NANOTEXNOLOGİYA VƏ FİZİKİ BUXAR YIĞMA METODU İLƏ
NAZİK TƏBƏQƏ ƏLDƏ ETMƏ TEXNİKASI
Elşən MAHMUDLU, Sadiq ŞƏMILOV, Xəyal ƏRZIMANOV
Qafqaz Universiteti
elsen.mahmudov.1994@mail.ru, semilov1996@mail.ru
AZƏRBAYCAN
Təqribən 1 – 100 nm miqyasında, atom, molekul və ya makromolekulların səviyyəsində araşdırmaların və texnoloji
proseslərin gerçəkleştirildiği nanotexnologiya XXI əsrin texnologiyasıdır. Bu texnologiya ilə atom və molekulyar
səviyyədəki proseslər ilə, tamamilə yeni fiziki və kimyəvi keyfiyyətlərə malik sistem və qurğuların yaradılması imkan
daxilindədir. Nanotexnologiya ilə alınan materialların fiziki və kimyəvi xarakteristikaları adi texnologiya ilə alınan
materialların xarakteristikalarından fərqlənir. Məsələn, qızıl nanohissəciklərindən düzəldilmış qızıl materialının rəngi sarı
yox, qırmızıdır.
Nanotexnologiya ilə, materiallar və emal sənayesi, elektronika və kompüter texnologiyası, tibb və sağlamlıq, ətraf
mühit və enerji, biotexnologiya və kənd təssrrüfatı, hərbi və milli təhlükəsizlik, nəqiliyyat və qablaşdırma sənayesi,
meterologiya və nəzarət xidmətləri sahələri olmaqla bir çox sahədə mühüm nəticələr alınmışdır.
Nanosəviyyədə materialların və cihazların hazırlanmasını, istehsalını və funksional olaraq istifadəsini əhatə edən nano
texnologiya sahəsindəki yeni inkişaflar üçün imtina edilməyəcək ilk addım nazik təbəqələrin (nanofilm) öyrənilməsidir.
|