Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə249/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   245   246   247   248   249   250   251   252   ...   1149
 

 

 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

149 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ƏYİLMİŞYARPAQ YUKKA NÖVÜNÜN ABŞERON ŞƏRAİTİNDƏ BİOLOJİ  

XÜSUSİYYƏTLƏRİ 

 

Elnarə SALAHOVA 

Bakı Dövlət Universiteti, AMEA-nın Dendrologiya İnstitutu 



elnara.salaxova@rambler.ru 

 

Respublikamızda abadlaşdırma işlərinin aparılması ilə  əlaqədar yeni salınan park və bağlarda dünya florasından 

müxtəlif növ ağac və kol bitkiləri gətirilir. Bu bitkilərdən Yukka L. cinsinə aid növlər şəhər yaşıllaşdırılmasında mühüm 

əhəmiyyət kəsb edir. 

Hal-hazırda Azərbaycanda mədəni  şəraitdə park və bağlarda yukka cinsinin 9 növünə rast gəlinir. Bu növlərdən 

bəzilərinin bioekoloji xüsusiyyətlərinin hərtərəfli öyrənilməməsi nəticəsində  bəzən yerli şəraitə uyğunlaşmayıb müəyyən 

müddətdən sonra məhv olur. Bu məqsədlə Mərdəkan Dendrarisinin təcrübə sahəsində Yucca L. cinsinə aid Y.aloifolia L.- 

Əzvayarpaq yukka növünün Abşeron şəraitində bioekoloji xüsusiyyətləri və yaşıllaşdırmada tətbiqini öyrənmək məqsədilə 

tədqiqat işi aparılmışdır.  

Yucca L.- Yukka cinsi əvvəllər Agavaceae – Aqavakimilər fəsiləsinə, 2009-cu ildən isə APG III sistemi əsasında 

Asparagaceae - Qulançar fəsiləsinə aid edilmişdir.  

Cinsə dünyada 30-dan çox növ daxildir. Əsasən Mərkəzi, Cənubi və Şimali Amerikada təbii halda geniş yayılmışdır. 

Yucca L. cinsinə daxil olan növlər alçaqboylu həmişəyaşıl, kiçik ağac və ya kol bitkiləridir. Cinsin növlərinin yerüstü 

hissəsi yavaş inkişaf edir, vətəni ABŞ-dır. Əyilmişyarpaqyukka həm toxum, həm də vegetativ üsulla çoxaldılır. 

Əyilmişyarpaq yukka növünün biomorfoloji xüsusiyyətlərini öyrənmək məqsədilə tədqiqatlar aparılmış, çoxaldılması, 

böyümə  və inkişafı öyrənilmişdir. Toxumlar Çiqo botanika bağından alınmışdır. Toxumların cücərməsi M.K.Firsov 

metodikasına, 1-3 illik bitkilərin böyümə dinamikası V.V.Smirnov, A.A.Molçanov metodikasına görə təyin edilmişdir. 

Hündürlüyü 2 m olan koldur. Qısa, tək və ya şaxələnmiş gövdəsi 1-1,5 m hündürlükdədir  və kifayət qədər yumşaq  

tünd-yaşıl rəngli,  xətvari yarpaqların sıx topası ilə qurtarır. Yarpaqlarının uzunluğu 40-60 sm və eni 50-60 mm-ə  qədər 

olub, cod liflidir. Yarpaq ayası uzunsov-neştərvari, dərilidir, boz-yaşıl rəngdə, sallaqdır,  kənarları dişli, ucu isə iynəlidir. 

Rozet şəkilli topa yarpaqlar aşağıya doğru əyilmişdir. Yucca recurvifolia-da konusun  əmələ  gəlməsi  ilk  dəfə  aprel  ayının  

əvvəllərində   müşahidə  olunur.  Aprelin  2-ci  ongünlüyündə  yarpaqlar  açılır. 

Cədvəl 1. 

 

 



Növ 

Fenofazalar 

Konusun 

əmələ 


gəlməsi 

Yarpaqların 

tökülməsi 

Çiçəkləmənin 

başlaması 

Kütləvi 


çiçəkləmə 

Çiçəkləmə-

nin sonu 

Çiçəkləmənin 

periodu, günlərdə 

Yucca 


recurvifolia 

Salisb. 


 

9.1V 


 

1.V1 


 

10.V1 


 

15.V1 


 

1.VII 


 

30 


 

Əyilmişyarpaq  yukka növündə    çiçək oxu iyunun əvvəlində  əmələ  gəlir. Abşeronda vegetasiya müddətində iki dəfə 

çiçəkləyir.  İlk çiçəkləmə iyun-iyul aylarında, ikinci çiçəkləmə isə sentyabr-oktyabr aylarında müşahidə edilir. 

Əyilmişyarpaq yukkanın 50-75sm uzunluğunda olan süpürgəsi qollu-budaqlı və çoxçiçəklidir. Çiçəkləri zəngvari formada, 

yaşılımtıl-ağ rəngdədir, çiçəkyanlığının xarici tərəfində bənövşəyi ləkələr vardır.Meyvə vermir. 

Əyilmişyarpaq yukkanın qələm, bölünmə və pöhrələri vasitəsilə çoxaldılması istiqamətində də tədqiqat işi  aparılmışdır. 

Bu məqsədlə gövdə boyunca  20 sm-dən  bir  kiçik  kəsiklər  açılmışdır. Növbəti ildə  həmin hissələrdən pöhrələr əmələ 

gəlmişdir. Pöhrələri  əkərkən  torpağa  torf  və  qum qatışdırılmışdır. Əkiləndən sonra 30-45 gün ərzində kökvermə prosesi 

davam edir. Tədqiqat nəticəsində  məlum olmuşdur ki, Abşeron şəraitində  qələmlə çoxaldılmada daha çox əkin materialı 

əldə etmək mümkün olur.  

Bölünmə  vasitəsilə çoxalmanı öyrənmək  məqsədilə  aprel  ayında ağacın üst hissəsində olan  kiçik  budaqcıqlardan 

15-17 sm doğrayıb, 3-5 gün saxlamaqla rütubətli sahədə əkilmişdir. Hər iki yolla çoxaldılmış bitkilər yüksək kökvermə 

qabiliyyətinə malik olmuşdur və normal inkişaf etmişdir. 

Quraqlığa, istiyə davamlı və torpağa tələbkar olmayan bitkidir. Çox yüksək temperaturda yukka  yarpaqlarının yarısını 

itirir. Suvarılma  yaz-yay dövründə bol, qış vaxtı isə nisbətən az olmalıdır. Azərbaycanda Lənkəran zonasında, habelə  

Abşeronda və Respublikanın başqa yerlərində qrup  və ya tək-tək əkilib becərilir. 

Aparılan tədqiqatlardan məlum oldu ki, əyilmişyarpaq yukka Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır, park və 

bağların yaşıllaşdırılmasında geniş istifadəsi məqsədyönlüdür. 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin