II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
208
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Toponimlərin quruluşu barədə olan fikirlər isə bir qədər mübahisəlidir. Bəzi tədqiqatçılar toponimlərin sadə quruluşlu
olmadığını söyləmişlər. Onların fikrincə, sadə toponimlər kimi səciyyələnən adlar əslində sintaktik yolla düzəlmiş adlardır.
Ancaq sadə toponimləri sintaktik yolla düzəlmiş adlar hesab etmək olmaz. Sadə toponimlər- leksik yolla yaranan
toponimlərdir. Məs: Orkun, Tün, Çuğay, Kazan, Yit, Kem, Arkuy və s.
Düzəltmə toponimlər isə morfoloji yolla yaranır. Məs: Kazluk köl, Tukuş, Kögmen, Boluçu, Sakış və s.
Sintaktik yolla yaranan toponimlərə isə Altun Kapar, Altu Şan, Yaşıl ügüz, Yer Bayırku, Ər Kamış, Erkük Katun və s.
aid etmək olar.
Mürəkkəb toponimlər bir neçə yolla yaranır: 1) I tərəfi “ kara” komponentindən törəyən mürəkkəb toponimlər: Kara
Buluk, Kara Sənir və s. 2) I tərəfi “ak” komponentindən törəyən mürəkkəb toponimlər: Ak Tərməl . 3) I tərəfi “ altun”
komponentindən törəyən mürəkkəb toponimlər: Altun Kapar . 4) I tərəfi saylardan törəyən mürəkkəb toponimlər: Beş
Keçin, Tokuz Ərsin, Üç Birgü və s. 5) Təyini söz birləşmələrindən törəyən mürəkkəb toponimlər: Ər Karmış, Amğa
Kurğan, Keyrə Başı, Çuş Başı və s.
Bu möhtəşəm yazı nümunəsində bir çox məqamlar araşdırılsa belə açılmamış sirlər hələ də qalmaqdadır və öz
tədqiqini gözləyir. Elə bu səbəbdən türkü ən böyük və ən qədim abidəsi olan Orxon-Yenisey abidəsi öz aktuallığını,
önəmini bugünə kimi saxlamış və bundan sonra da saxlayacaqdır.
Dostları ilə paylaş: |