II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
587
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
QRAF VERİLƏNLƏR MODELİ VƏ RDBMS MODELİ İLƏ MÜQAİSƏLİ TƏHLİLİ
Həsənağa MƏMMƏDOV
Qafqaz Universiteti
info@hasanaga.info
AZƏRBAYCAN
Bu məqalədə qraf verilənlər baza modelindən bəhs edilib, Qraf verilənlər bazası idarəetmə sistemlərindən ən məşhuru
Neo4j və Cypher sorğu dili ilə tətbiqi məsələ həll edilmişdir. Qraf modeli müxtəlif elmi, biznes sahələrində tətbiq edilir.
Qarışıq verilənləri təsvir etmək üçün çox əhəmiyyətlidir. Hansı tip məsələlərin həllində daha yaxşı nəticə göstərməsi
məqalədə təsvir edilmişdir.
20-ci əsrin sonunda İnternetin, elektron hesablama maşınlarının kəşfi informasiya inqilabına səbəb oldu və
informasiyanın saxlanması, yenidən email edilməsi kimi problem meydana gəlməyə başladı. İnformasiyanı komputerdə
təhlükəsiz saxlamaq üçün verilənlər bazası idarəetmə sistemlərində istifadə olunur. Verilənlər Bazası tarixi inkişaf yolunu
keçərək günümüzdə demək olar ki, istənilən sahədə uğurla tətbiq olunmaqdadır.
Verilənlər bazasının aşağıdakı modelləri vardır.
İerarxik model - verilənlər bazası ağacşəkilli (ierarxik) təşkil olunur
Qraf modeli – verilənlər bazası qraf şəklində təşkil olunur
Relasiya modeli – verilənlər cədvəllərdə yerləşdirilir və bu cədvəllər arasında əlaqə yaradılır.
Obyektyönümlü model – bazanın ayrı-ayrı yazıları obyekt şəklində təşkil olunur.
Relyasiya modeli hal-hazırda daha çox istifadə olunan baza modelidir. Oracle, MySql, Sql server və s. kimi VBİS-lər
(verilənlər bazası idarəetmə sistemləri) bu modeldən istifadə edir.
Əgər verilənlərdə çox sayda və çox növdə əlaqələr varsa- xaotik modelə sahibdirsə və obyektlər arasında əlaqələri
sorğu vermək üstünlük təşkil edirsə verilənləri Qraf modelində təsvir etmək daha əlverişlidir. Bu cür əlaqəli verilənləri
relyasiya ilə təsvir etdikdə sorğu verilən zaman çoxlu sayda “Join” əməliyyatından istifadə edilir və nəticədə performans
aşağı düşür. Relyasiya modeli belə hallar üçün əlverişli deyil. Əgər qoyulan məsələdə obyektlər arasında çoxun-çoxa əlaqə
növü üstünlük təşkil edirsə Qraf verilənlər bazası modelindən istifadə etmək məqsədəuyğundur. Qraf verilənlər bazası bu
günün biznes, elm sahələrinə nüfuz edən sahədir. İnsanlar arasında qohumluq əlaqələri, sosial şəbəkələrdən tutmuş
mürəkkəb gen, protein hüceyrələrinin təsviri və analizində, çoğrafi informasiya sistemlərində uğurla tətbiq edilir.
Naviqasiya sistemlərində ən qısa marşrutu tapmaqda, şəbəkə tapologiyasında – informasiyanı şəbəkədə ötürmək üçün ən
qısa yolu tapmaq üçün, istifadə edilir. Graf verilənlərin bazasının tətbiq sahələrini aşağıdakı kimi qruplaşdırılır.
Sosial şəbəkələr
Sənaye
Xəritədə yolun tapılması
Çoğrafi alqoritmlərdə
Fırıldaqçılığın qeydə alınmasında
Multi-tenancy – mutli-icarə
Dependency mapping - Asıllığın xəritəsi
Bioinformatika
natural language processing – təbi dil emalı
Qraf verilənlər bazasının xarakteristikaları aşağdakılardır:
Düyünlər (node) və əlaqələrdən (relationships) ibarət olur.
Düyünlərin və əlaqələrin xassaləri (properties) olur.
Əlaqələrin adları, istiqamətləri, başlanğıc və sonu olur.
Qraf modelinin sadə struktura malik olmasına baxmayaraq mürəkkəb məsələlərin həllində tətbiq edilir. Sosial
şəbəkələrdə tətbiqinə Twitter sosial şəbəkəsinin nümunəsində aşağıdakı kimi olur.
B
C
A
D