Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə152/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   148   149   150   151   152   153   154   155   ...   1149
 

 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

74 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

KVANT NÖQTƏLƏRİNİN ELEKTRİK KEÇİRİCİLİYİNİN İLKİN MODELİ 

 

Ravil RZAYEV, Naqif NƏBİYEV 

Bakı Dövlət Universiteti 



ravil.nanophysics@gmail.com 

AZƏRBAYCAN

 

 

Tezisin mövzusu kvant nöqtələrinin keçiriciliyinin tədqiq olunmasına həsr olunmuşdur. Bunun üçün  ilk öncə kvant 



nöqtələri haqqında ilkin biliklər öyrənilmiş və kvant nöqtələrinin quruluşları barədə müxtəlif təcrübi faktlar toplanmışdır. 

Çünki, kvant nöqtələrinin mövcud quruluşda tədqiqi  quruluş – xassə    əlaqəsi  əsasında onların xassələri haqqında 

informasiya verə bilir. Keçiricilik xassəsinin tədqiqi üçün kvant nöqtələrinin daxilində qarşılıqlı  təsirin təbiəti, Kulon 

enerjisinin və kvantlaşma enerjisinin bir – birinə münasibəti müəyyən olunmuşdur. Belə ki, nanostrukturlarda  bir çox 

təcrübələrdən məlumdur ki, elektronlar  arasında qarşılıqlı təsir (elektron – elektron qarşılıqlı təsiri) olduqca zəifdir və çox 

kiçik rol oynayır. Odur ki, biz əsasən bu qarşılıqlı təsiri demək olar ki, nəzərə almırıq. Kvant nöqtələri də nanostrukturlardır. 

Biz kvant nöqtələri fizikasını öyrənərkən yuxarıda söylədiyimiz təcrübi faktın əksinə rast gəlirik. Belə ki, kvant nöqtələrində 

elektron – elektron qarşılıqlı  təsiri olduqca böyük rola malikdir. Yəni, elektron – elektron  qarşılıqlı  təsir enerjisi kvant 

nöqtələrində digər enerji vahidlərinə nəzərən daha böyükdür və effektiv rol oynayır.  

Daha dəqiq desək, nəzəri olaraq göstərilmişdir ki, öz – özünə qərarlaşan kvant nöqtələrində kvantlaşma enerjisi Kulon 

enerjisinə nisbətən dominantdır. Bütün digər kvant nöqtələrində isə bunun əksinə olaraq Kulon enerjisi kvantlaşma enejisinə 

nəzərən dominantdır.  

Bunlarla yanaşı  kvant nöqtələrinin elektrik keçiriciliyinin tədqiqi   ilə  bağlı  aparılmış müxtəlif təcrübi nəticələr təhlil 

edilmişdir. Təcrübələrdən alınmış  nəticələr göstərir ki, kvant nöqtələrinin Volt – Amper xarakteristikası piklərə 

(rezonanslara) və  sıfırlara malikdir.  Alınmış Volt – Amper xarakteristikasında müşahidə olunan rezonanslar və  sıfırlar 

nəzəri modellə (kvant nöqtələrinin quruluşu əsas tutulmaqla verilən modellə - adamodeli ilə)  tamamilə  əsəslandırılmışdır. 

Göstərilmişdir ki,  xüsusilə, yarımkeçirici kvant nöqtələrində müşahidə olunan əhəmiyyətli hadisələrdən biri olan cərəyan 

sıfırları -  Kulon blokada effekti  məhz kvant nöqtələrində elektron – elektron qarşılıqlı təsirin üstünlük təşkil etmə faktı ilə 

əlaqədardır. Bu da öz növbəsində ada modeli ilə tam izah oluna bilir.  

Yekun olaraq qeyd edək ki, təcrübələrin təhlili zamanı aşkar olunan iki məsələ : 

           1) kvant nöqtələri daxilində  müxtəlif enerji səviyyələrinin münasibəti ilə bağlı məsələ,   

           2) Volt – Amper xarakteristikasında müşahidə olunan rezonanslar və Kulon blokadası kvant nöqtələrini öyrənməyə 

imkan verən ilkin model olan ada  modeli əsasında öyrənilmiş və  əsaslandırılmışdır. Həmçinin ada  modeli  yaxınlaşması  

ilə  elektrik  keçiriciliyinin   tədqiqi  zamanı  alınan  bir çox başqa təcrübi  nəticələr təhlil edilmişdir. Göründüyü kimi, ada 

modeli yaxınlaşması kvant nöqtələrinin bir çox  fiziki xassələrinin  nəzəri izahında müvəffəqiyyətlə tətbiq olunma imkanına 

malikdir.  Odur ki, bu modeli ilkin model kimi düşünərək  kvant nöqtələri üçün əsas tətbiqi modellərdən biri hesab etmək 

olar. Ada modelinin əsas mahiyyəti ondan ibarətdir ki, quruluşca kürə formasına daha yaxın olan kvant nöqtələri müəyyən 

tutuma malik keçirici (yarımkeçirici) kürə  qəbul olunur və elektrostatika kursundan məlum olan nəzəri ifadələrlə tutum, 

keçiricilik hesablanır və  təcrübələrdən alınan Volt – Amper xarakteristikası, rezonanslar və Kulon blokada effekti tam 

mənası ilə  izah olunur.  

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin