PROQRAM TƏMİNATI TESTLƏRİN AVTOMATLAŞDIRILMASI
Günel SƏMƏDOVA
Qafqaz Universiteti
samadovagunel@gmail.com
AZƏRBAYCAN
Giriş.Sınaq sözü altında adətən proqram təminatının keyfiyyətini qiymətləndirilməsi və yaxşılaşdırılması üçün həyata
keçirilən fəaliyyət başa düşülür. Ümumiyyətlə, sınaq proqram sistemində olan qüsurları və problemləri aşkar etməkdə
əsaslanır.
Proqram təminatı sınaqların avtomatlaşdırılması – başlatma, icra, təhlil və nəticələrin çatdırılması kimi əsas
funksiyaları həyata keçirən avtomatlaşdırılmış test üçün istehsal olunan alətləri istifadə edərək, proqram təminatının sınaq
prosesidir.
Avtomatlaşdırılmış test üçün alət – sınaq skriptlərin yaradılmasını, sazlamasını (debugging), icrasını və nəticələrin
təhlilini həyata keçirən proqram təminatıdır.
Sınaq skripti – proqram təminatının müəyyən parçasını avtomatik yoxlamaq üçün hazılanmış təlimat dəsti.
Proqram təminatının test edilməsi testlərin məhdud dəstində proqram davranışının dinamik yoxlamasından ibarətdir.
Testlər proqramın normal halda icra olunan fəaliyyətlərindən seçilir və sistemdən uyğun olan davranışı təmin edir.
Dostları ilə paylaş: |