II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
595
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Müəllimlərin İKT avadanlıqları ilə davranış qaydaları və istifadəsi ilə əlaqəli fəaliyyətləri təhsil nazirliyinin və ya
aidiyyatı qurumların rəhbərliyi altında müxtəlif təşkilatlar və universitetlər tərəfindən aparıla bilər. Bu kurslar, müəllimlərin
fərdi İKT bacarıqlarını inkişaf etdirməyə istiqamətlənməlidir. Kursların nəticəsində müəllim fərdi olaraq İKT vasitələrindən
istifadə edərək ixtisası ilə əlaqəli müəyyən səviyyədə materiallar hazırlamağı bacarmalıdır.
Müəllimlərin İKT vasitələrinin təlim-tədris fəaliyyətində istifadəsi üçün təlim kurslarının təşkili daha vacib
məsələlərdəndir. Burada 2 əsas istiqaməti qeyd etmək lazımdır. Elektron dərsliklərin hazırlanması və bunların geniş istifadə
edilməsi. Elektron dərsliklərin hazırlanması prosesində müvafiq fənn və siniflər (I-XI) üzrə metodistlər və ya
vəzifələndirilmiş müəllimlərin (təlimçi müəllimlər) rəhbərliyi ilə müvafiq şirkətlərə tədris proqramları yazdırılmalıdır.
Proqramlar hazır olduqdan sonra proqramın istifadə qaydası təlimçi müəllimlərin rəhbərliyi ilə rayonlardan seçilmiş təlimçi
müəllimlərə izah olunur. Nəticə etibarı ilə hər rayonda müvafiq fənn və siniflər üzərə hazırlanmış proqramları bilən təlimçi
müəllimlər yetişir. Bu təlmiçi müəllimlərin rəhbərliyi ilə ümumtəhsil məktəblərindəki məllimlərə ən azı ildə 3 dəfə (tədris
ilinin başında, ortasında və sonunda) kurslar keçirilməlidir. Bu kurslarda müəllimlərin qarşılaşdıqları problemlər müzakirə
olunmalı, hazırlanan proqramda dəyişiklikər müəllimlərlə paylaşılmalı, bu proqaramların çatışmayan yönləri müzakirə
olunmalıdır. Bundan əlavə olaraq tədris fəliyyətinin gedişatı ilə əlaqəli fikirlər əldə etmək üçün təlimçi müəllimlər tədris ili
boyunca məktəblərdə yoxlamalar aparmalıdırlar.
Nəticə
Təklif olunan metod reallaşdırılmışdır. Beləki, 2011-2012-ci illərdə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə aid Türk
liseylərində metodistlər tərəfindən elektron dərsliklər hazırlanmışdır. 2012-2013-cü tədris ilindən etibarən bütün türk
liseylərində tədris fəaliyyətləri elektron lövhə üzərindən aparılmışdır. Proqram təminatı olaraq “Zambak yayınları”
tərəfindən hazırlanan şablon proqramdan istifadə olunmuşdur. Sonrakı illərdə isə şirkət öz proqarmını hazırlamışdır və
hazırda geniş istifadə edilməkdədir.
Ədəbiyyat :
1. http://hedb.meb.gov.tr/
2. http://e-qanun.az/print.php?internal=view&target=1&docid=5495&doctype=0
3. http://e-qanun.az/print.php?internal=view&target=1&docid=14766&doctype=0
4. http://www.ict.az/az/index.php?option=com_content&task=view&id=2141&Itemid=122
5. Seyidzadə E.V., Kompüter dəstəkli təlim üzrə müəllim kadrlarının hazırlanması və fənn müəllimlərinin təlimi
prosesinin səmərəli təşkili yolları, “Elm və təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi” II Beynəlxalq
konfransın materialları. Qafqaz Universiteti, 01-03 noyabr, 2007, səh. 212-216
Dostları ilə paylaş: |