Microsoft Word Materiallar Full


AVİASİYANIN ATMOSFERİN ÇİRKLƏNMƏSİNƏ TƏSİRİNİN



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə98/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   94   95   96   97   98   99   100   101   ...   1149
 

AVİASİYANIN ATMOSFERİN ÇİRKLƏNMƏSİNƏ TƏSİRİNİN  

QARŞISININ ALINMASI ÜSULLARI 

 

Lalə ƏSƏDOVA 

Milli Aviasiya Akademiyası 



lalochka128@gmail.com 

AZƏRBAYCAN 

 

60-cı illərin əvvəllərindən etibarən elmi-texniki tərəqqi hava xidməti orqanının iş xarakterinin dəyişməsinə ciddi təsir 



göstərib. Avtomatlaşdırılmış meteoroloji stansiyalar vasitəsilə hava nəqliyyatının təhlükəsizliyi demək olar ki, yüksək 

səviyyədə təmin edilmişdir. Daha rahat, sürətli və təhlükəsiz olan aviasiya nəqliyyatına olan təlabatın günü-gündən artması, 

onun atmosferə təsirini sürətləndirmişdir.  

Hələ keçən  əsrin 70-ci illərində qeyd olunmuşdur ki, səsdən iti uçan stratosfer təyyarələrinin uçuşları, raketlərin, 

xüsusi ilə də “Şattların” kosmik fəzaya buraxılması intensiv sürətdə ozonun dağılmasına səbəb ola bilər. Bəzi hesablamalar 

göstərir ki, ozon təbəqəsinin 8-10% azalması troposferə  əlavə olaraq 0,5-0,6 % yüksək enerjili günəş  şüalarının daxil 

olmasına gətirib çıxarır ki, bu da planetdəki iqlimin qlobal dəyişməsinə  və anomal-fəlakət hava təzahürlərinə  səbəb ola 

bilər. 


Hazırda yanacağın yandırılması  nəticəsində, atmosferə daxil olan küllü miqdarda karbon qazı  nəinki onun qaz 

qarışığının tərkibinə  təsir edir, həmçinin atmosferin ümumi təzyiqini də bir qədər artırır. Fərz etsək ki, 2100-cü ildə 

atmosferdəki karbon qazının həcmi 2 dəfə artıb, 0,035- dən 0,07%- ə çatarsa buna uyğun olaraq təzyiqin orta qiymətinin 

artımı yer səthinə yaxın temperaturun təqribən 

3

10

8



,

7



K artmasına gətirib çıxaracaqdır.  

Nəzərə almaq lazımdır ki, aviasiya nəqliyyatı atmosferin kimyəvi tərkibini dəyişməklə bərabər həmçinin səs zərbəsi ilə 

ətraf mühitə böyük miqyasda təsir göstərir. 

Ətraf mühitin çirklənməsinə  nəqliyyat vasitələrinin təsirinin qarşısının alınması üçün tədbirləri həyata keçirmək 

lazımdır. Məsələn,insan sağlamlığını üçün təhlükəli olan nəqliyyat vasitələrinin tullantılarının  və  zərəli maddələrinin 

atmosferə tullanmasının qarşısının alınması, yanacağın daha sərfəli alternativ vasitələrlə əvəzi olunması, çox enerji işlədən 

nəqliyyat vasitələrindən istifadənin azaldılması. 

Ətraf mühitin çirklənməsinin və  əmələ  gələ biləcək təhlükəli hadisələrin qarşısının alınması üçün insan sağlamlığı, 

həmçinin hava və su mühiti üçün təhlükəli olan nəqliyyat vasitələrinin təsirini azaltmaq,  dünya miqyasında nəqliyyat 

vasitələrində yanacaqdan yüksək qənaətlə istifadəsini tətbiq etməyə icazə vermək, nəqliyyat vasitələrində alternativ 

mənbələrlə  işləyən (neft mənşəli olmayan) yanacaq- energetika resurslarından istifadəyə üstünlük verməkçox vacib 

faktordur. 

Hava nəqliyyatının ekoloji təhlükəsizliyinin artırılması  məqsədilə    aviasiyanın  ətraf mühitə  zərərli təsirinin aşağı 

salınması sahəsində Beynəlxalq Sərnişin Aviasiya Təşkilatının tövsiyyəsi ilə dövlət uzundövürlü siyasətinin müəyyən 

edilməsi nəzərdə tutulmuşdur. Bu siyasətə aşağıdakılar daxildir: 

1. Aviasiya texnikasının yenidən qurulmuş və sertifikatlaşdırılmış tələbnamənin planına uyğun artılması; 

2. Ekoloji göstəricilərinin aşağı olduğu, istifadəsinə məhdudiyyət qoyulmuş Rusiya Federasiyasının hava gəmilərinin 

hazırlığının həyata keçirilməsi; 

3. Ekoloji təkminləşdirilmiş hava gəmilərinin və ya onların əvəz edicisinin istismarının iqtisadi stimullaşdırılması; 

4. Hava yolunun, hava dəhlizinin, uçuş üçün plana alınmış ərazinin, aeroportların yaxınlığındakı torpaqlardan istifadə 

qaydasının radiosional təşkilatının quruluşunun yaxşılaşdırılması; 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin