II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
199
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
edir. Azərbaycan dilinin izahlı lüğətində “substantivləşmə” dilçilikdə digər nitq hissələrinin isim kateqoriyasına keçməsi,
isim xüsusiyyətini qazanması, yəni isimləşmə anlamındadır. Bəzi mənbələrdə isə substantivləşmənin latın mənşəli
“substantium” sözündən götürüldüyü və isim mənası ifadə etdiyi göstərilir. “Substantivləşmə’ sözlərin digər qrammatik
siniflərdən hər hansı sözdüzəldici vasitələri (affiks, kökün dəyişməsi) tətbiq etmədən isim siniflərinə keçidi qədim
zamanlardan məlumdur”. Baskakov substantivlik və atributivlik kateqoriyasını vəzifəvi- qrammatik kateqoriya adlandırmış,
bunun bir çox nitq hissələrində özünü göstərdiyini, eyni qrammatik mənaya malik olduğunu söyləmişdir.
Q. Kazımovun 2010- cu ildə işıq üzü görən “Müasir Azərbaycan dili” (Morfologiya) dərsliyində morfologiya ilə bağlı
bir çox qaranlıq məqamlara aydınlıq gətirmişdir. Kitabda dil sistemində nitq hissələrinin konversiyası haqda dərslik
səviyyəsində ilk dəfə məlumat verilir. Sifətin substantivləşməsi, adverbiallaşmasında semantik və qrammatik mövqedən
yanaşılır. Çünki dilin semantik inkişafı özünü yalnız leksik vahidlərdə yox, həm də müxtəlif sözdəyişdirici göstəricilər
vasitəsilə başqa nitq hissələrindən əmələ gəlmiş sözlərdə də əks etdirir. Müəllifin fikrincə, “Substantivləşmə maddi varlığa,
materiyaya xas olan əlamətin , keyfiyyətin dildə maddi varlığı, materiyanı əvəz etməsi hadisəsinə deyilir”. Abdullayev Ə.
Mübtədanın ifadə vasitələrindən bəhs edərkən substantiv- ləşməni xüsusi olaraq qeyd edir və bu zaman nitq hissələrinin
təmamilə ismə keçməyib müvəqqəti olaraq ismin morfoloji əlamətlərini ( kəmiyyət, mənsubiyyət və hal şəkilçiləri ) qəbul
etməklə əşyalıq məzmunu əldə edib, ismin sintaktik vəzifəsində çıxış etdiyini vurğulayır.). Substantivləşmənin daimi (gənc,
qoca,dost ) və müvəqqəti olduğunu (qırmızılar, ağlar, bizimkilər və s.) da diqqətə çatdırır. R. Abdullayev də eyni fikirlə
razılaşır və substantivləşməni tam və natamam olmaqla iki yerə bölür. Tam substantivləşmədə ismin bütün əlamətləri
təqdim edilən nitq hissəsinə keçir: tox adam; ac uşaq və s. birləşmələrdə olduğu kimi.
Natamam substantivləşmədə isə idarə əlaqəsinin əlamətləri özünü göstərir: “sarıya çalan yarpaq” tipli birləşmələri
müəllif nümunə göstərir.
F. Zeynalov substantivləşmə zamanı sözlərin tamamən ismə keçmədiyini göstərərək yazır: “...substantivləşmə prosesi
qəti şəkildə birnitq hissəsini digər nitq hissəsinə çevirmir. Burada zahiri bir dəyişiklik baş verir. Əslində isə substantivləşən
nitq hissəsi öz əvvəlki daxili məzmununu saxlayır, müəyyən bir cümlə daxilində müvəqqəti dəyişikliyə uğrayır”. C. Cəfərov
F. Zeynalovun fikirlərini əsas gətirərək, keçid prosesinin tam və müvəqqəti olması fikrini qəbul etmir, bu prosesin özünün
tamamilə müvəqqəti, kontekstual xarakter daşıdığını söyləyir. Eyni fikirlə biz də razılaşırıq ki, əgər söhbət semantik sferada
dəyişmədən söhbət gedirsə, bu, yalnız mətn daxilində mümkündür, kontekstdən asılıdır. Kontekstdən kənarda həmin sözlər
yenə öz əvvəlki qrammatik xsusiyyətlərini saxlayır.
Dilçilik ədəbiyyatında, müxtəlif tədqiqat işlərində bəzən substantivləşməni semantik üsulla yaranan düzəltmə leksik
vahidlər hesab edirlər.. S. Abdullayeva isə bu prosesi başqa nitq hissələrinin isim xüsusiyyəti qazanması kimi xarakterizə
edirSubstantivləşməyə daha çox meylli olan nitq hissələri sifət, say, (əvəzlik?) və feldir (feli sifətlər). Məhz bu cəhətləri
nəzərə alsaq, o zaman substantivləşmə- nin aşağıdakı istiqamətləri müəyyənləşir:
Dostları ilə paylaş: |