KARDİOFƏAL THR1-PRO2-ALA3-GLU4-ASP5-PHE6-MET7-ARG8-PHE9-NH2
MOLEKULUNUN [MEGLU4], [MEASP5] ANALOQLARININ FƏZA QURULUŞU
Şəhla HACIYEVA
Qafqaz Universiteti
m-shahla@yandex.ru
AZƏRBAYCAN
Canlı bioloji orqanizmlərin yerinə yetirdikləri funksiyaları hüceyrələrdə tənzimləyici rol oynayan peptid molekulları
ilə bağlıdır. Bu molekulların quruluş-funksiya əlaqələrini öyrənmək böyük maraq kəsb edir. Neyropeptidlərin fəza
quruluşlarının öyrənilməsi bu molekulun yerinə yetirdikləri fizioloji, bioloji xüsusiyyətlərini araşdırmağa imkan verir.
Tədqiqatlara maraq həm də onunla bağlıdır ki, bu gün ürək-damar xəstəlikləri çox geniş yayılmışdır və bu peptidlər
göstərilən funksiyalardan başqa mühüm kardioloji xüsusiyyətlərə malikdir. Biomolekullarin quruluş və quruluş-funksiya
tədqiqatlarında düz və tərs quruluş məsələsi adlanan iki növ məsələ həll olunur. Düz quruluş məsələsində məlum aminturşu
ardıcilligina əsasən molekulun fəza quruluşu təyin olunur. Bu məsələnin həllindən sonra molekulun stabil konformasiyalari
yıgımı və konformasiya imkanlari məlum olur. Tərs quruluş məsələsi ondan ibarətdir ki, tədqiq olunan molekulun elə
analoqları sintez üçün təklif olunsun ki,onların hamısının birlikdə fəza quruluşları təbii molekulun stabil
konformasıyalarinin yığımını versin.
Bu işdə Thr1-Pro2-Ala3-Glu4-Asp5-Phe6-Met7-Arg8-Phe9-NH
2
molekulunun metilləşdirilmiş analoqları tədqiq
olunmuşdur. Məlumdur ki, metilləşdirilmiş aminturşuları maraqlı konformasiya xüsusiyyətlərinə malik olurlar. Azot
atomuna metil qrupu birləşdikdə aminturşu qalığınn özünün və ondan əvvəlki aminturşu qalığının əsas zəncirinin
konformasiya sərbəstliyinə ciddi təsir edir. Aminturşu qalığının özünün R oblastı qadağan olunmuş olur, B oblastı isə
enerjisinə və sahəsinə gorə L oblastına ekvivalent olur. Metilləşdirilmiş aminturşu qalığından əvvəl gələn aminturşu
qalığının əsas zəncirinin R formasının konrormasiyaları isə yüksəkenerjili olurlar. Buna görə də peptid zəncirə
metilləşdirilmiş L-aminturşu qalıqlarının daxil edilməsi eyni zamanda iki aminturşu qalığının əsas zəncirlərinin R
formalarının konformasiyalarını yüksəkenerjili edir.
Tədqiq olunan molekul FMRF-amid tetrapeptidinin homoloji biofəallığına aiddir və onun yeni nümayəndəsidir. Bu
molekul bir çox fizioloji: əzələ-sinir yığılmalarına nəzarət, kardiotənzimləyici, ağrıtəncimləyici kimi funksiyaları yerinə
yetirir. O, ürək-damar sisteminə təsir edir, məməlilərdə müəyyən davranış dəyişiklikləri əmələ gətirir, ürək döyünməsinin
sürətini tənzimləyir [1-2]..
Nonapeptid molekulun fəza quruluşu nəzəri konformasiya analizi üsulu ilə öyrənilmişdir. Molekulun potensial enerjisi
qeyri-valent(E
q
), elektrostatik(E
el
), torsion (E
t
)qarşılıqlı təsir enerjilərinin və hidrogen rabitəsi enerjisinin(E
h
) cəmi şəkilində
seçilmişdir. Qeyri-valent qarşılıqlı təsir enerjisi Lennard-Cons potensialı ilə Skott və Şeraqanın təklif etdiyi parametrlərlə
hesablanmışdır Molekulun konformasiya imkanları su mühitində öyrənilmişdir. İkiüzlü fırlanma bucaqlarının işarələri və
qiymətləri beynəlxalq nomenklaturaya uyğundur
Əvvəlki tədqiqatlarda Thr1-Pro2-Ala3-Glu4-Asp5-Phe6-Met7-Arg8-Phe9-NH
2
molekulunun fəza quruluşları
öyrənilmiş, stabil konformasiyaları müəyyənləşdirilmişdir[3]. Bu işdə isə TPAEDFMRF molekulunun fəza quruluşları
əsasında onların yalnız müəyyən funksiyalarını özündə saxlaya bilən süni analoqlar öyrənilmişdir. Təbii molekulun süni
analoqlarını tədqiq edərkən biz bəzi aminturşu qalıqları metilləşdirmişik. Belə ki, metilləşdirilmiş aminturşu qalığının
özünün və özündən əvvəl gələn aminturşu qalıqlarının konformasiya imkanlarını məhdudlaşdırır.
|