Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə195/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   191   192   193   194   195   196   197   198   ...   1149
 

 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

110 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

KİMYANIN TƏDRİSİNDƏ MƏKTƏBDAXİLİ QİYMƏTLƏNDİRMƏNİN 

 APARILMASI BARƏDƏ 

 

Aysəba MƏMMƏDOVA, Çinarə QULİYEVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



g.chinare@hotmail.com 

 

Qiymətləndirmə təlim fəaliyyətinin ayrılmaz bir tərkib hissəsi kimi bilavasitə təhsilin keyfiyyətinin dəyərləndirilməsinə 



və nəticə etibarı ilə onun yüksəlməsinə xidmət edir. Qiymətləndirmə şagirdin öhdəsinə verilə biləcək yeganə təhsil prosesi 

olmaqla təhsilin keyfiyyəti və inkişafı barədə müvafiq məlumatların toplanması  və onların təhlili ilə müşayiət olunur. 

Müasir təhsildə şagird nailiyyətlərinin qiymətləndirilməsi milli, beynəlxalq və məktəbdaxili olmaqla 3 istiqamətdə aparılır[1]. 

Məktəbdaxili qiymətləndirmə diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (fəaliyyətin qiymətləndiril-

məsi), summativ (kiçik, böyük və yekun) qiymətləndirmələrdən ibarətdir[2]. 

Diaqnostik qiymətləndirmə  şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə müəllim üçün 

şagirdlərin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir. 

Formativ qiymətləndirmə  şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqlara nail olması üçün onun 

fəaliyyətini izləmək məqsədilə aparılır. 

Summativ qiymətləndirmə  təlim prosesində müəyyən mərhələlərə (tədris vahidinin, yarımilin sonunda) yekun 

vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları  əsasında hazırlanmış vasitələrlə  şagirdin 

nailiyyətini qiymətləndirmək məqsədilə aparılır.  

Şagird nailiyyətlərinin qiymətləndirməsi üçün üsul və vasitələr müəyyənləşdilir. Qiymətləndirmə üsulu dedikdə 

prosesin hansı formada həyata keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmə vasitəsi isə bu prosesdə istifadə olunan alətdir. 

Bilik və bacarıqları yoxlamaq üçün testləşdirmə qiymətləndirmə üsuludursa, test tapşırıqları qiymətləndirmə vasitəsidir. 

Pedaqoji ədəbiyyatlarda diaqnostik və formativ qiymətləndirmə üçün, tapşırıqvermə, müsahibə, valideynlər və digər fənn 

müəllimləri ilə əməkdaşlıq, yazı, test, oxu və s üsullar, çalışmalar, müəllimin qeydiyyat vərəqləri, söhbət və sorğu vərəqi, 

müşahidə vərəqləri, məsələ, misal həlli, test tapşırıqları, meyar cədvəli, yoxlama yazı işi və s. kimi vasitələr təqdim edilir 

[3]

.

 



Diaqnostik, formativ və kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim tərəfindən, böyük 

summativ qiymətləndirmə vasitələri isə Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli təhsili idarə edən orqanlar və ümumi 

təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır. 

Kimya dərslərində diaqnostik qiymətləndirmə kimyanın tədris edildiyi ilk dərsdə (VII sinifdə)  şagirdlərin VI sinifdə 

fizika və biologiyaya aid bilikləri əsasında müsahibə, həmin fənləri tədris edən müəllimlərlə əməkdaşlıq üsulları, qeydiyat 

və sorğu vərəqlərində istifadə etməklə keçirilə bilər. Sonrakı tədris vahidlərinə aid diaqnostik qiymətləndirmə isə əvvəlki 

tədris vahidlərində verilən bilik və bacarıqlara  əsasən aparılır. Məsələn “Oksigen, hava, yanma” tədris vahidinə 

başlanıldıqda maddə,  onların tərkibi quruluşu, təsnifatı, kimyəvi element, nisbi atom, nisbi molekul kütlələri, kimyəvi işarə 

formul, valentlik, maddə miqdarı, molyar kütlə, Avoqadro qanunu və s. barədə müəllim müvafiq üsul və vasitələrlə 

diaqnostik qiymətləndirmə aparmaqla  şagirdlərin kimya fənnini necə mənimsəmələri barədə məlumat əldə edə bilər. Hər 

dərsdə isə  formativ qiymətləndirmənin nəticələrinə  əsasən kimya müəllimi  şagirdlərin zəif, orta və yüksək olmaqla 

səviyyələrini yoxlayır və bununla şagirdlərin nədə çətinlik çəkdiyinin səbəbini aydınlaşdırır və onlara köməklik göstərir. 

Müşahidələr göstərir ki, ənənəvi təhsildə şagirdlər kimya fənninə aid bilikləri ya çətin qavrayır, yaxud yadda saxlaya 

bilmirlər. Fikrimizcə bunun əsas səbəbi onların yalnız qiymət xatirinə oxuması və mexaniki əzbərçilikdir. Hesab edirik ki, 

müasir təhsilin prinsipləinə  əsasən hazırlanmış kimya fənn kurikulumu və orada verilən qiymətləndirmə sisteminin 

prosesləri  kimyəvi biliklərin sistemli, asandan çətinə doğru ardıcıl qazanılmasına şərait yaradacaq. Müəllimlər bu iş üçün 

bütün qaydaları hərtərəfli öyrənsələr və tədris prosesində davamlı olaraq tətbiq etsələr, şagirdlərin kimyadan müstəqil bilik 

və bacarıqlar qazanmalarına və onları yaradıcı şəkildə tətbiq etmələrinə nail ola bilərlər 

 

ƏDƏBİYYAT 

1.  Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə konsepsiyası. “Kurikulum” jurnalı, 2009, № 2 

2.  Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması barədə təlimat. “Kurikulum” jurnalı, 2013, №2. 

3.  Hacıyeva T. Məktəbdaxili qiymətləndirmədə istifadə olunan üsul və vasitələr. “Kurikulum jurnalı”, 2010, № 4. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin