II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
273
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Fikrindəmi, bir gün, gözəlim, biz sizə gəldik,
Sizdən qayıdıb, sonra bərabər bizə gəldik?
Güldük və danışdıq gecəni, sübh açılınca,
Bir qönçə gül üstündə sizinlə sözə gəldik.
Biz ki gözəlim, can deyərək can eşidərdik,
Bəs indi nə oldu bizə, yoxsa gözə gəldik?
Bədii dilin xəlqiliyi üçün əsas şərtlərdən biri lüğət zənginliyinə malik olmaqdır. Vahid xalqın müdrik söz xəzinəsini
dərindən bilir, ondan yerində istifadə etməyi bacarırdı. O, canlı danışıqdan aldığı idiomatik ifadə və deyimlərlə şeirin
xəlqilik ruhunu gücləndirmiş, xalq deyimlərindən sənətinə xas poetik məharətlə faydalanmışdır. “Surətin canlı
xarakteristikası üçün hadisə və əhvalatın milli koloritini bütün zənginliyi ilə ifadə etməkdən ötrü idiomlar”, idiomatik
ifadələr Vahid poeziyasında müxtəlif münasibət və mənalarda işlədilir.
Bülbül gülün sevir, səni mən, tuti şəkkəri,
Eşq əhli bir şeyə gərək, əlbəttə, baz ola.
Demə, ey gül, ölürəm, getmə gözümdən o yana,
Gərək aşiq dözüb hər cövrünə yarın, dayana.
Mən aləmə minnət çəkirəm yar həvəsində.
Yarımsa gəzir şövq ilə əğyar həvəsində.
Deyirlər Qeys üçün, cana, cünuni-eşq olub, amma
Mənim ondan betər görcək səni, başım havalandı.
Vahid poeziyasının xəlqiliyini həmçinin onun musiqililiyi, qəzəllərinin böyük bir qisminin xanəndələrin dilinin əzbəri
olması ilə izah etmək olar. Şair musiqinin insan mənəviyyatında və düşüncəsində rolunu yüksək qiymətləndirir, onun
sirayətedici gücünü və əbədiliyini bilirdi. İstər yaşadığı dövrdə, istərsə də bu gün elə sənətkar tapılmaz ki, Vahid qəzəllərini
sevə-sevə oxumasın. “Vahid, o millət ki, onun musiqisi yox, Batsın da yerli-dibli, elə millət olmasın!” deyən şairin
qəzəllərinin rəngarəng muğam dəstgahlarına hoparaq ölməzlik qazanması Vahid poeziyasının xəlqi ruhuna və
əbədiyaşarlığına bir daha haqq verir.
BƏXTİYAR VAHABZADƏNİN “HARA GEDİR BU DÜNYA?” ƏSƏRİNDƏ MÜƏLLİF
MÖVQEYİ PROBLEMİ
Nabat MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
mammadova.nabat@gmail.com
Məlum olduğu kimi dram əsərlərində müəllif sözlərinə demək olar ki, yer verilmir. Əsas fikir, ideya obrazların
dilindən oxucuya çatdırılır. Dram əsərləri əsasən səhnədə oynanılmaq üçün nəzərdə tutulduğundan rejissor müəllif sözlərini
ixtisara salır, eyni fikri ifadə edən dioloq və monoloqlara yer verir. Bu nəzəri problemi Bəxtiyar Vahabzadənin “Hara gedir
bu dünya?” əsəri üzərində izah etməyə çalışaq. Tədqiqat aparmaq üçün bu əsərin ilkin yazılış formasını əldə etdik. Elə bu
səbəbdən də müəllif mövqeyi problemini əsərin orijinal variantına əsaslanaraq toxunduğumuz məqamlara əsərdən
götürülmüş nümunələrlə aydınlıq gətirəcəyik.
Müəllif mövqeyinin ən qabarıq təzahür olunduğu hissələr məclislərin önündə radiodan səslənən, nəzmlə yazılmış
nümunələrdir. Nəzmlə yazılmasına baxmayaraq sadə və anlaşıqlı sözlərlə dərin məzmun ifadə edilir və oxucunu düşünməyə
vadar edir.
Əvvəlcə birinci məclisin ön hissəsinə nəzər yetirək. Əsrimizi elm əsri, kəşflər əsri adlandıran drammaturq elm və
texnikanın yaratdığı bəzi yenilikləri inkar edir. Onların mənfi cəhətlərini xüsusilə vurğulayan drammaturq bu inkişafın
bəşəriyyəti yalnız və yalnız uçuruma aparacağını söyləyir.
Cürbəcür adlarla adlandırmışıq Dağların çəməni bağların barı,
Ötən hər əyyamı, ötən hər əsri. Çatışmır,
Köhnə hüdudları çoxdan qırmışıq Kimyaya meydan vermişik.
Əsrimiz elm əsri, kəşflər əsri! İpək corabları, yun paltarları
Sintetik şeylərlə dəyişdirmişik.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
274
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Qarşılaşdırdığım iki nümunəyə nəzər saldıqda görürük ki, müəllif əvvəlcə dövrü xarakterizə edir, lakin elmi kəşflərin
yaratdığı mənfilikləri görüb təəssüflənir, bəşər övladının uçuruma yuvarlandığını söyləyir. Başqa bir numunəyə nəzər salaq:
Hüdudlar içində özünü dandı Bəlkə torpağın da, bəlkə yerin də
Elm yüz illərlə yatdı beşikdə Qalmayıb o köhnə gücü, qüvvəti.
Elm ayaq açıb dolanır indi Elə bil, elə bil meyvələrin də
Havada, torpaqda, evdə, eşikdə!... Dəyişib əvvəlki dadı, ləzzəti.
Yuxarıdakı misralardan da göründüyü kimi müəllif elmi, texniki yenilikləri qəbul etmir, təbiiliyi sevən sənətkar kimyəvi
laboratoriyaların, zavodların təbiətlə yarışa girdiyini görüb yalnış yolda olduğumuzu söyləyir. Müəllif ağlın, düşüncənin
məhsulu olan elmləri və onları yaradan alimləri Allahlıq iddiasına düşdükləri üçün tənqid edir:
Əqlin yaratdığı elmlər indi,
Düşübdür Allahlıq iddiasına...
misrası bu fikri bir daha təsdiqləyir.
Başqa misrada müəllif elm və əxlaqın qarşılıqlı təsirindən danışır. B. Vahabzadə elmin əxlaqa toxunmasının əleyhinə
çıxmış, əxlaqın milli dəyərlərə söykənərək qorunmasının tərəfdarı olmuşdur. Əxlaqi dəyərlərə toxunan elmə üsyan edir
böyük sənətkar:
Bu nədir?
Gerimi qalmışam yoxsa?
Mən ki, güvənmişəm hər zaman elmə,
Əxlaqa, qaydaya toxunandasa,
Mən üsyan edirəm, mən üsyan elmə!
İkinci məclisdə də insanın öz əslindən qaçması, kökünü danması məsələsi radiondan gələn səs vasitəsilə
işıqlandırılmışdır:
Ey əsrin övladı vallah çaşmısan,
Ulu əcdadından uzaqlaşmısan.
İnsan böyüdükcə bilmirəm nədən,
Qaçar fitrətindən, qaçar özündən.
Digər misralarda bədii sualdan istifadə edən müəllif insanların öz əslindən qoparaq irsini danmasını bəşəriyyət
üçün böyük təhlükə sayır və onları qəflət yuxusundan oyatmağa çalışır:
İnsan duya bilmir öz həmcinsini,
Yoxsa yavaş – yavaş danır irsini?
Bundan qorxmalıylıq, budur təhlükə:
Yeni insan növü yaranır bəlkə?
Nəsrlə yazılmış hissələrdən Ulu əcdadla kəşfin müəllifi olan Laçının dioloqu müəllif mövqeyini müəyyənləşdirən ən
dəyərli parçalardır. Ulu əcdad, fikrimizcə, elə müəllifin özü Laçını bu kəşfdən əl çəkməyə, insanların yolunu azdırmamağa,
Allahlıq iddiasına düşməməyə çağırır. Bu dioloqda insan xislətinin bütün dərinliklərinə toxunulur, Laçının simasında
nəfsinə qul olan, hətta ailəsini belə maddiyyata söykənərək quran kəslər pislənir. Laçınla Ulu əcdadın dioloqu bu
günümüzlə səsləşir. Sanki müasirlik və köhnəlik, millilik müqayisəli təhlilə cəlb olunur.
Dördüncü fəsilə nəzər yetirdikdə artıq müəllifin gələcək barədə qeyri–adi təxminlərinin şahidi oluruq:
Bir maşın sahibi gərək olanda
Sınan hissələri alır dükandan
Deyirəm insanın əzaları da
Aptekdə satıldı bəlkə bir zaman?
Azmıdır insanın məgər dərd – səri?
Bu da bəşər üçün təzə təhlükə
Hazır fikirləri, düşüncələri
Başlara doldurub satdılar bəlkə?
Əsərin son hissələrində isə artıq müəllif verilmiş şəraitin yaratdığı qüsurları, onların törədə biləcəyi təhlükəni nəzərə
alaraq oxucuya nəsihətləri, ibrətamiz fikirləri ilə təsir etməyə çalışır.Yəni müəllif mövqeyinin yekunu kimi aşağıdakı
misraları qeyd edə bilərik:
Ey alim, gücünə inansan da sən
Bu yükü boynuna heç götürmə gəl.
Ayırıb insanı öz aləmindən
Ana təbiətlə bəhsə girmə gəl!
Müəlif mövqeyilə razılaşıram çünki bəzi elmi, texniki yeniliklər bəşəriyyəti süniliyə öyrədir, böyük təhlükələrə yol açır.
Nə qədər inkişaf etsək də əslimizi, soykökümüzü danmamalıyıq. "Keçmişimizi untmamaq şərtilə gələcəyə doğru
addımlamaq" bu bizim ən ümdə həyat amalımız, yaşam devzimiz olmalıdır.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
275
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
90-CI ILLƏR ƏDƏBİ TƏNQİDİN İSTİQAMƏTLƏRİ VƏ ƏDƏBİ PROSESƏ TƏSİRİ
Nərgiz ƏLİBƏYLI
Bakı Slavyan Universiteti
nargiz_sm@mail.ru
90- ci illər Azərbaycan ictimai - siyasi tarixində böyük rolu olan bir dövrdür . Azərbaycan tarixi həm ən dəhşətli illərini
, həm də ən böyük nəaliyətlərini məhz bu dövrdə əldə etmişdir desək yəqin ki, yanılmarıq . Azərbaycan , Sovet istilasından
canını qurtarmış , yenidən müstəqillik dövrünə qədəm qoymuşdur. Azərbaycan xalqının ictimayi heyatında yaranan ruh
yüksəkliyi birinci növbədə özünün ədəbiyyatda əksini tapdı. Bu dövrdən başlayaraq sovet ideologiyasının uzun müddət
hakim olduğu streotipler tədricən aradan çıxmağa , ədəbi tənqidin mövzu və axtarış hüdudları genişlənməyə başladı .
Təbiidir ki , müstəqilliyin ilk illərində cəmiyyətdə , ictimayi – siyasi həyatda baş verən hadisələr ədəbiyyat sahəsində də
qısa bir müddət olsa da durğunluq yaratdı . 90-cı illərdə ədəbi mühitin olmaması və cəmiyyətdəki xaotikliyin
ədəbiyyatçılara da sirayət etməsi nəticəsində istedadlı gənclərin publisistikaya axışması prosesini yaradırdı .Bədii əsərlərin
azalması nəticəsində elə 1990-cı illərdə ədəbi tənqiddə də bir boşluq yarandı . Çünki ədəbi tənqidlə məşğul olanların çoxu –
Şirindil Alışanlı, Nizaməddin Şəmsizadə, Akif Hüseynli, Nadir Cabbarlı və b. ədəbiyyatşünaslıq sahəsinə keçdilər və orada
qaldılar. Halbuki onlar 60-80-ci illərdə ədəbi tənqidin aparıcı simalarından idilər. Tənqid və ədəbiyyat tarixçiliyinin ciddi
sərhəddi yoxdur. Sadəcə klassik ədəbiyyatla məşğul olanların çoxu sonradan müasir ədəbiyyata müraciət etmək fikrinə
düşmür.
İstiqlaliyətin ilk illərində ədəbi tənqiddə yaranan bütün boşluqlara baxmayaraq o ,bir çox yeni çalarlar da qazandı
.İstiqlaliyət dövrü ədəbi tənqidin demək olar ki, ilk vəzifəsi sovet dövründə yaranan əsərlərə obyektiv yanaşmaya çalışılması
ilə bağlıdır . Məlumdur ki , sovet hakimiyyəti dövründə hakim dairələrin qılıncı daima ədəbiyyat və ədəbiyyatçıların başı
üzərində idi .Belə bir tarixi zəmində yaranan əsərlərə tənqidi yanaşmada da tam obyektivlik göstərmək mümkün olmurdu ,
ədəbi tənqidin mətnə fraqmentar, birtərəfli, lokal yanaşması özünü göstərirdi . Məhz bu səbəbdən sovet rejimi dövründə
daha çox klassik irsin araşdırılmasına meyl edilirdi . İstiqlaliyyət dövrü ədəbi tənqidi həmçinin ədəbi prosesi türk dünyası
ilə vəhdətdə inkişaf etdirməyə başladı .
İstiqlaliyətin ilk vaxtlarında ən çox müraciət olunan mövzu təbii ki , müharibə mövzusu idi . Azərbaycan ədəbiyyatı
müharibə mövzusuna yad deyildi , hələ böyük vətən müharibəsi dönəmində də ədəbiyyatımızda bu mövzuda bir çox
əsərlər yaranmışdı. Lakin artıq fərq var idi , bu Azərbaycan xalqının “ böyük vətən müharibəsi “ idi . Qarabağ
müharibəsinin ifadəsi özünü daha geniş poeziyada tapmışdır ki , bu da təəcccüblu deyil . Bu barədə doğru bir fikir tənqidçi
- professor Yaşay Qarayev tərəfindən söylənilmişdir: “. . . döyüşən bədii prosesdə ön xəttə poeziya və publisistikaya can
atar”. Düzdür , Qarabağ mövzusunda yazılmış lirik-epik əsərlərdə müsbət qəhrəman surətləri, neofaşizmin ifşası, düşmən
obrazları yaradılıb. Lakin bunların ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən tədqiqinə gəldikdə isə bədii əsərlərdən sxolastik
şəkildə poetik nümunələr gətirməkdən o yana gedilmeyib . Qarabağ müharibəsi mövzusunun müəyyən istiqamətləri Anarın,
B. Vahabzadənin, Y. Qarayevin, B. Nəbiyevin, Ş. Salmanovun, N. Cəfərovun, A. Səfiyevin, V. Yusiflinin, E. Mehrəliyevin,
A. Bayramoğlunun, A. Vəziroğlunun, M. Nəcəfovanın, S. Şərifovanın, A. Binnətovanın, H. Nəsibovanın və başqalarının
məqalə və kitablarında əks olunmuşdur. Ədəbiyyatımızda bu mövzu elmi nöqteyi nəzərdən ilk dəfə Elçin Mehrəliyev
tərəfindən araşdırılmışdır.
Bu dövrdə nəsr , roman sahəsində yeniliklər də özünü göstərməyə başladı . 90-cı illərdə İ.Şıxlı , Anar , Elçin ,
S.Əhməmov , S.Rüstəmxanlı kimi müəlliflərin , habelə gənc ədəbi nəsillərin də romanları yaranmış, janr tipologiyası
etibarilə müxtəliflik ifadə etmişdir . Bu baxımdan roman – xatirə , roman –tale , tarixi roman , ictimayi –sosial roman ,
ictimayi –siyasi roman tipləri qeyd oluna bilər .
QLOBAL TARİXİ HADİSƏ VƏ PROSESLƏRİN AZƏRBAYCAN ŞEİRİNƏ TƏSİRİ
Nərgiz ABDULLAYEVA
AMEA, Ədəbiyyat İnstitutu
cabbarlin75@rambler.ru
Yaradıcılıq aktının nəticəsi olan bədii mətn cəmiyyət və onda baş verən proseslərlə, qlobal hadisələrlə, tarixi faktlarla
sıx bağlıdır. İnformasiya yaradıcı insanın ruhunda, düşüncəsində istehsaldan keçərək bədii mətnə ötürülür və mətn onu
yaradanın şəxsin zəkası, dünyanı və insanı qavrama bacarığı, individual istedadı ilə bərabər “insan - cəmiyyət”, “insan -
ictimai-sosial mühit”, “insan-tarixi proseslər” qarşıdurmasının dərinlik səviyyəsi ilə bağlı məlumat da ehtiva edir. Bu
anlamda bədii mətnə tarixi faktların mənbələrindən biri kimi yanaşılmalıdır.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
276
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Bədii mətnin tarixi həqiqətləri nə dərəcədə dəqiq çatdırması isə ilk növbədə müəllifin müraciət etdiyi tarixi dövrlə
əlaqəlidir.
a) müəllif yaşadığı dövrün tarixi faktlarını canlandırır;
b) müəllif keçmiş tarixə müraciət edir;
1-ci halda təəssüratın ifadəsi (faktların təhrifi ehtimalı azalır), 2-ci halda tarixi faktlara bələdlilik səviyyəsi daha
yüksək olmalıdır.
Çağdaş Azərbaycan şeiri 80-ci illər hadisələrindən sonra həm ölkədə, həm də dünyada baş verən bir sıra tarixi
proseslərin, faktların ifadəçisi kimi çıxış edir və bu zaman iki təmayül daha çox müşahidə edilir.
Tarixi fakt kimi çağdaş Azərbaycan şeirində Almaniyaların birləşməsi faktı, dünyada gedən azadlıq hərəkatları, çeçen
müharibəsi, kərkük türkmənləri və İraq hadısələri ilə bağlı faktlar, Azərbaycandakı Azadlıq hərəkatı, Qarabağ savaşı, 20
Yanvar faciəsi, Xocalı soyqırımı, dünyanın aparıcı beynəlxalq təşkilatlarının Qarabağ müharibəsi ilə baqlı fəaliyyətsizliyi,
BMT qətnamələrinə əməl olunmaması və s. öz ifadəsini (B.Vahabzadə, X.Ulutürk, F.Sadıq, Z.Yaqub, M.Yaqub, M.İsmayıl
və s. yaradıcılıqlarda) tapıb.
CƏDİDÇİLİK VƏ MAARİFÇİLİK: ORTAQ VƏ FƏRQLİ CƏHƏTLƏR
Nərgiz HÜSEYN
AMEA ,Ədəbiyyat İnstitutu
nargizh@yahoo.com
Cədiditçilik hərəkatı türk milli şüurunun oyanmasında və inkişafında, milli mədəniyyətin formalaşmasında əhəmiyyətli
rol oynamış və türk xalqlarının müstəqillik mübarizələrinə böyük təsir göstərmiş bir hadisə olmuşdur (cədidçilik hərəkatının
adı ərəbcə “cədid” – “yeni” sözündən gəlir və təhsildə tətbiq edilməsi nəzərdə tutulan “üsul-i cədid” – yeni üsul (metod)
anlayışıyla əlaqədardır, çünki bu hərəkat ilk əvvəl təhsil sahəsinə yeniliklər gətirməyi, köhnə müsəlman təhsil üsulunu
Avropa təhsil sistemi ilə əvəz etməyi qarşısına məqsəd qoymuşdur).
Hər hansı siyasi hadisə, ictimai-mədəni hərəkat hər zaman müəyyən dövrlə əlaqəlidir və konkret tarixi hadisələrlə
şərtlənir. Beləcə, cədidçilik hərəkatını tədqiq edərkən onu şərtləndirən tarixi hadisələrə, siyasi, iqtisadi və mədəni amillərə
nəzər salmadan keçmək olmaz. XVIII əsrdə türk çöllərinə doğru başlayan rus istilası nəticəsində bütün Türküstan
coğrafiyasında assimilyasiya siyasəti vüsət almışdır. XIX əsrin sonlarında isə əsarət altında olan türk xalqlarına qarşı siyasi
Dünyada baş verən qlobal hadisə və
proseslərin, Azadlıq hərəkatı və Qarabağ
savaşı ilə bağlı həqiqətlərin çağdaş
Azərbaycan şeirində ifadəsi
Hadisə və faktların
şeirə gerçəklik və
fakt kimi birbaşa
ötürülməsi
Hadisə və faktlardan
doğan təəssüratın ifadəsi
şəklində ötürülməsi
B.Vahabzadə
X.R.Ulutürk
M.İsmayıl
C.Novruz
Z.Yaqub
S.Rüst mxanlı
F.Sadıq v s.
R.Rövşən
V.Səmədoğlu
V.B.Odər
R.Behrudi
Salam
Səhər
Aqşin və s..
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
277
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
və mədəni təzyiqlər daha da artmağa başlamışdı. Rus imperialist siyasətinin məqsədi türk müsəlman əhalisinin dini
cəhətdən xristianlaşdırılması, mədəni cəhətdən də ruslaşdırılaraq assimilyasiyası idi. Türk millətinin varlığı yox olma
təhlükəsinə məruz qalmışdı. Panslavist siyasətinin tətbiqi, ruslaşdırma və xristianlaşdırmaya yönəlmiş təzyiqlər Çar
Rusiyasının əsarətində olan türk xalqlarında varlıqlarını qoruya bilməyin tək yolunun milli dəyərlərə arxalanmaq, aralarında
birlik və həmrəylik duyğusunu yaratmaq düşüncəsini ortaya çıxartmışdı. Assimilyasiya siyasətinə qarşı xalqda milli şüuru
dirçəltmək, millət kimi formalaşmaq əsas çıxış idi. Bütün Avropada dinamik inkişaf edən kapitalizm, qərb cəmiyyətinin
iqtisadi tərəqqisi, sürətlə təkamül edən elm və sənəti, bütün sahələri əhatə edən irəliləmə, eyni zamanda müsəlman Şərqinin
statik duruşu, texniki-elmi baxımdan geriliyi, xalqın ümumi cahilliyi, dini sahədə hökm sürən xurafat türk ziyalılarını
Avropa və müsəlman cəmiyyətləri arasındakı bu təzad barəsində düşünməyə vadar edirdi, onlar müsəlman Şərqindəki
geriliyin səbəblərini aşkarlayıb aradan qaldırmaq arzusunda idilər. Məhz belə bir tarixi dövrdə Rusiya türkləri içində, ilk
öncə tatar cəmiyyətində bir yeniləşmə hərəkatı canlanmaya başlayır. Ziyalılar artıq oyanmanın və inkişaf etmiş ölkələr kimi
elmə sarılmanın zamanı gəldiyi, Qərbdə inkişaf edən elm və mütərəqqi yenilikləri milli və dini kimliyi qoruyaraq alına
biləcəyi və bunun vacibliyi qənaətində idilər. Bu mühitdə tatar cəmiyyətində formalaşan cədidçilik hərəkatı Avropadakı
dəyişmələri, yeniləşməni milli anlayışla yoğurub türk cəmiyyətinə gətirməyi qarşısına məqsəd qoymuşdu. Beləcə, türk milli
kimliyinin ön plana çıxarıldığı müasir cəmiyyətlər yaradılacaqdı.
Cədidçiliyin bu missiyasında mühüm yer məktəblərə verilməkdə idi. Avropa tərəqqisinin ilkin səbəbi onun təhsilində
görüldüyü üçün türk xalqlarının mütərəqqi ziyalıları müsəlman məktəblərinin tədrisində islahatlar aparılmasının zəruriliyi
ideyasını irəli sürməyə başladılar. Cədidçilik hərəkatının öndəri, yeni üsullu məktəblərin banisi İsmayıl Bəy Qaspıralının
(1851-1914) niyyəti və ona yönəlmiş fəaliyyəti türk dünyasının aşınmasının səbəblərini aradan qaldırmaq, gerilikdən və
qəflətdən xilas etmək, qısa müddətdə türk millətini dirçəltmək, maarifləndirmək və mədəni milli kimliyi qoruyaraq müasir
dünyaya, Qərbə inteqrasiya etmək idi. İsmayıl bəy Qaspıralının fikrincə, maarifçilik cədidçilərin qarşısında duran ən zəruri
və mühüm vəzifələrdən biri idi, “cəmaətdən millətə keçid olmadan heç bir siyasi hakimiyyət tələb etdirməyəcəyi üçün
mütləq təhsil və mədəniyyət sahəsində xalqı şüurlandırmaq gərək idi”. Cədidçilərin ümdə vəzifəsi xalqı yuxudan oyatmaq,
türk millətinin gözünü açmaq - maarifləndirmək, elmə və mədəniyyətə marağını gücləndirmək, tərəqqi edib müasir dünyaya
açılmaq idi. Beləliklə, cədidçilik türk xalqlarında mədəni-intellektual hərəkat olaraq meydana gəlmiş və başlanğıcda
maarifçilik onun əsas vəzifəsi olmuşdu. Qeyd edək ki, tədqiqatların bəzilərində maarifçiliklə cədidçilik hərəkatları
eyniləşdirilir, cədidçiliyi maarifçilik hərəkatının başqa anlayışla adlandırılan forması hesab edilir. Tatar araşdırıcısı
Y.Q.Abdullin cədidçiliyi maarifçiliyin bir etapı olaraq qəbul edir, ancaq onların eyniləşdirilməsinin mümkün olmaması
məsələsini qoyur. Çünki maarifçilikdən fərqli olaraq “cədidçilik daha çox əmələ yönəlmiş hərəkat idi” və “ona daha geniş
iştirakçı dairəsi cəlb olunmuşdur (mütərəqqi din xadimləri, müəllimlər, şagirdlər, iş adamlarının qabaqcıl hissəsi və s.”. Bu
iki hadisə (cədidçilik və maarifçilik) müqayisə edildikdə bəlli olur ki, əgər maarifçilikdə millətin maarifləndirilməsi məqsəd
olaraq görülürsə, cədidçilikdə maarifləndirmə bir vasitədir. Milləti iqtisadi, sosial və mədəni gerilikdən, milli, dini
assimilyasiyadan xilas etmək, etnik-milli özünəməxsusluqlarını qorumaq üçün maarifləndirmə cədid siyasətində bir vasitə
idi. A.Məmmədov cədidçiliklə maarifçiliyi müqayisə edərək, vurğulayır ki, “maarifçilikdə millətin tərbiyələndirilməsi,
cədidizmdə millətin xilası ön plana keçirilir”. Buna görə, əgər maarifçilər təlim və tərbiyə məsələlərində Avropa
mədəniyyətindən öyrənməyə səsləyir və bunun milli-etnik dəyərlərə nə kimi təsir edəcəyinə diqqət yetirmirdilərsə,
cədidçilər assimilyasiyadan qorunmağı, milli maraq və mənafeləri əsas götürür, Avropa mədəniyyətini öyrənərək, onun
milli mədəniyyətə xidmət etməsini əsas məqsəd kimi görürdülər. Onların iddiası milli simanı itirmədən Qərbdəki yenilikləri
mənimsəmək, türk milləti kimi tərəqqi edib, dünyaya çıxmaq idi.
Rus İmperiyasının türk xalqlarına qarşı durmadan davam edən siyasi və mədəni təzyiqləri nəticəsində mədəni-
intellektual hərəkat olaraq meydana gəlmiş cədidçilik hərəkatı XX əsrin əvvəllərində təlim-tədris və mədəni-maarif
çərçivələrini aşaraq, həyatın bütün sahələrini əhatə edərək, siyasi bir hərəkata çevrilir.
MƏMMƏD SƏİD ORDUBADİNİN “DUMANLI TƏBRİZ” ƏSƏRİNDƏ ŞƏRQ VƏ QƏRB
Nərgiz İSMAYILOVA
AMEA, Naxçıvan Bölməsi
nergiz.ismayilova@hotmail.com
Məmməd Səid Ordubadi yaradıcılığı Azərbaycan ədəbiyyatında mühüm yer tutur. O qələmini müxtəlif janrlarda
sınamış, orijinal üslubu ilə diqqət çəkməyi bacarmışdır. Onun “Bədbəxt milyonçu”, “İki çocuğun Avropaya səyahəti”
əsərləri Azərbaycanın ilk romanlarındandır. “Dumanlı Təbriz” tarixi romanı [1933-1938] isə Azərbaycanda milli azadlıq
hərəkatının tarixini sistemli şəkildə əks etdirən romanlardandır. Əsərdə Səttarxan, Bağır xan kimi milli qəhrəmanların
xalqın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıqlar məharətli yazıçı qələmi ilə öz bədii əksini tapmışdır. “Azərbaycanda bir
|