Microsoft Word Materiallar Full


B2G (business to government) modeli



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1026/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1022   1023   1024   1025   1026   1027   1028   1029   ...   1149
5.B2G (business to government) modeli- “ firmadan dövlətə” adlanan bu model B2B modelinin bir növüdür. Fərqli 

cəhət ondadır ki, bu modeldə firmalardan biri rolunda dövlət çıxış edir. 



6.G2B (government to business) modeli- “dövlətdən firmaya” modelində əsas təklif edən tərəf dövlət hesab edilir. Belə 

model dövlət tərəfindən şirkətlərin cəlb olunduğu auksion, tender və digər bu kimi təkliflərdən ibarətdir.



 

Elektron ticarət prosesini həyata keçirmək üçün təklif olunan xidmətlərə uyğun modelin qurulması vacibdir. Təklif 

etdiyim elektron sifariş modeli  B2C modelinə aiddir. Çünki su sifarişləri üçün nəzərdə tutulmuş bu modeldə ticarət 

əlaqələri firma ilə müştəri arasında aparılır. Sistemin layihələndirilməsi zamanı ilk öncə firmanın bütün şərt və qaydaları 

nəzərə alınmışdır.  

Model baza, qeydiyyat, giriş, sifarişlər, hesabat və hesablar hissələrindən ibarətdir. Bütün bu hissələr  bir – biri ilə 

əlaqələndirilir. Ümumiyyətlə sistemin admin və istifadəçi tərəfləri olur ki, admin sistemdə  hər cür dəyişiklər etmək 

,məlumatları silmək imkanlarına malik olduğu halda istifadəçi tərəfdə bu hüquqlar məhduddur. Belə ki, qeydiyyatdan 

keçmiş müştərilər yalnız öz məlumatlarında təkrar dəyişikliklər edə ,sifariş verə və öz hesablarını görə bilərlər. 

Ümumilikdə modelin şirkət üçün ən böyük üstünlükləri ondan ibarətdir ki, şirkət haqqında bütün məlumatlar qurulmuş 

sistem vasitəsilə birbaşa müştərilərə çatdırılır. Həmçinin müştərilər bütün məlumatları elektron görə bilmək imkanına malik 

olduqlarından hər hansı bir səhv məlumat daxil olarsa elektron şəkildə şirkətə müraciət edə bilirlər. 

Təklif olunan model istifadəçilər üçün rahat və aydın istifadə imkanları yaradır. Sistemə daxil olan müştərilər 

qeydiyyatdan keçdikdən sonra çox rahat şəkildə istədikləri məhsulu sifariş edə bilərlər. Çatdırılma prosesindən sonra 

nəticələr operator tərəfindən sistemdə müştərinin hesabına daxil edilir. Sifarişlər çatdırıldıqdan sonra təkrar hesabına daxil 

olan müştəri burada etdiyi alış – verişin nəticəsini görə bilər. Hər bir müştəri üçün bazada müvafiq yer ayırmış sistem,  

istifadəçilərə abunəlik dövründəki bütün sifariş və çatdırılmalarının siyahısını görməyə imkan verir. 

Ünvan , telefon nömrəsi və s. kimi şəxsi məlumatları  dəyişmiş müştərilər özləri hesablarına daxil olaraq müvafiq 

dəyişiklikləri edə bilərlər.  Optimal çatdırma problemlərinin həlli üçün isə sistemdə xüsusi xidmət mövcuddur ki , oradan 

müüntəzəm olaraq müştərilərə sifarişlərinin çatdırılma vaxtı haqqında məlumat  SMS və ya email vasitəsilə göndərilir. 

Beləliklə  də elektron ticarət təmin edən bu model həm müştərilərin rahat istifadəsinə   şərait yaradır, həm də şirkətin 

satış imkanlarını genişləndirir. Bütün məlumatların elektron şəkildə müştərilərə  təqdim edilməsi  şirkətlə müştəri arasında 

yarana biləcək anlaşılmazlıqları aradan qaldırır. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1022   1023   1024   1025   1026   1027   1028   1029   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin