AZƏRBYCANIN DÖVRÜ MƏTBUATINDA İNGİLİS ALINMALARIN İŞLƏNMƏSİ
Günel QƏHRƏMANOVA
Bakı Slavyan Universiteti
gahramanovagunel@gmail.com
Azərbaycanın çoxəsrlik həyatında tarixi baxımdan ən önəmli hadisə 1991-ci ilin oktyabr ayının 18-də müstəqillik əldə
edib yenidən azad yaşamasıdır. Ötən müddət ərzində müstəqil Azərbaycan hüquqi və dünyəvi dövlət kimi yeni demokratik
təsisatlar yaratmış, bazar iqtisadiyyatlı ölkələrlə qarşılıqlı faydalı münasibətlər, siyasi-iqtisadi və mədəni əlaqələr
qurulmuşdur. Müstəqillik əldə ediləndən bəri ən böyük uğurlardan biri isə ölkədə azad, demokratik mətbuatın bərqərar
olması, cəmiyyətin həyatında kütləvi informasiya vasitələrinin rolunun artmasıdır. İyirminci əsrin doxsanıncı illərindən
etibarən dünyada, o cümlədən Azərbaycanda baş vermiş ictimai-siyasi dəyişikliklər ilk növbədə mətbuat səhifələrində
müşahidə olunmuş, yeni siyasi ab-hava demək olar ki, mətbuatı “söz qaranquşu” adlandırırlar. Qeyd etdiyimiz kimi, son
illərin müşahidəsi göstərir ki, söz və mətbuat azadlığı kütləvi informasiya vasitəsilə külli miqdarda əcnəbi termin-sözlər
gətirmişdir. Nəzərə alsaq ki, mətbuatın dili ədəbi dilimizin lüğət tərkib hissəsidir və bu ədəbi dil sözləri içərisində yeni
alınma termin sözlərin yeri müəyyən olunmalı, onların izahı verilməlidir, onda yeni termin-sözlərin alınma prosesində
tərcümə prinsiplərinin müəyyənləşdirilməsinin mühüm əhəmiyyətini görmək mümkündür.
Yeni alınma termin-söz anlamının gündəmə gətirilməsi isə son illərdə dövrü mətbuatın dili ilə bağlıdır. Mətbuat dili
həm də publisistik üslub deməkdir. Publisistik üslub milli ictimai təfəkkürü ifadə etmək üçün nitq forması olub, mətbuatda
funksionallaşır və müxtəlif mövqeləri, maraqları əks etdirir. Qəzetlərin, jurnal və elmi-kütləvi kitabların, radio və
televiziyanın dili ədəbi dildə olan alınmaların işlənməsini daha da aktivləşdirir. Məhz belə alınmalara ingilis, rus, fransız,
yunan, latın, alman mənşəli sözləri aid etmək olar.
Verilən Avropa mənşəli sözlər arasında ingilis alınmaları daha geniş yayılmışdır. Buna səbəb isə baş verən son
hadisələrdir. Nəşr olunan qəzetlər arasında işlənən alınmaların sayı sürətlə artmaqdadır. Məhz belə qəzetlərdən birini
nümunə kimi qeyd edək. Məsələn, 25 fevral 2014-cü il nəşr olunan “İki sahil “qəzetində işlənən Avropa mənşəli sözlərin
sayı yüzdən çoxdur. Məsələn, konqres, orbit, innavasiya, informasiya, şlüz, sosial, humanitar, komitə, konsepsiya, kafedra,
fakültə, dekan, proffesor, vitse-prezident, akt, form, petisiya, geostrateji, podrot kimi sözlərdir. İngilis mənşəli sözlər də
müəyyən qədər çoxluq təşkil edir. Nümunə üçün qeyd edək ki, bu sözlərə internet, transfer, futbol, çempion, monitorinq,
|