AZƏRBAYCAN DİLİNDƏ QAN QOHUMLUĞU TERMİNLƏRİ
Rəna MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
rena.memmedova.1991@mail.ru
Qohumluq terminləri lüğətin ən çox işlənmiş sahələrindən olsa da onların təsnifi indiyə qədər lazımınca yerinə
yetirilməmişdir. Qohumluq terminlərinin aşağıdakı növləri vardır:
1. Bioloji-sosioloji qohumluq bildirən sözlər. Bunlar bioloji-sosioloji qan və nigah qohumluğu münasibətində olan
şəxsləri (qohumları) bildirir. Məsələn: ata, ana, qardaş, bacı, ər, arvad. Tədqiqatçılar qohumluq terminlərindən
danışarkən bir qayda olaraq belə sözləri nəzərdə tuturlar.
2. Bioloji yox, sosioloji mənada qohumluq bildirən sözlər. Bunlar aralarında qan qohumluğu olmayan şəxslərin
hüquqi qohumluğunu ifadə edirlər. Başqa sözlə desək, belə sözlər ögey qohumluğu bildirirlər.
3. Qohumluq bildirən sözlər. Bunlar Azərbaycan dilində birinci bölgüdəki terminlərdən -lıq
⁴ şəkilçisi ilə düzəlir.
Atalıq, analıq, oğulluq, qızlıq və s. Bunlar semantik və qrammatik cəhətdən qohumluq sözünün analoqudur.
4. Qohumluğa yaxın münasibətlər bildirən sözlər. ərgən, evli, dul, sonsuz və s.
Qohumluq əlaqələri bildirən sözlərin hamısı bütün dialekt və şivələrimizdə bəzən eyni mənada olmur. Məsələn, bibi
Qazax dialektində büvü formasında əmi və ya dayının arvadı mənasında işlənir.
Qohumluq əlaqələrini bildirən sözlərin bir qisminin isə işlənmə dairəsi o qədər daralmışdır ki, bunların mənasını indi
artıq gənclərimiz bilmir və belə sözlərin mənası ancaq təsviri yolla ifadə olunur. Məsələn, Bacanax – iki bacının ərləri;
Yeznə - bacının əri.
Bu sözlərin daha qədimiliyi bir də bununla izah olunur ki, bunların şəkilçiləri (məs.:-anax, -ti, -gə və s.) artıq
məhsuldar deyil.
Bioloji-sosioloji qohumluq terminlərinin iki kateqoriyası vardır:
1. Qan qohumluğu terminləri;
2. Nigah qohumluğu terminləri.
Bunlar müstəqil mikrosistemlər əmələ gətirir. Həmin mikrosistemlərdən birinə mənsub olan termin müvafiq
mikrosistem içərisində başqa terminlərlə semantik əlaqəyə girə bilir.
Qan qohumluğu dedikdə həm ata, həm də ana tərəfindən olan qohumluq nəzərdə tutulur. Qohumluq hüququnda
insanlar arasındakı qan əlaqəsi; qanun bununla əlaqədar hüquq və vəzifələrinin yaranmasını, dəyişilməsini və ya xitam
edilməsini əlaqələndirir. Qan qohumluğu münasibətlərində ümumi əcdadın olmasına əsaslanır.
Qan qohumluğu terminləri qohumluğun bir dikinə və iki köndələn xətti üzrə qohumluq münasibətləri bildirir. Qan
qohumluğu terminləri arasında semantik münasibətlər iki şəkildə özünü göstərir: birinci, eyni kiçik mikrosistemə mənsub
olan sözlər arasında; ikincisi, müxtəlif mikrosistemlərə mənsub olan sözlər arasında.
Qan qohumluğu terminlərinin mənsub olduqları tematik qruplar içərisində məxsusi semantik başlanğıclar vardır. Qan
qohumluğunun dikinə xətti terminləri silsiləsində yüksələn istiqamətdə semantik başlanğıc ata//ana, alçalan istiqamətdə isə
oğul//qız terminləridir. Birinci və ikinci köndələn xətlərdə qardaş, bacı, əmi, bibi, dayı və xala terminləri müvafiq
sözdüzəltmə sıralarının semantik başlanğıclarıdır. Beləliklə, qan qohumluğu terminləri aşağıdakı terminlərlə təmsil olunmuş
mikrosistemləri əmələ gətirir.
|