, qabiliyyətin başında mədəniyyət dayanıb. Hətta ən qızğın döyüşlərdə də mədəniyyət
gözlənilməlidir. Tarixən igidlərimiz öz düşmənlərinə arxadan zərbə vurmayıblar. Mədəniyyət ən iti qılıncdan da kəsərli
silahdır. Hər bir cəmiyyətdə tərbiyə həmin cəmiyyətin başlıca vəzifələrindən birini təşkil edir. İnsan amilinin əsas yer
tutduğu hazırki dövrdə gənc nəslin elmi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik olan, ahəngdar inkişaf etmiş,
ictimai cəhətdən fəal olan, mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiyyət kimi tərbiyə
olunması, formalaşdırılması ən vacib, təxirəsalınmaz bir vəzifə kimi qarşıda durur. Bu mühüm vəzifənin həyata
keçirilməsində məktəb və müəllimlər həlledici mövqe tutur. Bununla əlaqədar olaraq məktəb yüksək əxlaq prinsipləri ilə
yaşamağa və işləməyə, birgəyaşayış qaydalarına, qanunlarına sözsüz əməl etməyə daxili tələbat oyatmalıdır.
Tərbiyə psixologiyası şəxsiyyətin əxlaqi-iradi səviyyəsinin, əxlaqi şüurunun, əxlaqi təsəvvür və anlayışlarının, prinsip
və inamının, əxlaqi hisslərinin, adətlərinin, başqa adamlara, cəmiyyətə və əməyə münasibətdə ifadə olunan konkret davranış
|