II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
579
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
olan AMEA sisteminin bütün institut və təşkilatları İnternetə qoşulmuşdur. Bununla yanaşı bir çox məsələlərin həlli də
həyata keçirməlidir:
Kitabxana-informasiya resuslarının tam elektronlaşdırılması;
Müasir informasiya resuslarından alim və mütəxəssislərin sərbəst istifadə imkanının yaradılması;
Rəqəmsal kitabxanalar şəbəkəsinin yaradılması və sərbəst istifadə edilməsi;
ET-da kompüter modelləşdirmənin, statistik təhlil və s. kimi müasir tədqiqat metodlarının tətbiqi;
Beynəlxalq Elmi verilənlər bazasına girişin təmin olunması;
Elmi informasiyaların ümumiləşdirilməsi, sistemləşdirilməsi vasitələrinin işlənməsi;
İnformasiya mərkəzləri və kitabxana fondları arasında səmərəli əlaqənin qurulması;
Alim və mütəxəssislərin müəlliflik hüququnun tanınması və qorunması;
Elektron kəşflərin hüquqi statusunun müəyyənləşdirilməsi və s.
Son illər dünyada informasiya cəmiyyətinin formalaşması prosesi baş verir ki, bu cəmiyyətdə informasiya və biliklərin
istehsalı, əldə edilməsi, yayılması və təcrübədə tətbiqi sosial-iqtisadi inkişafın başlıca hərəkətverici qüvvəsinə çevrilmişdir.
Kitabxanalarda, muzey, arxiv və s. digər elm və mədəniyyət müəssisələrində toplanan informasiya kütlələri bu prosesdə
başlıca rol oynayır. Bir çox beynəlxalq proqram və layihələrdə ( məs., YUNESCO-nun “Informasiya hami üçün” və s.)
mədəniyyət sahəsinin informasiyalaşdırılmasına, mədəni müəssisələrdə İKT əsasında yeni xidmət növlərinin inkişaf
etdirilməsi, mədəni və elmi irsin rəqəmsallaşdırılması və onlara açıq çıxışın təmin olunması, elektron kitabxanaların
yaradılmasına böyük diqqət yetirilmişdir. Bildiyimiz kimi İnformasiya texnologiyaları anlayışı geniş mənada
informasiyanın yaradılması, ötürülməsi, saxlanılması, qəbulu və s.-nin bütün sahələrini əhatə edir və bu yalnızca kompüter
texnologiyalarına aid deyil. Ancaq çox zaman İT kompüter texnologiyaları ilə assosiasiya olunur və bu da təsadüfi deyildir.
Çünki kompüter texnologiyalarının yaranması İT-nı yeni bir mərhələyə qaldırdı. Informasiyanın əsas toplandığı yer isə
məlum olduğu kimi kitabxanalardır. Bu günün kitabxanalarını yeni informasiya texnologiyarından ayrı düşünmək qeyri-
mümkündür. Müasir dövrdə kitabxanalarda İKT-nın bir sıra növlərindən istifadə edilir: şəbəkə texnologiyası, elektron poçt,
axtarış sistemləri və s. Dünyada çap və audiovizual irsin rəqəmli formaya keçirilməsi prosesi aktiv şəkildə gedir. Məhz
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsinin məhsulu olan elektron kitabxanalar alim və
mütəxəssislərə bir sıra yeni mühüm imkanlar yaradır. Belə ki, onlar özlərində görünüşünə, növünə görə müxtəlif,
mətnşəkilli, həm də istənilən digər informasiya növlərini, məs., şəkil, xəritə, audio, video və hətta virtual laboratoriyaları da
əks etdirə bilir. Əlbəttə ki, bütün bu texnologiyaların özünün çatışmayan çəhətləri vardır və bizim də məqsədimiz bütün bu
üstünlükləri və çatışmazlıqları araşdırıb öyrənməkdir.
Fəaliyyəti tədqiq edilən AMEA Mərkəzi Elmi Kitabxanası geniş istifadəçi kontingentinə xidmət edir. Kitabxananın
üzərinə daha geniş perspektivli xidmət üsullarının həyata keçirilməsi kimi məsuliyyətli iş düşür. Son illərdə kitabxana İKT
sahəsində bir sıra maraqlı layihələr üzərində işləməkdədir. Kitabxana qəbul edilmiş Dövlət Proqramı və onun respublikada
həyata keçirilməsi istiqamətində kitabxana–biblioqrafiya proseslərinin avtomatlaşdırılması, Elektron kataloqun yaradılması
və istifadəçilərə fasiləsiz on–line xidmətləri göstərilməsi, informasiya mərkəzinin yaradılması və digər həlli vacib
məsələləri yerinə yetirmişdir. Azərbaycanda kitabxana işinin inkişafı və dünya standartları səviyyəsinə çatdırılması
mərhələsinin formalaşdırılmasında kitabxanamız öz layiqli töhfələrini vermişdir. Kitabxanada Rusiyanın EBNİT
Assosiasiyasının İRBİS–64 Avtomatlaşdırılmış Kitabxana–İnformasiya sistemi proqram təminatı tətbiq edilərək kitabxana–
biblioqrafiya proseslərinin tam avtomatlaşdırılması həyata keçirilmişdir. Kitabxana prosesləri tam avtomatlaşdırılmaqla,
kitabxanada kitabların kataloq kartoçkaları, formulyarlar, kitabxana statistikası, oxucu qeydiyyatı, kitab verilişi,
komplektləşdirmə, nüfuzlu ad faylları, sənədin elektron çatdırılması, tam mətnli xidmət və ümumilikdə bütün kitabxana
xidmətlərinin kompleks avtomatlaşdırilması kimi bütün proseslər günün tələbləri səviyyəsində çatdırılmışdır. Kitab, ardı
davam edən nəşrlər, DVD, CD və dövri mətbuat materiallarının maşınla oxuna bilən kataloqları və sistemdən çıxan kağız
kataloqları da hazırlanmışdır. Oxucu artıq kitabxanamıza daxil olduğu andan qısa bir müddətdə sorğusuna konkret cavab ala
bilir . Respublikanın kitabxana işi tarixində ilk təcürbə olan bu Toplu kataloqdan istifadə, Azərbaycan Respublikası
Prezidentinin 2013–cü ilin Azərbaycan Respublikasında “İnformasiya–kommunikasiya texnologiyaları ili” elan edilməsi
haqqında 2013–cü il 16 yanvar sərəncamının yerinə yetirilməsi sahəsində ilk yenilik kimi Azərbaycan kitabxanaşünaslıq
tarixində öz sözünü deyəcəkdir. Odur ki, Toplu kataloq region kitabxanalarından tutmuş, kütləvi şəhər kitabxanalarına kimi
bütün kitabxanaların kitab təsvirlərinin təsnifatın ən son əlavə və dəyişikliklərinə uyğun təsvir edilməsinə imkan verir.Toplu
kataloqun yaradılması və ondan istifadə istər ənənəvi kitabxanaçılıqda, istərsə də müasir kitabxanaçılıqda kitabxanaçı
əməyinin asanlaşdırılması istiqamətində böyük müsbət üstünlüklər verir. Toplu kataloqda axtarış nəşrin tipi, növü, geniş,
sadə, lüğət, rubrikator, KBT, açar söz, müəllif, nəşr ili, sərlövhə irbis axtarış növlərinin daxilində isə bölünmüş axtarış
ünsürləri 42-dən artıqdır ki, bunu da axtarışda əyani göstərmək yolu ilə daha aydın görmək olar. Artıq respublikanın
kitabxanalarının çoxu avtomatlaşdırılmışdır. Bununla belə, avtomatlaşdırılmış kitabxana informasiya sistemlərində bəzi
çatışmayan xüsusiyyətlər vardır ki, bunların da araşdırılıb aradan qaldırılması mütəxəssislərin üzərinə düşür. Sonda onu
qeyd etmək lazımdır ki, müasir informasiya-kommunikasiya texnologiyaları olmadan kitabxana işində heç bir inkişafdan,
|