4) Məlumata Nəzarət:
PLC ilə məlumat toplama, araşdırma və emal son illərdə inkişaf etmişdir. PLC-lər nəzarət etdiyi proses haqqında
məlumat toplayıcı olaraq istifadə edilə bilər. Sonra bu məlumat, nəzarət edicinin yaddaşındakı istinad məlumat ilə müqayisə
edilər və hesabat almaq üçün başqa bir cihaza köçürülə bilər. Bu tətbiq də böyük vəsait emal sistemlərində və kağız, metal
və yemək emalı kimi bir çox prosesdə istifadə edilir.
PLC ilə releli sistemlərin müqayisəsi
a) PLC ilə daha yüksək səviyyədə avtomatlaşdırılma mümkündür.
b) PLC-li sistem daha uzun müddət texniki dəstəksiz işləyir və ortalama texniki dəstək müddəti daha azdır.
c) Texniki tələblər dəyişib artdıqca, plc-li sistem az bir dəyişikliklə ya da heç bir dəyişiklik edilmədən yeniliyə
adaptasiya edilə bilir, amma releli sistemlərdə bu olduqca çətindir.
d) PLC-lər daha az bir yer tutur və enerji xərcləyirlər.
Dostları ilə paylaş: |