Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə248/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   244   245   246   247   248   249   250   251   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

146 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

 

 




II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

147 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

 

 

18-19, April 2014, Baku, Azerbaijan 

 

 

PROCEEDINGS 

SECTION I 

NATURAL SCIENCES 

 

 

BIOLOGY 

 

 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

148 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ABŞERONDA YAPON BİRGÖZÜ BİTKİSİNİN MEYVƏ VƏ YARPAQLARININ 

MİKOBİOTASI 

 

Ağavəli İBRAHİMOV, Fəridə YAQUBOVA 

Bakı Dövlət Universiteti 



agaveli@box.az, farida_yaqubova@yahoo.com 

 

Yapon birgözü bitkisi (Ligustrum japonicum Thunb.) zeytunkimilər (Oleaceae) fəsiləsinin həmişəyaşıl, hündürlüyü 2 – 

5 m olan ağac nümayəndəsidir. Yarpaqları altlıqsız, qarşı – qarşıya düzülmüş sadə yarpaqlardır. Çiçəkləri ikicinsli, 

aktinomorf, salxım çiçək qrupunda toplanmışdır. Meyvələri qara – bənövşəyi, çəyirdək meyvədir. 

İlk dəfə olaraq, Abşeron yarımadasında yapon birgözü bitkisinin mikobiotası  tərəfimizdən öyrənilir. Tədqiqat işləri 

2013 – 2014 cü illərdə aparılmışdır. Yarımadanın müxtəlif yerlərindən xəstə bitkinin meyvə  və yarpaqları toplanılaraq, 

Çapek və Çapek – Doks qidalı mühitlərində əkilmişdir. Mikroskoplama nəticəsində məlum oldu ki, payız aylarında qışlama 

orqanı olan heç bir meyvə cismi əmələ gəlməmişdir. Yapon birgözü bitkisinin meyvə və yarpaqlarında Alternaria Solani, 

Penicillium martensii və Peronospora tabacina növləri aşkar edilmişdir. 

Alternaria solani(Ell. et Mart.) Sorauer. yapon birgözü bitkisinin meyvə, yarpaq və cavan budaqlarında müşahidə 

olunmuşdur. Göbələyin qonur mitseliləri bitkinin vegetativ orqanları üzərində  ləkələr  əmələ  gətirir. Bitkinin meyvə  və 

yarpaqları göbələyin təsirindən quruyur. Yarpaqların üzərində  xəstəlik özünü aprel, meyvə üzərində isə sentyabr ayında 

biruzə verir. Alternaria bitkinin vegetativ orqanlarını tamamilə yararsız hala sala bilir. Alternaria solani deuteromycetlərin 

biotrof nümayəndəsi olub, yaxşı inkişaf etmiş, arakəsməli mitseliyə malikdir. Qeyri – cinsi çoxalması konidilərlə müşahidə 

olunur. Konididaşıyanlar zeytuni qonur rəngli olub, arakəsməlidirlər. Konidilər yumurta formalıdır, eninə  və uzununa 

arakəsmələrinin olması xarakterikdir. Konidilərin ölçüləri 160 – 250 x 15 – 20 µ olub, özləri qonur – qəhvəyi rənglidirlər. 

Payızda yapon birgözü bitkisinin meyvələrinin üzərində boz rəngli örtük müşahidə olunur. Bu örtük Penicillium 

göbələyinin mitseli, konididaşıyan və konidilərindən ibarətdir. Mitselilər arakəsməlidir, konididaşıyanlar rəngsiz olub, eninə 

arakəsmələri  vardır. Konididaşıyanların uc hissəsindəki steriqmalar aydın görünür. Steriqmaların üzərində ellipsvari, kürəvi 

formalı konidilər oturur. Konididaşıyanların ölçüsü 250 – 500 x 4 – 5,5 µ-dur. Konididaşıyandakı budaqların ölçüsü 15 – 25 

x 2,5 – 3,5 µ, konidilərin ölçüsü isə 3 – 5,5 µ-dur. Yapon birgözü bitkisinin meyvələri üzərində təyin etdiyimiz bu göbələk 

Penicillium cinsinin Penicillium martensii Biourge. növüdür. 

Yapon birgözü bitkisinin yarpaqlarında may ayının sonundan etibarən boz rəngli mitseli yığını müşahidə olunur. Bu  

mitseli yığını xəstəlik müşahidə olunan yarpaqlardan cavan budaqlara da keçə bilir. Bəzən belə cavan budaqlar göbələyin 

təsirindən quruyur. Xəstə yarpaqlar isə quruyaraq tökülür. 

Mikroskoplama zamanı məlum oldu ki,  boz rəngli mitseli yığını yaxşı inkişaf etmiş, arakəsməsiz mitselilərdən təşkil 

olunmuşdur. Mitselilərin üzərindəki konididaşıyanlar dixotomik budaqlanmışdırlar. Göbələyin konididaşıyanlarında da heç 

bir arakəsmə müşahidə olunmamışdır. Konididaşıyanların nəhayəti nisbətən şişir və onların üzərində yumurta və şar formalı 

konidilər oturur.  

İyun ayında artıq yapon birgözü bitkisinin xəstəliyə yoluxmuş vegetativ orqanları üzərində bu göbələyin oosporlarını 

müşahidə etdik. Oospor formasına görə konidiyə oxşasa da, qalın qılaflı  və tünd rəngli olması onun fərqləndirici 

xüsusiyyətidir. Apardığımız müşahidələr zamanı zoosporlara rast gəlinmədi.  

Əmələ gəlmiş mitseli yığınının mərkəzi hissəsi tünd, kənarları isə nisbətən açıq rənglidir. Mitseli yığınının ölçüsü 2,5 – 

3,5 cm-dir. Konididaşıyanların ölçüləri 550 – 850 µ, konidilərin ölçüləri isə 20 – 35 x 15 - 25 µ-dur. Müşahidə olunan 

oosporların ölçüləri isə 25 – 35 µ-dur. 

Qeyd olunan əlamətlər və ölçmələrin nəticələrinə görə bu göbələyin Oomycota şöbəsinin Peronosporales sırasının 

Peronospora tabacina Adam. növü olduğunu təyin etdik. Məlum oldu ki, tədqiq olunan göbələk mitselilərlə qışlayır.Yapon 

birgözü bitkisinin meyvə  və yarpaqlarının mikobiotasını  təşkil edən ali göbələklərdə meyvə cismi müşahidə olunmadığı 

üçün onlar deuteromycetlərə, ibtidai göbələk isə oomycetlər sinfinə aiddir. 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin