II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
58
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Yağıntı hadisələrin, xüsusilə də Cb buludlarının nowcasting proqnozu hava nəqliyyatının təhlükəsiz şəkildə idarə
edilməsinə əhəmiyyətli təsir göstərir. Bu qısamüddətli proqnozların hazırlanmasınıasanlaşdırmaq üçün konvektiv buludların
yeri, intensivliyi, ölçüsü, hərəkəti və inkişafı haqında məlumatlar radarlar vasitəsilə əldə olunur.Radarların meteorologiya
sahəsində tətbiqi nəticəsində xüsusilə intensiv yağıntılar, dolu, daşqın və selləri əvvəlcədən müəyyən etmək mümkün
olmuşdur. Meteoroloji radarlarla hidrometeoroloji obyektin mövqeyi, sürəti, hərəkət istiqaməti təyin olunaraq, atmosfer
hadisəsinin növü, intensivliyi və miqdarı haqqında məlumatlar əldə olunur.
Radar exolarının ekstrapolyasiya edilməsi nowcasting proqnozunun əsasını təşkil edir. Meteoroloji radarlardan
istifadə etməklə 2-4 saatlıq qısamüddətli hava proqnozu və xəbərdarlıqlar verilir ki, onlar da aviasiya meteoroloji xidməti
tərəfindən uçuşların təhlükəsizliyinin yaxşılaşdırılmasına kömək edir. Radarın radiogörünüş sahəsinin məhdud olması və
hava kütlələrinin hərəkət sürətinin təxminən 40-60 km olması səbəbindən, radarlar vasitəsilə yalnız, gələcək bir neçə saat
üçün proqnoz verilə bilər.
Meteoroloji radiolokatorlardan əldə edilən məlumatlardan istifadə edərək cari vaxt üçün yağıntıların zaman və
məkana görə təhlilini aparmaq mümkündür. Ona görə ki, radar məlumatları fasiləsiz olaraq bizə lokal miqyasda konvektiv
buludların ayrı-ayrı hissələrinin ölçülərini, onun formasını, intensivliyini, hərəkət, sürət və istiqamətini hərtərəfli müəyyən
etməyə imkan verir. Bu, hərəkətdə olan konvektiv buludluğun proqnozlaşdırılan yerini ekstrapolyasiya etməyə imkan verir.
Radarın verdiyi sədaları izləyərək ardıcıl radar təsvirləri əldə edilir və bu təsvirlərin hərəkət istiqaməti hesablanır. Bu
üsul zaman və məkan daxilində yağış sahələrinin yerdəyişmə və dəyişgənliyini nəzərə alır. Bu proqnozun özünüdoğrultması
sinoptik tərəfindən yoxlanılır və bundan sonra, müxtəlif ekstrapolyasiya metodlarından istifadə edilərək, müxtəlif vaxt
addımları və müxtəlif sahələr üçün optimal proqnozlar hesablanılır və buna uyğun onlayn yoxlama sxemi həyata keçirilir.
Dostları ilə paylaş: |