KONVEKTIV BULUDLUĞUN “NOWCASTING” METODU ILƏ PROQNOZU
N.Ş. HÜSEYNOV, Aysel KƏRIMOVA
Milli Aviasiya Akademiyası
aysel_maa@mail.ru
AZƏRBAYCAN
Nowcasting hal-hazırki havanın təsviri və ekstrapolyasiya metodu vasitəsilə 0-6 saat qabaqcadan yağıntının
proqnozunun verilməsidir. Sinoptik son radar, peyk və meteoroloji müşahidə məlumatlarından istifadə edərək şəhər kimi
kiçik bir ərazidə bir neçə meteoroloji elementi təhlil edə və sonrakı bir neçə saat üçün proqnoz verə bilər. Bu metod sel,
ildırım, dağıdıcı küləklərə səbəb olan müxtəlif təhlükəli atmosfer hadisələrixəbərdarlıqlarının verilməsində istifadə olunur.
Bu metodun başlıca xüsusiyyəti ondan ibarətdir ki, bu zaman konvektiv buludluğun ərazi üzərində yaranmasının,
inkişafının, hərəkətinin və dağılmasının proqnozu verilir ki, müəyyən ərazidə insanların hava şəraitinə hazırlanması üçün
şərait yaradır.
|