Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə311/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   307   308   309   310   311   312   313   314   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

188 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

tərkibləri  əmələ  gətirmək cəhətdən feli bağlamaların hamısı eyni deyildir. İsmin adlıq halındakı sözlərlə  əlaqəyə girərək 

adlıq hallı feli bağlama tərkibləri yarada bilmək xüsusiyyətinə görə feli bağlamalrı iki qrupa ayırmaq olar: 

Adlıq hallı feli bağlama tərkibləri yarada bilən feli bağlamalar. Bu feli bağlamalar –anda, -əndə, -dıqda, -dikdə, -

duqda, -dükdə, -dıqca, -dikcə,-duqca, -dükcə, -incə,- ınca, -unca, -üncə, -kən, -alı, -əli, -(ma)mış, -(mə) miş, -ar-maz, -ər-

məz, -madan, -mədən, -a-a, -ə-ə, -dığımdan  şəkilçiləri ilə yaranır və adlıq hallı feli bağlama tərkiblərinin yaranmasında 

mühüm rol oynayır. 

Adlıq hallı feli bağlama tərkibi yarada bilməyən feli bağlamalar. Bu qrupa –ıb, -ib, -ub, -üb, -araq, -ərək şəkilçiləri ilə 

əmələ gələn feli bağlamalar və -mış, -miş, -müş şəkilçilərinin qalmaq, keçmək, ötmək sözlərinə qoşulması ilə əmələ gələn 

feli bağlamalar daxildir. 

Ümumiyyətlə, feli bağlama tərkiblərinin strukturunu öyrənmək üçün onları əmələ gətirən sözlərin xüsusiyyətini, əlaqə 

vasitələrini araşdırmaq lazımdır. Feli bağlama tərkiblərinə daxil olan sözlərin hamısı  həmin tərkibin feli bağlamasına aid 

olur, onu bu və ya başqa cəhətdən izah edir, ya da ona məxsus müəyyən bir əlaməti bildirir. Həmin sözlərin xüsusiyyəti 

müxtəlif və çoxcəhətlidir. Bu sözlər vasitəsi ilə feli bağlama tərkiblərində hal və  hərəkətlə, onların müxtəlif mənaları 

arasında, sintaktik əlaqələr fonunda özünü göstərən leksik-semantik, leksik-qrammatik münasibətlər ifadə edilir. Bu 

münasibətlərdə feli bağlama həmişə izah olunan tərəf, oradakı başqa sözlər isə izah edən, aydınlaşdıran tərəflər kimi qalır. 

Burada proseslə onun subyekti (mən gedəndə), proseslə onun obyekti (kitabı alanda), proseslə onun zamanı (səhər duranda), 

proseslə onun məkanı (kəndə gedəndə), proseslə onun tərzi (asta-asta yeriyəndə), proseslə onun kəmiyyəti (çox gəzəndə), 

proseslə onun səbəbi (sevincdən ağlayanda), proseslə onun məqsədi (öyrənməyə gedəndə) və s. mənalar verilir. Feli 

bağlama tərkibləri iki, üç, dörd və bəzən daha çox sözdən təşkil olunur. Feli bağlama tərkiblərinə nə qədər əlavə söz və söz 

birləşməsi daxil olursa olsun, yenə  də onların hamısı  tərkibin feli bağlamasına aid olur. Feli bağlama yenə  də  tərkibin 

mərkəzləşdirici və müəyyənləşdirci üzvü olaraq qalır. Bir tərkibdə bir neçə  əlavə  mərkəzləşdirici hissə olsa da, bunların 

hamısı yenə də həmin tərkib üçün əsas sayılan bir feli bağlamaya aid olur.Feli bağlama tərkibləri iki sözdən ibarət olanda, 

orada yalnız yuxarıda qeyd etdiyimiz məna  əlaqələrindən biri öz əksini tapır, lakin tərkib çox sözdən ibarət olanda eyni 

tərkib daxilində eyni zamanda bir neçə məna əlaqəsi ifadə edilə bilər. Bu da feli bağlama tərkiblərinin quruluşunun müxtəlif 

olduğu qədər də mürəkkəb olduğunu göstərir.       

 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   307   308   309   310   311   312   313   314   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin