Microsoft Word Materiallar Full


TƏBİİ KOMPOZİTLƏRİN NANOSTRUKTURLARININ MORFOLOGİYASININ TƏDQİQİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə104/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   100   101   102   103   104   105   106   107   ...   1149
TƏBİİ KOMPOZİTLƏRİN NANOSTRUKTURLARININ MORFOLOGİYASININ TƏDQİQİ 

Şərəfxanım ALIYEVA, Asudə OMARLI 

Azərbaycan Texniki  Universiteti 



geldar-04@mail.ru 

AZƏRBAYCAN 

 

Təqdim olunan işdə balığın pulcuğu və üzgəcləri kimi mineral əlavəli təbii polimerlər üzərində tədqiqat aparılmışdır. 



Pulcuğun səthininöyrənilməsi zamanı çoxsayli üsullardan istifadə olunur. Tədqiqat elektron “Solver Next” markalı elektron 

zond mikroskopunda və optik mikroskopda aparılmışdır.  Bsalığın su altında yuyulmuş pulcuqları  



C

50



 temperaturuda  

qurudulur və üzərində  tədqiqat aparılır. Səthin morfologiyası 2D və 3D ölçüdə profiloqramması qeyd olunmaqla, balığın 

yan xəttlərinin və üzgəclərinin ölçülərinin müəyyən edilməsi öyrənilmişdir.   Tədqiqatın nəticəsi olaraq balıq pulcuqlarının 

səthinin təsvirləri alınmış polimer kompozisiya materialları konsepsiyası əsasında analizləri aparılmışdır. Elektron zond və 

optik mikroskoplarla alınmış  təsvirlər diffuziya ilə  məhdudlaşan balıq üzgəclərində polimer nanokompozitlərin 

formalaşdırılmasına səbəb olan, təbii aqreqasiya prosesləri barədə məlumatlar almağa imkan verir (Viten – Sander modelinə 

müvafiq quruluş). Klasterlərin təkamülünü ifadə edən və onun hissələrinin inkişafına nəzarət etməyə imkan verən bu model 

təbii quruluşların da izah olunmasına imkan verir.  

Qeyd olunan üsullarla balıq pulcuqlarının və üzgəclərinin  səthlərinin morfologiyasının təhlili göstərmişdir ki, onlar 

nm

20

15



 ölçülü nanobirləşmələr olub, balığın skletinə, əzələlərinə xas olan fraktalabənzər xarakterə malikdir ki, bu da 

bütün balıqların hərəkət dinamikalarının yaxşılaşdırılmasına imkan verir. Balığın mühitdə yerdəyişməsi zamanı 

dinamikanın tənzimlənməsi ya gövdə əzələlərinin qısalması ya da döş üzgəclərinin əzələləri hesabına  baş verir. Kütümün 

pulcuqları  dəri daxilinə aparan yarıqlara nüfuz etmişdir. Onların altından başda davam edən  və oradan göz ətrafına ağız 

boşluğuna budaqlanan kanallar uzanır. (şəkil 1). Başda kanallar şaxələnir  sümüklərin içindən keçir,  və daxildən xaricə 

çıxıntılara malik olur.  

Təqdim edilmiş AQM təsvirlərin fraqmentlərində pulcuğun xarici səthindən keçən yan xəttin üzvləri, deşiklər aşkar 

görünür, onlar  pulcuqdakı yan xəttin uzununa kanalı boyunca düzülmüş  həssas hüceyrələr və sinirlərdir.  

Şəkil 1–də Kutum balığının pulcuğunun səthinin 3D miqyasında AQM təsvirinin fraqmentidir: kanal boyunca (ağ 

xəttlərlə göstərilmişdir) başdan quyruğa qədər  əlaqə yaradılır. Fərdi nanoadacıqlar  şaquli oxlarla göstərilmişdir. Qara 

xəttlərlə qarışıq  nanoformalı makroklasterlər  qeyd edilmişdir. Yan xəttin tutduğu kanallar spesifik ion tərkibinə malik 

maye ilə doldurulur. Kanalların divarlarından  ətraf mühitdən siqnal qəbul edən sinir ucluqları keçir. Yan xəttin  əsas 

mexanoreseptor vahidi, hər biri bir neçə  həssas telvari hüceyrəyə malik neyrokörpülərdir. Bu telvari hüceyrələr eşitmə 

orqanların hüceyrələrinə, sensorlara bənzəyir. Reseptor hüceyrələrinin neyrokörpülərində sinir liflərinin xüsusi 

budaqlanması sona çatır.  Reseptorların qıcıqlandırıcıları rolunu  su axını  və mühitin alçaqtezlikli rəqsləri oynayır.  

Nəticələrin müzakirəsi üçün üzgəcin optik mikroskopda çəkilmiş təsvirindən istifadə olunmuşdur. Şəkil 2 – də soldan sağa 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin