Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə250/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   246   247   248   249   250   251   252   253   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

150 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ABŞERON YARIMADASINDA NEFTİN TORPAQ EKOLOGİYASINA TƏSİRİ 

 

Əli İBRAHİMOV 

AMEA, Torpaqşünaslıq və Aqrokimya İnstitutu 



ibrahimli_ali@mail.ru 

 

Abşeronun ekoloji mühitinin pozulmasına səbəb olan ən mühüm amil buradakı neft-qaz yataqlarıdır. Abşeron çoxlu 

sayda neft və qaz yataqlarının olması baxımından dünyanın neft rayonları içərisində xüsusi yer tutur. Neft hasilatı, onun 

daşınması, emalı  ətraf mühitin, torpaqların xam neftlə çirklənməsinə  və torpaqların fiziki-kimyəvi xüsusiyyətlərinin 

dəyişməsinə səbəb olur. 

Neft məhsulları ilə çirklənmiş torpaq örtüyü mürəkkəb texnogen kompleks yaradır və ona görə də topoqrafik planalma 

və torpaq tədqiqatının miqyası bundan asılı olaraq təyin edilir.Tədqiqatlar aparılan zamanı torpaqların tipoloji tədqiqatı 

torpaqların səthindəki bərkimiş neftli örtüyün qalınlığı, neftlə hopmuş layın dərinliyi, çirklənmə dərəcəsi və onların bioloji 

mənimsəməyə dəyərli olub olmamasına xüsusi fikir verilir.Torpağın neft qatı ilə örtülməsi zamanı, torpağın nəmliyi udma 

və saxlama qabiliyyəti itir.Bu zaman torpağın su-fiziki xassələri dəyişir: hiqroskopik nəmlik, su hopdurma qabiliyyəti, 

yuxarı horizontların nəmliyi aşağı düşür. Neft və neft məhsulları ilə çirklənmə torpaqda humusun miqdarını  və  tərkibini 

dəyişir, orqanik karbonun ümumi miqdarı artır, torpaqların qida rejimi dəyişir. 

Torpağa neftin karbohidrogenləri ilə yanaşı güclü mineraloji qrunt suyuda təsir edir. Qrunt suyu ilə çirklənmə xloridli-

natriumlu duzlaşmaya gətirib çıxarır. Torpağın fiziki-kimyəvi xüsusiyyətləri dəyişir, nəticədə torpağın uducu kompleksi və 

torpaq məhlulunun tərkibi transformasiyaya uğrayır. 

Tədqiqat sahəsi Abşeron yarımadasında Binəqədi Neft Qaz Çıxarma  İdarəsinin  ərazisində xam və neftlə çirklənmiş 

torpaq sahəsidir. Binəqədi Neft Qaz Çıxarma İdarəsi Abşeron yarımadasının köhnə mədən zonasına daxildir. Bakı şəhərinin 

şimal-qərb hissəsində,  şəhərdən 8-10 km məsafədə yerləşir.Şirkət Binəqədi, Sulutəpə, Çaxnaqlar, Qırməki,  Şabandağ, 

Silyanşor, Məhəmmədli və Masazır yataqlarında hasilat həyata keçirilir.Neft hasilat zonası kimi 1896-cı ildən fəaliyyət 

göstərir.Abşeron yarımadasının 2759 hektar ərazisi şirkətin istehsal zonasına daxildir.Rekultivasiya üçün nəzərdə tutulmuş 

24,7 ha sahəsi Binəqədi Neft Şirkətinin Balaxanı-Binəqədi və Mehdiabad-Bakı avtomobil yollarının arasında yerləşir.Bu 

məqsədlə Binəqədi NQÇİ-nin 2 saylı  mədən  ərazisində xam və neftlə çirklənmiş torpaq  sahələrində torpaq kəsimləri 

qoyulmuşdur. Kəsimlərdən götürülmüş nümulərin fizki-kimyəvi xüsusiyyətlərini təyin etmək üçün analizlər aparılmışdır.  

Xam ərazidə qoyulmuş torpaq kəsimlərindən götürülmüş nümunə (quru qalığa görə) duzsuz torpaqlardır. Üst qatı 0-25 

sm neftlə çirklənmiş kəsimin 25-100 sm qatı zəif duzlu hesab olunur, quru qalığın miqdarı 0,35-0,41% arasında dəyişir. Duz 

tərkibi sulfatlı-hidrokarbonatlı-xlorlu-natriumludur. Qrunt suyu torpağın üst 1 metr dərinliyində müşahidə edilir. Suyun 

duzluluğu 36,105 q/l təşgil edir. Duz tərkibi hidrokarbonatlı-sulfatlı-xlorlu-natriumludur.Bu  ərazidə xlorun miqdarı yol 

verilən həddən, ağır xlorlu şoranlığa qədər dəyişir. Quru qalığa görə duzluluq qrunt suyunda daha yüksəkdir 4,402 q/l. 

Ümumiyyətlə  mədən  ərazisində  şoran-şorakətli torpaqlar mədən sularının təsirindən mikroçökəklikdə  əmələ  gəlir. 

Mikroçökək yerlərdə duzlu qrun suyu səthə daha yaxındır.(0,60-1,00 m) 

 Binəqədi NQÇİ-nin 2 saylı ərazisindəki neftlə çirklənmiş torpaqlarının fiziki-kimyəvi göstəricilərindən məlum olur ki, 

bu  ərazinin torpaqlarının hiqroskopik nəmliyi torpaq profili üzrə xeyli dəyişkəndir. Çirklənməmiş bir saylı  kəsimin 

hiqroskopik nəmliyi profil üzrə 4-5% arasında dəyişir. Çirklənmiş 2 saylı  kəsimdə hiqroskopik nəmlik üstdən alt qatlara 

doğru endikcə azalır 5-3-2% təşkil edir. 0-40 sm qalınlığında çirklənmiş 3 saylı kəsimdə 2,3-3,4%, 4 saylı kəsimdə isə 0,9-

2,15% arasında dəyişir. Torpağın həcm çəkisi 1,34-1,70 q/sm

2

 ölçüsündə fərqlənir. Torpaqlarda humusun miqdarı üst 1m 



qatda 3,0-2,0% ölçüsündədir, neftlə çirklənmiş qatlarda 2,0%-dən 7,71%-ə qədər yüksəlir.Neftlə çirklənmiş qatda humusun 

miqdarının yüksək olması üzvi maddənin olması ilə əlaqədardır. Tədqiqat sahəsinin torpaqları qida maddələri ilə (NPK) çox 

zəif təmin olunmuşdur. 

Nəticədə neftlə çirklənmiş torpaqlarda morfogentik qatların rənginin dəyişilməsi  su, fiziki və fiziki-kimyəvi xassələrinin 

pisləşməsi müəyyən olunmuşdur. 

Binəqədi neftin ərazisində çirklənməmiş (fon) torpaqda bir saylı kəsimin 0-10 sm qatda heterotrof mikroorqanizmlərin sayı 4.10

5

 

karbohidrogenləri parçalayan mikroorqanizmlərin sayı isə 10



3

olmuşdur. Bu göstəricilər 10-30 sm alt qatda iki dəfə azalmışdır uyğun 

olaraq 2.10

4

və 10.



2

 qədərdir. 

Binəqədi neftin ərazisində gillicəli torpaqda qoyulmuş (neftlə çirklənmiş) 2 saylı kəsimin 0-25 sm çirklənmiş qatda heterotrof 

mikroorqanizmlərin 2.10

6

 karbohidrogenləri parçalayan mikroorqanizmləri isə 10



4

 olmuşdur. Çirklənmiş qatın altındakı qatda isə 

mikroorqanizmlər azalır. Torpağın 64-100 sm qatda isə mikroorqanizmlər kəskin azalaraq 2.10

3

, karbohidrogenləri parçalayan 



mikroorqanizmlərin ümumi sayı 10

2

-yəni cəmi 100 qədərdir. Binəqədi neft ərazisində neftlə çirklənmiş 4 saylı kəsimin 0-70 sm neftlə 



çirklənmiş qatda heterotrof mikroorqanizmlərin sayı 6,5/10

5

, karbohidrogenləri parçalayan mikroorqanizmlər isə 10



4

  qədərdir. 

Çirklənmənin alt qatlarında mikroorqanizmlər kəskin azalır. 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin