II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
583
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Lakin hazırda Azərbaycan təhsili bir çox istiqamətələrdə kompyuterin,internetin imkanlarından lazımi qədər faydalan-
mır. Məsələn , aydındır ki hazırda ölkəmizdə bir çox məktəblərdə müəllimlərin kompyuterləşmə istiqamətində biliklərində
əksikliklər var.Bu əksiklikləri aradan qaldırmaq üçün Təhsil nazirliyi hər müəllimi kursa göndərməli , təlim keçməli və
təlimin nəticəsində sertifikat verməlidir.Lakin internetdən istifadə etməklə bunu asan şəkildə , vaxt itkisi olmadan ,
sərfiyyatı azaltmaqla həyata keçirmək olar.
Saytın ümumi strukturu
Web sayt Administrativ panel və istifadəçi interfeysindən ibarətdir .
Administrativ paneldə imtahan variantlarının yaradılması ( suallar,cavablar,düzgün cavablar , fənnin-mövzunun adı,
imtahanın tipi, verilən vaxt, balın hesablanma qaydası və.s. )
İstifadəçilərin imtahanda iştirakını təmin etmək .
Nəticələri imtahandan dərhal sonra və ya fərdi yoxlanmadan sonra istifadəçilərə elan etmək .
Nəticələri saxlayıb müxtəlif statistik məlumatlar çıxarmaq .
Modulun üstünlükləri və yenilikləri:
Azərbaycan təhsil sistemi üçün bu sistemin bir sıra faydaları olacaq . Belə ki ,
Modul web platformasında (http) çalışdığından hər hansı instalyasiya işlərinə gərək duymur, internet bağlantının olması
kifayət edir .
Moduldan bütün ölkəboyu istifadə etmək mümkündür və bu məsafə, regionlarda təşkilati işlər, yol xərcləri və.s.
amilləri aradan qaldırmağa səbəb olur .
Moduldan həm ölkəboyu tələbələr və ya şagirdlər arasında hansısa imtahan/yarışma keçirmək, həm də müəllimlər üçün
hər hansı sertifikatlaşdırma keçirmək mümkündür.
Modul təhlükəsiz WordPress Codex qaydalarında proqramlaşdırıldığından daim inkişafa açıq və kollektiv redaktə üçün
anlaşılan struktura malikdir.Modulun perspektiv tətbiqinə dair şərti nümunə:
İnformatika fənnindən müəllimlər sertifikasiyadan keçməlidir. Bunun üçün verilmiş 1 saat ərzində 100 suala cavab
verilməlidir. Suallar test formatındadır ( Gələcəkdə açıq suallarınn da daxil edilə bilməsi mümkün olacaq ) . İki cür
realizasiya mümkündür :
1. Müəllimlər hər biri öz evindən daxil olaraq imtahanın aktiv olma intervalında özlərinə uyğun saatı seçərək imtahana
başlayır və öz unikal İD-sini daxil edərək imtahana start verir. Hər İD bir dəfə istifadə edilə bilər deyə təkrar cəhd mümkün
deyil və müəllim məhz verilmiş 1 saat ərzində mütləq testləri cavablandırıb nəticəni göndərməlidir. Nəticələr avtomatik
hesablanır bazada saxlanılır. Daha sonra administrator nəticələri emal edir.
2. Daha obyektiv imtahan təşkil etmək üçün imtahana giriş yalnız xüsusi parolla mümkün olur, o parolu da ancaq
məktəblərdə xüsusi auditoriyalarda təşkil edilmiş imtahan nəzarətçiləribilir. Müəllimlər də oraya qrup halında daxil olaraq
kompüterlərdə onlara orada verilən parolu daxil edərək imtahana start verir və 1 saat müddətində cavabları göndərib
təsdiqləyir. Administrator daha sonra avtomatik hesablanmış nəticələri emal edir.
Nəticə
Modul təhsil sektorunda geniş sferada tətbiq edilə bilər. Hazırki işlənilən ilkin versiyada nisbətən sadə forma , online
imtahan prosesi və sadə sertifikatlaşdırma sistemi həyata keçiriləcək. Gələcəkdə isə modulun imkanları genişləndirilərək
daha böyük detalları özündə ehtiva etmiş olacaq.
Layihələndirilən onlayn imtahan sertifikatlaşdırma saytı Azərbaycan Təhsil sistemində olan bir sıra əksiklikləri aradan
qaldıracaq.Saytın qurulmasında əsas üstünlüklər sertifikatın alinmasının hər bir müəllim üçün əlçatan olması , qısa zamanda
Təhsil Nazirliyinin daha çox müəllim üçün imtahan kecirməsinin mümkünlüyüdür.Bunlardan başqa moduldan təhsil
yönümlü digər saytlarda da bir ayrıca bölmə olaraq istifadə edilə bilər. Məsələn: hər hansı təhsil yönümlü saytda viktorina,
sınaq testi, imtahan və.s.
Dostları ilə paylaş: |