Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə340/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   336   337   338   339   340   341   342   343   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

205 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

bağlı əlamətini bildirir. Burada əşyanın elə əlaməti nəzərdə tutulur ki, o özlüyündə hərəkət mənası da daşıyır və ya əksinə 

eyni zamanda həmin hərəkət başqa bir cəhətdən müəyyən bir predmeti, əşyanı, subyekti də  əlamətləşdirmiş olur. Əgər 

ağlayan körpə birləşməsinə diqqət yetirilərsə, burada söz birləşməsinin asılı  tərəfinin hansı? sualına cavab verdiyi aydın 

olacaqdır. Lakin buna baxmayaraq ağlayan  sözündə felliyin daha güclü olduğunu, onun hərəkət, hal-vəziyyət məzmunu 

daşıdığını da inkar etmək olmaz. Yəni, burada felin təsdiq formada işlənməsi, təsirsiz olması, məlum növdə işlənə bilməsi 

şagirdlərə başa salınmalıdır.  

Felin təsriflənməyən formalarının hər biri demək olar ki, felə aid eyni xüsusiyyətləri daşıyırlar. Buna görə  də 

şagirdlərə bu qrammatik kateqoriyaların bəzi xüsusiyyətlərini daşıdığı nitq hissəsinə aid əlamətlərini öyrətmək lazımdır. 

Bunu nəzərə alaraq feli sifətin felə aid aşağıdakı əlamətləri üzərində iş aparılmalıdır: 

1.  Feli sifət də sifət kimi aid olduğu ismin əvvəlində gələrək onun əlamətini bildirir. Lakin qeyd etmək lazımdır ki, 

sifət  əşyanın daimi hərəkətini bildirdiyi halda, feli sifət  əşyanın hərəkətlə ifadə olunmuş müvəqqəti  əlamətini 

bildirir. 

2.  Sifət kimi feli sifətlər də necə? nə cür? hansı? suallarına cavab verir. 

3.  Cümlənin təyini olaraq aid olduğu sözə yanaşma əlaqəsi ilə bağlanır. 

Qeyd etmək lazımdır ki, məna və formalaşma xüsusiyyətlərinə görə dildəki feli sifətlər 4 qrupa bölünür Birinci qrupa 

felin heç bir zaman və şəkil kateqoriyası ilə uyğunluğu olmayan, həm təsdiq həm də inkar da işlənə bilən -an

2

 şəkilçili feli 



sifətləri (üzən, gülən, ağlayan), ikinci qrupa felin keçmiş  və  gələcək zamanları ilə  əlaqədar olan, felin nəqli keçmiş, qəti 

gələcək və qeyri-qəti gələcək zaman məfhumlarını özündə saxlayan, -mış

4

, -ar


2

, -acaq


2

 şəkilçiləri vasitəsi ilə əmələ gələn 

feli sifətləri (yazmış, görüləcək, gülər), üçüncü qrupa felin vacib və lazım şəkilləri ilə əlaqədar olan, zaman etibarı ilə ən çox 

gələcək zaman təsəvvürü yaradan və malı

2

  şəkilçisi vasitəsi ilə  əmələ  gələn feli sifətləri (içməli, baxılmalı, yeyilməli), 



dördüncü qrupa isə -dıq

  şəkilçisinə bütün şəxslər üzrə  mənsubiyyət  şəkilçilərinin artırılması ilə düzələn feli sifətləri 



(baxdığım, gəzdiyin, yediyi) daxil etmək olar.Tədris prosesində feli sifətin bu xüsusiyyətləri nəzərə alınmalı, dərs prosesində 

qrammatik çalışmalarla müqayisəli iş aparılmalıdır. 

Göründüyü kimi, feli sifətlər daha çox felin şəkil şəkilçiləri ilə ortaqlıq təşkil edir. Şagirdlərə izah etmək lazımdır ki, 

bu  şəkilçilər vasitəsi ilə düzələn feli sifətlər sifət kimi ismin əvvəlində  gəldiyi halda, şəkil  şəkilçiləri cümlənin sonunda 

gəlib, cümlənin xəbəri olur. Bununla yanaşı feli sifətin necə? nə cür? hansı? suallarına,  şəkilçi cəhətdən onunla ortaq 

görünən fel şəkillərinin isə təsriflənən felin sualları olan nə etmişdir? nə edəcək? nə edəsidir? suallarına cavab verdiyi izah 

edilməlidir. 

Tədris prosesində onu da qeyd etmək lazımdır ki, feli sifətlər bəzən feldən düzələn sifətlərlə qarışıq salına bilir. Onları 

fərqləndirmək üçün sözün təsdiq və inkarda işlənib işlənə bilmədiyini yoxlamaq lazımdır. Belə ki, əgər söz inkarlıq şəkilçisi 

ilə işlənə bilirsə feli sifətə, işlənə bilmirsə feldən düzələn sifətə aid ediləcəkdir.  

Müəllim  şagirdlərə izah etməlidir ki, bütün fərqli cəhətlərinə baxmayaraq felin təsriflənməyən formalarını, bir sıra 

xüsusiyyətlərini daşıdığı nitq hissəsinə aid etmək olmaz. Çünki felin bu kateqoriyası felə  məxsus ən vacib xüsusiyyətləri 

özündə saxlayaraq, hərəkət bildirir, təsdiq və inkarda işlənir, təsirli və təsirsiz olur və ümumi olaraq zaman məfhumu ifadə 

edir. Bir-birindən fərqli semantik cəhətlərə, morfoloji əlamətlərə, sintaktik vəzifələrə malik olan bu kateqoriyaları bir-birinə 

yaxınlaşdıran da məhz onların daşıdığı fel əlamətləridir. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin