II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
70
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ΦCAS (F0 IA) ULDUZUNUN KİMYƏVİ TƏRKİBİNİN TƏYİNİ
Cəfər QULUZADƏ Z.A.SƏMƏDOV, Ə.M. XƏLİLOV, Ülkər QƏDİROVA
Bakı Dövlət Universiteti
ckulizade@mail.ru, ulkergadirova@gmail.com
AZƏRBAYCAN
Ulduzların kimyəvi tərkibinin təyini onların təkamülü nöqtəyi nəzərdən əhəmiyyətli məsələdir. Kimyəvi tərkibin
təyinin ən dəqiq üsulu model üsuludur. Bu işdə φCas (F0 Ia)ulduzunun kimyəvi tərkibi model üsulu ilə təyin olunur və
ulduzun atmosferində mikroturbulentlik analiz olunur. Mikroturbulentliyin ümumi qəbul olunmuş fiziki nəzəriyyəsi hələki
yoxdur. Beləliklə mikroturbulentliyin analizi iki səbəbdən mühümdür: birinci, kimyəvi tərkibi təyin etmək üçün, ikinci, bu
hadisənin təbiətini aydınlaşdırmaq üçün.
Mikroturbulent hərəkət sürətinin təyininin ən müasir və dəqiq üsulu atmosfer modelləri üsuludur. Bu üsul hər hansı
elementin atom və ionunun geniş ekvivalent enlikli diapozona malik çoxlu sayda xətlərinin tədqiqinəəsaslanır.
Mikroturbulent hərəkət sürətinəξ
t
müxtəlif qiymətlər verərək hər bir xətt üçün onun ölçülmüş ekvivalent eninə W
λ
görə
uyğun elementin miqdarı lgε hesablanır vəξ
t
üçün müəyyən qiymət seçilir, belə ki, ξ
t
-nin seçilmiş bu qiymətində lgε-nın
W
λ
-nın artması ilə sistematik dəyişməsi müşahidə olunmur. Başqa sözlə, müxtəlif intensivlikli xətlərə görə təyin olunan
miqdar lgε eyni olmalıdır.
Qeyd etdiyimiz kimi, mikroturbulentliyin dəqiq tədqiq etmək üçün hər hansı atom və iona məxsus geniş ekvivalent
enliklər diapazonunu əhatə edən çoxlu sayda xətlər olmalıdır. φCas ulduzunun spektrindəən çox müşahidə olunan xətlər
FeI-ə məxsus xətlərdir, həmçinin bu xətlərin osillyator gücləri daha dəqiq təyin edilmişdir.
φ Cas ulduzu üçün T
eff
=7300±200K, lgg=0.25±0.2 parametrli model seçilir və bu model əsasında mikroturbulent
hərəkət sürətinin müxtəlif qiymətlərində lgε(FeI) miqdarı hesablanmışdır. Müəyyən edilmişdir ki, ancaq ξ
t
=14km/san
olduqda lgε ilə W
λ
arasında korelyasiya olmur (Şəkil1).
Şəkil 1. ξ
t
=14km/san olduqda lgε(FeI)-in W
λ
-dan aslılıgı.
Beləliklə, baxılan ulduzun atmosferində mikroturbulent hərəkət sürəti üçün təyin edilmişdir:
ξ
t
=14 ± 1 km/s
Kimyəvi tərkibin təyininin ən dəqiq üsulu sintetik spektrlərin hesablanmasına əsaslanır. Ancaq əksər hallarda
ulduzların kimyəvi tərkibi daha sadə üsul ilə - spektrdə xətlərin ekvivalent enliklərini analiz edərək təyin olunur. Belə ki,
lgε-na müxtəlif qiymətlər verməklə baxılan xəttin nəzəri ekvivalent enlikləri hesablanır və müşahidə ekvivalent enliklə W
λ
müqayisə olunur. Nəzəri hesablanmış ekvivalent en müşahidədən ölçülmüş ekvivalent enliklə üst-üstə düşən hala uyğun lgε
təyin olunur. Beləliklə, məsələ, bir neçə lgε üçün ekvivalent enliklərin hesablanmasına əsaslanır. Bu məqsədlə bir çox
rəsədxanalarda xüsusi kompüter proqramları mövcuddur. Məsələn ən geniş istifadə olunan proqramlardan biri Kuruç
tərəfindən yaradılan WIDTH proqramıdır. Krım astrofizika rəsədxanasında onun analoqu DASA proqramıdır . Bu proqram
vasitəsi ilə lgε-nun üç qiyməti üçün hər bir xəttin ekvivalent eni W
λ
hesablanır, sonra interpolyasiya üsulu ilə müşahidə
ekvivalent enliyə uyğun miqdar lgε təyin olunur.