Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə338/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   334   335   336   337   338   339   340   341   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

204 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

fel,1938-1959-cu illərdə sifət,bundan sonra fel bəhsinə daxil olmuşdur.Lakin feli sifət felin təsriflənməyən formalarından 

biri kimi fel bəhsində öyrənilir.Azərbaycan dilinin feli sifət haqqında ilk və ətraflı məlumat məşhur türkoloq prof. M.Kazım 

bəy tərəfindən verilmişdir. 

Müasir Azərbaycan ədəbi dilində feli sifət aşağıdakı şəkilçilərlə düzəlir. 

-An,-ən,-mış,-miş,-muş,-müş,-dıq,-dik,-duq,-dük,-acaq,-əcək,-ası,-əsi,-malı,-məli,-ar,-ər,-r,-maz,-məz.Bunlardan -an,-

mış,-dıq,-acaq  şəkilçiləri feli sifət düzəltməklə  məhsuldardır və felə  məxsus xüsusiyyətləri ifadə etmək işində daha geniş 

imkanlara malikdir.-Ası,-malı  şəkilçiləri bunlara (-an,-mış,-diq,-acaq)nisbətən,-ar,-maz isə -malı  şəkilçisinə nisbətən həm 

fel xüsusiyyətlərini ifadə etməkdə,həm də feli sifət düzətməkdə daha məhdud imkanlara malikdir. 

Feli sifətlər zaman forması ifadə edən  şəkilçi qəbul etmir və konkret zaman anlayışı bildirmir.Lakin ayrı-ayrı feli 

sifətlərdə ümumi zaman anlayışı öz əksini tapır.Bu baxımdan onları aşağıdakı kimi qruplaşdırmaq olar: 

1.-An,-ən  şəkilçisi dilimizdə keçmiş  və indiki zaman məzmuna malik feli sifət  şəkilçisidir:deyilən söz,yazılan 

məktub,doğan günəş və s.-An,-ən şəkilçi ilə düzələn feli sifətlər həm fel,həm də sifətə məxsus xüsusiyyətləri ifadə edir.Bu 

şəkilçi mənşəyi etibarı ilə -qan,-kən,-ğan formasından törənmişdir. Hal-hazırda bir çox türk dillərindəqədim forma 

saxlanılır.Məs.: özbək,oyrot,noğay,şor,tatar dillərində..Bu  şəkilçilər mürəkkəb sözlərin  əmələ  gəlməsində böyük rol 

oynayır.Məs.:günəbaxan,polsilən və s.Qalxan,ayran isimlərində olan –an ünsürü forma etibarı ilə--an feli sifət  şəkilçinə 

oxşayır ki,bəzi mənbələrdə bunların   bir mənşədən olduğu güman edilir.Nəzərə almaq lazımdır ki,zahiri cəhətdən bir-birinə 

oxşayıb,məzmunca fərqlənən bu ünsürlərin bir mənbədən olması hələ tamamilə aydınlaşmamışdır. 

2.-mış,-miş,-muş,-müş şəkilçisi həm keçmiş zaman məzmuna malik feli sifətlər,həm də nəqli keçmiş zaman şəkilçisi 

vəzifəsində işlənir. 

a)Feli sifət şəkilçisi vəzifəsində-yazılmış məktub,gəlmiş qonaq və s. 

b)Felin nəqli keçmiş zaman şəkilçisi vəzifəsində-Məktub yazılmışdır.Qonaq gəlmişdir. 

Bu şəkilçi feli bağlama şəkilçisi də olur.Məs.:Konsertə  bir gün qalmış onlar məşq etməyə başladılar. 

3.-dıq,-dik,-duq,-dük.Müasir dilimizdə 

həmişə 

mənsubiyyət 

şəkilçisi ilə 

işlənir və feli sifət 

düzəldir.Məs.:dinlədiyim,yazdığım,verdiyim,qurduğum və s.Bu şəkilçi felin şühudi keçmiş zamanını düzəldən -dı,-di,-du,-

dü şəkilçi ilə bir mənbədən təşəkkül tapmışdır.Məhz buna görə -dıq şəkilçisi feli sifətlərdə şühudi keçmiş məzmunu daha 

qabarıq şəkildə özünü göstərir.Azərbaycan dilində bu şəkilçiyə mənsubiyyət şəkilçisi qəbul etmədən təsadüf edilmir.Lakin 

türkmən,qaqauz dillərində bu şəkilçi mənsubiyyət şəkilçisiz işlənə bilir. 

4. -acaq, -əcək  şəkilçisi müasir dilimizdə  gələcək zaman məzmununa malik feli sifət,həm də  qəti gələcək zamanı 

düzəldir. Məs.: yığılacaq dəftər-feli sifət,dəftər yığılacaq-fel.Bu şəkilçi həm də isim düzəldir.Yanacaq,dayanacaq, gələcək 

və s. 

5. -malı,-məli şəkilçisi feli sifət,felin vacib formasının şəkilçisidir:yazılmalı məktub-feli sifət,məktub yazılmalıdır-felin 



vacib forması.Tarixi nöqteyi-nəzərdən -malı,-məli şəkilçisi son dövrün məhsuludur.Ə.Dəmirçizadə göstərir ki,bu şəkilçiyə 

yeni ədəbi dilimizin son dövrlərində təsadüf edilmir.  

6. -ar,-ər,-r,-maz.Bu şəkilçili sözlər az da olsa,hərəkət anlayışlı olur,zaman məzmununu  ifadə edir və feli sifət yaradır. 

Məs.: Axar su, görünməz günlər və s.Bu şəkilçi fellərdən xüsusi,ümumi isim düzəldə bilir.Yaşar,Gülər,Solmaz,Qorxmaz 

(xüsusi isim), açar, kəsər, dəyər (ümumi isim)  və s. 

7. -ası,-əsi. Nisbətən məhsuldar feli sifət  şəkilçisidir:gediləsi yer,görüləsi iş  və s.Bu şəkilçi –acaq,-əcək  şəkilçisi ilə 

sinonim ola bilir.baxılacaq kino-baxılası kino.Bu şəkilçi həm də omonim şəkilçidir.Müqayisə edək: görüləsi iş- iş 

görüləsidir. 

Feli sifət şəkilçiləri haqqında verilmiş izahatdan aydın olur ki,bu şəkilçilərin bir qismi məhsuldar,bir qismi isə qeyri-

məhsuldardır. Bəzi fonetik dəyişmələr nəzərə alınmazsa,feli sifət türk dillərinin hamısında eyni morfoloji əlamətlərlə 

düzəlir. Bu morfoloji əlamətlər türk dillərində eyni məna kəsb edir. 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin