Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə62/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   58   59   60   61   62   63   64   65   ...   144

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

278 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

neçə nəsil Sərdari-milli Səttarxanı qüdrətli bir sərkərdə kimi tarixdən çox “Dumanlı Təbriz”dən tanımışdır” . Lakin buna 

baxmayaraq, fikrimizcə, romanda Səttarxan  obrazı  o qədər də dolğun deyildir, əsərdə azadlıq hərəkatına xidmət edən gizli 

təşkilat üzvlərindən  Əbülhəsən bəy öz siyasi zəkası, Tütünçüoğlu və  Həsənağa isə güclü biləkləri ilə daha çox ön plana 

çıxmışdır. Sənətkarlıq baxımından yanaşıldıqda isə roman dəyərli sənət nümunəsidir. Məhz buna görə  də 1907-1917-ci 

illərdə  Cənubi Azərbaycandakı milli azadlıq hərəkatının təsvir olunduğu bu əsər geniş oxucu auditoriyası qazanmışdır. 

Üzərindən illər keçməsinə baxmayaraq, öz əhəmiyyətini itirməyən bu roman uzun müddətli gərgin  əməyin məhsuludur. 

“Dumanlı  Təbriz” romanının birinci hissəsində  İranın maddi, mənəvi, mədəni, tarixindən, ictimai və sosial  həyatından 

söhbət açılır. Romanda  cərəyan edən hadisələr realist  tərzdə  təsvir olunub,  romantik fikirlər və bənzətmələrdən də istifadə 

edən ədib öz sənətkarlığını hərtərəfli bir şəkildə nümayiş etdirmişdir. Romanda şərqlilərdən: Əbülhəsən bəy, Tütünçüoğlu, 

Həsənağa, Məşədi Kazım ağa, Hacı Səməd xan, Mahmud xan, Sərdar Rəşid, Mahru, Təhminə, qərblilərdən: Nina, İraida, 

Hanna, Kseniya, Çar konsulu, Simirnov, Berezovski, Sazanov və s. kimi obrazlara da yer verilmişdir. Şərq və Qərbin sintezi 

şəklində  təsvir olunan hadisələrə  fərqli baxış  şəkli romanı daha da qiymətli edir. Əsərdə müəllifin  Şərqə  və  Qərbə 

münasibəti bu surətlərin dili ilə verilir. “Dumanlı Təbriz” romanında həmçinin Qərbin Şərqə, Şərqin də Qərbə münasibəti, 

bu münasibətlərdəki mənfi və müsbət cəhətlər təsvir olunub. Əsərdə “Vəhşi  Şərqə” mədəniyyət gətirib,  Şərqi 

mədəniləşdirmək istəyən rus, alman, ingilis xalqlarının daxili siması usta priyomlarla təsvir olunub. Romanın birinci 

hissəsində rus qızları Nina və İraidanın dili ilə rusların Şərqə olan münasibəti öz əksini tapıb. 

M.S.Ordubadi “Dumanlı  Təbriz”  əsərində “Molla Nəsrəddin”, “Kaspi”, “İttifaq” ilə yanaşı “Mancester Qardian”, 

“Deyli Nyus”, “Russkoye slovo”, “Novoye vremya” kimi xarici mətbuat orqanlarının da adını çəkir. 

Ordubadi romanda Saib, Əndəlib,  Əda, Sədi, Xəyyam, Hafiz, Rudəki, Füzuli, Xaqani, Firdovsi kimi Şərqin məşhur 

sənətkarlarını xatırlayır, onlardan nümunələr verir: Sədinin “Gülüstan” kitabından verilən nümunə buna misal ola bilər. 

“Dumanlı Təbriz” romanında Ordubadi mərsiyə, rübai, bayatı, qəzəl kimi janrlardan da nümunələrə yer verib.  

Bəli, bu roman mövzu və ideyası baxımından Məmməd Səid Ordubadinin digər  əsərləri kimi orijinal, sənətkarlıq 

baxımından isə zəngin əsərdir. “Dumanli Təbriz” romanı Şərq və Qərbi tanımaq baxımından da qiymətli sənət əsəri sayıla 

bilər. 

 

 

AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞINDA  

UŞAQ FOLKLORUNUN TƏDQİQİ PROBLEMİ 

 

Nigar AĞAYEVA 

AMEA,  Folklor İnstitutu 



nagayeva@qu.edu.az 

 

“Uşaq folkloru” (İngilis dilində childrens folklore, childrens tradition, alman dilində kinderfolklore, rus dilində detskiy 

folklor) – həm böyüklərin uşaqlar üçün yaratdığı, həm də uşaqların öz aralarında yaradıb nəsildən–nəslə ötürdüyü, uşaqların 

həmyaşıdları ilə əyləncə, oyun və əlaqəli fəaliyyətlərinin müntəzəm şəkildə baş verdiyi prossesdir.  

XIX  əsrdə vüsət alan dünya folklorşünaslıq tarixində Yakob və Vilhelm Qrimm qardaşlarının fəaliyyətləri sonrakı 

mərhələdə folklor məsələləri içərisində  uşaq folklorunun müstəqilləşməsinə yol açdı. Bu prossesdə  təbii ki, uşaqlar üçün 

tərtib olunan kitablar böyük rol oynadı. Uşaq folkloru ifadəsi rusiyada XIX əsrin ortalarında işlədilsə  də, rus elmi 

folklorşünaslığında 1926-cı ildə rus tədqiqatçısı Q.S.Vinoqradov tərəfindən elmi münasibət bildirilmiş, elmi-nəzəri 

əsaslandırılması isə O.İ.Kapitsa tərəfindən aparılmışdır. Azərbaycanda isə bu terminin işlənməsinə Ə. Qarabağlının 1961-ci 

ildə çap olunmuş “Məktəbdə  şifahi xalq ədəbiyyatının tədrisi” adlı kitabında, eləcə  də 1968-ci il tarixində çap olunmuş 

“Azərbaycan ədəbiyyatının tədrisi metodikası” adlı dərsliyinin “Məktəbdə şifahi xalq ədəbiyyatının tədrisi” nə həsr olunmuş 

bölümündə əhatəli şəkildə rast gəlinir. Əlbəttə Azərbaycan uşaq folklorunun toplanması və tədqiqi tarixi bu tarixlərdən çox-

çox əvvəllərə aiddir. XIX son rübündən üzü bəri uşaq folklorunun toplanmasını və tədqiqi ilə məşğul olunur. Belə ki, XIX 

əsrin sonu XX əsrin əvvəllərində yaranan yeni tipli ilk Azərbaycan tədris kitablarında (“Vətən dili”, “Uşaq aləmi”, “Uşaq 

bağçası”, “Bəsirətül-ətfal”, “İkinci il”, “Balalara hədiyyə”, “Uşaq gözlüyü” və s.) biz uşaq folklorunun geniş yer tutduğunu 

görürük.  

Azərbaycan folklorşünaslığında uşaq folkloruna aid fəaliyyətləri üç mərhələdə qruplaşdırmaq olar: 

Birinci mərhələnin başlanğıcı kimi XIX ortalarını götürmək olar ki, bu mərhələ XIX əsrin ilk yarısından (M.Ş.Vazeh 

və S.Ə.Şirvaninin tərtib etdikləri tədris vəasaitləri) - 1920-ci illər arasını  əhatə edir. Bu tarixdə  uşaq folkloruna aid 

nümunələrə yuxarıda qeyd olunan  Azərbaycan tədris kitablarında verilən nümunələr, SMOMPK məcmuəsində eləcə  də 

uşaq mətbuatının (“Məktəb”, “Dəbistan” və s. jurnallar) səhifələrində rast gəlinir. 

İkinci mərhələ kimi sovet dövründə aparılmış elmi tədqiqat işləridir.Bu zaman kəsmində  uşaq folkloru ilə  əlaqəli 

araşdırmalar geniş vüsət almış, elmi-nəzəri  əsaslandırılması aparılmışdır. Bu dövrdə Y.V.Çəmənzəminli, V.Xuluflu, 

H.Zeynallı, Ə.Qarabağlı, M.H.Təhmasib, Ə.Axundov, V.Vəliyev. P.Əfəndiyev, A.Nəbiyev həm toplama işi görmüş, həm də 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

279 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

toplanmış nümunələr əsasında folklorun bu sahəsinə aid sanballı elmi əsərlər yazmışlar. Bu mərhələnin son illərində - 1988-

ci ildə R.Qafarlı “Azərbaycan uşaq folkloru” mövzusunda dissertasiya işi ilə uşaq folklorunun şifahi xalq ədəbiyyatındakı 

yerini müəyyən etmiş, mənşəyini, inkişaf dinamikasını, toplanması, nəşri və s. kimi aktual problemlərin elmi-nəzəri 

əsaslarını müəyyənləşdirmişdir. 

Üçüncü mərhələ kimi müstəqillikdən sonrakı zamanı göstərmək olar. Bu zaman kəsmini Azərbaycan 

folklorşünaslığında yeni bir mərhələ kimi səciyyələnir.  Ulu öndər H.Əliyevin təşfiq və dəstəyi ilə yaradılan AMEA Folklor 

İnstitutunun bu mərhələdə  fəaliyyətləri danılmazdır. Folklor İnstitutunun hazırlayıb nəşr etdirdiyi “Azərbaycan folkloru 

antologiyası”nın bütün cildlərində “Uşaq folkloru” başlığı altında ayrıca bir bölmə var ki, bu da bu sahəyə ayrılan diqqətin 

təzahürüdür. Qafqaz Universitetinin təşkil etdiyi I və II Beynəlxalq türk xalqları uşaq ədəbiyyatı konqresi (2006 və 2012-ci 

illərdə) bu mərhələdə görülmüş  əsas işlərdəndir. Bu konqres ümumən uşaq  ədəbiyyatına həsr olunsa da uşaq folkloru 

bölməsində bu mövzuda araşdırma aparan həm yerli, həm də xarici tədqiqatçılar (A.Ülgen, A.Kokieva, Ç.Z.Çetin, Ş.Çivitci, 

N.Kayabaşı, E.Yurdoğlu, E.Artun, F.Arslan, F.Söylemezoğlu, Z.Erdoğan, G.Dellal, H.Özcan, M.Şenel, O.Şen, Z.Xəlil, 

Z.Çağımlar, X.Kərimova, T.Salamoğlu, R.Əliyev və s.) elmi məqalələrlə təmsil olunmuş, bu sahə ilə əlaqəli son dövrlərdə 

əldə olunan nailiyyətləri elmi içtimaiyyətlə bölüşmüşlər.  

  

Yuxarıda qeyd olunanlarla yanaşı müasir zamanda Uşaq folklorunun aktual problemlərinə aid tədqiqat işləri 



araşdırmaçılar tərəfindən yerinə yetirilir. Bu dövrün ən son nailiyyəti kimi R.Qafarlının 2013-cü ildə çap olunan 540 

səhifədən ibarət “Uşaq folklorunun janr sistemi və poetikası” adlı monoqrafiyası Azərbaycan uşaq folklorunun nəzəri 

əsaslarını, mənşəyini, yaranma yollarını, nəşri, toplanması və araştırma tarixi kimi aktual problemlərdən bəhs edir. 

 

 



MƏNSUR ŞEIR JANIRININ YARANMA TARİXİ VƏ TƏNQİDÇİLƏRİN  

BU JANR HAQQINDA FİKRLƏRİ 

 

Nigar AĞAYEVA 

Bakı Slavyan Universiteti 



niqaraqaeva@gmail.com 

 

Bədii  ədəbiyyat cəmiyyətin yaranışı  qədər qədim tarixə malikdir və illər keçdikcə  nəinki bir sənət, bir idrak sahəsi 

kimi həm də ilkin məhdudluq çərçivəsindən çıxaraq epik, lirik və dramatik növlərə ayrılmışdır. Bu janrların arasında cavan 

olsa da mənsur şeir özünəməxsus yeri və əhəmiyyəti həmçinin kamil bədii yaradıcılıq sahəsi kimi inkişaf xətləri və meylləri 

vardır. 

Mənsur  şeir terminini ilk dəfə  ədəbiyyata fransız alimi olan Aloiziyus Bertran gətirmişdir.Onun Qaspar qaranlıqda 

ümumi başlığı adı altında şeirləri məlumdur.Alimdən iyirmi il sonra fransız şairlərindən olan Şarl Bodler və Artur  Rembo 

da məsnur şeirlər yazmışlar.Bu gənc janr ondoqquzuncu əsrdə Fransada meydana gəlmişdir. 

Rus ədəbiyyatında mənsur şeirinin yaradıcısı ondoqquzuncu əsrin böyük alimi İ.S.Turgenev ( 1818- 1883) olmuşdur. 

O ömrünün son illərində kiççik həcmli silsilə əsərlərini  qələmə almışdır ki, bunlar rus ədəbiyyatında mənsur şeir janrının 

nümunələri kimi yaşamaqdadır. 

Hind Ədəbiyyatında mənsur şeir janırının Robindranat Taqor (1861- 1941) türk ədəbiyyatında Xalid Ziya və Cənub 

Şəhabəddin kimi görkəmli nümayəndələri vardır. Onlar müxtəlif dövrlərdə maraqlı əsərlər yazmaqla öz ədəbiyyatlarına janr 

yeniliyi, forma gözəlliyi gətirmişlər. 

Heç də  təsadüfi deyil ki, R.Ttaqor mənsur  şeirlərini özü Benqal dilindən ingilis dilinə çevirdikdən sonra bunlar 

Avropada çox geniş yayılmış, məhşurlaşmış və əsərlərinə görə ədibə Nobel mükafatı verilmişdir. 

Mənsur  şeir nədir? Bu hakda müxtəlif fikrilər söylənmişdir. ‘’Əədbiyyatşunaslığın  əsasları’’ kitabında mənsur  şeirə 

belə bir tərif verilir: Lirik və epik xüsusiyyətlərin müştərək birgə halında iştirak etdiyi həm də insanın daxili hissi aləmini 

qələmə alan, vəzn, qafiyə, bölgü kimi nəzm şərtlərindən uzaq, təbii ritmik nəsr dili ilə yığcam yazılan əsərlərə mənsur şeir 

adı verirlər. 

Mərhum yazıçımız Mir Cəlalın mənsur  şeirə verdiyi bu tərif olduqca obyektivdir.Lakin bizcə tam dəqiq deyildir 

Birincisi lirik və epik xüsusiyyətlərin müştərəkliyi məsnur şeirlərin hamısında eyni dərəcədə deyildir. Bu xüsusiyyətlər bir 

mənsur şeirdə birgə iştirak etdiyi halda digərinə zəif, bir başkasında güclü nəzərə çarpır. Daha doğrusu əksər mənsur şeirlər 

həm sujetli həm də sujetsiz olub lirik hissi mahiyyət daşıyır.  Əlbətdə bu xüsusiyyət lirik şeirlərə də xasdır. Tərifə kiççik 

irazdımız bunlardır. Burada ‘’qələmə alan’’ əvəzinə ‘’qələmə alınan’’ ifadəsi işlənsəydi daha yerinə düşərdi. Nəhayət təbii 

ritmik nəsr dili ilə yığcam yazılan hissədə nəsr dili ilə birləşməsi deyil nəsrlə deyilməsi daha düzgündür. Axı mənsur şeir 

nəsr dili ilə deyil daha yüksək poetik bir dillə yazılı lakin şəkilcə nəsrə bənzəyir 

Ədəbiyyatşünas, Azərbaycan EA müxbir üzvü Əziz Mirəhmədovun tərtib etdiyi ‘’Ədəbiyyatşünaslığın terminləri’’ 

lüğətində 420-yə yaxın ədəbi terminin qısa və aydın ızahı verilmişdir Görkəmli alim mənsur şeiri şeir şəkilində yazılıb lirik 

səciyyə daşıyan kiçik əsər adlandırmışdır Halbuki mənsur şeir şeir şəkilində deyil nəsr şəkilində yazılıb lirik səciyyə daşıyır. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

280 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Mənsur şeirin adının və janr xüsusiyyətlərinin qarışıq salınması barədə daha çox misallar güstərmək olar. Lakin bilmək 

lazımdır ki, bu janrda vəzn və qafiyə istisna olmaqla lirik şeirin bütün elementləri gözlənilir. Elə olur ki, mənsur şeir ən çox 

üslubi xüsusiyyətləri ilə seçilir fərqlənir. Poetik çalarlığı  və ahəngdarlığı ilə özünün yüksək emosianallığı poeziya üçün 

xarakterik olan obrazlar, motivlər və ideyalar dairəsi ilə əsl lirik əsərlərlə bir səviyyədə dayanır. Bütün bunlar isə yuxarıda 

deyildiyi kimi nəsrə aid olmayıb lirik şeirin ifadə xüsusiyyətlərini özündə cəmləşdirir. 

Mənsur  şeir və onun xüsusiyyətləri barədə görkəmli rus ədəbiyyatşünası A.Kvyatkovskinin də maraqlı mülahizələri 

vardır. O yazır: Mənsur şeir sərbəst, dismetrik ( ölçülü olmayan ölçüsüz S.N) şeirlə nəsr arasında orta aralıq bədii formanı 

təmsil edir, daha doğrusu bu məzmunca mənzum və formaca mənsur əsərdir. Onun əksi kimi məzmunca mənsur formaca 

mənzum –sözün qısası  şeirlə yazılmış  nəsrə  də  təsadüf olunur. Fraqment ədəbiyyatın bir sıra növləri mənsur  şeirə yaxın 

mövqe tutur. Mənsur şeir çətin ədəbi janrdır. 

Mərhum tənqidçimiz filolohgiya elmləri namizədi Sokrat Mmusayev G.Hüseynoğlunun yaradıcılığından bəhs edən 

‘’Mənsur  şeir ustası’’ məqaləsində alimin yuxarıda stat gətirdiyimiz bəzi mülahizələri ilə haqlı olaraq razılaşmadığını 

bildirmişdir. 

Mənsur şeirin bir janr kimi özünün qayda qanunları başqa janrlardan ciddi fərqi vardır. Bəzi alimlər mənsur şeiri şeirlə 

nəsr arasında keçid mərhələsi hesab edirlər. Mənsur  şeiri məzmununa görə poetik formasına görə  nəsr adlandıran 

A.Kvyatkovskinin firkini doğru hesab etmək olmaz. Hər hansı bir janrın forma və  məzmunu  bir birinə uyğun gəlməsə 

orada həqiqi sənət əsəri yoxdur- deyir. 

Şübhəsiz bu sözlərdə  həqiqət vardır. Lakin həyat heç də istisnasız deyildir. Bu cəhətdən A.Kvyatkovskinin də 

fikirlərini inkar etmək olmur. Çünki məsnur şeirin necə deyərlər adı üstündədir. Birinci tərəfi mənsur nəsri ikinci tərəfi şeir 

poeziyanı xatırladır. 

Filologiya elmləri doktoru professor Abdulla Abbasov G.Hüseynoğlunun yaradıcılığına ayrı - ayrı kitablarına həsr 

etdiyi məqalələrində ədibin mənsur şeirləri barədə də maraqlı fikirlər söyləmişdir. Həmin məqalələrdə biz onun bu janırın 

xüsusiyyətləri və zərifliyini həssaslıqla duyduğunun şahidi oluruq. Professor A.Abbasov ədibin anadan olmasının 60-illiyinə 

hısr etdiyi ‘’Bir ömrün çıraqları’’ məqaləsində yazır: 

Miniatür nəsrin bu sahəsi sənətkardan dəqiqlik hadisələrə  və  həyata aydın həssas münasibət sözə xüsusi tələbkarlıq 

onun bütün poetik imkanlarından məharətlə istifadə etmək eyni zamanda mənsur şeirlə bağlı olan digər janrlara – poeziyaya 

estetikaya musiqiyə bələdlik tələb edir. Çünki məsnur şeirin özünəməxsus janr xüsusiyyətləri tələb və imkanları ifadə tərzi 

var. Sinkretik xarakter daşıyan bu janrda hətta dramatik ədəbiyyatın da elementləri qorunub saxlanılır. Az söz böyük 

mənalar tələb edən mənsur  şeirdə ifadə  və birləşmələrin özünün daxili bir ritmi ahəngi bölgüsü lirizmi hətta 

melodramatizmi olur. Daha çox hiss və duyğularla  bağlı olan lirik mən ön plana çəkilir. 

Alimin dediklərində müəyyən həqiqətlər dı vardır.Lakin burada bir nüans var ki bunu qeyd etmək yerinə düşər. Belə ki 

məqalədə miniatür nısrin bir sahəsi kimi deyil müstəqil ədəbi janr kimi xarakterizə olunsaydı daha münasib olardı. Miniatür 

nəsr nəğməni xatırlatmır. Halbuki müəllif professor İnayət Bəktaşi ilə birlikdə yazdığı ‘’Həyat nəğmələri’’ məqaləsində 

mənsur şeiri bədii ruhi təsiri ilə gözəl bir nəğməni xatırladan ədəbi janr adlandırır. 

Bu cür məqalələrda olan xırda qüsurlar mənsur  şeir haqqında samballı  və  dəqiq elmi nəzəri fikrin deyilməməsi ilə 

bağlıdır.  

 

 



 

ƏFQAN GERÇƏKLİYİ “ÇƏRPƏLƏNG UÇURAN” ROMANI FONUNDA

 

 



Nigar AN (SƏFƏROVA) 

Bakı Dövlət Universiteti 



nigaran@outlook.com

 

 



Çağdaş dünya ədəbiyyatına öz qalıcı imzasını atan, hələ ilk romanı bestsellerə çevrilən yazıçılardan biri də əslən əfqan 

olan Amerika yazıçısı Xalid Hüseynidir. Əfqanıstanın Kabil şəhərində anadan olan yazar gənc yaşlarından Amerikanın 

Koliforniya  ştatında məskunlaşır və  Şimali Koliforniyada yaşamağa başlayır.  Əfqanıstan və Amerika həyatının sintezi 

görünən 2003-cü ildə qələmə aldığı birnəfəsə oxunan "Çərpələng Uçuran" romanını avtobioqrafik roman hesab edirik. 

Deyə bilmərik ki, çağdaş Amerika ədəbiyyatının görkəmli nümayəndələri - Şimali Amerikada Maykl Şeybon, Tess 

Gerritsen, Latın Amerikasında Qabriel Qarsiya Markes, Cerom Devid Selincer, Den Braun kimi yazıçıların yaradıclığının 

fonunda əfqan əsilli Xalid Hüseyni romançılığının bədii gücü istənilən səviyyədədir, ancaq hər halda Amerika mühitində 

Əfqanıstan həyatını, müharibə  şəraitini müasirləri arasında ilk dəfə belə  dəqiqliklə poetik qələmə alıb dünyaya çatdıran 

yazıçını hər iki ölkənin - qitənin müştərək yazıçısı hesab etmək olar. 

Yazıçının ilk qələm təcrübəsi olan “Çərpələng uçuran” romanında bir çox beynəlxalq və  məişət planında olan 

mətləblər nəzərə çatdırılır: 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

281 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

1) Müharibə; 

2) Kişi və qadının hüquq bərabərsizliyi; 

3) İnsanlığa - dostluğa xəyanət; 

4) Milli, etnik təbəqələşmə; 

5) Cinsi təcavüz; 

6) İnsani hisslər - paxıllıq, vicdan əzabı, sədaqət; 

7) Siyasi görüşlər; 

8) Dini görüşlər; 

9) Ailə: ata - oğul münasibəti; 

10) Qəhrəmanlıq və s. 

ABŞ qoşunlarının  Əfqanıstana yeridilməsi,  Əmirlə  Həsənin dostluğundakı  təbəqələşmənin iyrənc təzahürü, Babanın 

qoçaqlığına və  mərdliyinə görə "Həzəra" Həsənə  bəslədiyi gizli rəğbət hissi, buna görə  oğlunun bütün uşaqlara nifrət 

etməsi, Həsənin cinsi istismara məruz qalması, onun dostuna qarşılıqsız və sonsuz itaəti, Əmirin ona etdiyi namərdliyə görə 

ömür boyu əzab çəkməsi və sonda onun oğlunu xilas edərək hardasa vicdanının üstünə su səpməsi  sadaladığımız bəndlərin 

qısa açıqlamasıdır. 

"Əgər orda allah varsa, mən güman edirəm ki, onun diqqətinə mənim donuz əti yeməyim və viski içməyimdən daha 

çox layiq olan məsələlər var" - deyən Babanın allahın varlığı haqda aqnostik kimi düşünməsi diqqətimizi çəkir. “Sən bu 

saqqallı axmaqlardan heç vaxt dəyərli bir şey öyrənməyəcəksən, onlar təsbeh oynamaqdan və anlamadıları dildə yazılmış 

kitabdan sitatlar gətirməkdən başqa bir şey bilmirlər”. Babanın "Bax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə bir günah 

var, bircə  dənə... Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Sən adam öldürəndə onun 

həyatını  oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət 

haqqını oğurlayırsan. Kələk gələndə başqasının ədalət haqqını oğurlayırsan" sözləri sıradan adamın dediyi sözlər deyil. 

Yazıçının romanı maraqlı edən fikirlərinə çox rast gəlirik: 

1.  Əsl kişi şeir oxumaz, şeir yazmasını isə allah göstərməsin. Əsl kişi - əsl oğlanlar futbol oynayarlar. 

2.  Uşaqlar rəngləmə albomları deyil, sən onları sevimli rənglərinlə rəngləyə bilməzsən. 

3.  Özünü qorumağa cürəti çatmayan oğlan böyüyüb heç nəyə cürəti çatmayan bir kişiyə çevriləcək. 

4.  Bütün atalar qəlbinin dərinliyində oğullarını öldürmək arzusunu yaşatmırlarmı məgər? 

5.  Əfqanlar ənənələri sevir, qaydalara isə nifrət edirlər. 

6.  Ağlındakı ilə dilindəki eyni olan insanlar elə bilirlər ki, başqalarında da bu cürdür. 

7.  Az qala qalib gəlmək olmur, adam ya qalib olur, ya yox. 

8.  Nəyisə görüb itirmək heç vaxt ona sahib olmamaqdan çətindir. 

9.  Zaman çox acgöz ola bilir, bəzən bütün xırdalıqları yeyə bilirmiş. 

10. Ancaq nəyinisə əlindən almaq istəyəndə sənə bu qədər xoşbəxt olmağa icazə verirlər. 

 Baba ruslara nifrət edir. Burada da müəllifin  şəxsi düşüncəsinin izlərini sezirik. Hətta  əsərin 2003-cü ildə 11 sentyabr 

hadisələrinin baş verdiyi bir vaxtda yazıldığını nəzərə alsaq ABŞ-ın Əfqanıstana yürüşünü də müəyyən mənada haqlı sayır. 

Əmir atası ilə Amerikaya köçür, ancaq vicdan əzabı onu təqib edir, o hara qaçsa da, bu əzabdan qurtuluşun olmadığını 

başa düşür. Rəhim xandan Həsənin onun nəinki süd, hətta atabir qardaşı olduğunu öyrənən Əmir Əfqanıstana, od-alovun 

içinə geri dönür. Həsən və arvadı ölmüş, oğlu Söhrab yetimxanaya verilmişdi. Keçmişin ifrat dərəcədə iyrənc  şovinisti, 

gələcəyin barbar vətəndaşı olan Asəf atası kimi onu da cinsi istismara məruz qoyur. Söhrabın simasında bütün "itirilmiş 

əfqan uşaqlığı"nın əzabları gizlənir. Necə ki romanın özündə deyilir: "Əfqanıstanda uşaq çox, uşaqlıq isə yoxdur". Söhrabı 

Talibanların əlindən xilas edən Əmirə "qəhrəman" deməyə dilimiz gəlməsə də, hər halda müəyyən qədər günahını yumuş 

görünür. 

Əsərin ən mühüm keyfiyyətlərindən biri də qəhrəmanların ideallaşdırılmamış, bütün qüsurları ilə bərabər verilməsidir. 

Xalid Hüseyni “Çərpələng Uçuran”dan sonra iki roman da yazmışdır – “Min möhtəşəm günəş”, “Və dağlardan səda 

gəldi”. Bu əsərlər arasında mövzu baxımından çox oxşarlıq olduğundan biz bu romanları “Əfqan trilogiyası” da adlandıra 

bilərik. 

 

 



 

 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

282 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

TARİXİ YADDAŞ PROBLEMİNİN MİLLİ NƏSRDƏ ƏKSİ MƏSƏLƏLƏRİ 

(M.SÜLEYMANLININ "ERMƏNİ ADINDAKI HƏRFLƏR" ROMANI ƏSASINDA) 

 

Nigar ASLANOVA 

Azərbaycan Müəllimlər İnstitutu 



a.q.nigar@gmail.com 

 

Bütün dövrlərdə olduğu kimi, çağdaş Azərbaycan nəsrində  də yaxın və uzaq tarixi keçmişin təsviri məsələsi öz 

aktuallığını saxlayaraq yazıçı  qələminin  əvəzolunmaz məhsulu kimi başlıca mövzu olaraq  qalmaqdadır. Sözügedən 

mövzunun müstəqillik illərindən sonra xüsusilə daha qabarıq  şəkildə  yaradıcılıq müstəvisinə  çıxarılması heç də  təsadüfi 

deyildir. Belə ki, ədəbi mühitdə dövlətçilik ideologiyasının təbliği probleminin prioritet mövzuya çevrilməsi, müstəqillikdən 

əvvəlki ikili münasibəti, sovet ideologiyasının diqtəsini alt-üst etməyə  zəmin yaradaraq qələm  əhlinin qarşısına geniş 

imkanlar çıxarır. 

Yaratdığı nəsr nümunələrində tarixin silinməz səhifələrini, xalqımızın başına gətirilən müsibətləri qələmə alan, ədəbi 

mühitə 70-ci illərdə  qədəm qoyan Mövlud Süleymanlı tarixi-etnoqrafik dəyərlərin təbliğatçısı kimi yadda qalmaqdadır. 

M.Süleymanlının "Erməni adındakı  hərflər" romanında 1988-ci il – Qarabağ müharibəsinin başlanmasına qədərki dövr, 

yaşanmaqda olan erməni-azərbaycanlı münaqişəsi, bu münaqişənin doğurduğu təbəllüatlar geniş təfərrüatı ilə təsvir olunur. 

Haqlı olaraq oxucu marağına tuş gələn, təzad doğuran  əsərin adının ədib tərəfindən erməni qadınının nitqindən götürülərək 

verilməsi bu sənət nümunəsinin qayəsini, təsir gücünü, onun bədii-estetik siqlətini artırır. Müəllif kimya müəllimi, radikal 

erməni millətçisi Siranuşun “Mənim oğlum da, uşağım da erməni xalqıdır, bu xalq varsa, neynirəm oğlu-uşağı! Erməni 

adındakı  hərflərin min qat sayı  qədərində hamı ölüb-dirilməlidi ki, Ermənistan yaşasın” deməsi ilə bu mənfur xalqın 

böyükdən kiçiyə bir amal uğrunda var gücü ilə çalışması, nəyin bahasına olursa-olsun bu "müqəddəs" məqsəd uğrunda hər 

cür nadanlığa hazır olmasını göstərməklə bizləri, yatmışları oyatmağa, ətalətdən çıxmağa sövq edir.   

Azərbaycançılıq məfkurəsinin, türkçülük ideyalarının təbliğ olunduğu  əsərdə indiki Ermənistan (Qərbi Azərbaycan)  

adlanan  ərazilərimizin, coğrafi məkanlarımızın, yer adlarının təsvirinə geniş yer ayrılır. Müəllif milli soykökün dərin 

qatlarına enərək manevr etməsi, qədim torpaqların tarixindən, etimologiyasından söz açır, mədəni-etnik şüurun bütövlüyünə 

sadiqliyi  yazıçı təxəyyülünün süzgəcindən keçirir. 

Əsərdə türkün böyüklüyü məsələsi, milli türkçülük ənənələri, türk xarakteri mənfur erməni xislətinə, erməni 

ideolgiyasına qarşı qoyulur.  Erməni bəşəriyyətin mövcudluğu boyu türkün böyüklüyü qarşısında daim aciz qalmış və bu 

danılmaz həqiqət yaddaşlara nüfuz etmişdir. Bu böyüklük özünü həmin mənfur xalqın pislik, naqislik elədiyi və bunun 

ədalətli qarşılığı  olaraq adekvat münasibət görməli olduğu halda, əksinə, yaxşılıqla qarşılanmasında göstərir.  

Romanda  İmirxanlı, Uğurlu, Qarakəlləoğlu, Dəmir kişi, Arıq, Aşıq Ayvaz, Balacahunlu, Acaryan, Ulubabayan 

Simukyan Şaliko Simukyan Şaliko  və s. bu kimi obrazlar silsiləsi əsərin əsas ideyasının açılmasında aparıcı rol oynayır. 

Əsərdə  təsvir olunan hadisə  və obraz bolluğu vasitəsilə erməni ideolgiyasının mahiyyətinə baş vurulur, bütün 

eybəcərliyi ilə qarşımıza çıxır. Yazıçı İmirxanlı obrazını yaratmaqla özünün düşüncələrini, hisslərini, yaşadıqlarını oxucuya 

çatdırır, erməninin bir addım türkdən irəli olmasına belə izah verir: “...Erməni nə aran adamına oxşayır, nə dağ adamına, 

...oxşadığı, bənzədiyi torpağı tapa bilməzsən...çünki vətəni yoxdu, bu mənada erməni xalqı bir az vağzal uşaqlarına oxşayır. 

Ona görə də bizdən ayıqdılar, bizdən çoxbilmişdilər...gözləməyi, səbrli olmağı bacarırlar, ona görə də hamı onları tanıyır"...   

İstər akademik Ulubabyan, istərsə  də  dəriyığan Aped, bazarkom Civan, Şaliko Sumikyan, Siranuş, Seda Sevortyan, 

Mkrtıç Ulubabyan kimiləri fərqli insanlar olmasına baxmayaraq, onları birləşdirən türkün böyüklüyünü içlərində  qəbul 

etmələri, bunu büruzə vermədən ona qarşı hamıda nifrət hissinin aşılanması, “Hayastan” adlı vətən qurmaq arzusu, separatçı 

erməni ideyalarının təbligidir. 

Əsərdə folklor poetikasına, etnoqrafik elementlərin təsvirinə də geniş yer ayrılmışdır. Bu baxımdan "Telək oyunu"n 

təsviri diqqəti cəlb edir. Papağın quzuya dönməsi, balası ölən qoyunun onu quzusu kimi qəbul etməsi hamını təəcübləndirir, 

buna şübhə ilə yanaşanların da fikrini dəyişdirir, insanları buna inanmaga vadar edir. 

Milli yaddaş probleminin istər nəsr, istər poeziya, istərsə  də dramaturgiya sahəsində  təsviri Mövlud Süleymanlı ilə 

yanaşı, digər qələm sahiblərinin yaratdıgı və bundan neçə on illər sonra belə yazacaqları sənət əsərlərinin başlıca mövzusu 

olaraq qalacaqdır. Əsər milli özünüdərk, milli kimliyimiz, yaxın və uzaq tarixi keçmişimizi unutmamağa, mənfur erməni 

ideolgiyasının  əsl niyyətini qarşıya qoyur, düşmənçilik, qəddarlıq toxumları ilə yetişən bir millətin cılızlığını göstərir, 

gələcəyə sayıqlığı təlqin edir, yatmış yaddaşlara işıq salmağa çağırır.  

 


Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin