və ya yunan mənşəli sözlər ardıcıllığı əsasında yarana bilir, məs. to ask-to question-to interrogate; to end-to finish-to
complete; to gather-to assemble-to collect və s. [13, 176]
Hər iki dildə alınma sinonim sözlərin dilə inteqrasiyası bir çox hallarda o səviyyəyə çatır ki, bu “ sözlərin bir çoxunun
müasir dilimizdə gəlmə olduğunu müəyyənləşdirmək çətin olur” [7, 75], adi dil daşıyıcıları işlətdikləri sözün alınma
olduğunun fərqinə vara bil mir və gündəlik ünsiyyət prosesində onlara daha çox müraciət edir. Bu hal ərəb və fars mənşəli
alınmalarda özünü daha çox göstərir. Yəni adi dil daşıyıcıları dilimizdə işlədilən başcı-rəhbər, sevgi-məhəbbət, sübut-dəlil,
güc-qüdrət, səs-səda, yaz-bahar, yığıncaq-məclis, çiçək-gül, qanacaq-mərifət kimi sinonim cütlüklərdə birinci tərəfin milli
sözlər, ikincinin isə ərəb və fars alınması olmasından və ya günah-təqsir, səcdə-sitayiş, adam-insan-şəxs, hal-əhval, inkişaf-
tərəqqi, hörmət-nüfuz və s. kimi antonim cütlüklərdə hər iki tərəfin ərəb və fars mənşəli sinonim sözlərdən təşkil
olunmasından bixəbər bu sözləri dilimizin öz sözləri kimi qəbul edir və işlədirlər. Məsələnin mahiyyəti isə yalnız dil sahəsi
ilə bağlı müvafiq mənbələrə baxdıqda, bu sözləri hər hansısa bir məqsədlə tədqiq edən zaman aydınlaşır.
Məsələnin bu tərəfi ilə bağlı M.Hüseynzadənin fikirlərini deyilənlərin bir növ təsdiqi kimi qiymətləndirə
bilərik:“Ərəb-fars-türk sözlərinin böyük bir hissəsi başqa sözlərlə birgə bu günə qədər müasir dilimizdə işlənməkdədir.
Həmin sözlər həm şəkil, həm məzmunca tamamilə azərbaycanlaşmış sözlərdir ki, bunlar ümumxalq dili sözləri içərisində
qaynayıb-qarışmış, xəlqiləşmişdir” [4, 25].
Burada rus və Avropa mənşəli sinonimlərlə bağlı vəziyyətin bir qədər fərqli olmasına da diqqət verməkdə yarar var.
Belə ki, bu mənbələrdən götürülmüş sözlərin dildə “yad” element kimi təsbiti daha asandır. Zənn edirik ki, xalqımızın uzun
müddət rus imperiyasının əsarətində olması və nəticə etibarilə bu dilin ümümişlək lüğət fonduna məxsus olan sözləri yaxşı
tanıması bunun əsas səbəblərindəndir.
İngilis dilində də adi dil daşıyıcısı üçün vəziyyət belədir. Burada da, alınma sözlə milli sözlər arasındakı bəzi
fərqləndirici əlamərtlərdən xəbəri olmayan sadə ingilis üçün heç bir şey dəyişmir, o, dildə sinonim cərgəyə daxil olan əcnəbi
sözləri milli mənşəli sözlərlə bərabər tutur, onlardan dildə eyni tezliklə istifadə edirlər.
Qeyd edək ki, alınma sözlərin dilə gətirilməsi bir tərəfdən dilin lüğət fondunun daha zəngin, rəngarəng olmasına,
genişlənməsinə xidmət baxımdan müsbət qiymətləndirilsə də, bəzən dilin öz milli sözlərinin ikinci plana keçirilməsi,
unudulması və nəticədə dildə istifadədən çıxarılması kimi mənfi hallara da səbəb ola bilir. Dilimizdə masa, soba, çıraq,
təqaüd, çarpayı, həbsxana, gözlük kimi milli sözlərin əvəzinə bu sözlərin stol, peç, lampa, krovat, türmə, oçki kimi rus
mənşəli alınma sinonimlərinin daha çox işlədilməsi bu halın bariz nümunəsi kimi qiymətlındirilə bilər .
Sinonim sözlərin alınma və ya milli mənşəli olması onun üslubi xüsusiyyətlərinə də təsir edir. İngilis dilinin
sinonimliyi üzrə müəlliflərdən T.Mizin bu barədə yazır: “Bədii dildə təsadüf edilən sinonimlərin çoxu alınma mənşəli
olduğu halda, ədəbi xalq dilində istifadə olunan sinonim sözlər əsasən milli mənşəlidir” [14]
Bənzər fikir A.Volkova və Y.Timofeyeva tərəfindən də irəli sürülür. Alınma sözləri sinonimliyin ən güclü və
əhəmiyyətli mənbəyi hesab edən müəlliflər ingilis dilinin latın, yunan, alman və skandinav dillərindən alınma sözlərlərdən
ibarət sinonim cütlüklərlə zəngin olduğunu qeyd edirlər. Müəlliflər milli mənşəli sinonimləri bir qayda olaraq daha ümumi
denotativ mənaya malik olub, məxsusi konnatasiyaya malik olmayan və neytral üslubda, nitqdə daha ümümi şəkildə, tez-
tez istifadə edilən sözlər kimi səciyyələndirirlər. Bu sözlərin latın, yunan və ya fransız dilindən alınma sinonimlərinin isə
adətən üslubi işarəviliyə malik olub, kitab üslubuna, dilinə aid olduğunu vurğulayırlar [15, 61-62].
İ.V.Arnold da hər bir dildə sinonimliyin xarakterik nümunələri olduğunu qeyd edir. Dilçi ingilis dilində bunun milli
sözlərin üslubi cəhətdən neytral sadə, fransız mənşəli alınmaların bədii, yunan-latın mənşəli olanların isə dəqiq (elmi)
xarakterdə olmasında öz əksinin tapdığını qeyd edir və bunu şərti olaraq aşağıdakı üçlü üslubi “keyboard”da göstərməyi
mümkün hesab edir:
Milli sözlər Fransız dilindən alınmalar Latın dilindən alınmalar
to ask to question to interrogate
belly stomach abdomen
to gather to assemble to collect
|