NGC 5548 QALAKTIKASININ UZUNMÜDDƏTLI SPEKTRAL TƏDQIQI
Ülviyyə BƏŞIROVA, N.Z.İSMAYILOV
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
ulviyya.b@mail.ru
AZƏRBAYCAN
NGC 5548 parlaq və aktiv nüvəli Seyfert I tipli qalaktikadır, barı yoxdur, linzavari quruluşu var. Spiral qollar çox
sıxdır, quyruqşəkilli çıxıntısı var. Qalaktikaya qədər məsafə təqribən 75 Mps~245 ·10
6
i.i. təşkil edir. Güclü radiomənbədir.
Bu tip qalaktikaların tədqiqində əsas problem nüvənin aktivlik mexanizmini aşkar etməkdir.
Spektral müşahidələr göstərmişdir ki, spektral xətlər üç qrupa bölünür. Bunlargenişxətləroblastı (GXO),
nazikxətləroblastı
(NXO)
vəudulmaxətləridir.Kəsilməzspektrdəşüalananselləşüalanmaxətlərininəlaqəsininöyrənilməsigenişxətləroblastlarınındiaqnosti
kasıüçünənvacibməsələlərdəndir.GXOşüalanmaxətlərivəkəsilməzspektrindəyişməsiniöyrənmək,
şüalananoblastlarınhəndəsiölçülərinivəstruktutunutəyinetməyəimkanverir.
Bu məruzədə NGC 5548 qalaktikasının IUE arxivindəngötürülmüşultrabənövşəyi (UB) spektrlərinin ölçmələrinin
nəticəsi verilir. İşin məqsədi geniş şüalanma xətlərinin parametrlərinin uzun müddət ərzində 1979-1993 illərdə dəyişməsini
öyrənməkdir. Bu işdə CIV λ 1550 Å, CIII] λ1909 Å, MgII2800 Å xətləri haqqında nəticələr verilir. Bundan başqa, biz
bax;lan diapazonda 6 dalğa uzunluğu üçün kəsilməz spektrdə şüalanma selini qiymətləndirmişik. Göstərilən şüalanma
xətlərinin profilində xətlərin dərinliyi və yarımeni ölçülmüşdür. Ölçmələr λ 1000-3000 Å diapazonu əhatə edən 250
spektroqram üzrə aparılmışdır. Spektral ayırdetmə 6 Å təşkiledir. Cəmi 150 ədəd SWP (λ 1000-2000 ÅÅ), 101ədəd LWP
(λ 2000-3000 ÅÅ) tiplispektroqramlar ölçülmüşdür. ölçmə xətaları şüalanma xətlərinin dərinliyində (intensivliyi) R±5%,
xətlərin yarımenində ±10%təşkil edir. İşdə aşağıdakı nəticələr alınmışdır:
1. Həm baxılan spektral xətlərin intensivlikləri, həm də kəsilməz spektrdə şüalanma seli zamana görə qısamüddətli və
uzunmüddətli xaotik dəyişmələr göstərir.
2. Həm baxılan şüalanma xətlərinın intensivlikləri arasında, həm də kəsilməz spektrlə şüalanma xətlərinin intensivlikləri
arasında yüksək dərəcədə korrelyaslya aşkar olunur. Şüalanma xətlərində korrelyasiya düz, şüalanma xətləri ilə kəsilməz
spektr arasında tərs korrelyasiya müşahidə olunur. Dalğa uzunluğu fərqi artdıqca korrelyasiya zəifləyir (Şəkil 1).
|